Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Vurulan» məmurlar ölkədə işsizlik yaradıb

«Vurulan» məmurlar ölkədə işsizlik yaradıb
Bölmə :
Araşdırma
Yayım tarixi :
8/9/2016 [20:45]
Baxılıb :
10038 dəfə
Son iki ildə dövlət və özəl sektorun ən perspektivli iş yerləri ya bağlanıb, ya da ayaq üstə zorla dayanır
Aylıq gəlirlərindən məhrum olan on minlərlə vətəndaş əmək bazarında özünə iş axtarır

Birinci yarım ili ərzində ölkədə 93,1 min yeni iş yeri açılıb. Bunlardan 73,1 min daimi iş yerləridir. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7%-i qeyri-dövlət sektoruna aiddir. Yeni iş yerlərinin 26,3%-i Bakı, 1,9%-i Naxçıvan, 71,8%-i regionların payına düşüb. İl ərzində ölkədə 25,7 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 75,3%-i qeyri-dövlət sektorundadır. İş yerlərinin 63,2%-i fərdi sahibkarlıq subyektlərinin, 18,8%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb. 

Bu, Dövlət Statistika Komitəsinin (DSK) rəsmi verdiyi məlumatdır. Məlumat işsizlərin sayı ilə bağlı rəsmi açıqlamalardan uzağa getmir. Bəyan edidiyinə görə ölkədə hər il 28 min civarında vətəndaş işsizlik müavinəti alır və nə qədər qəribə olsa da böhrandan sonra belə israrla bu rəqəmi dəyişmirlər. Halbuki, iş yerlərinin bağlanması dövlət başçısı səviyyəsində elan olunub. 

Böhran ilk əvvəl “Azərenerji”-nin işçilərini “vurdu”

Belə ki, ötən ilin doqquz ayında 87 min yeni iş yerinin yaradıldığı, 30 minə yaxın iş yerinin də bağlandığı bildirlirdi. Bizimyol.info-nun araşdırmasına görə, əslində bağlanan iş yerlərinin sayı rəsmi deyilənin qat-qat üstündədir. Maliyyə böhranı ilk olaraq əmək bazarını “vurdu”. Ümumiyyətlə, böhran başlayandan dövlət və daha çox da özəl sektora daxil olan müəssisələrin demək olar böyük əksəriyyətində az və ya çox dərəcədə ixtisarlar gedib. Bu ilin əvvəlindən “Azərenerjı” Açıq Səhmdar Cəmiyyətində (ASC) irimiqyaslı ixtisarlara start verilib. Məlumata görə, şirkətin 7 min nəfərlik işçi kontingentinin təxminən 3 mininin ixtisarı planlaşdırılırdı. Ötən ildən bəri “Azəriqaz” İstehsalat Birliyinin idarələrində ümumilikdə bir neçə min işçinin ixtisar olunduğu bildirilir. İB-dən bunu bir şəkildə təkzib etməyə çalışsalar da, işdən çıxanlar özləri mətbuata müsahibələr veriblər. Əslində proses 2014-cü ildən başlamışdı, şirkətdə struktur islahatları çərçivəsində qaz istismar idarələrinin ləğvi ilə xeyli adam işsiz qalmışdı. Bunun kökündə neftin hasilatının azalmasının durduğunu əsas gətirirdilər. “Azəriqaz”-ın yeni yaradılan regional strukturları da çoxlu sayda işçinin ixtisara düşməsinə səbəb oldu. Təkcə Bakıda 11 Qaz İstismar Sahəsinin tərkibində metreoloqlar qaldı, mühəndislərə, texniki işçilərə ixtisar barədə bildirişlər paylanmışdı. 600 mühəndisdən 150-nin qalacağı bildirilirdi. Birliyinin tərkibində institut kimi fəaliyyət göstərən Layihə Konstruktur Bürosu ləğv olunduğu zaman büroda çalışan 250-yə yaxın işçi də ixtisara düşdü. Birlikdə ixtisar dalğası sonra da dayanmadı. Bu ilin iyun ayında İB-də aparılan ixtisarlarla bağlı məlumatlara qurumun mətbuat xidmətindən belə cavab verilib ki, “"Ernst&Young Holdings" (CIS) B.V. beynəlxalq audit şirkətinin “Azəriqaz” İB-də də aparılan audit yoxlamasında məqsəd Birliyin iş funksiyasının beynəlxalq standartlara uyğunlaşdırmaq, eyni zamanda xidmət səviyyəsinin yüksəldilməsidir. 
Bağlanan bankların minlərlə əməkdaşı işsiz qalıb  

