Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Gətirərdiniz də Zamirə Hacıyevanı, bəs nə oldu?”

“Gətirərdiniz də Zamirə Hacıyevanı, bəs nə oldu?”
Bölmə :
Reportaj
Yayım tarixi :
3/10/2016 [18:14]
Baxılıb :
32759 dəfə
“Beynəlxaq Bank işi”də vəkillər çıxış edərək Cahangir Hacıyevə bərabət istədi
Fəxrəddin Mehdiyev: “Pulların mənimsənildiyi deyilir, amma sübut yoxdur”

Bakı Ağır Cinayətlər Məhkəməsində  “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bizimyol.info saytının prosesdə iştirak edən əməkdaşının bildirdiyinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə ilk olaraq, zərərçəkmiş - "Aqrar Kredit" QSC-nin nümayəndəsi təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutulmasını istəyib.
Daha spnra C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı edib. 
O bildirib ki, bu cinayət işi qanunsuz və ədalətsizdir. “Ümumiyyətlə, bu məsələ mülki xarakterli olduğuna görə, müki icraat qaydasında baxılmalı idi. Çünki bu əməllər baş veribsə belə cinayət tərkibi yaratmır. Saxta cinayət işi isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qərəzli aparılıb. Bu səbəbdən də cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir”.
Vəkil vurğulayıb ki, bu iş üzrə qərəz ibtidai istintaqdan başlayıb və istintaq prosessual pozuntularla aparılıb:“Cahangir Hacıyev qanunsuz olaraq 38 gün BMCMİ-nin müvəqqəti saxlama yerində saxlanılıb, həmkarım Aqil Layıcov tərəfindən verilən vəsatətdən sonra o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Halbuki həmin 32 gün ərzində xeyli prosessual hərəkətlər aparılmışdı və hesab edirik ki, hamısı qanunsuzdur. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə isə ümumiyyətlə zərurət olmadığı halda, məhz bu qətimkan tədbiri seçilmişdi. Qeyd edim ki, bununla bağlı şikayətimiz  Avropa Məhkəməsində artıq icraata qəbul edilib. Həmçinin Cahangir Hacıyev daim fiziki və psixoloji təzyiq altında saxlanılıb. Cinayət işinin birtərəfli - yalnız ititham tərəfinin ittihamlarının xeyrinə aparılması tendensiyası davam edib”.
Vəkil bildirir ki, Cahangir Hacıyev barəsində cinayət işinin icraatının dəyişdirilməsi, DİN-dən alınaraq prokurorluğa verilməsi barədə istintaqa vəsatətlər veriblər. “Çünki Cahangir Hacıyevə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham irəli sürülüb. Bunlar iqtisadi cinayətlər olsa da, cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmışdır. Biz o zaman da istintaqın həmin idarədə aparılmasına etiraz bildirmişdik. Çünki məlum olduğu kimi, 2005-ci ildə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva DİN əməkdaşı Hacı Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən oğurlanmış, sabiq MTN-in keçirdiyi “Qara Kəmər” əməliyaytı zamanı azad olunmuşdu. Bununla bağlı C.Hacıyevlə DİN arasında bir narzılıq yaranmışdı. Ona görə də hesab edirdik ki, DİN-ə aid olan struktur bu işin obyektiv aparılmasında maraqlı olmayacaq  və bu, sonrakı proseslərdə də təsdiqini tapdı. Həmçinin Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 308-ci maddəsi ilə bağlı istintaq da Baş Prokurorluğun səlahiyyətlərinə aiddir” - deyən vəkil qeyd edir ki, bununla bağlı vəsatət və şikayətlər versələr də təmin edilməyib. 
F.Mehdiyevin sözlərinə görə istintaq natamam aparılıb, müdafiə tərəfinin işin obyektiv araşdırılması ilə bağlı verdiyi vəsatətlər qəbul edilməyib, C.Hacıyevin günahsızlığını sübut edən sənədlərin müvafiq qurumlardan alınması təmin edilməyib və tələsik qaydada məhkəməyə göndərilib”.
Vəkil vurğulayıb ki, işin birtərəfli araşdırlması və qərəzli münasibət məhkəmə baxışı zamanı da özünü göstərib. “Hazırlıq iclasında həbs-qətimkan tədbirinin dəyişdirilməsi, hətta şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməsi barədə vəsatətlərimiz qəbul edilməyib. Halbuki onun müdafiə hüququnun təmin edilməsi üçün bu addımın atılmasında heç bir problem yox idi. Baxış zamanı da iş çox sürətlə aparıldı. Burada da obyektiv araşdırılma olmadı və məhkəmə istintaqı dövründə bir dənə də vəsatətimiz təmin edilmədi. Halbuki hamısı işin mahiyyəti üzrə idi və ittihamın daha obyektiv, çəkişmə prinsiplərinə uyğun həyata keçirilməsi üçün vacib idi. Bütün bunlar isə məhkəmənin ittihamı olduğu kimi təsdiq edəcəyi qənaətinin əsaslı olduğunu indidən sübut edir”.
