Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təcili emosional yardım

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
21/9/2016 [14:01]
Baxılıb :
1250 dəfə

Ölkədə psixoloq təhsili alanlar bunu daha yaxşı bilir, insanın daxili dünyasının sağlamlığı hələ ki, önəmli deyil. Sanki cəmiyyətin onun problemlərindən baş çıxardacaq bir mütəxəssisə ehtiyacı yoxdu. Məktəblərdə təzəlikcə açılmış psixoloq ştatında çalışanlar onsuz da az maaş alan müəllimlərin hamısından az qazanır. Yəni insanın psixoloji durumu və sabitliyi bu qədərmi az əhəmiyyətli məsələdir? Xüsusilə də favoritizm təhlükəsinin fəlakət dərəcəsində artdığı bir şaraitdə...
Evlərdə iki uşaq 4 peçenyeni bərabər bölə bilmirsə, bunun üstündə qırğın düşüb ağlaşmaya qədər gedib çıxırsa, qonşular bir zivəni, ümumi su kranını, evin damına çıxışı atasının malı kimi yalnız özü istifadə edirsə, şəhərin gur yerlərində maşın parkovkası üstündə az qala adam öldürə bilərlərsə deməli insanların psixoloji durumu ilə xüsusi məşğul olmağın tam zamanıdır. Bu isterik durumda favoritizm cəmiyyəti içəridən yeyib dağıdır. Favoritizm, dilimizdə ona ərköyünlük də deyirlər, yəni özünün başqalarından artıq olduğunu düşünmək, ümumi istifadə əşyalarının, hamının torpağı, suyu, havasının (Günəş və dənizi də özününkü sayanlar var) bir tək özünə məxsus olması barədə sərsəm fikirləri normal saymaq əslində xalqın deyil, zamanın problemidir və cəmiyyətin psixoloji sağlamlığının göstəricisidir. Qaphaqap dövründə təbii ki, heç kim ac deyil. 

Istedadlı psixoloqlar belə şəraitlə rastlaşanda problemin kökünü insan psixikasında görürlər. Yəni insan cismin tələblərini ruhun tələblərindən üstün qoyanda, bədən şüura güc gələndə belə olur. Biz uşaqlarımızı əlləri vaxtı-vaxtında mütləq sabunla yumağı, dişləri fırçalamağı, paltarını səliqəli saxlamağı öyrədirik. Təzə ayaq açan uşaq yerə yıxılanda duran kimi tez əllərini çırpır, çünki bunu ona belə öyrədiblər. Bir qədər proqressiv valideynlər uşağın ağlı kəsən kimi ona yarasını sarımağı, dezinfeksiya edib ilk yardım göstərməyi də öyrədir. Bəs psixoloji yaralarımızla davranmağı hardan öyrənək? Məntiqlə bunu bizə hələ ayaqqabı bağlarının düyünləməyi göstərməzdən əvvəl öyrətməli idilər. Çünki psixoloji zərbələri biz hələ yeriməyi öyrənməmiş almağa başlayırıq. 

Emosional gigiyenadan uşaqlarımıza nəyi öyrədirik? Belə çıxır ki, qızıl kimi dəyərli vaxtın çoxunu dişlərin sağlamlığına sərf edirik. Bu cümləni yazanda nədənsə gözümün qarşısına üzü cadar-cadar olmuş və dişləri tökülmüş, amma yalın damağını göstərməkdən utanmayan güləyən qocaların fotoları gəldi. Dişlərim yerindədi, amma bu cür gülməyimi xatırlaya bilmirəm. Əlbəttə, bədəni sağaltmaq çətin deyil. Qarın üçün də həblər var, baş üçün də, ayaq üçün də. Hansısa biri yəqin işləyəcək. Amma psixoloji zərbələri biz daha tez-tez alırıq. Uğursuzluq olanda, rədd ediləndə, qəbul edilməyəndə, səfil, hüquqsuz, məzlum həyat sürəndə, tənha qalanda sanki dünyanın özü ağırlığında zərbə alırıq. Bu zərbələr bizi dəmiri döyüb formaya saldığı kimi qəlibləyir. Stress zamanı psixoloq məsləhətinə ehtiyac duyuruq, onlarsa axmaq və mənasız sözlər deyir: “Özünü tənha və məyus hiss edirsən? Hər şeyi başından at! Çünki problemlər yalnız sənin başındadır”. Elə bil ki, ayağı sınmış adama deyirsən: “Unut getsin, problem yalnız ayağındadır, fikir vermə”. Psixoloji zərbə almış adam sonrasını ayağını sürüyən adamdan da betər, canını dişinə alıb gəzirmiş kimi yaşayır. 

Fiziki və psixoloji sağlamlıq arasında əmələ gəlmiş uçurumu doldurmağın zamanıdır. Tənhalığın insana vurduğu zərbə bıçaq yarasından ağrılıdır. Çünki yaranı kimsə tikmir, üstünə dərman qoymur, sarğılarını dəyişmir. Tənhalıq insanı incik  və xoflu edir. Tənha insan düşünür ki, kimsəyə lazım deyil, ailədə, cəmiyyətə artıq və yararsızdır. Əslində bu belə deyil, onun ətrafında çoxlu, bəlkə də onu sevən adamlar var. Tənhalıq barədə çoxlu tədqiqatlar var və onların nəticələri adamı dəhşətə gətirir. Tənhalıq insanı öldürə də, şikəst edib lazımsız əşyaya da çevirə də bilər. Xroniki tənhalıq 14 faizə qədər ölüm şansını artırır, immun sistemini sıradan çıxarır, xəstəliklərə yol açır. Deməli xroniki tənhalıq siqaret, narkotik kimi ziyanlıdır. Amma heç yerdə “Tənhalıq öldürür!” şüarı yazılmır. Uğursuzluq da yoluxucudur, məyusluq da, kasıbçılıq da. Ona görə məyuslar içindən qəhrəmanlar doğulmur. Bədbin cəmiyyət qurd salmış meyvə kimi xəstədir. İmkan varsa çürüyən tərəfi kəsib atın, bəlkə yararlı bir tikə qala. Rüşvətə qurşanmışlar da toxum verməyəcək. Həyat sənə zərbə vurubsa içini didməklə özünü sərf eləmə. Heç kim bıçaq yarasını bir az da eşib “Görüm dərində nə var?” demir. Dərini də sığallayanda tez sağalır, qəlbi də.

100 il əvvəl bəşəriyyət “İnsana gigiyena lazımdır!” ideyasını ortaya atdı və bir neçə onillik ərzində orta yaşam həddi 50 faizə qədər artdı. İndi emosional gigiyena ilə məşğul olmağa çırmanmalıyıq. Əlbəttə, indi depressiyaların, aqressiyanın, nadanlığın və tənhalığın olmadığı cəmiyyəti təsəvvür etmək çətindi. Amma qızılça, sifilis, cüzam, su çiçəyi, vərəm və s. xəstəliklərin norma olduğu zamanlar vardı. Insan təmizlik yapdıqca xəstəliklərdən qurtuldu. Ruhunu da təmizlədikcə ağrıların gedəcək ...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]