Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

15 ildir ev gözləyən qəhrəman ailəsi

15 ildir ev gözləyən qəhrəman ailəsi
Bölmə :
KİVDF
Yayım tarixi :
28/3/2013 [12:57]
Baxılıb :
1156 dəfə
Yeni hazırlanan "Milli Qəhrəmanlar haqqında" qanun layihəsində hansı imtiyazlar olacaq?

1995-ci ilin mart çevrilişlərinin qarşısının alınmasında iştirak Xüsusi Təyinatlı Qoşunlarda xidmət etmiş edən Milli Qəhrəman İsgəndərov Famil İsgəndər oğlunun atası İskəndərov İskəndər İbrahimoviç müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyətindən narazılığını bildirib.
Xatırladaq ki, İsgəndərov Famil İsgəndər oğlu Prezidentin fərmanı ilə ölümündən sonra “Qızıl Ulduz” medalı ilə təltif olunaraq Milli qəhrəman adı verilib
Milli Qəhrəmanın ailəsi Binəqədi icra başçısının 196 saylı 17.08.1998-ci il tarixli Sərəncamı ilə mənzil növbəsinə götürülüb. 23 yanvar 2013 cü ildə icra hakimiyyətinin verdiyi arayışa əsasən, İ. İsgəndərov 1998-ci ildən Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanan vətəndaşların siyahısında ümumi əsaslarla 1048-ci, güzəştli əsaslarla- şəhid ailəsi kimi 20-ci ailədir.
Milli qəhrəman atası İ.İsgəndərov 15 il mənzil növbəsində gözləsə də evlə təmin olunmayıb. “Bizi mənzil növbəsinə götürüləndə həyat yoldaşım da sağ idi. Mənim artıq 75 yaşım var. 15 ildir gözləyirik. Bu süründürməçilik nə qədər uzanacaq? Mən kimə müraciət edim ki, bizim problemlərimizlə məşğul olsun? Heç kim məni eşitmir, suallarıma, məktublarıma cavab verilmir. Mənim suallarımı kim cavablandıracaq?.»
Şəhid atasının 2013-cü il fevralın 1-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun qəbuluna düşmək cəhdləri də boşa çıxıb. Şəhid ailəsi nazirlikdən qovulub.

Haqqında

Famil İsgəndərov 15 may 1975-ci ildə Bakı şəhərində doğulub. 1991-ci ildə 157 saylı məktəbi bitirib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Famil Ağdərə və Tərtərin təmas xəttində gedən döyüşlərdə iştirak edib. Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır və müalicədən sonra isə “N” saylı hərbi hissədə xidmətini davam etdirir. 1995-ci il 13-17 mart hadisələri zamanı həlak olub. Famil İsgəndərov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 157 saylı məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub. Dağıstannın Qasımkənd rayonu Uluqadağ kəndindəki məktəbə də Famil İsgəndərovun adı verilib.
Milli qəhrəmanın ailəsinin üzləşdiyi sürüdürməçilik, yerli icra orqanlarında bürokratik əngəllərinin kifayət qədər olduğunu göstərir. Dövlət bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün nə etmək istəyir? Milli qəhrəmanlarımızın tanıdılması, təbliği, xatirələrinin əbədiləşdirilməsi istiqamətində hansı işlər görülməlidir?