Vəkil bildirib ki, prokuror çıxışı zamanı ümumi sözlərdən istifadə edərək, sübutlar üzərində deyil, şəxsi təxəyyülə əsaslanmaqla yanaşı, təqsirləndirilənlərə həddindən artıq cəza istəyib. 
“Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 - mütəşəkkil dəstə tərəfindən külli-miqdarda mənimsəmə ittihamı verilib. Ancaq prokuror “mütəşəkkil dəstə”nin hüquqi anlayışını vermir. Çünki qanunda və Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş “mütəşəkkil dəstə” anlayışı bu şəxslərə ümumiyyətlə uyğun gəlmir. Bu şəxslərin əksəriyyəti bir-birlərini əvvəldən tanımayıb və ilk dəfə məhkəmədə görüblər.  
Bir anlıq hesab etsək ki, bunlar mütəşəkkil dəstədirlər bəs o zaman Cahangir Hacıyevin 1-ci müavini olmuş, hazırda isə bankın idarə heyəti sədrinin müşaviri olan Emil Mustafayev, Beynəlxalq Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev haradadırlar? Niyə onlar şahid qismində tanınıblar?
Halbuki mənimsənildiyi deyilən məbləğlər - fiziki şəxslərin adına olan kreditlərin digər layihələrə və səhmlərin alınması sərf edilməsi ilə bağlı müvafiq sənədlər var və onların alınması ilə bağlı dəfələrlə vəsatətlər vermişik. Xarici layihələrə Xəqani Bəşirov, daxili layihələrə isə Dünyamin Xəlilov rəhbərlik edib. Onların məhkəmədə dindirilməsi barədə vəsatət də təmin edilmədi. Yəni həmin pulların mənimsənildiyi deyilir, amma sübut yoxdur, əksini sübut etmək üçün isə müvafiq addımlar atılmır”.
Vəkilin sözlərinə görə, Cahangir Hacıyevə qarşı CM-nin 313-cü - vəzifə saxtakarlığı maddəsi ilə ittiham verilməsi də absurddur. “Cahangir Hacıyev hansı sənədi saxtalaşdırıb, heç bir sübut təqdim edilmir. Bu cinayətin motivi odur ki, dövlətə və cəmiyyətə ziyan vurulsun. Amma gəlin Statistika Komitəsinin rəsmi rəqəmlərinə Cahangir Hacıyevin rəhbər olduğu illərdə bankın gəlirlərinə nəzər salaq. 2001-ci ildə 7.4 milyon, 2002-ci ildə, 6.2 milyon, 2003-cü ildə 9.7 milyon, 2004-cü ildə 14.7 milyon, 2005-ci ildə 22.1 milyon, 2006-cı ildə 43.19 milyon, 2009-cu ildə 54.8 milyon və nəhayət 2014-cü ildə 25.8 milyon təmiz gəlir əldə edilib. Bu təkcə bankın gəliri deyil, həmçinin regionların sosial-iqtisadi inkişafında atılan addımlar, iş yerlərinin açılması və s. də daxildir. Qeyd edim ki, dövlətdən bu müddət ərzində bir qəpik də banka pul ayrılmayıb. Cahangir Hacıyevdən sonrakı rəhbərin dövrünün rəqəmlərinə baxaq: 600 min manat ziyan, üstəlik də bankın sağlamlaşdırılması üçün dövlət tərəfindən 3 milyard manat ayrılıb. İndi deyin görək kim dövlətə ziyan vurub? Ona görə də bu maddə məntiqə sığmır”.
Vəkil qeyd edib ki, Cahangir Hacıyevin rəhbərliyi ilə “Beynəlxalq Bank” tərəfindən həyata keçirilən layihələrin hamısı uğur qazanıb. “Prokuror çıxışında qeyd etdi ki, əgər bu layihələr uğurlu idisə və xeyir gətirirdisə, niyə kreditlər bağlanmırdı. Amma nəzərə almır ki, layihənin xeyir gətirməsi üçün zəruri olan müddət var. Məsələn, yeni evlənən gənclərdən bir ay sonra uşaq tələb etmək olarmı? İqtisadiyyatda da uğurlu layihənin gəlir gətirməsi müəyyən zaman tələb edir.”
F.Mehdiyev cəza təyin etmək istəyərkən, prokurorun təqsirləndirilənlərin şəxsiyyətinin nəzərə almadan həddindən artıq ağır cəza istədiyini vurğulayıb. 
