Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Musiqi, ehtiras və ətir...

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
27/10/2016 [16:45]
Baxılıb :
1631 dəfə
İki dahi Koko Şanel və İqor Stravinskinin ağ-qara klavişli məhəbbət romanı

Rəsmi mənbələrə etibar eləsək əslində bu əhvalat, sevgi macərası olmayıb düşünməliyik. Çünki dövrün qadın standartlarını darmadağın edib bu günə qədər taxtdan düşməyən üslub yaratmış fransız modelyeri Koko Şanel və müasir avanqard musiqinin bütün yeniliklərindən yararlanaraq dünya musiqi standartlarını tamam fərqli məcraya yönəldə bilmiş əfsanəvi rus bəstəkarı İqor Stravinski heç vaxt bu barədə kimsəyə danışmayıb. Sevgi ehtirasını gizləsələr də onlar hər ikisi yaradıcılıq baxımından sıx əlaqələri və dostluqlarını inkar etmirdi. Duyuq düşməyən tədqiqatçılar da həmin səbəbdən daha dərində axtarmır və dünya incəsənətinə bu boyda nəhəng töhfələr vermiş 2 nəfərin yaradıcı enerjini bir-birindən aldığı barədə versiya üzərində o qədər də baş sındırmırdı. Ona görə bu əhvalat, 20-ci əsrdə baş tutmuş bəlkə də ən qəribə sevgi macəralarından biri olsa da açılmamış sirrlərdən ibarət həfif pərdə ilə örtülü qalaraq maraq doğurmaqdadır. Rəsmi mənbələrin inkar etdiyi bu macəra belə başladı...

Heç kimi anlamadığını sevə bilmək

Paris, 1913-cü il... Məhz bu zaman Fransa Stravinskinin skandallı, inqilabı və novator yaradıcılığı ilə tanış oldu. Avrona dünyanın mədəni mərkəzi olaraq onun “Müqəddəs bahar” baletini qəbul edirdi. Zəkası işıqlı olanlar bu baletin sıradan biri olmadığını anlayır və sonradan yaranacaq musiqilərə təsir edə biləcək qüdrətdə olduğunu görürdülər. Amma incə-mincə zövqə malik ortabab fransız publikası gördüyü və eşitdiyi qəribə musiqi və tamaşanı anlayacaq qədərində deyildi. Ekspressiv bir əhvalat, dissonans (yani qulağa yatımlı olmayan) melodiyalar səs-küy və fit səsi çıxarır, mürəkkəb ritmlər bütün bunları tamam anlaşıqsız edirdi. Avropa hələ bütün dövrün portretini cıza biləcək, simvolizə edəcək musiqinin yarandığını dərk etmirdi. Səhnədə baş verənləri, bu qatmaqarışıqlığı, ifaçıların qəribə rəqslərini anlaya biləcək adamlar zalda çox az idi. Klassik musiqini sevib bu qəribəliyi anlamaq istəməyənlərin, musiqidən ruhuna rahatlıq gətirməyi gözlədiyindən etirazlardan ibarət musiqi və rəqsi qəti qəbul etməyənlərin toplusu içində gələcəyin modelyeri Qabriel Şanel də vardı. 
Tanınmış dəb diqtəçisi, məşhur estet, uğurlu modelyer Koko ləğəbi ilə tanınırdı. Bu ləğəbi o, kabaredə müğənnilik edərkən qazanmışdı. Dəbə həssas olduğundan Şanel musiqinin “dediyi” yeniliklərə qulaq verməyə çalışırdı. Çünki başqalarının kakofoniya adlandırdığı musiqi onun daxilindəki duyğularla üst-üstə düşə bilirdi. Bu musiqinin çox cəzbedici olduğunu inkar etmək mümkün deyildi. Stravinski dövrün nəbzinin tutmuşdu və onun bəyan etdiyi musiqi hər kəsin içində xımır-xımır cücərməkdə idi. Koko Şanel isə nadir hissiyyat sahibi idi və yeniliyin unikal olduğunu görməyə bilməzdi. Estetlərin deyinməyinə isə qulaq verməmək də olardı. Axı o özü də modernist adam idi və sərhədləri, çərçivələri qırmağı sevirdi. 

