Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Eldar Mahmudov 1 milyardı hara xərcləyib?

Eldar Mahmudov 1 milyardı hara xərcləyib?
Bölmə :
Araşdırma
Yayım tarixi :
9/9/2016 [22:04]
Baxılıb :
20327 dəfə
Sabiq MTN şefi və bu gün həbsdə olan generallar büdcə hesabına təhlükəsizliyi yox, varidatlarını artırıb

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi general-polkovnik rütbəli Eldar Mahmudovun sərəncamında nazirliyə rəhbərlik etdiyi 2004-2015-ci illərdə 1 milyard manatdan çox büdcə vəsaiti olub. Bu barədə Bizimyol.info araşdırma aparıb. 

Ayrılan pullar hansı əsasla hər il 20 milyon çoxalıb?

Belə ki, 2004-cü ilin dövlət büdcəsindən hüquq-mühafizə və təhlükəsizlik orqanlarının saxlanılması xərcləri 675 223,9 milyon manat təşkil edib. Bu, denominasiyadan əvvəlki rəqəmdir. Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən etibarən milli valyuta - manatın denominasiyası həyata keçirildi, 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. 2005-ci ildə hüquq-mühafizə, təhlükəsizlik orqanlarının saxlanılması xərcləri bir xeyli artaraq 943 684 122 min manat olub. İki dövlət qurumuna ayrılan vəsaitin bir yerdə göstərildiyi və indilik onları ayırmağın mümkün olmadığını nəzərə alıb, orta rəqəm kimi biz son hesablamada növbəti ildəki məbləğə yaxın rəqəmi götürəcəyik. 2006-cı ilin büdcəsində milli təhlükəsizlik xərcləri 37 921 658 manat olub. 2007-ci ildə xərclər birdən-birə 20,7 milyon manat artaraq 58 622 070 manat təşkil edib. Bu civarda artım növbəti illərdə də yüksələn xətlə davam edib. Belə ki, 2008-ci ildə yenə büdcədən təhlükəsizlik xərclərinə 17 milyonluq bir artımla vəsait ayrılıb - 75 635 895 manat. 3 ildə nazirliyə ayrılan pullar iki dəfə çoxalıb. 2009-cu ildə nazirliyə büdcədən nəzərdə tutulan pul 84 561 814 manat, 2010-cu ildə 80 026 523 manat, 2011-ci ildə 86 955 665 manat, 2012-ci ildə 91 415 111 manat olub. 2013-cü ildən başlayaraq büdcədən təhlükəsizlik üçün nəzərdə tutulan xərclər yüz milyonun üzərinə çıxıb - 106 439 919 manat. 2014-cü ildə yenə 106 318 488 manat, 2015-ci ildə isə pik həddinə çataraq 121 089 332 manat təşkil edib. 
Ehiyacdan artıq verilən “xərclik” yağmalanmağa məhkumdur

Göründüyü kimi, E.Mahmudovun rəhbərliyi dövrünü əhatə edən 2004-2015-ci illərdə nazirliyə birbaşa 920 milyon manat civarında bir vəsait xərclənib. Bu illər ərzində müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara hər il 2-3 milyon manat civarında, nazirliyin tabeliyində olan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupuna da ayrıca 275-285 min manat büdcə vəsaiti yönəldilib. 10 ildə E.Mahmudovun sərəncamında 1 milyarddan çox birbaşa büdcə vəsaiti olub. Bir neçə ildə xərclər 4 dəfə artırılıb. Təhlükəsizliyimizin təminatı bu məbləğ qarşısında o qədər artıbmı, suala sıravi bir vətəndaşın cavab verməsi doğru olmaz. Hər halda son 10 ildə biz küçələrdə nəzarət kameralarının artması (onları da bu qurum almır) və narkotik satanların saxlanmasından başqa əhəmiyyətli bir əməliyyat haqqında eşitməmişik. Neft gəlirləri artdıqca nazir də nəfsinə hakim ola bilməyib. Tələb olunan vəsaitin proqnozunu və əsaslandırmasını axı hər təşkilat özü verir. Gərək Maliyyə Nazirliyi də bu əsaslandırmanın nə qədər real olduğunu təhlil edəydi. Görünür etməyiblər. O səbəbdən də keçmiş MTN-nin əməkdaşlarının rifah halı gündən-günə yaxşılaşıb, “xidməti səfər” adı altında xaricə şəxsi səfərləri çoxalıb (özü xaricdə yaşayan və təhsil alan uşaqlarını sıx-sıx görməyə gedirdi-red.), daşınmaz əmlaklarının sayı Namiq Abbasovun vaxtında 1 idisə, Mahmudovun dövründə ən az 5 olub. Hələ qurduqları biznesi yazmırıq. Üstəgəl bütün xərclərini - şəxsi telefon danışıqları, avtomobillər, onlara benzin, radarlardan gələn cərimələrin hamısı nazirliyin büdcəsindən qarşılanırdı. Əlavə alınan rüşvət isə biznes və dəbdəbəli həyatı təmin edirdi.    

