Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bir işıq zolağı

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
8/11/2016 [17:27]
Baxılıb :
1208 dəfə

Adamların insan olmağa can atmadığı dövrdə müasirlərimizin qəribə ehtiyacları əmələ gəlib. Ləzzət (geyim, yemək, əyləncə) ünsiyyət ehtiyacını üstələyə bilir. 20-30 il əvvəl uşaqların dağılmayan rezin ayaqqabı və yaxşı topa ehtiyacları vardısa indi həmin yaşlı uşaqlar planşet və oyun pristavkalarını çəhrayı yuxularında görürlər. Boteks, silikon, içinə Allah bilir nə doldurulmuş sendviç, brend markalardan alış-veriş, yerindən götürüləndə mütləq “vığıldayan” super avtomobil, super- giper marketlər, mollar və daha nələr, nələr... Amma insanın insana olan ehtiyacı bitib tükənməyən, özü də bir qədər dəbdən düşmüş və heç vaxt tam ödənməyən ehtiyaclardandı.

İnsan işbirliyindən aldığı ləzzəti heç nə ilə ödəyə bilmir. Kimyada da belədir. Kimyəvi elementlər yəqin ki, özxoşuna birləşib müxtəlif maddələr əmələ gətirir. İki oksigen birləşəndə hava (O2) əmələ gəlir, bir oksigen iki hidrogenin əlindən tutanda isə su (H2O) yaranır. Amma elementlərin düzülüşündən keyfiyyəti də dəyişir. Məsələn, qlükoza və fruktozanın tərkibi eynidir (C6H12O6). Həmin elementlər beşguşəli fiqur şəklində mütənasib düzüləndə fruktoza olur və daha xeyirli sayılır. Elementlər bu gözəlliyi pozub dalbadal, istədiyi kimi düzüləndə isə qlükoza olur və orqanizmə ziyan verir. Kimyəvi elementlərə şüurlu canlılar kimi baxıb bütün bunları cəmiyyətdə baş verənlərlə müqayisə edəndə lap maraqlı görünür. Fruktozanın tərkibini daha təhlükəli, məsələn heroinlə (C21H23NO5) müqayisə edək. Deməli məsələyə daha 15 karbon, 9 hidrogen, bir natrium qarışmalı, bir oksigen küsüb getməlidir ki, narkotik maddə alınsın. Ona görə də cəmiyyətdə kiminsə hansısa qurumdan çıxıb getmə faktına kiçik hadısə kimi baxmayaq.

Ehtimal etmək olar ki, insanların birləşib müştərək bir iş görməsi məsələyə daha yüksəkdən baxa bilənlərə gözəl bir naxış, rəngarəng emosiya spektri kimi görünür. Bu mənada konsert salonunda yaradıcılıq gecəsinə toplaşmış tamaşaçıları sayrışan enerji xalçasına, müəyyən nizamla düzənlənmiş orkestri isə bərq vuran kristala bənzətmək olar. Əlbəttə ki, məsələyə baxış bucağını düzgün seçə bilsəz.  Belə bir kristallardan biri noyabrın 4-də Xəzər Universitetinin “Dünya” konsert salonunda parladı. Bu kristalı yetişdirməkçün Xəzər Universitetinin müdiriyyəti, bilavasirə Hamlet İsaxanlı və orkestrin yaradıcı yükünü daşıyan musiqi departamentinin rəhbəri Zülfiyyə Sadıqova illər uzunu çalışırlar. 

