Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sədaqətə, bu itdirsə belə, heykəl qoyan millət

Bölmə :
Köşə
Yazar :
Elçin Şıxlı
Yayım tarixi :
14/11/2016 [20:32]
Baxılıb :
1187 dəfə

“Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı”.

“Ölən dünyam”

İsmayıl Şıxlı

***

Göyün üzü nəhayət təmizlənmişdi - buludlardan əsər-əlamət yoxdu. Günəşin ilıq şüaları ətrafı az da olsa, isitdiyindən günlərdən bəri yağan yağışdan sonra adamın lap qırışığı açılırdı. Həyətdəki zəfəranlar da çiçəkləmişdi. Baxmağa bir göz gərəkdi. Bağda bir az gəzişdikdən və zəfəranın bihuşedici ətrini ciyərlərimə çəkdikdən sonra isti gödəkçəmi geyib həyətlərin böyür-başına dolanıb sahilə aparan ara yollarla dənizə doğru tərpəndim. Yağışlardan sonra isinən torpaq içindəki yaşıllığı bayıra tökmüşdü - hər yan yamyaşıldı. Yayın qələbəliyindən sonra bağlara çökmüş hüznsə adamın qulağında cingildəyirdi.

Bu minvalla gəlib ləpədöyənə çıxdım. Sahildə tər-tük balıqçılardan başqa ins-cins yoxdu. Gödəkçəmin zəncirbəndini aşağı çəkib yaxamı açdım - sərin yel isinmiş bədənimi toxtatdı. Üzü günəşə doğru aramla addımlamağa başladım. Elə bil yeridikcə bütün ağırlığım bədənimdən çıxırdı, hətta düşünməyə başlamışdım ki, insana ruhən sərbəst və hətta az qala xoşbəxt olmaq üçün heç də çox şey lazım deyil”¦

Birdən arxamda hənirti duyub diksinən kimi oldum. Tezcə qanrılıb geri baxanda çəlimsiz bir it gördüm. Zavallı qorxusundan quyruğunu bulaya-bulaya yerə sindi, sonra da arxası üstə uzanıb pəncələrini qaldırdı, sanki heç bir pis niyyətinin olmadığını göstərmək istəyirdi. Dodağımın qaçdığını görüb ürəkləndi və ətrafımda şırvandı. Üstümdə zavallıya verə biləcəyim yeməli heç nə yoxdu deyə heyfsiləndim. Gücüm ancaq onu tumarlamağa çatdı. İtciyəz sanki hər şeyi başa düşdü. Bir-birimizə qoşulub yolumuza davam etdik. Bir qədər sonra isə qabağımızı iri bir hasar kəsdi. Daha irəliyə yol yoxdu”¦

Çarəsiz qalıb geriyə döndüm. İtciyəzsə quyruğunu bulayıb hasarboyu yüyürərək məndən aralandı. Yollarımız beləcə ayrıldı. Qərara gəldim ki, növbəti hasara dirənənədək gedim. Amma alınmadı”¦ Bir-iki dəqiqə sonra həzin payız gününün sakitliyini atəş səsləri pozdu. Zavallı itciyəzin acı zingiltisi bir an içində havaya qalxaraq günün qabağını kəsən yüzlərlə qarğanın qarıltısına qarışdı”¦

Nə qədər axtardımsa, nə itciyəzi, nə də ona atəş açan o heyvanı tapdım. Görünür, hasar yiyəsinin yanında olmadığını anlayıb hansısa dəliyə giribmiş murdar. Bayaqkı gözəl əhvalımdan əsər-əlamət qalmamışdı. Evə necə çatdığım yadıma gəlmir, bircə onu bilirəm ki, yolboyu  elə hey həyatın  nədən bu cür yaramazlardan asılı olduğu barədə düşünmüşdüm”¦

***

İtləri uşaqlıqdan sevirəm. Harada rastlaşımdırsa, mütləq ya tumarlamalı, ya da qucaqlamalıydım. Köhnə həyətimizdə uşaqlarla o qədər yiyəsiz it bəsləmişık ki”¦ Və o qədər xatirələr var ki. Hamısı barədə yazsam, bir kitab bağlaya bilərəm. Amma indi məqsədim bu deyil.