1 milyard büdcə qanunvericiliyində yer alan rəqəmdir. Bu gün Çovdarovun haqqında danışdığı agentura xərclərinin burdan qarşılandığı və ya büdcədə başqa xərc altında göstərildiyi naməlumdur. Amma hazırda sabiq nazirin yüz milyonlarla dəyərləndirilən biznesinə və mülklərinə baxanda büdcənin necə yağmalandığını təsəvvür etmək çətin deyil. Məlumat üçün bildirək ki, 2016-cı ilin dövlət büdcəsində də milli təhlükəsizlik xərcləri yüz milyonun üzərindədir - 108 894 688 manat. 
General mundirində serial cinayətlər törətməkdə ittiham olunurlar 

Baş Prokurorluğun yaydığı məlumatda Mahmudovun ətrafının yağmaladığı sahibkar sayı və həbs qoyulan əmlak məbləği büdcə pullarının onlara yetərli olmadığını söyləməyə əsas verir. Bildirilir ki, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş MTN-in sabiq baş idarə rəisi Akif Çovdarov, həmin idarənin şöbə rəisləri Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov 2005-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaq asıblar. Texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə ediblər. 
Çox sayda sahibkarın külli miqdarda əmlakını əldə etmək məqsədilə xidməti odlu silah və silah kimi istifadə edilən əşyaların tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil ediblər. Sonra onlar nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdırıb, xidməti otaqlarda saxlayıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib. Bundan başqa, həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixoloji və fiziki zorakılıqlara məruz qalmaqla xəsarət almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc, kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə təsirlər göstərilib. 

Məmurların əmlakının qiyməti dodaq uçuqladır

İstintaqda 62 nəfər zərər çəkmiş şəxs kimi tanınıb. Onların ümumilikdə 17 milyon 172 min manat, o cümlədən 6 milyon 900 manat məbləğində külli miqdarda pul vəsaitlərini, 9 milyon 375 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 897 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 2 milyon 917 min manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib. A.Çovdarov başda olmaqla adıçəkilən digər idarə rəislərinə məxsus 67 milyon manatlıq sərvətin üzərinə həbs qoyulub. Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslərə məxsus, ümumilikdə 33 466 000 manat dəyərində əmlak və pul vəsaitinin, o cümlədən 8 967 000 manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 445 000 manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 000 manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. 

17 milyonluq mənimsəməyə qarşı 67 milyon dəyərində həbs

Zərərçəkmişlərin sayı yəqin ki, reallıqda qələmə veriləndən artıqdır. Çünki, Mahmudovun yeni tikililərdə mənzilləri sahibkarlardan zorla alıb işçilərinə paylaması lə bağlı faktlar da xeylidir. Yəqin ki, bir sıra sahibkar və məmurlar istintaqa cəlb olunmaq istəmədiklərindən (bunun da nə ilə sonlanacağını bilmirlər-red.) şikayət etməyiblər. Bunu etmirlərsə, barələrindək kompromatlar çox ciddi olmalıdır. 17 milyon manatlıq mənimsəməyə qarşı 67 milyonluq əmlaka həbs qoyulub. Təbii ki, sıravi bir məmurda, hətta generalda belə bu qədər əmlak olmamalıdır. Bizim ölkədə maaşlar o qədər yüksək deyil. Məbləğin özü onun haram olduğunu sübutsuz da göstərir. Yerdə qalan 50 milyonun sahibləri hələlik ortaya çıxmayıb. Istintaqın əvvəlində də həbs olunan daha artıq adamın adı çəkilirdi, amma hazırda çoxu ortada yoxdur. Onların da haram qazandıqlarını düşünsək, “qurbanlar”-ın sayı bizim bildiyimizdən də çoxdur.      

Ictimailəşdirilən istintaq materialında sabiq Metropoten rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində tanınınb tanınmadığı bilinmir. Amma 6,9 mln. manatlıq bir məbləğə əl qoyduqları göstərilir. Hesablama Palatasının “Metropoliten” QSC-də apardığı auditin nəticəsi olaraq qeyd edilirdi ki, cəmiyyətin hesabından keçmiş MTN şefinə aid olan banka 6 milyon manat vətəndaşlara kompensasiya şəklində çatacaq vəsait yatırılıb və heç bir səbəb olmadan bankda saxlanılıb. Bu 6 milyonun T.Əhmədovun əlindən zorla alındığı deyilən 3 milyonun davamı olduğu şübhəsi yaranır. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]