Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verildi

Köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verildi
Bölmə :
KİVDF
Yayım tarixi :
2/4/2013 [11:09]
Baxılıb :
2120 dəfə
Prezident açılış mərasiminə qatıldı və məcburi köçkünlərlə çay süfrəsində söhbət edib

Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksi istifadəyə verilib. Prezident İlham Əliyev də dünən həmin kompleksin açılış mərasimində iştirak edib. 
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir.

Yeni salınmış yaşayış binalarına Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcək. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.

Evlər, məktəb, uşaq bağçası”¦


Açılış mərasimində diqqətə çatdırıldı ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Məhəllənin inşasına ötən ilin aprelində başlanılıb. Tikinti işləri bu ilin martında tam başa çatdırılıb.

Dövlət başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlandı. Sonra Azərbaycan Prezidenti Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış oldu. Prezident çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət etdi. Daha sonar ərazidə salınmış “Şəfəq” uşaq bağçasına baş çəkdi.

Ardınca prezident İlham Əliyev 540 şagird yerlik məktəbdə yaradılmış şəraitlə tanış oldu. Məktəbin foyesində mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılıb.

Prezident İlham Əliyev məktəbin kompüter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan rayonunun “Araz” idman klubunun idmançılarının nümunəvi çıxışlarına baxdı. Dövlət başçısı burada idmançılarla xatirə şəkli çəkdirdi.

Məktəbin ikinci mərtəbəsində Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət guşə yaradılıb. Məktəblə tanışlıqdan sonra dövlət başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşdü.
Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbayca Prezidentinə minnətdarlığını bildirdi.

“8 qəsəbə və məhəllə salınacaq”

“2013-cü ildə 20 min məcburi köçkün üçün 8 qəsəbə və məhəllə salınacaq. Bu məqsədlə 575 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur”, -deyə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi.

Komitə sədrinin sözlərinə görə, bu vəsaitin 237 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondu, 38 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir: “Bu vəsait imkan verəcək ki, daha 20 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılsın. 3941 ailə və ya 20 min məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq. O cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25 binadan, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 5 mərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun “Ümid” qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələr, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binaları, Ahıska türkləri üçün 142 mənzil tikiləcək”.

Ə.Həsənov əlavə etdi ki, Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 380 hektar torpaq sahəsi ayrılıb, əlavə olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir: “Hazırda Qobu şəhər məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür”.

Komitə sədri Bakı şəhərinin digər obyektlərində - hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün də əlavə 500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac olduğunu bildirib.

“Binalar yüksək səviyyədə inşa edilib”

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucovun da fikrini öyrəndik. O məlumat verdi ki, məhəllədə 760 məcburi köçkün ailəsi üçün beşmərtəbəli 13 bina tikilir: “Məhəllədə 540 şagird yerlik yeni məktəb, 280 çarpayılıq uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, inzibati və poçt binası da tikilib. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Tikintisinə 350-dən çox işçi cəlb olunub və məhəllədə məcburi köçkünlərin istirahəti üçün park və idman meydançası da tikilib”.

Deputat tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşdüyünü, qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd etdi. O, məhəllədə tikinti işlərinin yüksək səviyyədə aparıldığını bildirdi: “Əsasən Bakı şəhərindəki təhsil müəssisələrinin balansında olan yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi istiqamətində də işlər aparılıb”.

“Prezidentin addımı alqışlanmalıdır”

Məcburi köçkünlər deyirlər ki, mənzil-məişət problemləri həll olunsa da, məşğulluq problemi hələlik tam həllini tapmayıb. Onlar hesab edirlər ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məşğulluq məsələsi həll olunmalıdır. Məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə iş yerlərinin açılması onlar üçün ən böyük kömək ola bilər.

“Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Prezident tərəfindən ayrılan pul vəsaitinin məbləğinin bir neçə dəfə artırılması, əlbəttə ki, yurdlarından məhrum olmuş vətəndaşlarımıza göstərdiyi diqqətin, qayğının göstəricisidir və birmənalı təqdir edilməlidir”, -deyə məcburi köçkünlərdən olan Sona Sarılı bildirdi.

Onun sözlərinə görə şəhərin mərkəzindəki yataqxanalarda məskunlaşmış qaçqınların Bakıdan kənarda tikilən yeni şəhərciklərə köçürülmə prosesi alqışlanası haldır: “Təbii ki, məcburi köçkünlərə verilən yeni mənzillərin şəraiti yataqxanadakı çətin şəraitdən yaxşıdır. Bununla bərabər, ən vacib problemlərdən biri də işsizlikdir və bu istiqamətdə də konkret işlərin görülməsinə ehtiyac var. Bu gün respublikanın müxtəlif bölgələrində köçkünlər üçün qəsəbələr salınır. Bunlar gözəldir, amma vətəndaşların əsas problemi işsizlikdir. Bu baxımdan oralarda hər hansı istehsal müəssisəsi tikilsə, bəlkə də yüzlərlə ailənin işlə təmin olunmasına imkan yaranar”.

14 milyon manat”¦

Xatırladaq ki, 26 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını imzalayıb. Sənəddə deyilir:

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 (on dörd) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]