Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“17 il həbs cəzasına 1 həftə vaxt istəmək çoxdur?” ”“ Cahangir Hacıyev

“17 il həbs cəzasına 1 həftə vaxt istəmək çoxdur?”  ”“ Cahangir Hacıyev
Bölmə :
Reportaj
Yayım tarixi :
5/10/2016 [16:55]
Baxılıb :
14310 dəfə
“Beynəlxalq Bank”ın rəhbəri son söz demək üçün məhkəmədən vaxt istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində  “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 


Bizimyol.info saytının prosesdə iştirak edən əməkdaşının bildirdiyinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İbrahim Hüseynovun vəkil Azər Tağıyev müdafiə çıxışı edib. O, İ.Hüseynova qarşı irəli sürülən ittihamların əsassız olduğunu, məhkəmə istintaqının kobub prosessual pozuntula keçirildiyini, müdafiə tərəflərinin çoxsaylı vəsatət və etirazlarına baxmayaraq məhkəmə proseslərinin sürətli şəkildə aparıldığını deyib. “Həftədə 3 dəfə bütün gün ərzində proseslərin keçirilməsi vəkillərin müdafiə etdikləri şəxslərlə görüşməsinə, məsləhətləşməsinə müdafiə taktikasının qurulmasına mane olub. Bu isə müdafiə hüququnun pozulmasıdır”.

Vəkil bildirib ki, “İnter sekurity” mühafizə şirkətinin rəhbəri olmuş İbrahim Hüseynova bu iş üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə) ittihamının verilməsi əsassızdır. Çünki bu cinayətin subyekti ”“ törədən adam vəzifəli şəxs olmalıdır. “İ.Hüseynovun isə Beynəlxalq Bankda nəinki vəzifəsi olmayıb, ümumiyyətlə bu bankla əlaqəsi yoxdur. Həmçinin cinayət qanunvericiliyində nəzərdə tutulmuş “mütəşəkkil dəstə” anlayışının onlara heç bir dəxli yoxdur. Onların mütəşəkkil dəstə şəklində mənimsəməyə yol verməsi ilə bağlı isə cinayət işi materiallarında nəinki mötəbər, heç şübhəli sübut da yoxdur”.

A.Tağıyev əlavə edib ki, İ.Hüseynovun şirkətində çalışmış işçilərin adına götürlmüş kreditlərin bir hissəsi qaytarılıb, bəziləri isə tamamilə ödənərək bağlanıb. “Əgər bu şəxslərin məqsədi həmin vəsaitləri mənimsəmək olubsa, niyə görə kreditlərin bəziləri ödənib? Deməli krediti götürən zaman mənimsəmə niyyəti olmamışddır. Bu isə ittihamın əsassız olduğunu bir daha sübut edir”.
Vəkil həmçinin qeyd edib ki, “Beynəlxalq Bank” məhkəməyə təqdim etdiyi mülki iddiada banka ümumilikdə 211 milyon ziyan vuruıduğunu göstərsə də, bankın nümayəndəsinin ötən prosesdə çıxışı zamanı ortaya başqa rəqəm çıxıb. “Nümayəndə həmin məbləğin müştərək qaydada tutulmasını istəyərək, hər bir şəxsə düşən məbləğləri açıqladı. Ancaq həmin rəqəmləri toplayan zaman ortaya 249 milyon manat çıxır”.

Vəkil İ.Hüseynovun əvvəllər MTN-də çalışmasını, xidmətlərinin olmasını və himayəsində azyaşlı uşağının olmasının cəza istənilərklən prokuror tərəfindən nəzərə alınmadığını vurğuladı. Çıxışının sonunda İ.Hüseynova bəraət verilməsini məhkəmədən xahiş etdi. 

Daha sonra dövlət ittihamşısı Fərid Nağıyev replika hüququndan istifadə edərək vəkillərin fikirlərinə münasibət bildirib. 

Ötən prosesdə vəkil Fəxrəddin Mehdiyev bildirmişdi ki, Cahangir Hacıyev həbs olunandan sonra qanunsuz olaraq BMCMİ-nin müvəqqəti saxlama yerində saxlanılıb və həmin vaxt prosessual hərəkətlər aparılıb. 

Prokuror isə bildirib ki, orada saxlanan zaman heç bir prosessual hərəkət aparılmayıb və cinayət işi materillarında da belə sənəd yoxdur.

