Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Rusiyada vahid seçkilər günüdür - FOTOLAR

Rusiyada vahid seçkilər günüdür - FOTOLAR
Bölmə :
Reportaj
Yayım tarixi :
18/9/2016 [19:56]
Baxılıb :
1218 dəfə

Bu gün Rusiyada vahid seçkilər günüdür. Ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının - Dövlət Dumasının deputatlarını, o cümlədən Federasiya subyektlərinin başçılarını və Rusiyanın 38 subyektində dövlət hakimiyyətinin qanunvericilik orqanına deputatları seçirlər.
 
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, 95 mindən çox məntəqədə keçirilən seçkilərdə 111,6 milyondan çox seçici iştirak edir. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb. Artıq Bakı vaxtı ilə 00:00 -də Rusiyanın şərqində, Çukotka, Maqadan və Kamçatkada, Tıva vilayətlərində başlayan seçkilər yekunlaşıb. Səslərin sayılmasına başlanılıb. 
 
APA-nın Moskva müxbiri paytaxtın Xamovniki rayonunda yerləşən 160 saylı seçki məntəqəsində olub. Şəhərin mərkəzində yerləşən seçki məntəqəsində seçici fəallığı müşahidə olunub. Paytaxt sakinləri normal qaydada seçki hüquqlarından istifadə etdiklərini bildiriblər. Seçki məntəqəsində Rusiya Dövlət Dumasının deputatlığına namizədlərin təmsil olunduğu siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatlardan olan müşahidəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri olublar. 

160 saylı seçki məntəqəsinin sədri Aleksandr Qulikov APA-ya bildirib ki, seçki məntəqəsi səhər saat 8-dən etibarən açılıb: "Seçki qutularının hamısı möhürlənib. Seçki prosesinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Hazırda özünüz də gördüyünüz kimi seçicilər fəallıq nümayiş etdirirlər. Hər kəs gəlib öz səsini verir. İndiyə kimi bir heç bir pozuntu qeydə alınmayıb"
 Məntəqə sədri qeyd edib ki, saat 15:00-a qədər məntəqədə 37 faizə qədər seçici artıq seçki hüququndan istifadə edib. Bu şəhərin mərkəzində yerləşən seçki məntəqəsi üçün yüksək göstəricidir. Bu onu göstərir ki, seçki fəallığı çox yüksəkdir”.
 
Ədalətli Rusiya Partiyasından olan müşahidəçi müxbirimizlə söhbətində 160 saylı seçki məntəqəsində saat 17:00-a kimi qanun pozuntusu aşkar edilmədiyini söyləyib: "Hələlik heç bir qanun pozuntusuna rast gəlməmişik. Digər seçki məntəqələrindəki müşahidəçilərimizin verdiyi xəbərlərə görə, ümumu seçki prosesi normal keçir".

Seçkilərdə iştirak edən Moskva sakinlərindən bir neçəsi ilə söhbət edən APA-nın müxbirinə seçicilər normal şərait yaradıldığını, rahatlıqla konstitusion hüquqlarından istifadə etdiklərini söyləyiblər.
 
Rusiya Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi dünəndən etibarən fasiləsiz iş rejimində işləyir. MSK sədri və müavinləri, komissiyanın üzvləri bütün regionlarda gedən seçki prosesi ilə bağlı saatbasaat İnformasiya Mərkəzində fəaliyyət göstərən yerli  və xarici jurnalistlərə məlumat verirlər. Saat 12:00, 15:00 və 18:00-da bütün regionlar üzrə ayrılıqda və bütün ölkə üzrə seçici fəallığı hesablanaraq bütün məlumatlar MSK nümayəndələri tərəfindən ictimaiyyətə ötürülür.
 
MSK-nın İnformasiya Mərkəzində 154 KİV-i təmsil edən 1500-ə yaxın jurnalist seçkiləri işıqlandırmaq üçün akkreditə olunub. KİV-lərdən 84-ü xarici ölkələrin Rusiyadakı təmsilçiləridir.
 
Saat 15:00-a olan məlumata əsasən, seçkilərdə ölkə üzrə seçicilərin 33 faizi iştirak edib. MSK sədrinin müavini Nikolay Bulayev bu göstəricinin olduqca layiqli olduğunu söyləyib.
 
Artıq seçkilərdə iştirak edən bir sıra partiya liderləri seçki prosesi ilə bağlı fikirlərini bildiriblər. Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov seçkilərin şəffaf keçirildiyini söyləyib: "Lakin hələ seçkilərin sonunu və səslərin sayılması prosesini gözləmək lazımdır. Bizim partiyamızın qiymətləndirməsinə görə, Rusiyanın 85 subyektindən 57-də seçki prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb".
 
Kommunistlərin lideri Gennadi Zyuqanov da bu vaxta kimi bəzi məqamları çıxmaq şərti ilə seçkilərin normal keçdiyini söyləyib: "Hələ ki, nəsə söyləmək tezdir. Səsvermə prosesinin sonunu və ən əsası, səslərin sayılmasını gözləmək lazımdır. Bu seçkilər vətəndaşlarımıza ölkədə nə baş verdiyini anlatmağa kömək edəcək".  
 
Müxalif "Yabloko" partiyasının sədri Emiliya Slabunova seçici fəallığından şikayətlənib: "Seçki prosesinin keçirildiyini görürük. Təəssüflər olsun ki, seçici fəallığı aşağıdır".
 
 "Vahid Rusiya" Partiyasının Ali Şurasının katibi Sergey Neverov seçkilərdən faiz göstəricilərinin əsas olmadığını, seçkilərin legitimliyinin əsas olduğunu söyləyib.
 
Seçkilər Moskva vaxtı ilə saat 20:00-da yekunlaşacaq. Daha sonra səslərin sayılmasına başlanılacaq. 
 
Qeyd edək ki, 2003-cü ildən etibarən Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı ”“ 225 nəfər proporsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçiləcək. Deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədlər mübarizə aparırlar. Ümumilikdə Duma seçkilərinə 6,5 min namizəd qeydə alınıb. Dövlət Dumasına bir yer uğrunda 15 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının federal siyahısında 14 partiya ”“ “Rodina”, “Rusiya Kommunistləri", "Rusiya Pensiyaçıları", "Vahid Rusiya", "Yaşıllar", "Vətəndaş Platforması", "Rusiya Liberal Demokrat", "Xalq Azadlığı Partiyası- PARNAS", "Rusiya Vətənpərvərləri", "Artım", "Vətəndaş Gücü", "Yabloko", "Rusiya Federasiyası Kommunist" və "Ədalətli Rusiya"  qeydiyyatdan keçib.
 
Son rəy sorğularının nəticələrinə əsasən hakimiyyətdəki Vahid Rusiya Partiyasının şansları yüksək qiymətləndirilir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]