Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ən çox cinayət törədənlər işsizlərdir

Ən çox cinayət törədənlər işsizlərdir
Bölmə :
Araşdırma
Yayım tarixi :
23/9/2016 [20:42]
Baxılıb :
1176 dəfə
Ölkədə residivistlər və uşaqlar da bu statistikada öndə gəlirlər
Cinayətkarlar tutulur, amma onları əvəz edənlər həmişə var

2016-cı ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının təqdim etdikləri rəqəmlər ölkədə cinayətlərin sayının ilbəil artdığını söyləməyə əsas verir.  

Bizimyol.info Daxili İşlər Nazirliyinin hesabatına istinadən qeyd edir ki, bu dövrdə 14 251 (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 718 fakt və ya 5.3%  artımla) cinayət qeydə alınıb. Onların 94,2%-i və ya 13 429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2%-ni böyük ictimai təhlükə törətməyən (3 645) və az ağır (7 795), 14,8%-ni (1989) ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Cinayətlərin strukturunda 2 340-ı (2015-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə 15 fakt və ya 0.6% çox) şəxsiyyət əleyhinə, 7 271-i (1890 fakt və ya 35.1% artımla) iqtisadi sahədə törədilən, onlardan 7 184-ü (1879 fakt və 35,4% artımla) mülkiyyət əleyhinə, 3 441-i (248 fakt və 6,7% azalma ilə) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 365-i (4 fakt və 1.1% artımla) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Cinayətlərin açılması 84,4 faiz (0,1% artımla) təşkil edib. Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 96 faktdan 91-ə, zorlamalar 18 faktdan 15-ə, avtonəqliyyatın qaçırılması 124 faktdan 108-ə, xuliqanlıqlar 518 faktdan 485-ə, yol-nəqliyyat hadisələri 1 045 faktdan 905-ə, qəzalarda həlak olanların sayı 407-dən 304-ə, xəsarət alanların sayı 1 117-dən 970-ə enib. İctimai yerlərdə baş verən cinayətlər də 754 faktdan 691 və yetkinlik yaşına çatmayanların cinayətləri 259 faktdan 244 fakta düşüb.  

Maddi məzmunlu cinayətlər durmadan artır   

Amma maddi məzmunlu zinayətlərin sayında əhəmiyyətli yüksəliş var. Dedik ki, təkcə mülkiyyət əleyhinə 7 184 cinayət törədilib. Belə ki, oğurluqlar 1 140 fakt və ya 37.5% artıb. Keçən ilin müvafiq dövründə bu, 3 041 fakt təşkil edibsə, bu ilin 6 ayında 4 181 cinayət olub. Dələduzluq cinayətləri 710 fakt və ya 41.4% çoxalıb. Ötən ilin müvafiq dövründə 1 717 belə fakt rəsmi qeydə alınmışdısa bu ilin müvafiq dövründə dələduzluq cinayətləri 2 427 fakt olub. Soyğunçuluq 24 fakt və ya 16.7% artıb, iki ilin eyni dövrünün müqayisəsində 144 faktdan 168 fakta yüksəlib. Quldurluqla bağlı cinayətlər 12 fakt və ya 14% çoxalaraq 86 faktdan 96-ya qalxıb. 

Narkotik dövriyyəsində də intensivləşmə var

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar müəyyən edilmiş 1 675 (132 fakt az), o cümlədən onların satışı ilə bağlı 429 (49 fakt az) fakt üzrə, cinayətkarlardan, ötən ilin eyni dövrü ilə müqayisədə 177 kiloqram çox (41% artımla), bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb. Yəni, narkotik dövriyyəsi iştirakçılarının sayı nisbətən azalsa da, həcmində böyük artım var. Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1 132 nəfərdən 1 023-ü (90,4%) əmək qabiliyyətli işləməyən və oxumayan, 430-u (38%) əvvəllər cinayət törətmiş şəxs, 13-ü (1,1%) qadınlardır. 75 nəfərdən ibarət 31 (9 fakt artımla) cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kq (62,7 kq artımla) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın (11,1 ton artımla) olan çətənə və xaş-xaş kolu məhv edilib. 

