Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Satışa çıxarılan pambıq müəssisələrinin zərəri gizlədilir

Satışa çıxarılan pambıq müəssisələrinin zərəri gizlədilir
Bölmə :
Araşdırma
Yayım tarixi :
9/9/2016 [21:34]
Baxılıb :
1445 dəfə
30 faiz səhm paketini idarə edən ƏMDK onları mənfəətlə işlətməyib

«Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında Prezident İlham Əliyev pambıqçılığın inkişafının əsasını qoydu. Sonrakı çıxışlarında da dövlət başçısı pambıqçılığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Bildirib ki, bu il keçən ilə nisbətən pambıq istehsalı üç dəfə artırılaraq, 30 min tondan 100 min tona qaldırılacaq. Prezidentin fikrincə, məhsulu yetişdirmək, hələ, məsələnin həlli deyil. Onu daxili və ya xarici bazarda satmaq vacibdir. Bu yaxınlarda da dövlət başçısı görülən işllərlə tanış olmaq üçün regionlarda pambıq sahələrində olub, pambıqçılığa önəm verdiyini göstərib. Prezidentin tapşırığından sonra bu sahədə aktivlik nümayiş etdirildi, kəndlini stimullaşdırmaq məqsədilə pambığın yeni alış qiymətləri müəyyənləşdirildi. 

Amma hədəfə çatmaq üçün təkcə pambıq əkmək yetərli deyil, bu sahədə müasir avadanlıqlarla təmin olunmuş, geniş imkanlara malik müəssisələrə ehtiyac var. Artıq bu ildən 30% səhm paketi dövlətdə olan pambıqçılıq müəssisələrinin səhmləri də satışa çıxarılıb. Bizimyol.info Əmlak Məsələləri Dövlət Komitəsinin yeni yaradılmış saytına istinadən satışa çıxarılan müəssisələrin göstəricilərini təhlil edib. Yaxşı sərmayə olmasa bu müəssisələrin durumu ümidverici deyil.   

Gəliri yoxdursa deməli, zərərdədir

1930-cu ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Ucar Pambıqtəmizləmə zavodunun bazasında yaradılmış “Ucar Pambıq” ASC-nin fəaliyyəti pambıq tədarükü, emalı və satışıdır. Nizamnamə kapitalı 1 800 162,80 manat, buraxılmış səhmlərin sayı 900 081 ədəd, satılmış səhm zərfinin həcmi 628 693 ədəd (69.85%), hazırda satılan səhm zərfi 271 388 ədəd (30.15%), zərfin nominal dəyəri (50% güzəştlə) 271 388 manatdır. Müəssisənin istifadəsində olan ümumi torpaq sahəsi 224 947.3 kv/m. təşkil edir. Bunun 110 134,4 kv/m.-i əsas sahə, 81 000 kv/m.-i yardımçı təsərrüfat, 33 812,9 kv/m.-i də idman kompleksidir (stadion). Müəssisənin ümumi tikilialtı sahəsi 32 933.5 kv/m.-i əhatə edir. 2 mərtəbəli baş korpus, press sexi, quşçuluq ferması, kolbasa sexi, idman kompleksi, laboratoriya, mal-qara ferması, kərpic və əhəng sexi, istixana, material anbarları, 3 ədəd 100 başlıq tövlə, 5000 başlıq quşçuluq binası, inkubator, yeməkxana var. KİV olaraq bizim tənqidimizdən sonra cürət edib satışa çıxardıqları müəssisələrin zərərlərini, borclarını göstərmirlər. Məsələ burasındadır ki, sözügedən ASC-nin heç gəliri də qeyd edilməyib. Gəliri yoxdursa, deməli, zərərdədir. Avadanlıqları da ömrünü çoxdan bitirib.  

ƏMDK hərraca çıxarılan ASC-lərə dair məlumatları “sirr” saxlayır 

1936-cı ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Salyan Pambıqtəmizləmə zavodunun bazasında yaradılmıç “Salyan Pambıq” ASC-nin nizamnamə kapitalı 2 133 036 manat, buraxılmış səhmlərin sayı 1 066 518 ədəd, satılmış səhm zərfinin həcmi 746 314 ədəd (69.98%), satılan səhmin sayı 320 204 ədəd (30.02%), hazırda satışa çıxarılan səhm zərfinin nominal dəyəri (50% güzəştlə) 320 204 manatdır. Müəssisənin ümumi torpaq sahəsi 384 033,2 kv/m., bunlardan əsas sahə 134 041,7 kv/m., Şorsulu pambıq məntəqəsi 59 149 kv/m., Qızılağac pambıq məntəqəsi 89 724,3 kv/m., Qarabağlı pambıq məntəqəsi 29 531,1 kv/m., Bəşirabad pambıq məntəqəsi 71 587,1 kv/m., müəssisənin ümumi tikilialtı sahəsi 36 427,4 kv/m. təşkil edir. Baş korpus və təmizləmə sexi, inzibati bina, mexaniki emalatxana, mərkəzi laboratoriya, mexaniki anbar, quruducu sex, pambıq talvarları,  çiyid üçün talvarlar, xam pambıq üçün talvarlar kimi köməkçi bina və qurğular var. Alıb-verəcəkləri yenə götərilmir. Müəssisədə gözü olan sahibkar bu məlumat üçün bir də zəhmət çəkib Komitəyə getməlidir.  

