Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Məmurlar ev istəyən şəhid anasına zülm edirlər

Məmurlar ev istəyən şəhid anasına zülm edirlər
Bölmə :
KİVDF
Yayım tarixi :
29/3/2013 [12:23]
Baxılıb :
1014 dəfə
Rima Kərimova 13 ildir ev gözləyir, dövlət qurumları isə problemin həllini bir-birlərinin üstünə atır
Nazirlik: “İndiyədək 5 minədək əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub”

Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri fərdi ev tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə alınırlar. Həmin kateqoriyadan olan vətəndaşlar və şəhid ailələri dövlət hesabına inşa olunan çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün isə yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Ona görə də fərdi ev tikintisi üçün növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün mənzil növbəliliyi siyahısı isə müvafiq rayon (şəhər) icra hakimiyyətlərindədir. 

Mənzil almaq üçün yenə müraciət etdi

“Bizim Yol” qəzetinə müraciət edən şikayətçi, şəhid anası Rima Kərimova 13 ilə yaxındır ki, yerli icra hakimiyyətində mənzil almaq üçün növbəyə dayanmasına baxmayaraq evlə təmin olunmamasından yazır.
“Mən Bakı şəhəri, Böyük Şor qəsəbəsi, Daş Karxanası 194 ünvanda hər an uçmaq təhlükəsi altında olan sənədsiz tikilidə “qanunsuz” yaşayan şəhid anasıyam”. Şəhid İntiqam Kərimovvun anası yazır ki, 2000-ci ildən şəhid ailəsi kimi imtiyazlı şərtlər əsasında mənzil növbəsinə durub: “Məndən sonra mənzil növbəsinə duranalara (hətta 2008-2009-cu illərdə növbəyə yazılanlara belə) mənzil verilir”.

Rima Kərimova problemlə bağlı ölkə başçısı, ali baş komandan İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərova, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya və Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevəyə müraciət edib.

2000-ci ildən növbədədir

Şəhid anası müraciətində oğlunun döyüş yolunu və mənzil qeydiyyatında durma tarixini təfsilatı yazır: “Müstəqilliyimizin ilk illərində təcavüzə məruz qalan torpaqlarımızı erməni işğalçılardan qorunması üçün silaha sarılan qəhrəman övladlarımızdan biri də oğlum İntiqam Kərimovdur. Belə ki, oğlum 1992-ci ildə səfərbər olunaraq ikinci dəfə hərbi xidmətə çağırılıb. Ağdərə rayonunda olan döyüşən ordu hissələrin birinə göndərilmişdi. Oğlumuzun taleyi barəsində sonradan heç bir məlumat ala bilmədik. 1994-cü ildə elan olunan atəşkəsdən sonra bizə məlum oldu ki, oğlumuz 1992-1993-cü illərdə Ağdərə-Ağdam bölgəsində aparılan döyüşlərdə itkin düşüb. Uzun müddət oğlumun yolunu gözləyərək onun ölümş elan edilməsi barəsində məhkəmə qətnaməsi almadıq. 1999-cu ilə qədər oğlumun tapılması ilə əlaqədar aparılan axtarışlar heç bir nəticə vermədikdə və salamat qalamsına ümüdimizi tamamilə itdikdən sonra ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi aldıq. Bundan sonra oğluma şəhid adı, mənə isə şəhid ailəsi statusu verildi. 20 dekabr 2000-ci il tarixli 795 nömərli sərəncamla 6 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürüldüm. Bilirdilər ki, sizə ehtiyacı olan şəhid ailəsi kimi birincilər sırasında bir-iki ilə mənzil veriləcək”.
Şəhid anası mənzil alamq üçün qarşılaşdığı problemləri sadalayır: “Göründüyü kimi, həmin vaxtdan 13 il vaxt keçməsinə baxmayaraq, hələ də mənə mənzil verilməyib. Baxmayaraq ki, həmin vaxtdan hər an uçmaq təhlükəsi olan tikilidə yaşayırıq. Dəfələrlə bu barədə Nərimanov Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Halbuki eşitdiyimizə görə 2000-2001-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyəti üzrə rayonda mənzil növbəsinə duran 500 nəfərdən çox şəhid və əlil ailəsinə mənzil verilib.
Mənzil verilənlərin xeyli hissəsinin heç mənzilə ehtiyacı olmayıb. Onlar arasında hətta mənzil növbəsində dayanmayanlar da var. Əksəriyyətinin də səndələri mənzillər hazır olub paylanan vaxtı toplanılıb. Mən bu özbaşınalıqların səbəbləri ilə maraqlananda məlum oldu ki, şəhid ailələrinin növbəsindən asılı olmayaraq mənzilərin verilməsində qaranlıq məqamlar var.
Belə olmasaydı, məndən sonra 500 nəfərə mənzil verilməsi bir daha bunları təsdiq edir.
Nərimanov rayonu üzrə şəhid və əlil ailərinə mənzil verilməsi adı ilə paylanan mənzillərin siyahısına nəzər yetirilsə məlum olur ki, mənzil bölgüsü ilə bağlı Əmək və Əhalinin Solsial Müdafiəsi Nazirliyində müəmmalı məqamlar var.