İnsan alveri aktuallaşır

Ötən ilin yarım ili ilə müqayisədə 16,2% çox (13 fakt artımla), yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 (5 fakt artımla) nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, həmin əməllərin qurbanı olmuş 52 (4 fakt artımla) şəxsin cəmiyyətə yenidən inteqrasiyası təmin olunub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 205, o cümlədən 29 ağır və xüsusilə ağır, “isti izlərlə” 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4% çox cinayət açılıb. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 (156 fakt çox) ağır və xüsusilə ağır cinayət törətmiş 134 (8 az) cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 (22 nəfər çox) nəfər cinayət məsuliyyətinə cəlb edilib. Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 7 003 (481 nəfər artımla), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1 121 (41 nəfər az) nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.

Dələduzluq, oğurluq, soyğunçuluq, korrupsiya cinayətləri azalmır

Bu, son iki yarım ilin müqayisəli təhlilidir. Əslində isə illər üzrə nəzər saldıqda daha da dəhşətli mənzərə ortaya çıxır. 2015-ci ilin yekun təhlilində bəzi göstəricilərə baxaq. Həmin il 26 916 (2014-cü illə müqayisədə 9,4% çox) cinayət qeydə alınıb. Onların 7 243-nü az ağır, 3 714-nü ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Cinayətlərin 19,7%-i (4 631) şəxsiyyət əleyhinə, 48,2%-i (11 359) iqtisadi sahədədir. Cinayətlərin strukturunda qəsdən adam öldürmə 7,3% (16 fakt azalma), mənimsəmə və israf etmə 34% (70 fakt az), avtonəqliyyatın qaçırılması 26,6% (89 fakt az), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozma 14,8% (30 fakt az1), o cümlədən ölümlə nəticələnən yol hərəkəti hadisəsi 22,9% (175 fakt az), xuliqanlıq 4,5% təşkil edib. Dələduzluq 37,1% (991 fakt çox), oğurluq 8,1% (476 fakt çox), o cümlədən mənzillərdən oğurluq 13,5% (257 fakt çox), soyğunçuluq 40,2% (97 fakt çox), quldurluq 31,9% (51 fakt çox), hədə-qorxu ilə tələb etmə 42,9% (24 fakt çox), qaçaqmalçılıq 16,1% (5 fakt çox), korrupsiya ilə bağlı cinayətlər 18,4% (34 fakt) artıb. 

İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 210 (27 fakt çox), o cümlədən 62 (17 fakt az) fahişəliyə cəlb etmə və 134 (48 fakt çox) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 107 nəfər məsuliyyətə cəlb olunub.

Cinayətkarların tərkibi dəyişmir - onlar işsizlər, residivistlər, yeniyetmələrdir

Hüquqa zidd əməl törətmiş 16 322 nəfərdən 13 392-si məsuliyyətə cəlb edilib, onlardan 10 320-si (77,1%) işləməyən və oxumayan, 2 432-si (18,2%) əvvəllər məhkum edilmiş, 858-i (6,4%) qadın, 416-sı (3,1%) yetkinlik yaşına çatmayanlar olub. 2014-cü ildə də hüquqa zidd əməl törətmiş 15 560 nəfərdən 12 656-sı məsuliyyətə cəlb edilib, onlardan 9 945-i (78,6%) işləməyən və oxumayan, 1 986 (15,7%) nəfər əvvəllər məhkum edilmiş, 725-i (5,7%) qadın, 417-si (3,3%) yetkinlik yaşına çatmayanlar olub. Həmin il bütün uçot subyekləri üzrə 24 607 (2013-cü illə müqayisədə 9,9% artımla) cinayət qeydə alınıb. Göründüyü kimi cinayətkarların tərkibi dəyişmir, eyni kateqoriyadır və sayları da artaraq gedir. Bir maraqlı məsələ var. Hər il 20 mindən artıq cinayət (və həm də ilbəil min, iki min civarında artımla) baş vermək və 15-16 min adam (ilbəil cinayətkar sayı 1000 nəfərdən çox artır) həbs olunmaq zorundadırmı? Axı bu cinayətkarlar həbs edilir. Bəs sayları niyə azalmır? Məlum olur ki, keçən il 16 322 şəxsdən 13 392-si məsuliyyətə cəlb edilib. Necə olur ki, onların yerini yeniləri tutur? Ya da onlar buraxılır və təzədən düşürlər cəmiyyətin canına? Cinayətkarların tərkibinə fikir verin: 10 min civarında cinayət törətmiş şəxs işləməyən və oxumayanlardır. Və bu statistikanı hər il aidiyyatı qurumlar görürlər. Deməli, insanların məşğulluğunu təmin etməklə cinayətlərin sayını ən az 10 min aşağı salmaq olar. 2000-2500-ə yaxını əvvəllər məhkum edilmişlərdir. Bu kateqoriya ağıllanmır, buraxıldıqca yenə cinayət törədir. Odur ki, onların yenidən cinayət törətməməsi üçün çalışılmalıdır. DİN təkcə cinayət edənləri tutub həbsə göndərən və sonra da onun statistikasını cəmiyyətə açıqlayan bir qurum olmamalıdır. 2014-cü ildə 417, 2015-ci ildə 416 yetkinklik yaşına çatmayan cinayət törədib. Rəqəmin heç dəyişməməsi bilirsiniz nədən irəli gəlir? Balaca cinayətkarları hər dəfə tutub-buraxırlar. Deyəcəklər, “qanun onları həbs etməyə yol vermir”. Yaxşı, o zaman bunu bilə-bilə niyə tutursunuz? Dinmədikcə bu yeniyetmələr peşəkar oğrulara, quldurlara, qatillərə çevrilirlər. Bir yeniyetmənin cinayətkara necə dönüdüyünü daha əvvəl yazmışdıq. 