Böhrandan daha çox özəl sektorda çalışanlar zərər görüb. Bağlanan 12-dən artıq bankın, sığorta təşkilatlarının ali təhsilli əməkdaşları işsiz qalıb, güclə ayaqda dayanan banklarda isə kütləvi ixtisarlar gedib və hazırda proses davam edir. Hər bank, sığorta təşkilatları, onların filiallarında bir neçə yüz işçinin işini itirdiyini nəzərə alsaq, bu elə 10 mindən artıq edir. Buna qədər isə onların maaşı azaldılmış, bu yolla bank əməkdaşlarının özlərinə yeni iş yeri axtaracaqlarına ümid edilmişdi. Hazırda onların böyük əksəriyyəti əmək bazarında yerini tuta bilməyib. İşsizlərin qeydiyyata alınması baş vermir, onların haqqında hökumətin bir planı da ortada yoxdur. Elə bu gün də daha bir bank - NİKOİL Bankın 4 filialı bağlandı. Ticarət mərkəzləri, iaşə obyektləri, digər satış mərkəzləri affekt vəziyyətindədir, onlarda olan obyektlərin çoxu işini dayandırıb. İcarə verənlərin sayı çox, icarəyə götürmək istəyən yoxdur. Məlumdur ki, ölkədə insanlar daha çox alverlə dolanırdılar. İri supermarketlərdən “Nömrə 1” də bu il bir neçə yerdə mağazalarını qapatdı. 

Kərəm Həsənovun Holdinqi “çöküb”, yoxsa pulu xaricə “daşıyıblar”?

Tikinti sektorunda da durğunluqdur. Tikinti şərtlərinin sərtləşdirilməsi, manatın devalvasiyası ilə tikinti materiallarının qiymətinin bahalanması inşa işlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Dərc olunan məlumatlarda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun nəzarətindəki "Azinko” şirkəti ciddi problemlərlə üzləşib. Buna səbəb şirkətin son vaxtlar dövlət xətti ilə həyata keçirilən investisiya layihələrindən kənarda qalmasıdır. 2006-cı ildən fəaliyyətə başlayan "Azinko Holdinq" MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - "Klass Az Ko " MTK, "Xəzər Az Ko" MTK, "Sahil Az Ko" MTK, "Az-İn-Ko " MMC və "Regional İnşaat" MMC daxildir. Yarandığı vaxtdan "Azinko Holdinq" MMC hotel, yüksək mərtəbəli yaşayış binalarının, istirahət evlərinin, biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur. 2010-cu ildən isə Bakıda çeşidli söküntü və tikinti işləri "Azinko" vasitəsilə həyata keçirilib. Həmin dövrdən keçən iki il ərzində Kərəm Həsənovun şirkəti bir çox dövlət layihələrinin icrasını həyata keçirib və bu zaman fantastik məbləğlərlə müşahidə olunan vəsait əldə edib. Son iki ildə işə şirkətin sifarişləri kəskin azalıb. Proses Bakıda keçirilən "Eurovision” musiqi yarışması üçün nəzərdə tutulan zalın tikintisindən sonra başlayıb. Belə ki, «Büllur Zal»ın tikintisi həm yubanıb, həm də onun fundament işlərinin keyfiyyətsiz görüldüyünə dair fikirlər səsləndirilib. Bundan sonra "Azinko” dövlət investisiya layihələrinin icrasından tədricən çıxarılıb. İqtisadi böhran da şirkətdə çox sayda işçisini ixtisarına səbəb olub. Şirkətdə maaşların xeyli azaldığı və yubanmalarla ödənildiyi də deyilir. O da bildirilir ki, Kərəm Həsənov və onun biznesmen olan deputat qardaşı Malik Həsənov son vaxtlar ölkədən kənardakı bizneslərini gücləndirməyə üstünlük verirlər. Hələ 2013-cü ildə Həsənovların Dubayda biznes qurmağa başladıqlarına dair KİV-də informasiyalar yayılmışdı. 

