Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

18 yaşadək əlil uşaqlar üçün xüsusi mükafatlar təsis olunur

18 yaşadək əlil uşaqlar üçün xüsusi mükafatlar təsis olunur
Bölmə :
KİVDF
Yayım tarixi :
29/3/2013 [12:11]
Baxılıb :
896 dəfə
251 nəfər əlil və sağlamlıq imkanları məhdud uşağın 1100-dək yaradıcılıq işi nümayiş etdirilib

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:
Maddə 30. Mədəni həyatda iştirak, asudə vaxtın və istirahətin təşkili və idmanla məşğul olma
Bu maddə əlilliyi olan şəxslərin digər şəxslər ilə bərabər səviyyədə mədəni həyatda iştirak etməsi, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirməsi və ondan istifadə etməsi, eləcə də, istirahət, əyləncə və idman tədbirlərində iştirak etməsi hüququnu təsbit etməklə onların xüsusi mədəni və dilçilik xüsusiyyətlərini qəbul edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Əlilliyi olan şəxslərin digər insanlar ilə bərabər səviyyədə mədəni həyatda iştirak etmək hüquqlarının, eləcə də, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirilməsi və ondan istifadə edilməsi imkanlarının qəbul və təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlil uşaqlara xüsusi diqqət yetirməklə və ictimai satınalmalar və maliyyələşmə vasitəsilə əlilliyi olan şəxslərin mədəniyyət, istirahət, turizm və idman obyektlərinə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ İntellektual mülkiyyət haqqında qanunvericiliyin əlilliyi olan şəxslərin mədəniyyət materiallarına çıxışı, o cümlədən, müvafiq beynəlxalq səylərdə iştirakı istiqamətində maneə olmamasının təmin edilməsi
”¢ Kar mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan şəxslərin idman tədbirlərində iştirakının dəstəklənməsi, o cümlədən, medal və mükafatların verilməsində əlilliyi olan şəxslərə diskriminasiya və fərqli yanaşmaların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan uşaqların digər uşaqlar ilə bərabər səviyyədə oyun, istirahət, əyləncə və idman qurğularına, o cümlədən məktəb sistemi çərçivəsində yaradılan obyektlərə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
“Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların sağlam insanlara bərabər tutulması, əlillərin istedad və qabiliyyətlərinin aşkara çıxarılması məqsədi ilə mütəmadi olaraq rəssamlıq - tətbiqi sənət, idman, musiqi və bədii yaradıcılıq sahələrində respublika tədbirləri keçirilir. Artıq ənənəyə çevrilmiş bu tədbirlərin keçirilməsi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların mənəvi dünyalarının zənginləşməsi, həyata inamın artırılması, ümumiyyətlə onların cəmiyyətə inteqrasiya olunmasında böyük əhəmiyyət kəsb edir.
Bu tədbirlər sırasında 2008-ci ildə keçirilən Əlillərin stolüstü idman oyunları üzrə II Ümumrespublika yarışında 800-dək əlil və sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. 2009-cu ildə keçirilən əlillərin VII Ümumrespublika sərgi-müsabiqəsində rəssamlıq, tətbiqi sənət sahəsində istedad və qabiliyyəti olan 251 nəfər əlil və sağlamlıq imkanları məhdud uşağın 1100-dək yaradıcılıq işi nümayiş etdirilmişdir.
Əlil və sağlamlıq imkanları məhdud uşaqlarla yuxarıda qeyd olunan tədbirlərin yekununda qaliblərə bir qayda olaraq diplom və pul mükafatları verilir. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara xüsusi mükafatlar təsis olunur.
Tədbirlərin təşkili zamanı iştirakçılar mehmanxana şəraiti, yemək və nəqliyyatla təmin olunurlar. Keçirilən müsabiqələrdə qaliblərin müəyyənləşdirilməsi məqsədi ilə respublikanın tanınmış musiqiçi və incəsənət xadimlərindən ibarət münsiflər heyəti təşkil olunur. Təşkil olunan tədbirlərin televiziya kanalları və digər kütləvi informasiya vasitəilə işıqlandırılması və qaliblərin fərdi qaydada müxtəlif telekanallarda çıxışları təşkil edilir.
Əlil qadınların cəmiyyətə inteqrasiyası sahəsində müəyyən işlər görülmüşdür. 2009-cu ildə Türkiyənin Ankara şəhərində keçirilmiş “Dünya əlillərinin gözəllik müsabiqəsi”ndə ölkəmizin layiqincə təmsil olunması üçün Bakı şəhərində əlil qadınların gözəllik müsabiqəsi keçirilmiş, onun iki nəfər qalibi yuxarıda qeyd edilən müsabiqədə iştirak etmişdir. Həmin müsabiqədə respublikamızın təmsilçilərindən biri 3-cü yerə, digəri isə “Miss model” tituluna layiq görülmüşdür.
Sağlamlıq imkanları məhdud uşaqların mənəvi tələbatlarının ödənilməsi də diqqət mərkəzində olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların Novruz, Yeni il bayramları, 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə keçirilən şənliklərdə iştirakları təmin edilmiş, onların vaxtaşırı uşaq tamaşalarına baxmaları üçün şərait yaradılmışdır.
“Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda (2005-2009-cu illər) nəzərdə tutulan 3 dekabr əlillərin Beynəlxalq müdafiəsi günü ilə əlaqədar “Lotos” əlilliyin dərki və təlim mərkəzi ilə birgə 3 dekabr 2007-ci il tarixdə Uşaq Rəsm Qalereyasında gənc əlil rəssam və fotoqrafların sərgisi keçirilmişdir. Sərgidə 50-yə yaxın əlilin foto və rəsm əsərləri nümayiş etdirilmişdir. Sonda bütün iştirakçılara simvolik hədiyyələr və şəhadətnamələr paylanmışdır.
15 may 2009-cu il tarixdə “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzi ilə birgə “Reallığın aynası-4” foto və video sərgi keçirilmişdir. Sərgidə Bakı şəhərində fəaliyyət göstərən reablitasiya mərkəzindən olan uşaq və gənclər fəaliyyətləri haqqında təqdimatla çıxış etmişlər.
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və bələdiyyə orqanları tərəfindən bədən tərbiyəsi-idman təşkilatlarında sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin vahid təqvim planına uyğun müvafiq respublika və beynəlxalq yarışlarda əlillərin iştirakları tam təmin olunur.
Hər ilin sonunda paralimpiya, deflimpiya, xüsusi olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında və onlara bərabər tutulan digər beynəlxalq yarışlarda iştirakın nəticələrinə görə mükafatlar müəyyən edilir. Pekində 2008-ci ildə keçirilən Paralimpiya Oyunlarında Azərbaycan Respublikasını əlilliyi olan 18 idmançı təmsil etmiş və 10 medal qazanılmışdır.
Maddə 31. Statistika və məlumatların toplanılması
Bu maddə üzv ölkə tərəfindən məlumatların toplanılması prosesini tənzimləyir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Konvensiyada nəzərə tutulan insan haqlarının təmin edilməsi üçün müvafiq siyasətlərin hazırlanması və icra edilməsi məqsədilə qruplar üzrə bölünmüş məlumatların, o cümlədən statistik və tədqiqat məlumatlarının toplanılması, habelə, fundamental azadlıqlar, etika, hüquqi təminat, məlumatların mühafizəsi və məxfilik sahəsində həyata keçirilən tədbirlər
”¢ Bu statistik məlumatların paylanması və əlilliyi olan şəxslərin sözügedən məlumatlara çıxış imkanının təmin edilməsi istiqamətində görülən işlər
”¢ Əlilliyi olan şəxslərin məlumatların toplanılması proseslərində və tədqiqatlarda tam şəkildə iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarında qeydiyyatdan keçən sağlamlıq imkanları məhdud uşaqlar və əlillərin sağlamlığı, təhsili, məşğulluğu, sosial vəziyyəti haqqında məlumatlar toplanır. Bu məlumatların məxfiliyinə təminat verilir.
Respublika üzrə tibbi və sosial sahələrdə əlillərlə aktiv iş aparmaq və onlar haqqında dolğun informasiya toplamaq məqsədilə əlillər haqqında vahid məlumat bazası yaradılır. Hazırda bazada 50 minədək əlil haqqında məlumat toplanmışdır.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının təşviqi, tətbiqi, hesabatın hazırlanması və monitorinqi prosesində iştirak edən qurumlara texniki yardım və potensialın artırılması istiqamətində fəal iş aparır.
BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Avropa Şurasının “Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Fəaliyyət Planı” üçün Avropa Əlaqələndirmə Forumu (CAHPAH) çərçivəsində qurulan əməkdaşlıq əlaqələri qabaqcıl təcrübənin öyrənilməsi baxımından faydalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi komponentinin icrasında Dünya Bankı ilə əməkdaşlıq edir. Komponentin məqsədi əlillik dərəcəsinin müəyyən olunması qaydalarına yenidən baxılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Komissiyalarının işinin təkmilləşdirilməsi, əlillərin tibbi reabilitasiyası işinin yaxşılaşdırılmasından ibarətdir.
“Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Modul tipli təlim prorqramlarının hazırlanması komponenti əhalinin digər kateqoriyaları ilə yanaşı, xüsusi ilə əlilliyi olan şəxslər üçün əmək bazarında tələb olunan peşə vərdişlərinin aşılanması məqsədini daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin reabilitasiyası sahəsində Almaniya Federativ Respublikası, Avstriya Respublikası, Türkiyə Respublikası, Koreya Respublikası, Ukrayna, Rusiya Federasiyası və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan internat evlərində əlilliyi olan uşaqların inkişafı və hüquqlarının müdafiəsi üçün Azərbaycanda bu sahədə fəaliyyət göstərən təşkilatlar ilə fəal əməkdaşlıq əlaqələri yaradılmışdır. Nazirliyin Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi, “Azərbaycana Birgə Yardım” təşkilatı (UAFA), Norveç təşkilatı, Açıq Cəmiyyət İnstitutu Psixi Sağlamlıq Təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə icra etdiyi layihələr çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial iş sahəsində təlimlər keçirilir, mütəxəssislərin bilik və bacarıqları artırılır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]