Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Nanizm xəstələri dövlətdən kömək istəyir

Nanizm xəstələri dövlətdən kömək istəyir
Bölmə :
KİVDF
Yayım tarixi :
30/3/2013 [12:55]
Baxılıb :
2889 dəfə
Boy artımında əziyyət çəkən uşaqların bir istəyir var-böyümək
Endokrinoloq Ləman Soltanova xəstəliyin yaranma səbəbini və müalicə üsullarını açıqlayır

Validleyn Dilbər Əhmədova: «Bir qutu iynənin qiyməti 390 manatdır, qonşu ölkələrdə onu vətəndaşlara pulsuz verirlər»  

Boyunun artmamasından əziyyət çəkənlər cırtdan insanlar adlanır və bu bir xəstəlikdir. Bu xəstəliyin qarşısını almaq isə valideynlərin öz əllərindədir. Müasir dövrdə insanlar xarici görkəmlərinə xüsusi önəm verirlər. Bu da əbəs deyil. Çünki görkəmi gözəl olan insanların həyatda uğur əldə etmək şansları daha çoxdur. Xarici görkəmi tamamlayan amillərdən biri də insanın uca boya malik olmasıdır. 
Həmsöhbət olduğumuz həkim endokrinoloq Ləman Soltanova: “İnsanın boyu onun orqanizmindəki boy hormonunun miqdarı ilə birbaşa asılıdır. Cırtdanboyluluq hipofiz vəzi kifayət qədər samototrop hormonu ifraz etməyəndə əmələ gəlir. Bu hormon skelet və əzələ toxumalarının inkişafında önəmli rol oynayır. Boy artımı çatışmazlığı xəstəliyi “hipofizar nanizm“ adlanır“, - deyə həkim qeyd etdi.

İnsanlarda boy artımı 18 yaşa qədər davam edir

Endokrinoloqun sözlərinə görə, qadınların normal boy ölçüsü 145 sm, kişilərdə isə 150 sm-dir. Boyu bu göstəricilərdən aşağı olan insanlar məhz cırtdanboylu hesab olunurlar. Ümumiyyətlə, insanlarda boy artımı 18 yaşa qədər davam edir. Bu yaşdan sonra heç dərman qəbul etməklə də boy artımına nail olmaq mümkün deyil. 18 yaşından sonra insanın boyu təbii yolla maksimum 1-2 sm uzana bilər. Həmsöhbətimiz cırtdanlığın əmələ gəlmə səbəbləri arasında qohum nikahlarını, hərəkətsiz həyat tərzini, düzgün qidalanmamağı, hamiləlik dövründə infeksiyanın keçməsini və beyin zədələrini göstərdi. Ümumiyyətlə, genetik faktorlar insanın boy ölçüsündə mühüm yer tutur. Azərbaycan endemik zona olduğuna görə, zob xəstəliyinə tutulmaq ehtimalı var. Endemik zob xəstəliyi isə boy inkişafının qarşısını alan amillərdən biridir. Artıq çəki də boy artımına mənfi təsir edir və buna görə də kök uşaqların ucaboy olmaq istəyi elə istək olaraq qala bilər. Bundan əlavə, “fast food“ qidaları hipofiz vəzinin lazımi miqdarda samototrop hormonu ifraz etməsinə əngəl törədir. Həmsöhbətimiz ətraf mühüt faktorunun boy artımına mane törətdiyini də vurğuladı.

Ən sürətli boy artımı yetkinlik dövründə gedir

“Boy artımı çatışmazlığının üç növü var: anadangəlmə, qazanılan və pereferik rezisdentlik. Anadangəlmə boy çatışmazlığında irsi amillər dominantlıq edir. Qazanılan boy çatışmazlığında damar və böyrək patalogiyası, miningit, beyindəki zədələr və infeksiyalar hərəkətverici qüvvə rolunu oynayır. Pereferik rezisdentlik isə orqanizmdəki toxumaları boy hormonuna qarşı reaksiyasının zəif olması deməkdir.  İnsanın boyunun artımı dörd fazaya bölünür. Yeni doğulan körpə birinci ilində 25-30 sm, ikinci ilində 12 sm, 3-5 yaşları arasında 6-8 sm boy atır. Ən sürətli boy artımı yetkinlik dövründə gedir. Qızlarda yetkinlik dövrü 10-11, oğlanlarda isə 12-12,5 yaşlarına təsadüf edir. Bu zaman qızların boyu 8, oğlanların boyu isə 10 sm-ə qədər arta bilər. Ümumiyyətlə, dünyaya göz açan körpənin boyu normalda 45-50 sm olmalıdır“, - həkim-endokrinoloq Ləman xanım dedi.

