Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik» - FOTOLAR

«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
Bölmə :
Reportaj
Yayım tarixi :
8/9/2016 [20:09]
Baxılıb :
19225 dəfə
Keçirdiyi ağır qəzadan sonra komaya düşən yazıçı-publisist Əli Əliyevin ailəsi cəmiyyətdən dəstək gözləyir
İmdad Əlizadə: «Ümid edirik ki, atamın yaşamaq uğrunda apardığı mübarizəyə özünün müəllifi olduğu kitab dəstək olacaq»

Keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alan və yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin yaşamaq uğrunda mübarizəsi dalana dirənib. Belə ki, Əliyevlər ailəsi iki problemlə üz-üzədirlər: birincisi, yazıçı-publisistin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb. İkincisi, ailənin məskunlaşdığı bağçada mənzil şəraitinin normal olmadığını nəzərə alsaq, xəstənin evə gətirilməsi həyati təhlükə riskini artıracaq.  Biz çıxılmaz vəziyyətdə olan Əliyevlər ailəsindən olub, onların düşdüyü ağır vəziyyəti ictimailəşdirmək qərarına gəldik.   


Ə.Əliyevin oğlu, ölkənin tanınmış jurnalistlərindən olan İmdad Əlizadə bildirdi ki, onlar yaşamaq üçün şəraiti olmayan uşaq bağçasında 22 ildir məskunlaşıblar: "Biz uşaq bağçasına gələndə bura açıq yer idi. Yəni binanın qapı-pəncərəsi yox idi. Biz burada qalmaq üçün müəyyən şərait yaratdıq. Bağçada yaşamaq çox çətindir, ərazi daim nəmişlik içindədir. Su-kanalizasiya xətti yararsız vəziyyətdə olduğu üçün bu problemin qarşısını almaq mümkün olmayıb. Bu barədə atam Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək onları əraziyə dəvət edib. Gəlib vəziyyətə baxıblar. Amma tədbir görməyiblər.  


Bu vəziyyətin ağır olmasını üzə çıxaran bir səbəb də atamın düşdüyü durumla bağlıdır. Klinikanın ödənişlərini qarşılamaq imkanımızın olmamasını nəzərə alan həkimlər atamızı evə aparmağı təklif etdilər. Onlar məskunlaşdığımız uşaq bağçasının yaşamaq üçün şəraitsiz olduğunu biləndən sonra təkliflərindən daşındılar. Bildirdilər ki, atamı evə aparmağımız onun səhhətini daha da ağırlaşdıracaq. Çünki nəmişlik elə bir vəziyyətdədir ki, ölüm riskini daha da artıracaq.  


Bizim isə maddi vəziyyətimiz yaxşı deyil. Bu halda atamızı xəstəxanada saxlamaq imkanlarımız məhdudlaşır, çətinləşir. Ona görə də, bizim iki yolumuz var. Vəsait tapılmalıdır ki, atam Mərkəzi Klinikanın reanimasiya şöbəsində müalicəsi davam etsin, komadan çıxma ümidi yaşasın. Ya da atamı xəstəxanadan  evə-mənzil şəraiti yaxşı olmayan uşaq bağçasına  gətirib ölümü gözləməliyik. Yəni, belə bir ağır seçim qarşısındayam.

İndiyə kimi atamın müalicəsinə 66 min manat xərclənib. Dostların, qardaşların köməkliyi hesabına atamı bu günə kimi xəstəxanada saxlamışıq". 


Bu vəziyyət nə qədər davam edə bilər? Neçə müddətdən sonra müsbət nəticə əldə oluna bilərmi? Həkimlərin sözlərinə görə, Ə.Əliyev elə bir xəstəlikdən əziyyət çəkir dünyanın istənilən həkimi bu barədə proqnoz verə bilməz. 