Yarım milyonluq müəssisəni qiymətə mindirən səbəb yoxdur

1928-ci ildə yaradılmış, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Pambıqtəmizləmə zavodunun bazasında qurulmuş “Yevlax Pambıq” ASC-nin nizamnamə kapitalı 3 004 008,40 manat, buraxılmış səhmlərin sayı 1 502 004 ədəd, satılmış səhm zərfinin həcmi 1 051 144 ədəd (69,98%), hazırda satılan səhm zərfi 450 860 ədəd (30.02%), zərfin nominal dəyəri (50% güzəştlə) 450 860 manat təşkil edir. Müəssisənin istifadəsində olan ümumi torpaq sahəsi 187 978 kv/m.-dir. Əsas sahə 89 365 kv/m., tədarük məntəqəsi 58 613 kv/m., yardımçı təsərrüfat 40 000 kv/m., tikilialtı sahə 35 665,9 kv/m. təşkil edir. 3 ədəd 2 mərtəbəli inzibati bina, 2 mərtəbəli yeməkxana binası, mahlıc və çiyid talvarı, 2 mərtəbəli baş korpus, tara anbarı, mərkəzi anbar binası, pambıq talvarı, tikinti anbarı, ocaqxana binası, emalatxana binası var. Bunun  da nə zərəri göstərilir, nə borcu, nə də mənfəəti. Yarandığı ilə baxılsa fiziki cəhətdən çox köhnəlib.   

1951-ci ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə 1 saylı Pambıqtəmizləmə zavodunun bazasında təsis olunmuş “Bərdə Pambıq” ASC-nin nizamnamə kapitalı 1 011 079.80 manat, buraxılmış səhmlərin sayı 505 540, satılmış səhmləri 356 142 (70.45%), hazırda satılan səhm zərfinin həcmi 149 398 ədəd (29.55%), zərfin nominal dəyəri (50% güzəştlə) 149 398 manat təşkil edir. Müəssisənin torpaq sahəsi 79 609 kv/m., tikilialtı sahəsi 27 725.6 kv/m.-dir. 

İnvestorlara verilməyən mesaj

1984-cü ildə istifadəyə verilmiş, 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Əli Bayramlı Pambıqtəmizləmə zavodunun bazasında yaradılmış “Muğan Pambıq” ASC-nin nizamnamə kapitalı 947 841,60 manat, buraxılmış səhmlərin sayı 473 920, satılmış səhmləri 331 623 ədəd (69.97%), hazırda satılan səhm zərfinin həcmi 142 297 ədəd (30.03%), zərfin nominal dəyəri (50% güzəştlə) 142 297 manatdır. Müəssisənin torpaq sahəsi 200 376 kv/m., tikilialtı sahə 24 379.9 kv/m. təşkil edir.  
1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Pambıqtəmizləmə zavodunun bazasında qurulmuş “Tərtər Pambıq” ASC-nin nizamnamə kapitalı: 1 131 433,20 manat, buraxılmış səhmlərin sayı 565 716, satılmış səhmləri 396 945 (70.17%), hazırda satılan səhm zərfinin həcmi 168 771 ədəd (29,83%), nominal dəyəri (50% güzəştlə) 168 771 manatdır. Müəssisənin torpaq sahəsi 183 737.5 kv/m., tikilialtı sahə 27 004.5 kv/m. təşkil edir. 

1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad Pambıqtəmizləmə zavodunun bazasında yaradılmış “Sabirabad Pambıq” ASC-nin nizamnamə kapitalı 1 998 530.20 manat, buraxılmış səhmlərin sayı 999 265, satılmış səhmləri 700 252 (70.08%), hazırda satılan səhm zərfinin həcmi 299 013 ədəd (29.92%), nominal dəyəri (50% güzəştlə) 299 013.00 manatdır. Müəssisənin torpaq sahəsi əsas sahə üzrə 113 583 kv/m., tikilialtı sahə 28 568.5 kv/m.-dir. Deyilən qiymətə torpaq yalnız istifadəyə verilir, onu ayrıca almaq lazımdır. Lakin bu barədə investorlara heç bir mesaj yoxdur. 
  
Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]