Rusiyanın baş naziri Dmitri Medvedev “amerikano” qəhvəsinin adını dəyişdirərək “rusiano” adlandırmağı təklif etdi.
Müvafiq təşəbbüslə hökumət başçısı noyabrın 16-da Avrasiya Parlamentlərarası Şurasında çıxış edərkən bəyan edib.
Belaruslu həmkarı ilə söhbət edərkən, onları konstruktiv addımları üçün təqdir edib. Belarus baş naziri Andrey Kobyakov ona qəhvənin yardım etdiyini bildirib.
Kobyakov “amerikano” istəyir. Bu, ümumiyyətlə, siyasi nöqteyi-nəzərdən düzgün səslənmir. Gəlin “amerikano”nun adını dəyişək!”, - Medvedev deyib, alternativ kimi isə “rusiano” adını təklif edib.
oxu.az