Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qurbanın olum!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
16/11/2016 [23:05]
Baxılıb :
1296 dəfə

Əgər siz münasibəti özünü qurban verməklə başlayırsızsa sonunda qurban verdiyiniz adama nifrətlə bitirəcəksiz.

Bernard Şou

Zamanın kəfkiri biz düşündüyümüzdən tez yellənir: vurğunluq - etinasızlıq, heyranlıq - məyusluq, sevgi - nifrət, doğum - ölüm. Bir də gördün sonuna yaxınlaşmısan. Əslində hər şey bir göz qırpımında baş verir. Sevdiyini ayrılanda daha yaxşı anlayırsan, doğuluşun sehrini ölümlə üz-üzə duranda. Amma heç vaxt sevməyənlər həmişə peşman olur, həyatda uğurları böyük olsa da. Əksəriyyəti düşünür ki, heç vaxt sevməyənlər özünü qurban verməyi bacarmayanlardır. Bir kəs heç soruşdumu, qurban verəcəyiniz adama bu lazımdırmı?

Bu anlaşılmazlıqda günah sahibi biz deyilik, bizi belə böyüdüblər. Hələ körpə ikən biz Vətənə sevgimizi verdiyimiz və verəcəyimiz qurbanlarla ölçərək tükürpədici mahnılar oxuyurduq. Sonra məktəbdə də təkidlə deyirdilər ki, qurban ali duyğudur, sevginin və insanlığın başında dayanıb. Gözlərimiz yaşarırdı, özümüzü bədii kitab qəhrəmanlarının yerinə qoyur, leyli və məcnunlar, romeo və cülyettalara çevrilirdik. Sonra bu “qanlı-qadalı” fonda özümüz də sevməyi öyrənirdik. Münasibətlərdə kimsə əzab çəkib özünü “yandırmırdısa” heç inandırıcı görünmürdü. Ardınca inciklik, anlaşılmazlıq, məyusluq və hətta tənhalıq gəlirdi, bunu heç kim görmək istəmirdi, özümüzü görməməzliyə vururduq. Nə o vaxt, nə də sonralar kimsə bir sual quraşdırmadı ki, “Bəs bu qurbanlar kiməsə lazımdırmı?”.  Nə sevənə, nə də sevgiliyə, nə Vətənə, nə də vətəndaşa lazım deyilmiş...
“Sən həmişə mənə özünü qurban vermisən, o isə mənə özümü bağışladı”. Bir filmin qəhrəmanı səsləndirmişdi bu frazanı. Yox, heç kim ölmədi, özünü qayadan da atan olmadı, tramvay altına düşən də. Süjet xəttində 3 nəfər vardı. Bir göyçək qız, onu sevən bir oğlan və bu qıza həyatı başa salan bir gənc. Sevən  oğlan özünü qayadan atmaq həddinə çatmışdı. Axı uşaq bağçasından onu sevir, əvəzinə dərslərini eləyir, çantasını daşıyır, xəstələnəndə həyacanlanır və aptekə dərman dalınca qaçırdı. Hər şey Ona görə və Onun üçün idi. Əvəzində gözlənilən  sevgi isə gəlib çıxmadı. Özünü qayadan atmaq istəyən oğlan həmin an körpələr kimi “Axı ən böyük hədiyyə mən özüməm” düşünür və hər məsələdə özünü qurban verirdi. O bu fikirdə əmin  olsaydı son addımını atar və ömrünü də bu qıza bağışlayardı. Süjet xəttində sonra əmələ gələn ikinci personaj isə bu qıza heç nə hədiyyə eləmirdi, nazını çəkmirdi. Amma o, bir gün “Bəlkə sənin həqiqətən səsin var, xorda boş yerə ağzını açıb bağlamaq sənlik deyil?!” sualını səsləndirdi. Sonra qıza inam aşıladı, özündə əminlik yaratdı, hətta qızın səsi də açıldı. Dəstək oldu, qızın bütün daxili potensialını üzə çıxara bildi, özünü qurban vermədən. Əlbəttə, hər kəsin qismətində yanında olub özünü kəşf eləməyə vadar edəcək bir adamı olmur. Amma hər kəsin həyatında heç olmasa bir dəfə özünü qurban vermək istəyən bir nəfəri olur. Bu qurbanı ali sayıb qəbul etmək, ya ondan imtina etmək artıq hər kəsin öz seçimidir. 
Özünü qurban vermək, özü də əvəzində heç nə ummadan bəyəm bu sevginin əsas mahiyyəti, ali duyğular deyilmi? Özünü qurban verənin də əslində içində bir məkrli istəyi, əvəzində çox qiymətli olan sevgi ummağı da var, bunu çox vaxt nəzərə almırlar. Əvəzində hətta sevgi olacaqsa öz arzularından, ambisiyalarından, özünü reallaşdırmaq imkanından məhrum etməyə dəyərmi? Çox vaxt bütün bunların müqabilində sevgi olmur. Ümumiyyətlə sevgi qəti şəkildə belə məsələlərlə üzləşmir. Onun ölçü vahidi də müxanizmləri də fərqlidir. Qayğı əvəzində sevgi gözləmək dünyanın ən axmaq yanlışlığı və ən böyük xəyalqırıqlığıdır. 

Siz özünüzü verirsiz, verirsiz, o isə alır, alır, düşünmədən götürür... Daim nəsə verməklə onu öz filialınıza çevirirsiz. Özünüzü tirajlayırsız və ona inkişafa məkan saxlamırsız. Verdiyiniz hədiyyələrin arxasında O artıq görünmür. Sanki zəlildir, heç nə bacarmayan köməksiz şikəst. Əlbəttə, hər kəsin kritik məqamlarında köməyə və qayğıya ehtiyacı olur. Amma bu məqam nə vaxtsa bitməlidir. Əgər sonu görünməyən qayğıkeşliyin bitməyini istəmirsizsə deməli sevdiyinizin daim köməksiz və xəstə olmağını arzulayırsız. O nə vaxtsa “ayağa durmalıdır” və öz həyatını idarə etməlidir. Əvəzini verəcək sevgi yoxsa o, daha artıq qayğı tələb edəcək, daha artıq diqqət umacaq və inciyəcək. Bu inciklik heç vaxt bitməyəcək və ödənməyəcək. 

Bu məqamda həqiqət əsil çılpaqlığı ilə gözünüzü deşəcək: Axı mən özümə dəyər vermirəm, özümü heç qiymətləndirmirəm! Çünki ömrünüzün böyük bir hissəsini kiminsə qayğısına qalmaqla dəyərləndirmisiz. Özünü daim qurban vermək istəyi əslində eqoizmin, xudbinliyin bir variantıdır. Hamı da bilir, güclü adamı sevmək çətindi. Çünki sizə ehtiyacı yoxdu. 

Özünü qurban vermək modelinin - istər sevgilinə, istər balalarına, istərsə də daha böyük miqyasda, Vətənə, planetə - sonunda həmişə bir tənhalıq anı gəlib çıxır: balaların böyüyür, sevgilin etinasızlaşır, Vətənə sənin qurbanların lazım olmur. Həmin bu qiymətli andan  etibarən əsil sevgi doğulmağa başlayır. Əvvəl özünə sevgidən cücərir (özünə sevgi doğulmasa insan qəddarlaşır), böyüyür ailəni, torpağını bürüyür və böyüməyində olub bütün Kainatı doldura bilir. Ona görə də özünü qurban vermə məqamında çox da ilişib qalmaq olmaz. Ardı daha gözəldi...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]