"Biz isə bilirik ki, gec-tez biz atamızı evə gətirməliyik. Bunun üçün isə evdə müəyyən şərait olmalıdır. O şərait də ilk növbədə nəmişlik probleminin aradan qaldırılması ola bilər. Rütubət məskunlaşdığımız bağçanın divarlarını uçurub dağıdıb. Bu vəziyyət təkcə komada olan xəstə üçün təhlükəli deyil. Qardaşlarım rütubətin yaratdığı xəstəliklərə tutulublar. Bu vəziyyətdə olan evə atamı gətirmək onu birbaşa əlimlə ölümə gətirmək kimi bir şeydir. 

Bura düzəlməlidir. Buranın təmiri üçün isə xeyli vəsait lazımdır. Bizim maddi durumumuz elə bir vəziyyətdədir ki, yemək istisna olmaqla ən zəruri ehtiyacımızı olan şeyləri almırıq, həmin vəsaiti atamın müalicəsini davam etdirməsinə yönəldirik. Üz tutulası yer yoxdur, nişan üzüyündən başqa satılası əmlakım yoxdur",-deyə İ.Əlizadə bildirib. 


O, ailənin Mərkəzi Kilinikaya borcu yarandığını da deyib: "Bu xəstəxananın təcrübəsində borc yığılma məsələsi yoxdur. Burada bir xəstənin gündəlik xərci 250-300 manatdır. Xəstənin balansında 900 manat depozit qalanda xəstənin yaxınlarını xəbərdar edirlər ki, sizin balansınızda xəstənin 3 gün burda qalması üçün pul var, ya əlavə ödəniş edin, ya da xəstənizi aparın. 

Hər gün xəstəxanadan bizə zəng edərək borclu olduğumuzu xatırladırlar. Atam uzun müddət burda qaldığı üçün 2000 manata qədər borcumuz yaranana qədər bizə qarşı tələbləri olmur. Dünən bizə zəng edib xəbərdar etdilər ki, bizim 700 manat borcumuz yaranıb. Və borc artır.
 
Mən həkimə deyirəm ki, atamın xəstəxanada müalicəsi üçün sonuncu manatıma qədər xərcləyəcəm. Həkim də mənə "atanı evə aparandan sonra xərci daha da artacaq" deyir. Həkim bildirir ki, evdə müalicənin aparılması üçün günün 24 saatı tibb bacısı xidməti gərəkdir, lazımi şəraiti olan otaqda qalmalı və müəyyən olunmuş qidanı qəbul etməlidir. Yəni ev şəraitində də atamın müalicəsi üçün kifayət qədər xərc lazımdır". 

Komada olduğu yeddi ay ərzində həyat yoldaşını bir dəfə gördüyünü deyən Zeynəb Əliyeva Əli Əliyevin həmin gün səhhətinin pisləşdiyini bildirdi: "Əli 54 gün erməni mühasirəsində olub və ordan sağ-salamat çıxıb. Bu günə qədər bir dəfə də olsun səhhətindən şikayət etməyib. Onu bu vəziyyətdə görməyim mənə çox pis təsir etdi. Özümə gələ bilmirdim. 

Əli qəzadan sonra Bakı 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilmişdi. Burda İmdad atasını görməyimizə razı olmadı. Bunun səbəbini sonradan bildik. Sən demə Əlinin aldığı xəsarətin izləri üz-gözündə aydın göründüyündən bizə mənfi təsir edəcəyindən ehtiyat edib. Mən yüksək təzyiqdən əziyyət çəkirəm".  

Babək Əlizadə bildirir ki, qardaşı İmdad bir müddət onun da atası ilə görüşməsinə razı olmayıb: "Hadisədən sonra xəstəxanaya yerləşdirilən atamla yalnız İmdad görüşürdü. Son aylarda mən atamla görüşə bilirəm. Onunla danışıram. Çünki onun kimi xəstəlikdən əziyyət çəkənlərin söhbətə ehtiyacı var. Çağıranda gözünü açır, toxunanda reaksiya verə bilir". 