“Nazirliyə mənzillə bağlı 5 dəfə müraciət etmişəm”

Ədalət naminə demək lazımdır ki, bundan qabaq, yəni 2012-ci ilin yay ayalrıdna göndərdiyim ərizədən dərhal sonra məni Nərimanov Rayon İcra Hakimiyyətinə çağırdılar ki, mənzillə təmin etsinlər. 3-4 ay Nərimanov Rayon İcra Hakimiyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında mənim şəhid ailəsi kimi, mənzillə təmin olunmağım barədə danışıqlar getdi. Sonra, icra hakimiyətindən mənə bildirdilər ki, şəhid ailələrinin mənzil ilə təmin edilməsi səlahiyyətləri onlardan alınaraq Əmək və Solsial Müdafiə Nazirliyinə verilib. Onlar mənzilləri istədikləri kimi bölüşdürürlər. Gedin mənzilinizi həmin nazirlikdən tələb edin. Bu nazirliyə də 5 dəfə ərizə ilə müraciət etmişəm. Ancaq müsbət bir nəticəsi yoxdur. Xahiş edirəm mənzillə təmin olunmağımda mənə dəstək olasınız”.

İndiyədək 5 minədək əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub

Son illər respublikamızda əlillərin və şəhid ailələrin mənzil şəraitinin yaxşılaşdırılması və müalicəsi üçün ciddi tədbirlər görülür. Ötən il Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli bina tikilib. Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları inşa edilib. Ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə qədər əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, 1997-ci il ərzində 81 mənzil inşa olunduğu halda, 2010-cu ildə bu rəqəm 715 olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, ötən il 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. İndiyədək 3525 nəfər bu təbəqələrdən olan vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilib.
Son illərdə respublikada əlilliyin artım tempinin qarşısı alınıb. Təkcə ötən il reabilitasiya göstəricisi 3,5 faiz olmaqla, tam reabilitasiya olunanların sayı 6 952 nəfər təşkil ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib. İl ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı verilib. Ümumilikdə, 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib. İl ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. 145 nəfər istedadlı əlilin V III Respublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı və onlardan 30 nəfərin mükafatlandırılması, Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Əlamətdar günlər və ildönümlərlə bağlı olaraq, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar,penitensiar müəssisələrdən azadlığa çıxan 3422 nəfərə maddi və sosial yardımlar verilib. Həmçinin, 47 nəfər insan alveri qurbanına, 50 nəfərpotensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib.
Qeyd edək ki, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşası işləri aparılır. Həmçinin Bilgəhdə Qocalar Evi əsaslı təmir edilməklə, pansionat üçün 170 yerlik 5 mərtəbəli ikinci korpus tikilir. Ramana Gənc Əlillər evində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, burada əlillərin peşə hazırlığına cəlb olunması üçün müvafiq şərait də yaradılır.

Müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirlir ki, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) İH-lərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq xüsusi Komissiya tərəfindən həyata keçirilir.
Həmin Komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib.
Qarabağ əlilləri fərdi ev tikintisi üçün ilkin olaraq nazirlikdə növbəyə dayanır və növbəlilik qaydasında onlar üçün fərdi yaşayıç evi inşa etdirilərək istifadəyə verilir.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]