Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ölən və yaralananlara Azərbaycansayağı “ödəniş””¦

Ölən və yaralananlara Azərbaycansayağı “ödəniş””¦
Bölmə :
Araşdırma
Yayım tarixi :
27/9/2016 [21:13]
Baxılıb :
7571 dəfə
Hər il yol terrorunda əlil olan minlərlə vətəndaşımıza qəpik-quruş verilir

Bütün cinayətlər kimi Azərbaycanda yol-nəqliyyat hadisələrinin də sayı azalmır. Bu hadisələr nəticəsində ölənlərlə bərabər xeyli sayda insan ağır yaralanır, əmək qabiliyyətini itirərək son nəticədə əlil olur. 

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 490 nəfər ölüb, 1409 nəfər xəsarət alıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil edib ki, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb. 1409 nəfər xəsarət alandan heç olmasa 1000-i sağlamlığını bu və ya digər şəkildə itirib. Onun da yarısı bəlkə də əlil olub. Bu insanların sonrakı taleyi necə olur, onlara nə kimi köməklik göstərilir? “Bizim Yol” yol-nəqliyyat hadisələrində zərərçəkənlərə qanunun verdiyi haqları araşdırıb. 

Qanunvericiliklə üçüncü şəxsə dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri belə müəyyən edilir: fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50 min manatdan çox olmamaq şərtilə; bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat; üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə də 5 min manat. Sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişləri aşağıdakı məbləğlərdə hesablanır: zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi - 5000 manat; zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlillik qrupu təyin edilməsi və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması: I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə -  4000 manat; II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə -  3000 manat; III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə - 2000 manat; əlillik qrupu təyin olunması və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması - 1500 manat; yüngül xəsarət alması - 750 manat. 

“İcbari sığortalar haqqında” Qanuna əsasən İcbari Sığorta Bürosu 18 aprel 2012-ci il tarixdən etibarən Azərbaycan ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu hallarda kompensasiya ödənişlərinin verilməsinə başlayıb: üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda. İSB tərəfindən 14 dekabr 2012-ci il tarixdən 2016-cı il 22 iyun tarixi daxil olmaqla 1 000 031,15 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 2012-ci ildə 1 kompensasiya tələbi üzrə 5000 manat, 2013-cü ildə 24 kompensasiya tələbi üzrə 54 391,50 manat, 2014-cü ildə 73 kompensasiya tələbi üzrə 253 276 manat, 2015-ci ildə 117 kompensasiya tələbi üzrə 377 280,31 manat, 01 yanvar 2016-cı il tarixindən 22 iyun 2016-cı il tarixədək  isə 83 kompensasiya tələbi üzrə 310 083,34 manat kompensasiya ödənişi həyata keçirilib.

Təşkilatdan bu ilin mart ayında verilən məlumatda bildirilir ki, İSB tərəfindən 11 dekabr 2013-cü il tarixdə Ağsu-Kürdəmir yolunun 16-cı kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün həal olması ilə əlaqədar 5 min manat, digər vətəndaşın ağır dərəcəli xəsarətlər almasına görə isə 1500 manat məbləğində kompensasiya ödənişi edilib və vəsait poçt vasitəsi ilə bu ilin martın 15-də zərərçəkən və ya ailələlərinə göndərilib. Daha bir misalda da adıçəkilən təşkilatın yenə 31 avqust 2014-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin həlak olması ilə əlaqədar vətəndaşlara 10 min manat məbləğində kompensasiya ödənişini bu ilin mart ayında edilib. 2013-cü il oktyabrın 28-də Bakı-Qazax-Gürcüstan magistral yolunun 69-cu kilometrliyində, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində  bir ailə üzvünün həlak olması və iki ailə üzvünün ağır xəsarət alması ilə əlaqədar vətəndaşlara ümumilikdə 8 min manat ödəniş bu ilin martın 31-də edilib. Məbləğ bəlkə də ölənin dəfn xərclərini qarşılayar, amma qalanın müalicə xərcləri üçün heç bir halda yetərli deyil. Həm də hadisə baş verəndən 2,5 il sonra zərəçəkən kompensasiyanı alıb. Əslində, hadisə baş verəndən dərhal sonra bu pula ehtiyac yaranır, 2-3 il keçəndən sonra o vəsait kimin işinə yarayar?

Bu yazılanlar məsələnin qanuni tərəfidir. Əslində, qanunvericilik bu sahədə vəziyyəti tənzimləmir, ən azından məbləğin azlığına görə. Bizdə yazılmamış qanunlar da var. Ölən və yararlananlar üçün Azərbaycansayağı ödəniş mövcuddur. Ölənlərin sağ qalan ailə üzvləri, yaralananlar hadisənin törədicisindən “qan pulu”-nu alırlar, bu, öz yerində. Təbii ki, qəzada günahkar sürücü sağdırsa. Bu, individlərə və qəza törədənlərin maddi durumuna görə dəyişir, şərtləri zərərçəkən diqtə edir. Deyilən səbəbdən kreditə girib, ölən şəxsin ailəsinə illərlə pul ödəyənlər tanıyırıq. Zərər verənin müəyyən bir statusu varsa, o zaman zərərçəkənə maddi yardım etmək artıq onun insafına qalır...    

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]