F.Mehdiyev həmçinin bildirmişdi ki, 2005-ci ildə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva DİN əməkdaşı Hacı Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən oğurlanması səbəbilə onunla DİN rəhbərliyinin münasibətləri korlanıb. 

Buna görə də cinayət işinin icraatının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmasına etiraz etsələr də, rədd edilib. Prokuror is bildirib ki, 2005-ci ildə baş verən hadisənin bu məsələyə aidiyyatı yoxdur və bununla bağlı qərarı prokurorluq qəbul edib.
Prokuror həmçinin qeyd edib ki, vəkillər cinayət işinin materiallarında sübutlar olmadığını deyirlər. O, Cahangir Hacıyevin ailə üzvlərinin xarici ölkələrdəki  otellərə, bahalı mağazalara, sağlamlıq mərkəzlərində kartlar vasitəsi ilə ödənişlər etməsi ilə bağlı sənədlərdə olan rəqəmləri səsləndirib. 
“Zamirə Hacıyeva heç bir biznes planı təqdim etmədiyi halda ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev ötən prosesdə çıxış edərkən dedi ki, biznes layihələri uğurlu olub, sadəcə gəlir gətirmək üçün vaxt tələb olunurdu. Hətta misal çəkdi ki, bir aydan sonra gənc ailədən uşaq doğulmasını tələb etmk olmaz. Ancaq cinayət işi materillarında elə kreditlər var ki, 2008-ci ildə götürülüb, amma ödənməyib. -7-8 il keçib üstündən, bu müddətə nəinki uşaq olmaq, hətta qəhrəman ata olmaq olar” ”“ deyə prokuror bildirib. 

Vəkil Fəxrəddin Mehdiyev prokurorun replikasına belə cavab verib: “Vəkillərin hamısı çıxışında ittiham aktını darmadağın etdiyinə görə hesab edirdim ki, prokuror replika hüququndan istifadə etməyəcək. Bu işdə ittihamın mövqeyi çox zəifdir, cənab prokuror isə savadlı olduğu üçün onu məhz bu işə təyin ediblər ki, ittihamı vəziyytədən çıxara bilsin. Prokurorun da pontensialı olduğu üçün çalışır ki, ittiham aktını sübut etsin və Don Kixot kimi təkbaşına əsassız ittiham üçün döyüşür. Amma arqumentləri əsaslı deyil. Cahangir Hacıyevin ailə üzvlərinin xaricdə xərclədiyi pulları fiziki kreditlərə ayrılan kreditlərin mənimsənilməsi kimi təqdim etməyə çalışır. Amma bununla bağlı cinayət işində heç bir sübut yoxdur”.

Vəkil Aqil Layıcov da bildirib ki, C.Hacıyev bank rəhbəri olaraq yüksək maaş alıb. “Onun ailə üzvlərinin xaricdə xərclədiyi pullar 500 min, uzağı 1 milyon manat olar. Cahangir Hacıyevin yüksək maaşı olub. Həmin xərcləri şəxsi hesabına da ödəyə bilərdi”. 

Prosesin davamında təqsirləndirilən şəxslərə son söz verilib. Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov, İlqar Abdullayev çıxış edərək özlərini təqsirli bilmədiklərini, ittihamlarla razı olmadıqlarını söyləyiblər. Onlar bildiriblər ki, heç bir mənimsəməyə yol verməyiblər, mütəşəkkil dəstə ittihamı tamamilə absurddur. Bankın Kredit Komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini deyən təqsirləndirilənlər bildiriblər ki, ayrılan kreditlərin hara xərclənməsindən xəbərsiz olduqlarını söyləyiblər.

Təqsirləndirilən Azad Cavadov vəkilinin çıxışını müdafiə etdiyini deyib.

Cahangir Hacıyev və İbrahim Hüseynov isə son söz üçün məhkəmədən bir həftə vaxt istəyiblər. Hakimin “bir həftə çox deyil” sualına Cahngir Hacıyev belə cavab verib: “Bizə 17 il iş istəyiblər. Bunun qarşılığında 1 həftə çoxdur?”. 

Məhkəmə prrosesi oktyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevin 17 il,  İlqar Abdullayevin  8 il, Yusif Ələkbərov 11 il, İbrahim Hüseynov 11 il, Anar Sultanovun 8 il, Məmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]