Cəmiyyətin deyinməyi əlbəttə ki, bəstəkarın istedadına kölgə sala bilməyəcəkdi. Gələcəkdə onu və çərçivələrə sığmayan musiqisinin zəfər qazanacağı da artıq duyulurdu. Amma indi, zalda oturan tamaşaçıya bütün bunları anlatmaq mümkün deyildi. Tamaşaçının artıq musiqinin səviyyəsinə çatacağını bir qədər gözləmək lazım idi. Amma tamaşaçı da yalnıq dinlədikcə artır. Bunu yaxşı anlayan Şanel bəstəkarla görüşməyə cəhd edir. Görüşmək alınmır, çünki olaylardan çox təsirlənmiş bəstəkarın kimsəni görüb onun sözünü eşitməyə halı yox idi. O, baş verənləri, tamaşaçıların reaksiyasını, tənqidçilərin yazdığını tam məğlubiyyət sayır və hər şeyin məhv olduğunu düşünürdü. Həmin dövrdə iki xarizmalı adamın görüşü baş tutmur və həyat qolları ayrılır. Həqiqi tanışlıq bir qədər sonra, 7 il keçmiş baş tutur. 

“... Sevmək zamanıdır...”

“Sevməyə zaman var, işləməyə zaman var. Başqa heç nəyə zamanımız qalmır” bu məşhur ifadəni Koko Şanelin dilindən eşidib indiyədək bəzən müəllifini bilmədən tez-tez işlədirlər. Bu ifadədən elə nəticə çıxarmaq olardı ki, guya kişilər Kokonun həyatında xüsusi yerdədi. Amma əslini, Şanelin həyatındakı kişilərin əsil mövqeyini çox az adam bilir. O, kişilərin diqqətində olsa da həmişə yalnız özünə arxayın ola biləcək qadın idi. O, çox yaxşı bilirdi ki, məyus olub əllərini yanına salmaq, bunu xüsusilə də kişilərlə münasibətdə uğursuzluğa görə eləmək heç olmaz. Onun müasirləri, xüsusilə də qadınlar arıq, çəlimsiz bir qızın kişilərdə necə maraq oyatdığını heç cür anlaya bilmirdilər. Gözəl deyildi, bədən quruluğu, boy-buxunu ilə fəxr edəcək qadın sayılmırdı. Amma kişilər həmişə diqqətini onun üstündə saxlayırdı. Lap gözəl qadınlar işində də Koko məclisin mərkəsi ola bilirdi. Kokonun şəxsiyyətini öyrənən psixoloqlar düşünür ki, onun uğurunun sirri sakit, eleqant və eyni zamanda dildən pərgar, hətta iti, lazım gəlsə acılaya bilən olmasındadır. Xasiyyətinin natarazlığı cavan kişilərin xoşuna gəlirdi. Xasiyyəti çox impulsiv idi, hər anın öz reaksiyası ola bilərdi. Hətta Koko ləğəbini də o, təsadüfən qazanmışdı. 

Yalnız işləməyə və sevməyə vaxt ayıra bilən itidil qadının İqor Stravinski ilə tanışlığı necə baş tutdu? 20-ci illərin Parisində rus təsiri çox hiss olunurdu. Rus inteligensiyasının emiqrasiyası və Dyaqilevin təşkil etdiyi “Rus mövsümü” adlandırılan konsert silsilələri rus mədəniyyətinin, eləcə də Stravinskinin tanınmasına xidmət edirdi. Onlar tanış olana qədər Stravinski artıq nəzəriyyəçilərin “rus dövrü” adlandırdığı zamanı Rusiyada yaşamış, bir çox əsərlər yaratmış, evlənmiş və 1914-cü ildə Dünya Savaşının başlaması ilə əlaqədar İsveçrəyə köçmüşdü. Artıq ailəsi ilə Parisdə məskunlaşmış Stravinsikini müasirləri “Dövrün ən qəribə, ən hazırcavab adamı” adlandırardı. Dövrün 2 qəribə, “istiotlu” adamı qarşılaşması ərəfəsində Stravinski artıq “dövrün dahisi” titulunu sınayır və ona öyrəşməyə çalışırdı. Şaneli də artıq Fransa hüdudlarından kənarda tanıyırdılar. Onun atelyesində rus emiqrantlarının qızları geyinir və bəzən model kimi çalışırdı. Koko onların zəhmətini layiqincə və səxavətlə qiymətləndirir, eləcə də geyim üslubu,  davranış, həyat tərzi barədə məsləhətlər verirdi. Tezliklə Koko Şanel adı zövq, dəb və üslub sözünün sinonimi və etalonu kimi səslənəcəkdi. Məhz bu zamanda modelyer bəstəkarın həyatı ilə maraqlanmağa başladı.