Milli Məclisdə "Milli Qəhrəmanlar haqqında" qanun layihəsi hazırlanır

Milli Məclisdə Milli Qəhrəman statusunun hansı meyarlara, şəraitə və məkana əsasən verilməsi, eyni zamanda bu statusu alanlarla bağlı yeni xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi ilə bağlı “Milli Qəhrəmanlar haqqında” qanun layihəsi hazırlanır. «Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi»nin rəhbəri Elşən Uluxanlı bildirib ki, milli qəhrəmanlar üçün 600 manat məbləğində müavinət nəzərdə tutulub. Bundan başqa şəhid ailələri heç bir əlavə imtiyaza malik deyillər: “Milli Qəhrəmanlar haqqında” hazırlanan yeni qanun layihəsində bu statusu almış şəxslərin övladlarının istənilən ali təhsil müəssisəsində təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi nəzərdə tutulub”.
Xatırladak ki, ölkəmizdə milli qəhrəman adının təsis olunmasına dair 25 mart 1992-ci il tarixli Qanun qüvvəyə mindikdən sonra 211 nəfər şücaəti və qanı bahasına Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını həkk edib. İlk dəfə bu fəxri ada 1992 - ci ilin iyunun 6-da 11 nəfər layiq görülüb.

Milli qəhrəmanlar kimdir və onları tanıyırıqmı?

Azay Quliyev: «İstənilən halda, qəhrəmanlarımız təbliğ olunmalıdır»

Millət vəkili Azay Quliyev deyir ki, vətəndaşlarımız, xüsusən də gənclərimiz qəhrəmanlarımızı tanımalıdırlar; “Qəhrəmanlar qəhrəmandır. Onlar öz canlarını, sağlamlıqlarını qurban veriblər, şücaət göstəriblər. Məsələn, gənclərimiz, əsgər getməyə hazırlaşan yeniyetmələrimiz Mübariz İbrahimovu niyə tanımasınlar? Bunlar mütləq şəkildə olmalıdır. Amma dediyim o biri məsələ ümumi toplumun məsələsidir. Bunu fərdlərə qarşı fikir kimi qəbul etmək olmaz. İstənilən halda, qəhrəmanlarımız təbliğ olunmalıdır”.

Rəfael Hüseynov: «Mübariz İbrahimovdan şücaəti az olmayan qəhrəmanlarımız var, amma”¦Â»

