Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Biz niyə ölmədik?

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
28/9/2016 [14:57]
Baxılıb :
10104 dəfə
Sovet dövründə doğulanlara ithaf edilir

Ümidim var ki, bu yazını sosial şəbəkədə paylaşacaqlar. Millət səhər oyanan kimi internetə qoşulacaq, dünyada nə var, nə yox bəhanəsiylə mənasız yazılar oxuyub “Hər şey aydındır” deyib arxayınlaşacaq. Cavanlar oxuyub ağzını büzəcək, ya da həsəd çəkəcəklər. Nisbətən yaşlı, yəni sovetin hər üzünü görmüşlərsə ola bilər nostalji keçirəcək, dövrləri qarşı-qarşıya qoymaqla bir qədər kədərlənib köksünü ötürəcək. Amma heç kimdə “Bu belə deyil!” etirazı oyanmayacaq. 

Sizlərdən kimsə keçən əsrin ikinci yarısında doğulubsa bu sualı özünə dəfələrlə verib: “Necə oldu ki, biz salamat qaldıq?”.  Axı keçən əsrin uşaqları maşında kəmərsiz və təhlükəsizlik balışcıqları olmadan gedirdik. Setkalı dəmir çarpayıların tərkibindəki qurğuşun müasir standartlara görə adamı dərhal öldürməli idi. Rəngbərəng dərmanlar, yeməyə əlavələr, gündəlik vitamin normaları yox idi. Yeməyin özü də başdan aşmazdı, necə deyərlər qədərində. Qədərsə dövrlərə uyğun soğan bozbaşı və qara çörəklə plov diapazonunda müəyyənləşirdi. Biz suzayanda ağzımızı krana dirəyib su içirdik, amma qarnımıza qurd düşmürdü. Düşürdüsə də sarımsaq yeməklə onu bir gündə öldürə bilirdik. Qapılar bağlanmazdı, evin şkaflarının heç açarı olmazdı.  Sovet uşaqları səhər evdən çıxıb axşam gələrdi, küçə fonarları yanandan sonra. O vaxt məhəllələrdə də fonarlar vardı, təkcə magistral yollarda yox. O vaxtlar da uşaq və yeniyetmələr dalaşardı, əl-ayağını sındırar, davalarda dişlərini qırar, kəsilər, yaralanardılar, amma söhbət məhkəmələrə düşməzdi. Uşağının bütün günü harda olduğunu bilməyənlər ürəyini sıxmazdı, indiki kimi hər iki dəqiqədən bir zəng edib axtarmazdı. O vaxtlar da uşaqlar limonad, dondurma və pirojna yeməyi sevərdi, amma heç kim bundan piylənməzdi. Çünki yeyən kimi oynamağa cumardıq.

150 kanallıq televizoru kimsə təsəvvür edə bilməzdi. İnternet də yox idi, disklər də. Ona görə hamı yığışıb multfilmə baxardı, özü də müəyyən saatda. Günə cəmi 20 dəqiqəlik sakitlik çökərdi hər yerə. Əvəzində dostlarımız vardı, bir də kitablar. Lap darıxanda kibrit çöpünü küçəylə axan arxa buraxıb onun necə uzaqlaşdığını izləmək olardı. Biz bu boyda təhlükəli dünyada necə sağ qaldıq axı? Dəmir konserv bankaları əlimizi kəsəndə pis virusa yoluxmurduq, qonşu bağdan oğurladığımız albalını tumuyla yeyəndə qarnımızda ağac bitmirdi. İmtahanlar 10 ballıq deyil, 5 ballıq, faktiki isə 3 ballıq sistemlə qiymətləndirilirdi. Əla, yaxşı və məqbul qradasiyası ilə ali məktəbə də girirdik, lap aspiranturaya da. Müsabiqəyə düşənlər də olurdu. Bizim hərəkətlərimiz yalnız öz əməllərimiz idi və günahkarlar üzr istəməsə rahatlıq tapmırdı. Polisdən və əsgərlikdən rüşvətlə qurtulmaq hələ ayıb sayılırdı. Valideynlərsə həmişə müəllimin, qanunun tərəfində idi, uşaqlarının yox. 

Povidlalı pirojkilərin tamını unutmaqmı olar? O dövrü yaşayanlar ürəyinin sarı simi tərpənən kimi şirəli və qazlıı su aparatlarını xatırlayır. Hamı bir stəkandan içər, heç nəyə yoluxmaz və bu stakanlar yoxa çıxmazdı. 5 qəpiklik avtobusda qəpiyi o başa göndərən kimi pul yerinə çatar və əvəzində biletin özünə qayıdardı. Çoxluca banka bağlayar, mürəbbə bişirərdik. Qış tədarükünə baş qoşmayanlar təmbəl sayılardı. Qışda mərhəmət göstərib onlara da 1-2 banka göndərər və “bankanı mütləq qaytarın” deyərdik. Soyuducu xarab olanda quyuya salınmış qarpızlar daha dadlı çıxardı. Uşaqlar 8 martda analarına hədiyyəni öz əlləriylə düzəldərdi, açıqcanı gözəl sözlərlə doldurardı. İndi uşaqlara rezinka oyununun qaydalarını, iməclik və makulatura yığmaq məcburiyyətini necə başa salasan? Çörək növbələri, yemək talonu adamları incitməzdi, çünki hamı belə yaşayırdı. 

Bu nəsil şeir yazmağı, rəsm çəkməyi, musiqi bəstələməyi, yəni heç nədən nələrsə yaratmağı öyrəndi. Seçimimiz də vardı, uğursuzluq və risk hüququmuz da.  Əgər sizin də uşaqlıq və gəncliyiniz bu zamanda keçibsə deməli dünya hakimləri uşaqların gələcəyini mobil telefon, tok-şou və əntiqə çipslərə dəyişdirməmişdən  əvvəl ötüşüb. Ona görə 30-40 il əvvəl nağıla oxşamağa başlayır. 

İndi kompüterin parolunun çaşıb mikrodalğalı sobada yığmaq idi həyati hadisədir. Sənin telefonunda 3 nəfərdən  ibarət ailənlə əlaqə saxlamaq üçün azı 15 nömrə yazılır. Qonşu otaqda oturan iş yoldaşına sözünü email-də yazırsan. Mobil telefonunu evdə qoysan isteriyaya düşə bilərsən.  Səhər duran kimi çaydan, kofedən əvvəl internetini işə salırsan. Guya bu, səni dünyaya yaxın edir. Oxuyursan, öyrənirsən, maraqlanırsan, amma tənhalıq səni tərk etmir. Ona görə də bu yazının sosial şəbəkədə paylaşılması üçün bəzi standartlara uyğun gəlmədiyi faktını da boynuma almalıyam. Bu köşədə qan tökülmədi, söyüş, ağlaşma, zorlama və sevişmə olmadı. Sosial şəbəkə moderatoru çətin ki, yazını paylaşmağa layiq bilə...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]