Boy ölçünüzü 20 sm-ə qədər uzada bilərsiniz

Bununla belə, 18 yaşına qədər uşaqlarda müalicə üsulu ilə boy artımına nail olmaq mümkündür. Çünki 18 yaşından sonra sümük zonaları qapalı olur. Ləman xanımının dediyinə əsasən, son zamanlar boy çatışmazlığından şikayət edən insanların sayı artıb və aparılan müalicələr təxminən 3-4 il vaxt aparsa da, 20 sm civarında boy artımına nail olmaq mümkündür. “2005-ci ildə 126 sm boy ölçüsülə bizə müraciət edən xəstəni 3 il ərzində müalicə etməklə, onda təxminən 20 sm boy artımına nail olmuşduq. Uşaqların boyunu ölçmək üçün perxentil cədvəllərdən və boy artımı sxemindən istifadə edirik. Yeri gəlmişkən, insanın real boy uzunluğunu səhər acqarına ölçərkən müəyyən etmək olur. Bizə müraciət edən xəstələrin ilk növbədə, sümükləşmə zonalarını rentgendən keçirdirik, əgər sümük zonaları açıqdırsa, növbəti mərhələdə qalxanvari vəzin hormonal statusu nəzərdən keçirilir. Daha sonra isə test keçirilərək hormonun maksimal ifrazının nə qədər olduğu öyrənilir, bundan sonra xəstəyə müalicə təyin olunur. Boy artımı preparatının ortalama qiyməti isə 390 manatdır“, - deyə endokrinoloq Ləman Soltanova açıqladı.
Ləman xanımın sözlərinə görə, son zamanlar dövlətin bu sahəyə diqqəti artıb. Belə ki, Səhiyyə Nazirliyi Endokronik Dispanseri genişləndirir, Heydər Əliyev Fondu isə məktəblərdə boy artımı çatışmazlığı xəstəliyindən əziyyət çəkən uşaqları təyin edərək, onlara pulsuz boy hormonları dərmanları verir. Azərbaycanda ilk boy testinin 2000-ci ildə professor Valeh Mirzəzadə tərəfindən keçirildiyini söyləyən Ləman xanım üzgüçülük, basketbol və voleybol kimi idman növlərinin boy artımına müsbət təsir etdiyini də qeyd etdi.
2008-ci ilin hesabatına görə, dünyada hər 15 min insana 1 balacaboylu düşür.

Dərmanı əldə etmək üçün hara gedirlər?

“Cırtdan”laşan uşaqların valideynləri ilə əlaqə saxlayıb, onların problemi ilə maraqlandıq. Valideyinlər bildirdi ki, övladlarının müalicəsi üçün tələb olunan dərmanlar, vaksinlər xaricdən gətirilir. Dövlətin boy artımının qarşısını alan hipofizar çatışmamazlıq, şereşevski-terner sindiromlu uşaqların müalicəsinə maliyyə ayrılmadığın iddia etdilər. 
Valideyn Dilbər Əhmədova övladının boy artımının ləngiməsinin qarşısını almaq üçün  nəzərdə tutulan dərmanın çox baha olduğunu və buna imkanı çatmadığını dedi: “Boy artımına kömək edən iynənin qiyməti 397 manatdır və onun bir qutusu 15 gün müddətinə vurulmalıdır. Bir ayda bu iydən iki dəfə almaq gərək. Nəzərə alsaq ki, ölkədə orta aylıq əmək haqqı 345 manatdır, əksər valideynlərin bu vaksinləri  almaq imkanları xaricində olmasını təxmin etmək çətin deyil. Mən bu dərmanın əsirənə çevrilmişəm. Evsiz-eşiksiz qalaraq, dərmanı əldə etmək üçün İrana gedir”.
Valideyn bildirir ki, boy artımının ləngiməsinin qarşısını alan dərmandan idmançılar istifadə edir. Və bu dərman monopliyadadır: “İdmançılara baha versələr də, nanizm xəstəliyindən əziyyət çəkənlərə ucuz versinlər”. Valideyin deyir ki, övladlarının müalicəsi üçün tələb olunan dərman qonşu ölkələrdə vətəndaşlara pulsuz verirlər.  

Valideynlər müraciət edir

Başqa valideyn, Məryəm Abdullayeva nəvəsinin də eyni xəstəlikdən əziyyət çəkdiyini bildirdi. Onun sözlərinə görə, nanizm xəstəliyini dərman içməklə müalicə etmək mümkün deyil. Yalnız nanizmin bəzi formalarının müalicəsinə dərman içməklə müəyyən mənada kömək etmək olar. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə, 4 dəfə müraciət etməsinə baxmayaraq, heç bir nəticə olmayıb.
Valideynlər bildirir ki, ciddi fiziki qüsur uşaqlarının ictimai həyatdan təcrid olunmasına səbəb olur.  Öz “cırtdan” boylarından utanan uşaqlar artıq 4-5-ci sinifdən başlayaraq  məktəbə getməkdəm imtina edirlər. Üstəlik məktəbə də gec gedirlər.  
Valideynlər millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdilər.  
Nanizmdən əziyyət çəkən 18 yaşlı Mirzəyev Mirəli boyundan utandığını, məktəbə 10 yaşında getdiyini dedi.


Qanun...

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda yazılır:Ə halinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir:

- ailənin, valideynlərin və uşaqların mühafizəsi;

- uşaqlı ailələrin (ilk növbədə sağlamlıq imkanları məhdud uşaqları və valideyn himayəsindən məhrum uşaqları böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət səhiyyə sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində pulsuz dispanser nəzarətində olmaq və müalicə olunmaq;

- əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial yardım almaq hüququ;

- əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi-sosial yardımın göstərilməsi qaydaları və bu sahədəki güzəştlər qanunvericilikdə müəyyənləşdirilir;

- ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxildir;

- uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir;
- sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.

Ramid 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]