Həmin gün görkəmli adamlarla görüşlər təşkil edən “Xəzərlə üz-üzə” layahəsinin daha bir tədbiri, bəstəkar Sərdar Fərəcovun yaradıcılıq gecəsi reallaşdı. Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcovun yaradıcılığına həsr olunan  - “Sərdar Fərəcovla üz-üzə” adlı konsertə  toplaşanlar son zamanlar öləziməkdə olan nadir hadısəylə - bir gecədə klassik, keyfiyyətli, ciddi musiqinin səslənməsinin şahidi oldular. Gecədə bəstəkarın əsərlərindən simli  orkestr üçün yazılmış  “Oda alqış”, “Sübh duası”, “ Zərif Vals”, “Rəqs”,  “Bir günlük siğə” operettasından  “Türk rəqsi”, “Qazinin gəlişi”, Hamlet İsaxanlının sözlərinə yazılmış -  “Uzaqlarda qalan bulud”, “İstanbul, Boğaziçi” romansları, tar üçün bəstələnmiş “Qarabağ”, “Rondoletto”,  skripka üçün “Ulduzlu gecə”,  “Sentimental vals”, “Skertso”, kamança üçün “Unutma” pyesləri səsləndirildi. 

Bu gecənin baş tutması üçün bir bəstəkar doğulmalı idi, oxuyub bilik toplayıb peşəyə yiyələnməli idi və bir ömür yazıb yaratmalı idi ki, 60 yaşın astanasında onun əsərlərindən seçib bir konsertlik musiqi alınaydı. Bir nəfər də universitet yaratmaq üçün çalışmalı, dünyanı dolaşıb ən proqressiv işləri gətirib Bakıda reallaşdırmaq, ən əsası kiçik kamera orkestri yaratmağı istəməli idi. Gecələr keçirməyə zal, texniki avadanlıq, işıqlı, zəkalı adamları toplamaq istəyi və yığışmağa yeri-yurdu təşkil etməyi də bura qatmalıyıq. Sonra bir enerjili pianoçu da lazım idi ki, gündəmin bomboz reallığından qaçıb çalmaqda, işləmək və çalışmağında olub tədbirlər keçirmək istəyi və bacarığında olaydı. Kamera orkestrini toplamaq, məşq elətdirmək, yüksək ifaçılıq durumuna gətirməyin peçəsi pianoçuluq olan ifaçı üçün nə qədər çətindi, bunu yalnız ağırlığını çəkən bilər. Orkestrin üzvləri də bir ömür yaşayıb, öyrənib normal ifaçılıq durumuna gəlməliydi ki, səhnəyə çıxmaq və alqış qazanmaq qüdrətində ola bilsinlər. Çəkdiyimiz lövhəyə zalda toplaşmış sənət adamlarını, dinləməyə gəlmiş professionalları, ürək sözünü eşitdirməyə çalışan dost və pərəstişkarları, çiçək dəstələri, gözlərdə parlayan sevinc və razılıq damlalarını, alqışları da əlavə etməliyik. Toxuduğumuz “sənət” formuluna ifaçılardan zalı feyziyab etmiş xalq artisti  Ramiz Quliyevi, musiqişünas Zemfira Qafarovanın sözü ilə desək “adam dilində yazan bəstəkar” barədə ürək sözlərini səsləndirmiş rejissor Rövşən Almuradlı, rejissor Əflatun Nemətzadə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlını, möhtərəm qonaqlardan Arif Məlikovu və nə qədər adı köşəyə sığmayacaq qədər çox olan sənətsevərləri lap bir nöqtə şəklində kimi olsa da qatsaq artqı möhtəşəm lövhə alınır. Elementlər yığılıb müxtəlif maddələr yaradırsa insanlar toplaşıb möhtəşəm enerji düyünləri, yalnız kosmik miqyasdan görünə bilən rəngli burulğanlar, təsvirə gəlməz naxışlar, butalar yaradırlar. Ola bilər, həmin gecə nazik dünyaların sakinləri yerdən gələn gözəl bir işıq zolağının şahidi oldular. Biz isə, yəni adi yer adamları gözəl musiqi dinlədik, bəstəkara hədiyyə edilən rəsmə tamaşa etdik, ecazkar şeir intonasiyalarına qərq olduq, dərdləşdik və yüngülləşdik...

P.S. Yaradıcılıq gecəsini televiziyada işıqlandırmaq üçün dəvət almış 6 kanaldan heç biri hadisəni qeydə almaq üçün gəlib çəkiliş aparmağa layiq bilmədi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]