“Şanel nömrə 5”, yaxud “qadın qoxusu” necə doğuldu?

Həmişə cazibədar görünən Koko kifayət qədər təminatlı olduqdan sonra bəstəkarı ailəsi (həyat yoldaşı və 4 uşağı) ilə birgə Paris ətrafındakı malikanəsində yaşamağa dəvət edə bildi. Bu, Şanelə məxsus hərəkət idi, çünki evinə məşhurları dəvət edib uzun müddət qonaq saxlamağı çox sevərdi. Bu evdə 20-ci əsrin simvollarından biri, fransız şairi, yazıçısı, dramaturqu və kino rejissoru Şan Kokto və dövrün ən skandallı rəssamı Salvador Dali də uzun müddət qonaq olub. Həmin ənənənin davamı olaraq Stravinski bu malikanədə 2 il yaşadı. Sanki həyat özü bu qədər müxtəlif iki istedadın arasında qığılcım keçirmək üçün şərait yaratmışdı. 

Uzun, arıq və əsəbi Stravinskini gözəl, ya da cəzbedici adlandırmaq çətin idi. Amma onun istedadı və musiqidə etdiyi çevrilişlər qadınların diqqətini çəkirdi. Yeni obrazlarını isə o, həmişə royal arxasında “yapırdı”. Eləcə də Koko heç vaxt öz modellərini kağıza çəkməzdi, birbaşa manikenlərin üstündə yaradardı. Eyni ehtirasla yeni, kimsəyə bənzəməyən, heç nəyi təkrarlamayan qoxular axtarardı. Zahirən bir-birinə bənzəməyən bu iki insanı birləşdirə biləcək məqam da məhz bu idi: EHTİRAS, sərhəd tanımayan, maneələri dağıdan işlək bir alət, hansı ki, heç bir yaradıcılıq forması onsuz mümkün deyil. 

Hər ikisi, musiqidə dahi və üslub ustası hərə öz sahəsində axtarır və tam güclərini məşğuliyyətlərinin inkişafına sarf edirdi. Bu miqyasda ehtiras sahiblərini yanaşı yaşayıb dost olaraq qalmaq üçün bir qırıq da şansı yox idi. Stravinskinin evdə dolaşan 4 uşağı və vərəm xəstəsi olan arvadının da olması bu qəribə və düzgün sayıla bilməyən münasibətin qabağını ala bilmirdi. Stravinskinin yoldaşı tezliklə hər şeyi anladı. Zahirən təmkinli görünsələr də bunu görməmək də mümkün deyildi, çünki evin havası da bu iki nəfərin arasında olan məkanı doldurmaqla gözəgörünməz substansiya ilə sanki elektrikləşmişdi. Bu mövzuda artıq danışmaq da yersiz olar, çünki hər kəs bilir ki, əllərin və bədənin qovuşması talelər bir-birinə dolaşanda baş verir. Bu duyğu, tale və şəraitin dolaşıb düyünlənməsi sayəsində musiqidə beyinlərdə dönüş yarada biləcək əsərlər və əfsanəvi “5 saylı Şanel” ətiri həyata gəldi. Ətirin yaradıcısı onu “qadın qoxusu” adlandırdı. Bu günə kimi həmin ətir “Bütün dövr və xalqların ən yaxşı ətiri” sayılır. Sevgidən və sevişməkdən doğan sənət nümunələri həmişə təkrarsız alınır, yaşanmış duyğular kimi...