İmdad Əlizadə ailənin Mərkəzi Klinikanın bütün personalından razı olduğunu vurğuladı: "Atama qayğı göstərirlər. Güzəştlər edirlər. Dostların xahişini nəzərə alaraq bizə müəyyən şərait yaradılıb. Başqa tibb müəssisələrində çalışan həkimləri gətirib atamızı müayinə elətdirə bilirik. Amma buna daha ehtiyac yoxdur. Çünki klinikanın özü yüksək səviyyədə tibbi xidmət göstərir. Onun nəticəsidir ki, atamda bu günə qədər yalnız bir yataq yarası əmələ gəlib və sağalıb. Bu da həkimlərin yaxşı baxması nəticəsində olub. Adətən uzun müddət komada qalan xəstələrdə bu yaralar daha çox olur".
İ.Əlizadə atasının müalicəsinə maddi yardım göstərilməsi məqsədilə açılan bank hesabının gözləntiləri doğrultmadığını bildirdi: "Yardım ümumilikdə 230 manata yaxın oldu. Ümid edirik ki, atamın yaşamaq uğrunda apardığı mübarizəyə özünün müəllifi olduğu kitab dəstək olacaq". 
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini "54 gün erməni mühasirəsində" adlı kitabında çap etdirib.  

Təkrar nəşr olunan "Əlli dörd gün erməni mühasirəsində" kitabının satış aksiyasına başlanılacaq. Bu gün və sabah saat 15-dən başlayaraq Dənizkənarı Milli Parkdakı "Park Bulvar" ticarət mərkəzində satış aksiyası həyata keçiriləcək. Kitabın satışından toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək.

"Kitabın ikinci dəfə 600 nüsxəsi nəşr olunub, onun 599-u aksiyada satışda olacaq. Ümid edirik ki, həmin aksiyadan müəyyən məbləğdə vəsait toplanacaq və atamı xəstəxanada bir müddət də saxlaya biləcəyik. Atam komadan ayılandan sonra ona kitabının ikinci dəfə nəşr oldunduğunu deyib, kitabın bir nüsxəsini ona hədiyyə edəcəyik. Kitabın atamın köməyinə çatacağına ümidliyik. Atamın taleyi bu kitabın satışından asılıdır",-deyə İ.Əlizadə bildirdi. 

Söhbət zamanı məlum oldu ki, ailəyə faciə yaşadan qəza ilə bağlı təyin olunmuş avtotexniki ekspertizanın cavabı bir müddət əvvəl gəlib. Burada bildirilib ki, qəza sürücünün günahı ucbatından baş verib. Həmin rəyə əsasən sürücü "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşı olan Qarayev Vidadi Seymur oğlunun qəzanın qarşısını almaq üçün texniki imkanları olub. O, bu imkanlardan istifadə etməyib.  

İ.Əlizadə bildirir ki, sürücü zərərçəkmişə maddi dəstək verməkdən müxtəlif bəhanələrlə imtina edib: "Biz Seymura "müalicəyə kömək elə" deyəndə bildirirdi ki, qəzanın törətdiyi avtomobilini satmaqla kömək edə bilər. Həmin avtomobili polisdəydi. Bizim xahişimizdən sonra polis avtomobili Seymura verdi. Amma Seymur müxtəlif yalançı vədlərlə kömək etməkdən yayınır.

O, yalnız bizə 3650 manat verib. Bu isə kömək sayılmaz. Atam 210 gündür ki, komadadır, müalicə alır. Amma bu müddətin heç 10 günün müalicəsini belə öz üzərinə götürməyib".

2016-cı ilin fevral ayının 14-də Əli Əliyev İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının "Koroğlu" metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Kilinik Xəstəxanada müalicə olunur.

Ramid İBRAHİMOV

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
«Atamı xəstəxanadan evə aparsaq, ölümünü gözləməliyik»
  - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]