İllər öncə Vyanada media-konfransdaydım. Arada iclaslardan sivişib muzeyə bənzər bu əsrarəngiz şəhərdə əldən düşənədək gəzirdik. Bu dəfə də xeyli dolandıqdan sonra sərinləmək və boğazımızı yaşlamaq üçün acıq havadakı kafelərdən birində əyləşdik. Hava əməllicə istiydi. Az keçməmiş bir kişi itiylə birgə qonşu masada əyləşdi. İt olmasaydı, kişiyə heç məhəl qoymazdım - gözəl bir alman qurdu idi. Yiyəsi əyləşən kimi it də onun yanında yerə yatdı və ləhləyə-ləhləyə ətrafa baxmağa başladı. Kafedəkilərdən heç biri it olan yerdə oturmaq istəmədiklərini, deyəsən, heç ağıllarından da keçirmədilər. Bu azmış kimi, kafedə çalışan gənc qız əlindəki su dolu qabı gətirib qurdun qabağına qoydu və yalnız bundan sonra it yiyəsinə “Grüss Got” deyə salam verərək sifarişi qəbul etdi.
Yenə də illər öncə, amma bu dəfə Yunanıstan. Tes-Salonikidə Qara Dəniz Ölkələri iqtisadi əməkdaşlıq təşkilatının konfransında olduğum zaman nümayəndələri tədbirə aparacaq avtobus karvanı təxminən beş dəqiqə yerindən tərpənə bilməmişdi. Səbəbi çox qəribə idi, bizimçünsə, ümumiyyətlə anlaşılmazdı. Demə, küçə iti gün ərzində qızmış asfalta yayxanaraq isindiyindən yerindən tərpənmirmiş. O, yalnız maşın karvanını müşayiət edən polislər onu bir xeyli dilə tutandan sonra yerini dəyişmişdi. İnanmırsız? Gözlərimlə görməsəydim, mən də inanmazdım. Xüsusilə də polislərin iti təpiklərinin altına salmadığına”¦

Və belə hallar Avropa üçün istisna deyil, normadır. Deyə bilərsiniz ki, bu xristianlara xas olan bir şeydir, amma”¦

Ötən payız Türkiyənin Marmarıs bölgəsinin dilbər güşəsi Datçada idik. Ekoloji cəhətdən bəlkə də dünyada barmaqla sayılacaq pak yerlərdən biridir. Təbiətlə insanlar arasında antaqonizmin olmadığı bir məkandır. Şam yeməyimizi lap ləpədöyəndə açılmış süfrədə edirdik. Bizi kimi dəniz nemətlərindən həzz alan xeyli də insan vardı. Bəlkə elə bir o qədər də sahibsiz it. Amma nə itlər masaların arasında sümsünərək yalaqlıq edirdi, nə də insanlar onlara “sürük burdan” deyə bağırırdılar. Çünki heç kim heç kimdən qorxmurdu, hərə də öz yerindəydi - it it yerindəydi, adam da adam”¦

***

Çek Londonun “Bəyaz diş” və “Əcdadların çağırışı»ndan tutmuş, Qavriil Troyepolskinin “Qaraqulaq bəyaz Bim”, Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, Klifford Saymakın “Lap adam kimiydilər”inə qədər əsərlərdə bu məxluqlardan az və ya çox dərəcədə bəhs olunur. Və dünya ədəbiyyatında onlarca belə nümunə var. Amma onlardan təsirlisi və bəlkə də ən təsirlisi Hatikonun (Haticho) əhvalatıdır. Akito-İno cinsindən olan bu it 1923-1935-ci illərdə Yaponiyada yaşayıb. Hatikonun yiyəsi Tokio universitetinin professoru imiş. İt hər gün professoru vağzala qədər ötürür və sonra da günorta saat 3-də qatarın qabağına çıxırmış. Lakin günlərin birində professor universitetdə ikən ürək tutmasından keçinir. Bundan sonra Hatiko düz doqquz il sərasər yiyəsini qarşılamağa gəlir və ölümünü də elə oradaca qarşılayır. Onun əhvalatını bütün Yaponiya bilirdi və hələ sağlığında 1934-cü ildə itə heykəl də qoymuşdular! Hatiko öləndə isə Yaponiyada bir günlük matəm elan olunmuşdu! O, Yaponiyada sədaqət simvoludur!

İndi isə gözlərinizi yumun və təsəvvür edin ki, belə bir hadisə Azərbaycanda baş verib”¦ Və biz də qalxıb itə heykəl qoymuşuq! Təsəvvür edə bildinizmi? Məndə nəsə alınmır”¦

Axı biz heç adamlarımızın da qədrini bilmirik”¦ Əksi olsaydı, Arif Əliyevin Yalama stansiyasında 1920-ci ildə canını bu torpağa və millətinin istiqlalına fəda etmiş 350 gəncimizin “narahat ruhlarının hələ də qatar gözlədiyi” barədə insanın içini dağıdan yazı yazmasına ehtiyac qalmazdı!
Yaponlarsa sədaqətə, bu itdirsə belə, heykəl qoymağı bacaran millətdir!

***

“Birdən Kürün sahilindən dikdirə çıxan cığırda əvvəlcə bir cüt qulaq və sonra canavar sifəti göründü”¦Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi”. İtin də qan yaddaşı varmış!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]