Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bizə obyektiv olmağa nə mane olur?

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
12/10/2016 [12:10]
Baxılıb :
dəfə

Yazını obyektivlik və subyektivlik arasında fərqi izah eləməkdən başlasaq hövsələsiz oxucu onu dərhal kənara atacaq, yerdə qalanı ağzını büzüb “Görüm bu yazır axı!” deyib narazı halda ardını oxuyacaq. Yəqin hər kəsin fikrində terminləri izahı ilə birlikdə sadalayanda fəlsəfə dərsləri canlanacaq, ola bilər əksəriyyəti adəti üzrə yuxu gətirən söhbətdən əsnəyəcək. Amma ən mürəkkəb məsələlərdən də sadə dildə danışmaq olar. Obyektiv olmaq fərdi dünyagörüşünə arxalanmadan, emosiyalarına hakim olaraq qarşısındakı insanın şəxsiyyətinə münasibətdən yüksəkdə duraraq fikir yürütmək, bir sözlə  ədalətli olmaq deməkdir. 

İnsan ədalətə can atsa da çox vaxt məlum şərtəri pozub subyektivliyə tərəf yuvarlanmağı həyat norması saya bilir. Psixologiyada buna koqnotiv səhvlər deyilir. Koqnotiv səhv insan düşüncəsinin labirinti, bir növ məntiqi tələsidir ki, ora düşən harda olduğunu və niyə bu situasiyadan çıxa bilmədiyinin fərqində olmur. Məsələn, insanlar marağında olduğu hadisələr barədə müstəqil fikir yürüdə bilmir. Bu fikri təcrübə yolu ilə artıq 1975-ci ildə psixoloq Ellen  Langer ortaya çıxarıb. 2 qrupa blünmüş təcrübə iştirakçılarından bir qrupa lotereya bileti seçmək imkanı veriblər, o biri qrupa isə biletləri sadəcə paylayıblar. Oyuna 2 gün qalmış hər iki qrupa biletləri daha uğurlu variantla dəyişməyi təklif ediblər. Udmaq şansının daha artıq olduğunu bisələr də biletini özü seçənlər onu dəyişməkdən imtina edib. Sanki seçim uduşa təsir edəcəkmiş. Bəlkə ona görə “Vətəni və valideynləri seçmirlər” məsəli son illər laxlamaqdadır. Müasir insan harda yaşayacağını, hansı cəmiyyətə qulluq edəcəyini özü şüurlu şəkildə seçmək istəyir. Əgər kimsə rüşvət və başqa alçaqlıqların norma sayıldığı cəmiyyətdə yaşamaq istəmirsə “Son illər mühacirət edənlərin sayı niyə bu qədər artıb axı!” deyib dizinə döymək lazım deyil.

İnsan seçim qarşısındadırsa kiçik riski sıfıra endirməyi böyük riski azaltmaqdan üstün bilir adətən. Məsələn, təyyarə qəzalarını sıfıra endirməklə, maşın qəzalarını hissediləcək dərəcədə azaltmaq arasında seçim etmək lazımdırsa əksəriyyəti təyyarə qəzalarının heç olmamasını seçir. Amma hamı da bilir ki, maşın qəzaları daha tez-tez baş verir və onun azalması çoxsaylı ölümlərin qabağını ala bilərdi. Səbəbi odur ki, insan hansısa işi sonacan başa çatdırıb necə deyərlər qarşısında bir “quş” qoymağı üstün sayır. Belə hallarda vicdan adamı rahat buraxır yəqin.

Hər hansı mövzuda axtarış edəndə də biz öz maraqlarımızdan çıxış edirik. Mətbuatda oxunacaq mövzuları seçəndə xüsusilə. Məsələn, əgər siz geni dəyişdirilmiş məhsulların yetişdirilməsi ilə maraqlanırsızsa oxuduqca təhlükənin qaçılmaz olduğunda əmin olursuz. Amma o faktor da var ki, siz seçim edəndə GMO məhsulların əleyhinə olan yazılara üstünlük verirsiz, çünki bunun yaxşı ideya olmadığına artıq inanırsız. Deməli  obyektivlik əldən gedir. KİV-i izləyən oxucular da kriminal xəbərlərin hədsiz artdığından şikayətlənməsin. Seçim həmişə var. Yazılar ona görə artır ki, onlara təlabat var və oxunur. 