Sevgidən sonrakı həyat

Stravinski ailəsini atmadı. Bir qədər keçmiş ABŞ-a köçdü. O dövrdə də Şanel rus dostunu maddi cəhətdən dəstəkləməyini davam edirdi. Bu gün bu sevgi barədə materialların bu qədər kasad olduğu zamanda Stravinskinin ürəyində baş verənləri bilmək çox çətindir. Bu çox gizli saxlanılası bir duyğular imiş, çünki Stravinski “Mənim həyat səlnaməm” kitabında cəmi bir yerdə Şanelin adını çəkir. O da ki, Dyaqilevin “Rus mövsümü”ndə xanımın maddi dəstəyi və kostyumları təmənnasız tərtib etdiyinə görə. Əlbəttə, o, Şanelin adını çəkməyə bilməzdi, çünki dostların maddi dəstəyi olmasaydı Stravinskinin “Müqəddəs bahar”ı başa gəlməyəcəkdi. Amma bu kitabda Koko yalnız “hörmətli madmuazel Şanel” kimi gedir. 

Sonrakı dövrdə də, yəni Stravinskini həyat yoldaşı vəfat edəndən sonra da bu cütlük yenidən birləşmədi. Stravinski ikinci dəfə evlənəndə yenə də fransız deyil, öz köhnə tanışı rus aktrisası Vera Sudeykinonu seçdi. Koko Şanel isə çoxsaylı pərəstişkarlarından heç olmasa birini seçib ərə getmədi. Stravinski ömrünü Nyu-Yorkda, Şanel isə Parisdə arada 3 ay fərqlə bitirdi. Bəstəkarın 1920-ci ildə ona hədiyyə verdiyi ikona divara asılan gündən son nəfəsinə qədər başının üstündə oldu. 

Bəzi bioqraflar deyir ki, Şanel və Stravinski münasibəti birtərəfli idi. Yəni bəstəkar sevirdi, Şanel isə yox. Stravinski Şanelin evində yaşadığı zamanlarda da bu qadını sevdiyini nə cəmiyyətdən, nə də öz həyat yoldaşından gizlədirdi. Koko isə ehtiras əvəzinə hörmət və pərəstiş duyğusunu yaşayırdı. Şanelin bir məşhur frazası var ki, kişinin həyatında cəmi bir qadın olur, yerdə qalanı onun zəif kölgəsidir. Şanel kölgə olmağı sevmirdi...

Ağ-qara sevgi

Stravinski nəhəng bir ömür yaşayıb - 89 il, əsrdən bir qədər az. Yaradıcılıq üçün tamam narahat olan bir əsrdə yaratmasına baxmayaraq Ştraus valslarının sədaları altında doğulub, kosmosa uçan Qaqarini görüb, 1971-ci ildə “Bitlz” qrupunun dağılmasından sonra dünyasını dəyişmiş bəstəkar bizə 20-ci əsrin simvolu kimi görünə bilər. Axı o, tamam yeni musiqi yaratmaq proqramının uğurlu icraçısıdır. “Müqəddəs bahar”, “Petruşka”, “Alovquşu” əfsanəvi baletlərinin müəllifi sanki adi, insani sevgiylə sevə bilməzdi. Bu ömür porteretini tamamlamaq üçün burada bir o qədər də böyük persona, Koko Şanellə olan sevgi hekayəsi mövcud olmalı idi. Kitablara sığmayan bu macəranı ingilis yazıçısı Kris Qrinxold “Villa “Bel Respiro” əsərində qələmə aldı. Bu kitab əsasında çəkilmiş “Koko Şanel və Stravinski” filmi 2009-cu ildə Kann kinofestivalında nümayiş edildi. Tənqidçilər filmi “ağ-qara qammalarda (yəni fortepianonun klavişlərinə uyğun) sevgi” adlandırdı. Bu, həm də geyimdə minimalistik olan Koko Şanelin “balaca qara paltar” fəlsəfəsinə də uyğun gəlirdi. 

2014-cü ildə Montr (İsveçrə) şəhərində rus heykəltaraşlarının işlədiyi Stravinskinin heykəli qoyuldu. Heykəlin yaradıcıları bu iki məşhur şəxsiyyətin sevgi əhvalatını əbədiləşdirmək qərarına gəldilər. Jeneva gölünün sahilində bəstəkar sağ əlini çox hündürə qaldırıb dirijorluq edir. Diqqətlə baxsaq onun paltarının qırışları arasından boylanan Kokonun balaca sifətinin cizgilərinin ayırıb görə bilərik.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]