Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bəyənmirsənsə, deməli yoxsan

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
14/10/2016 [17:00]
Baxılıb :
6345 dəfə
“Alicənab ideyalar olmasa bəşəriyyət yaşaya bilmir” - Dostoyevski

Etika və əxlaq kriterilərinin başını açıb buraxdığımız bir zamanda yaşayırıq. Onlar da yiyəsiz at kimi gedib çəməndə sakitcənə otlamaq əvəzinə hamıya şıllaq atır. Zərbənin gücünü hamı duyur. Zövqsüzlük bir xalta olub, hamının boğazına keçib. Ondan qurtulmaq artıq mümkünsüz görünür. Artıq zövqsüz tamaşalara, filmlərə, verilişlərə, yazılara öyrəşməyə başlamışıq. Hərdən dodağımız da qaçır. Neyniyəsən, aqressiv zamanda necəsə yaşamalısan, ya yox?!

Beynini suallarla doldurmamağa çalışa bilərsən, amma “Niyə hamı əsəbi və qəddardır?”, “Niyə hamı yalan deyir və riyakarlıq edir?!”, “Niyə bizdə də, dünyada da ağlasığmaq hadisələr baş verir, amma biz bütün bunları bizə dəxli yoxmuş kimi sakit qarşılayırıq?!” kimi suallar rahatlıq vermir. Televizoru açıb hansısa cinayət hadisəsinin qanlı detallarını izləyə bilərsən. İnsan başının necə kəsildiyini görməmisənsə sosial şəbəkədə axtarış ver, onlarla video ekranına tökülüb gələ bilər. Qətlin reportajı hadisənin yarım metrliyindən çəkilib. Baxış sayı da fantastik bir rəqəm göstərir. Daşqalaq hadısəsinə də baxa bilərsən, sonu ölümlə bitən minlərlə avtomobil qəzasına da. Hamının yerinə ölüb dirilə bilərsən. Bu fonda bir yeniyetmənin o birinə qapaz çəkməsi həqiqətən zarafat kimi görünə bilər. Amma başına qapaz dəyən təcavüzkarı söhbətə çağırsa, hərəkətinin səbəbini soruşsa video bu yerində mütləq kəsilməlidir. Çünki bu detal kimsəni maraqlandırmır. Eşitməyi də öyrənməliyik, sual verməyi və ən vacibi sualın cavabını gözləməyi də. Bacarmırıqsa deməli dəyişməliyik. 
Biz nəinki bir-birimizi, bizdən milyon dəfə böyük qalaktikaları, ulduz və planetləri də dinləməyi bacarmırıq. Bu yaxında Kanada alimləri ulduzların səsini xüsusi qaydada dinlədikdən sonra 234 planetdə şüurlu həyat olduğunu aşkar edib. Yəni sadəcə həyat yox, məhz şüurlu həyatın olması, özü də bizimçün əlçatan məsafədə yerləşməsi adamı heyrətə gətirə bilər. Sən demə yadplanetlilər varmış, heç vaxt da bizdən gözlənməyiblər, susmurlar, durmadan, fasiləsiz siqnal göndərib az qala lazerlə gözümüzü qamaşdırırlar. Biz isə göyə baxıb köksümüzü ötürür, ya da sayrışan ulduzlara bir şeir guppuldadırıq. Göydən işıq fəvvarəsi tökülən bir zaman “Axı insan niyə bu qədər tənhadır!” çığıranlar artıq gülünc görünür. İndiyəcən biz niyə ulduzların dilini anlamırdıq? Yanaşı sayrışan iki ulduzdan birinin təbii işığını o birisinin bizə göndərdiyi lazer işığından niyə ayıra bilmirdik axı!? Çünki dinləməyi bacarmırıq. Hər uzaq işıqlı ulduzun təbii sayrışmasına baxanda orda spektrin bütün rəngləri görünür. Göndərilən siqnallarsa ağ olur və tezliyini, sürətini dəyişmir, yəni monoxromdur. Belə çıxır ki, minillərdir ulduzlar bizimlə danışmağa cəhd edir, 1001 gecə nağıllarından min dəfə maraqlı əhvalatlar danışır, biz heç nə anlamırıq. Bəlkə elə indicə əbədi həyatın resepti deyildi, zaman maşınının formulu səsləndi və uzaq qalaktikaların xəritəsi translayasiya olundu. Hələ uşaqlarımıza “Yadplanetlilər uydurmadır, fantastik filmlər çəkən rejissorların bədii təxəyyülüdür” deyirik. Necə də gülünc səslənir...

Bir-birini dinləyə bilməyən iki insan isə daha gülünc görünür. Eşitmək və dinləmək, bunlar yaxın, amma çox fərqli anlamlardır. Dinləmək bacarığı o deməkdir ki, sizin müsahib danışırkən komfort hissini itirməməlidir, dinləndiyində əmin olub rahat və ləzzətlə danışa bilməlidir. Eşitmək bacarığı isə odur ki, deyilənlər barədə öz fikirlərinə deyil, müsahibinin səsləndirdiyi fikirlərə qulaq verirsən. Eşidiriksə anlamağa və yadda saxlamağa çalışırıq. İnsan söhbət zamanı artıq olduğunu düşündüyü söz və intonasiyaları, onun maraqlarına uyğun gəlməyənləri kəsib  atır və yalnıq yerdə qalanı mənimsəyir. Söhbətin taleyini müsahiblərin özünü bəyəndirmək istəyi həll edir.

Biz hamımız özümüzü bəyəndirmək istəyirik. Estrada ulduzu, kosmosa uçan super aparatı kəşf eləmiş dahi mühəndis, Hollivud ulduzu, ya da məşhur milyonçu deyilsənsə bu məsələ bir qədər çətinləşir. Evdə bir-birini qıran ər-arvadın mübahisəsinin sonunda arqumenti güclü olan, inandıra bilən, hətta dinləyə bilən deyil, özünü bəyəndirə bilən qalib çıxır. Ona görə də biz hələ də ulduzlara baxıb göz süzdürürük. Özümüzü bəyəndirə bilmədiyimizdən onların sözünü eşitmirik. Əlbəttə, kamera qarşısında insan başı kəsə bilən cəlladla söhbətləşmək alınsaydı, bəlkə cəllad qurbanının sözünü dinləsəydi ola bilər milyonlarla baxış yığan videolar çəkilməzdi. Amma çətin. Çünki məsələni cəlladın özünü kütləyə bəyəndirmək istəyi həll edir. 

Xoşbəxtlikdən tarixin kritik anlarında bir alturist meydana çıxıb insanın təkəbbür, hirs, qəddarlıq və nifrət dolu həyatını alt-üst edir. Əgər bu, çoxdandı baş vermirsə ya bu dahi indilərdə doğulmalıdır, ya da artıq SONdur... 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]