Daha bir sistematik səhv növü var ki, psixoloqlar buna “salamat qalmışların səhvi” deyir. Bu məntiqi səhvi II Dünya savaşı vaxtı aşkar ediblər, amma ona sülh zamanı da tez-tez rast gəlmək olur. Müharibə vaxtı ABŞ bombardmançı təyyarələrin təhlükəsizliyini artırmaq məqsədilə qəzadan sonra hansı hissələrin daha çox zərər çəkdiyini tədqiq etmək əmri verir. Məlum olur ki, təyyarənin qanad və quyruq tərəfi ən çox zədələnmiş olur. Bu hissələrin möhkəmləndirilməsi nəzərdə tutulur. Amma müşahidəçi Abraham Vald sübut edir ki, salamat qalmış hissələr təyyərənin ən zəif yerləri deyilmiş. Ən zəif hissələr ümumiyyətlə tapılmır və o tərəfdən sağ qalanlar da olmur. Qeyri-simmetrik informasiyadan nəticə çıxarmağın belə təhlükəli yolları var. Bu sistematik səhv mühacirətdə olan insanların həyatına nəzərən də buraxılır. Hamı ölkəni tərk edib uğurlu karyera qurmuş həmvətənlərimizə həsəd hissi ilə yaşayır. Amma kimsə düşünmür ki, bizə yalnız uğurlu adamlardan xəbər gəlir, hansının ki, telefon açmağa, təyyarəyə minib qohum-qardaşa sovqat gətirməyə imkanı olur. Qürbətdə ilim-ilim itmiş, türmələrdə unudulmuş, xəstəxanalarda baxılmsızlıqdan məhv olmuş, küçədə, ya da onun-bunun evinin küncündə daldalananlar sanki heç hesabda deyilmiş. 
Təsəvvür edək, elə bir şəraitdəsiz ki, yalan demək labüddür. Amma bunu etməkdə çətinlik çəkirsiz. Adama elə gəlir ki, gözünün içinə baxıb bütün həqiqəti ordan oxumaq olar. Buna “Şəffaflıq illüziyası” deyirlər. İnsan ətrafındakıların onun həqiqi motiv və duyğularının anlaması barədə böyük illüziyaya qapılır. Təcrübə aparmış alimlər aşkar edib ki, yalan danışmağa məcbur olmuş adamların tən yarısı yalanının faş olduğunu düşünsə də əslində auditoriya, cəmiyyət yalanların cəmi dörddə birini aşkar etməyə qadirdir. Bu, ona görə baş verir ki, biz əlbəttə, özümüz barədə ən geniş informasiyaya sahibik. Amma qarşı tərəfin həqiqətini bilə bilmərik. Sufilər demiş, sənin, mənim, onların həqiqəti var və bütün bu həqiqətlər paralel yaşamaqdadır. İnsanın həqiqət barədə bildikləri ədalət barədə bildikləri qədər çox azdır. 

İnsan obyektiblikdən subyektivliyə tərəf yuvarlandığını adətən hiss eləmir. Ona görə də müxtəlif öncəgörməliklər, falçılar, astroloqlar artmaqdadır. Gündəlik həyatda tez-tez rast gələn situasiyadır: adamın gözü gündəlik qoroskopa sataşır. Əlbəttə ki, məzə xətrinə oxuyur. Amma orda yazılanlar həqiqətə o aədər yaxın görünür ki, az qala hər cümləsi reallaşır. Astroloji proqnozlarda uyğunluq dərəcəsi bu qədər olmasaydı heç kim onları oxumazdı. Buna “Barnum effekti” deyirlər. 19-cu əsrdə ABŞ-da Fenneas Barnum adında məşhur şoumen yaşayırdı. Əksəriyyəti həqiqətə bir qədər yaxın olan, amma hər kəs aid edilə biləcək şəffaf təsvirləri dərhal şəxsiyyətinə aid etməyə meyllidir. Özü də deyilənlərin ən pozitiv hissəsi xüsusilə yaddaqalan olur. Şüurumuzun bu zarafatcıl keyfiyyətindən falavaxanlar xüsuslə qazanır. 