C.Hacıyevə bəraət istəyən vəkil Fəxəddin Mehdiyev çıxışını lətifə ilə yekunlaşdırıb. “Hindistanın baş naziri İndira Qandi SSRİ-yə qonaq gəlir və Brejnev çıxışa başlayır: Hörmətli Marqarit Tetçer... Köməkçisi tez yaxınlaşıb qulağına deyir ki, bu Tetçer deyil, Qandidir. Brejnev cavab verir: Mən də bilirəm ki, bu Tetçer deyil, Qandidir, amma kağızda belə yazılıb... Ümid edirik ki, məhkəmə kağızda yazılan kimi deyil, ədalətli qərar çıxaracaq...”
Fasillədən sonra C.Hacıyevin digər vəkili Aqil Layıcov çıxış edib. O da  çıxışında cinayət işinin qanunsuz aparılmasından şikayətlənib.  Vəkil bildirib ki, Maliyyə Nazirliyi Cahangir Hacıyevə qara yaxmaqla məşğul olub, ancaq dövlətə bir manat da olsun investisiya gətirməyib: “Cahangir Hacıyev həbsdə olmasına baxmayaraq bu gün də ölkəyə xeyli investisiya cəlb etmək iqtidarındadır. Müvəkkilimin maliyyə sahəsindəki reytinqi Maliyyə Nazirliyinin reytinqindən iki dəfə yüksək olub. Bu da ona qarşı qərəzin yaranmasına rəvac verib”. 
Vəkil əvvəlki proseslərdə qaldırdıqları vəsatətlərin təmin olunmamasına da toxunub: “Bizim bəzi lazımi sənədlərin aidiyyəti qurumlardan alınaraq məhkəmədə araşdırılması ilə bağlı vəsatətlərimiz də təmin edilmədi. Ancaq məhkəmədə həmin sənədlərin məhkəməyə gətirləcəyi deyilmişdi. Məhkəmədə ittiham tərəfinin 80-ə qədər şahidi dindirilib. Amma bizim bir nəfər belə olsun istədiyimiz şahid dindirilmədi.
Dəymiş zərərlər bağlı gündə bir rəqəm açıqlanır. Bu işin ağırlığını başa düşürük. Heç olmasa, formal olaraq da bəzi addımlar atılmalı idi. Bu cinayət işi 2015-ci ilin aprel ayında açılıb. Qanuna görə istintaq maksimim 13 ay aparıla bilər. Bu işin istintaq uzağı 2016-cı ilin mayında yekunlaşmalı idi. Amma iyul ayında yekunlaşdırılıb və məhkəmyə göndərilib. Bu da çox ciddi qanun pozuntusudur”.
Vəkil Changir Hacıyevin arvadı Zamirə Hacıyevanın arxasınca göndərilən əməliyyat qrupundan da danışıb: “Biz Dünyamin Xəlilovun, Xəqani Bəşirovun  dindiirlməsi ilə bağlı vəsatət qaldırsaq da təmin edilmədi. Bəs necə olur ki, qrup yaradaraq xaricə - Zamirə Hacıyevanın arxasınca gedirsiniz, amma biz dediyimiz şəxsləri dindirə bilmirsiniz? Gizli və heç kimin xəbəri olmadan proses təyin edilib, Zamirə xanımın iradəsini əks etdirməyən vəkil təyin olunub. Şəxsin fundamental müdafiı hüququnun əlindən alınması ilə yekunlaşan qərar çıxaranda elə bilirdiniz sivil ölkələrdə buna göz yumulacaq? Əsla mümkün deyil. Çünki ekstradisiyası istənilən şəxsin ilk öncə müdafiə hüququnun nə dərəcədə effektiv olmasını araşdırırlar. Əlbəttə ki, gizli keçirilən və giuzli seçilən həbs-qətimkan tədbiri zamanı heç bir müdafiə hüququndan söhbət gedə bilməz. Yəni qanunsuzluqlara burada göz yuma bilərlər, amma sivil ölkələrdə əsla. Gətirərdiniz də Zamirə Hacıyevanı, bəs nə oldu?”
Qeyd edək ki, Zamirə Hacıyeva hazırda Böyük Britaniyada yaşayır. 
Vəkil çıxışının sonunda müvəkkilinə bəraət verilməsini istəyib.
Digər təqsirləndirilənlərin vəkilləri də çıxışlarında hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı irəli sürülən ittihamlarla razı olmadıqlarını, onlara bəraət verilməsini istəyiblər.
Qeyd edək ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevin 17 il,  İlqar Abdullayevin  8 il, Yusif Ələkbərov 11 il, İbrahim Hüseynov 11 il, Anar Sultanovun 8 il, Məmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]