Deputat Rafael Hüseynov deyir ki, Sovet dönəmində vətənpərvər ruhlu çoxlu nəğmələr qoşulub, romanlar, povestlər, hekayələr, şeirlər yazılıb, filmlər çəkilib: “Həmin əsərlərdə Sovet İttifaqına daxil olan ən müxtəlif xalqların kiçikdən böyüyə qəhrəmanlıqlarını ifadə edən gözəl nümunələr var idi. Düşünürəm ki, Azərbaycanda milli ruhu yüksəltmək, vətənpərvərlik hissini arzulanan səviyyəyə qaldırmaq üçün həmin zəngin irsdən və təcrübədən istifadə etməliyik. Artıq hazır modellər var. Sadəcə, biz onların Azərbaycan variantlarını yaratmalıyıq. Gözəl vətənpərvərlik nəğmələri, müharibə illəri ilə bağlı təsirli filmlər olmalıdır. İnsanlarımızın ən müxtəlif təbəqələri, məktəblilər günahkar deyillər ki, ayrı-ayrı qəhrəmanlarımızı qəhrəman kimi tanımırlar. Sadəcə bir küçəyə hansısa qəhrəmanın adını verməklə və bir lövhə ilə onun xatirəsini əbədiləşdirməklə həmin qəhrəmanı şüurlara yeritmək olmaz. O qəhrəmanı şüurlara yeritməyin əsas yolu ədəbiyyatdır, mədəniyyətdir və mədəniyyət ən müxtəlif sahələridir. Baxaq görək bizim rəssamlığımızda, ədəbiyyatımızda, kinomuzda və musiqimizdə nə qədər parlaq əsərlər var ki, insanlarda bu hissiyatı yarada bilsin? Ona görə də, düşünürəm ki, bu vacib istiqamətdə çox ciddi iş aparılmalıdır. Bununla bağlı Azərbaycan yazıçıları, mədəniyyət xadimləri, təhsil işçiləri, elm xadimləri, hərb sahəsinin təmsilçiləri oturub geniş müşavirə keçirməli, fəaliyyət planı müəyyən etməlidirlər. Çünki bu, son dərəcə incə bir məsələdir. Bu, millət və dövlət quruculuğu, Azərbaycanın bir ölkə olaraq gələcəyi ilə bağlı olan problemlərdir. Hansısa qəhrəman haqqında qısa məlumatın dərsiklərə salınması elə küçədən asılan o lövhə və qəhrəmanının adına verilən küçə kimidir. Küçələrdən keçirik. Naməlum küçə adları ilə rastlaşırıq. Biz hələ nisbətən məlumatlı insanlarıq. Amma yalnız şücaətlər göstərmiş o şəxsləri tanıyırıq ki onların barəsində müəyyən qədər təbliğat aparıllb. Mübariz İbrahimovun adı bu gün hər kəsə bəllidir. Amma ola bilsin ki, qəhrəmanlığı ondan az olmayan insanlar var və onların adına küçə verilib, xatirəsi də zahirən əbədiləşdirilib, lakin nə o ad insanlara nəsə deyir, nə də igidlikləri geniş kütlələrə bəllidir. Onların adını daşıyan küçələrdən keçirik. Məəttəl qalırıq ki, bu adam kimdir görəsən, onun adına küçə verilib? Amma biz o küçədən keçəndə bilməliyik ki, küçə kimin adınadır, istər-istəməz onun ömrünün qəhrəmanlıq səhifələri xəyalımızda canlanmalıdır. Zamanında küçədən, abidənin yanından keçəndə Həzi Aslanovu, Mehdi Hüseynzadəni, Qafur Məmədovu, Hüseynbala Əliyevi tanıyırdıq. Sadəcə tanımırdıq, onların rəşadətlərinin təfərrüatlarından agah idik. Onlar qəhrəmanlıq göstərib adlarını tarixə yazmış insanlardılar. Lakin onların qəhrəmanlıqları ədəbiyyat, sənət vasitəsilə insanların şüuruna aşılanmışdı. Ona görə də, qəhramanları dərsliklərə salıb sadəcə onlar haqqında qısa informasiya verməklə nəyəsə nail olmağa ümid bəsləmək xam xəyaldır. Onlar dərsliklərə bədii obrazlara dönərək daxil edilməlidirlər. Təsəvvür edin ki, Mehdi Hüseynzadə - Mixaylo haqqında “Uzaq sahillərdə” kimi qiymətli bir povest, istadadla çəkilmiş film olmasaydı biz bu qəhərəmanımıza qəlbən bunca yaxınlaşa bilərdikmi?».
R.Hüseynov hesab edir ki, Qarabağ müharibəsinin qəhrəmanları, cəsur əsgərlərimiz də məhz sənətin sığalıyla bir qədər də cazibəli edilərək dərsliklərə, dərs vəsaitlərinə, tədris filmlərinə salınmalıdır ki, cavanlı-ahıllı hamının, o sıradan ilk növbədə tələbələrin, şagirdlərin şüuruna hopsun, igidlərin obrazları ürəklərə həkk olunsun. «İnsan yalnız varlığına, duyğularına sirayət edən obrazları sevə bilir. Sevgi elə bir şeydir ki, onu bəyanatla, hökmlə yaratmaq olmur. Ona görə də, düşünürəm ki, bu istiqamətdə çox ciddi iş aparılandan sonra, sadalanan mərhələləri keçəndən sonra qəhrəmanlarımız haqqında bədii parçalar və sənədli bilgilər dərsliklərə də daxil edilə bilər. Söz yox ki, televiziyalar da vətənçi ruhun yetişməsində, inkişafında çox iş görə bilər. Amma bu, ümummilli və strateji əhəmiyyətli məsələ olduğundan mütləq istiqamətləndirilməli, koordinə edilməli, vaxtaşırı açıq müzakirə müstəvisinə gətirilməlidir. Bütün bunlar Azərbaycanın - millətimizin, dövlətimizin bu günü və gələcəyi üçün zəruri olan işlərdir”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]