Dünya tarixi minlərlə öncəgörməlik hadisəsi ilə rastlaşıb. Öncəgörməliklərin isə nə qədər qəribə olsa da düz çıxmaq adəti var. İzahı çox sadədir. İnsan inandırıcı görünən hər hansı fikri qəbul edib onun reallaşması üçün dərhal addımlar atmağa meyllidir. Nəticədə reallaşmaq şansı olmayan bir iş baş tutur. Sadəcə o tərəfə addım atmaq lazımmış. Bunun klassik nümunəsi Aleksandr Qrinin “Qırmızı yelkən” povestidir. Burada kiçik Assol uşaqlığından qızmızı yelkənli gəmidə gəlib onu buradan aparacaq şahzadə barədə düşünür və nəticədə istəyi reallaşır. “Həppi end”lə bitən bütün təsirli əhvalatlarda bu prinsipin işini aydın görmək mümkündü. Yaxşıya, eləcə də pisə inam sonluğu həll edə bilir. 

Biz başqalarının addımını onların subyektiv keyfiyyəti ilə, özümüzkünü isə obyektiv şəraitlə izah tməyə meylliyik. Yəni iş yoldaşı işə gecikibsə deməli o, qeyri-punktualdır, özün gecikirsənsə, ya yolda tıxacdır, ya da saat dayanıbmış. Məsələyə belə yanaşma məsuliyyəti üzərinə götürmək və ona cavab verməyi bacarmaqda problemlər yaradır. Elə çıxır ki, bir tək sən yaxşısan və pislər içində yaşamağa məhkumsan. Bu, ətrafındakılara etibar etməyə mane olur. 

İşin başqa bir tərəfi də var ki, deyilənlərin əksidir. Görürsən ki, mənəviyyətdan yazan jurnalist qomofob çıxır, molla əxlaqsızlıq edir, ailə dəyərlərindən danışan deputat əxlaqsızın biri imiş və s. Buna “mənəvi etibar effekti” deyirlər. Kiminsə cəmiyyətdə müəyyən oturuşmuş mövqeyi və buna uyğun davranışı varsa belə təəssürat yarana bilər ki, o, tamamilə günahsız ola bilər. Hətta bəziləri düşünür ki, kiçik qüsurlar bu məsələni laxlada bilməz. Əslində isə oğrunun böyüyü-kiçiyi olmur. Xalq artisti səhnədə heç bir halda “xoruz buraxa” bilməz. əzlaqsızların ictimaiyyətə dərs keçməsinə sakit baxmaq qəti olmaz. Dəyərlərin yerbəyer edilməsi vacibdir, çünki onsuz da insan ədalətinin özü də qüsurludur və daha ali ədalətlə qiymətləndiriləcək. 

Bir dənə də günümüzün ən vacib problemlərindən biri olan koqnativ qüsur bütün dünya ideologiyalarının əsasını təşkil edir. İdeyaya kollektiv şəkildə iddia ediləndə o, daha inandırıcı görünür. Kandar söhbətlərində edilən ittihamı dünyanını ən ali məhkəməsi də “günahkar”ın üstündə silə bilməz. Dünyanın bütün televizora baxan təqaüdçüləri və evdar qadınları eşitdiklərinə 100 faiz inanır. Əlbəttə, yeni gənc nəsil buna baxıb gülür, amma həmin hadisəni və effekti Feysbuk paylaşmalarında yaşayırlar. 

Unutmaq olmaz ki, göyə atılan qəpik gah bu, gah da o biri üzünə düşür. Siz 9 dəfə qəpiyin eyni tərəfə düşməsini müşahidə edə bilərsiz. Amma ehtimal həmişə 50/50-yədir. Reallıq çox sürüşkən və proqnozlara yatmayan hadisədir. Həqiqət və ədalət kimi...



Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]