Əvvəlki illər də bundan fərqlənmir. Misal üçün, 2013-cü ildə 456 yetkinlik yaşına çatmayan cinayət törədib. Həmin il cinayət sayı yenə 20 minin üzərində olub - 22 381 fakt. Hüquqa zidd əməl törətmiş 14 841 şəxsdən 88,3% (13 112) bunu ilk dəfə törədənlər, 76,9% (11 420) işləməyənlər, 39% (5 787) gənclər, 6,8% (1 012) qadınlar, 11,6% (1 729) əvvəllər cinayət məsuliyyətinə cəlb olunub, 3,5% (514) yetkinlik yaşına çatmayanlar, 1,4% (215) əcnəbilərdir. Müxtəlif cinayətlərə görə respublika üzrə 12 361 nəfər məsuliyyətə cəlb edilib, onlardan 9 653 (78,1%) işləməyən və oxumayan, 1 708 (13,8%) əvvəllər məhkum edilmiş, 777 (6,3%) qadın, 456 (3,7%) yetkinlik yaşına çatmayanlar olub. Yenə həmin cinayətlər, həmin tərkib. Bir tək sayda fərq olur, o da ki, “maşallah”, artımla irəli - ölkəni 30 minlik cinayət statistikasına doğru aparır. 

Asayişə büdcədən ayrılan pullar da artır, cinayətlər də 

Nazirliyin arxivində 2004-cü ilin hesabatında qeydə alınmış cinayətlərin sayı 16 210 (əvvəlki ilə nisbətən 1 158 fakt artımla) göstərilib. 2004-cü ildə Azərbaycanda 8 349 000 nəfər qeydiyyatda olub. 11 ildə əhali sayı təxminən 15%, cinayət sayı isə 60% artıb. 2006-cı ildə hüquq-mühafizə orqanlarının saxlanılması xərcləri 239 589 824 manat, prokurorluq orqanlarınınkı 16 280 735 manat idisə, 2016-cı ilin büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına büdcədən birbaşa 1 138 758 292 manat verilib. Yəni, 4,7 dəfə çox. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 162 796 000 manat təşkil edir. Hüquqi sahədə fəaliyyət göstərən digər qurumların da büdcəsi 100 milyonun üstündədir. Bunun məntiqi nəticəsi olaraq ölkədə cinayətlər ən azından 5 dəfə azalmalı idi. Amma təəssüf ki, əks proses baş verir. Gəlirlər artdıqca, xidməti maşınlar yeniləndikcə, imtiyazlar çoxaldıqca, buna uyğun cinayətlərin də sayı artıb. Əslində hüquq-mühafizə orqanlarına ilbəil ona görə çox maliyyə verilir ki, onlar da işlərini təkmilləşdirib cinayətlərin sayını azaltsınlar. Amma göründüyü kimi ortada profilaktik təbirlər hiss olunmur. Qurumlar ancaq baş verən cinayətlərlə məşğul olurlar. Ən azından rəqəmlər belə deməyə əsas verir. Bilmirik, bəlkə də qabaqlayıcı tədbirlər var və onlar olmasa cinayətlərin sayı daha çox olardı... 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]