Rəsmi etiraf: Mingəçevirdə işsizlərin sayi artıb, yeni iş yerləri isə açılmır  

Regionlarda vəziyyət paytaxtdakından daha acınacaqlıdır. “Mingəçevir İşıqları”-nın bu ilin yanvarında “Azinko”-da ixtisara düşən işçilərə istinadən yazdığına görə, şirkətdə 400-500 işçini ixtisara salıblar. Onlar 6 aydan artıq işsiz oduqlarını deyiblər. Mingəçevir Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov da qəzetə müsahibəsində bu il əvvəlki illərə nisbətən daha çox vətəndaşın işdən azad olunduğunu bildirib. İ.Məmmədov: ““Sumqayıt Texnologiya Parkı” və Müəllimlər İnstitutunun Mingəçevir filialının bağlanması, “Azəriqaz”ın başqa regiona köçürülməsi nəticəsində Mingəçevirdə işsizlərin sayi artdi. Banklarda və digər müəssisələrdə ixtisarlar işçi sayının azalmasına səbəb oldu. Yeni iş yerləri isə açılmır”. Keçirilən əmək yarmarkasında isə 147 vakant yer təklif olunub. İ.Məmmədovun dediyinə görə, bu dəfəki əmək yarmarkasında 31 müəssisə 147 boş iş yeri təklif edib. Yarmarkaya iş üçün müraciət edən 1000-ə yaxın adamdan cəmi 44-ü işə göndəriş alıb. Onlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.

Abid Şərifov 5000 adamı çörəksiz qoyub

Səhm paketinin əhəmiyyətli hissəsi baş nazirin müavini Abid Şərifovun arvadı Sədayə Şərifovada olan Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» (keçmiş “Azərkörpü”) da çətin günlərini yaşayır. Dövlət layihələrini kreditlər hesabına tikən cəmiyyətdə maliyyə böhranı mövcuddur. Səhmdarlara düşən keçənilki dividendi belə verməyiblər. İşçilərə əməkhaqqı borcu yığılıb-qalıb. ASC-də işçi sayı 2014-2015-ci ilin ikinci rübündə 6500-ə yaxın olub. İqtisadi durumdan dolayı 1500 işçi qalıb. Cəmiyyətin ümumi yığıncağında idarə heyəti sədri Manaf Şirinov işçilərə olan borcun verilməməsini belə əsaslandırmışdı: "maliyyə mənbələrimiz azalıb. Əvvəllər 10 mənbədən pul daxil olurdusa, bu gün 2-3 yerdəndir. Amma biz o qədər işçinin borcunu verməliyik. Bizim də büdcədən alacağımız və bizə borclu təşkilatlar var, onları ala bilmirik". Göründüyü kimi, təkcə 5000 işçi “EVRASCON”-da ixtisara düşüb, elə burdan bəllidir ki, ixtisarlarla bağlı verilən rəsmi rəqəmlər reallığı əks etdirmir. 

“Vurulan” məmurlar işsizliyi artırıb

Qəzetimizin bir neçə gündür apardığı araşdırmalar da göstərir ki, vurulan təkcə 5 məmura məxus holdinqlərin hər birinə aid onlarla şirkət ya qapanıb, ya da iflic vəziyyətdədir. Nəqliyyat naziri Ziya Məmmədov, sabiq milli təhlüksizlik naziri Eldar Mahmudov, Beynəlxalq Bankın sabiq idarə heyəti sədri Cahangir Hacıyev, Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, baş nazirin I müavini Abbas Abbasov və adını çəkmədiyimiz bir sıra oliqarx-məmurların biznesinin çökdürülməsi və ya xaricə “daşınması” onların şirkətlərində çalışan xeyli sayda əməkdaşın işsiz qalması deməkdir.   

Əcnəbi şirkətlərin ölkədən qaçması da məşğulluq problemi yaradır

Son iki ildə bir sıra nüfuzlu əcnəbi şirkətlər də Azərbaycandan gedib. Dövlət statkomun məlumatına görə, keçən il 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Xarici kapitallı təşkilatların getməsi investisiyaların ölkədən çıxması ilə bərabər əlavə işsizlik yaradır. Bu şirkətlərin çoxu neft və infrastruktur layihələrində iştirak edirdilər, əksəriyyətində yüzlərlə azərbaycanlı çalışırdı. Komitənin başqa bir məlumatında isə deyilir ki, ləğv olunan xarici müəssisələrin sayı 2015-ci ildə 64, bu ilin 6 ayında 45 olub.  

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]