Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sabiq nazirlərin “batan” holdinqləri

Sabiq nazirlərin “batan” holdinqləri
Bölmə :
Araşdırma
Yayım tarixi :
6/9/2016 [18:34]
Baxılıb :
12313 dəfə
Füzuli Ələkbərovun nəhəng «“İmprotex”i qürub çağını yaşayır, Abbas Abbasov isə biznesini xaricə çıxarıb
Keçmiş məmurların iflas etməsinin səbəbi həm də ölkədəki iqtisadi böhranla bağlıdır

“Bizim Yol” qəzeti çökən holdinqlərin araşdırmasını davam etdirir. Dünən iki keçmiş nazirə məxsus şirkətlərin süqutundan yazmışıq. 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun mülkiyyətinə daxil olan bir xeyli şirkət var. Onun şirkətləri əsasən “İmprotex” adı altında fəaliyyət göstərirdi. “İmprotex” 1991-ci ildə yaradılıb, daha çox “İmprotex Group” kimi tanınıb. Şirkətlər Qrupunun idarə heyətinin sədri F.Ələkbərov özü olub, onu Dubaydan idarə edirmiş. Nazir postunda yerini tutandan sonra sədr vəzifəsinə F.Ələkbərov həyat yoldaşı İradə Ələkbərovanı gətirib. Əvvəlcə şirkət ölkə daxilində və keçmiş sovet respublikalarına turizm turları təşkil edib, sonradan biznesin müxtəlif sahələrində də ciddi işlər qurub, BƏƏ, Çin, Türkiyə və digər xarici ölkələrdə nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya çevrilib. Bir neçə il əvvəl “İmprotex Group” ölkədə sayılıb-seçilən holdinqlərdən idi, özəl sektorda aparıcı mövqeyə malikdi. Şirkət dünyanın ən məşhur holdinqləri ilə əməkdaşlıq edib, tanınmış brendləri ölkə bazarına gətirib. 

Ələkbərovun “İmprotex”-i iflic olub

Getdikcə böyüyən holdinqə İDC 2000 MMC, İmprotex Travel Tours and Conferences, İMEX MMC, İmprotex Marine and Sports Facilities, İmprotex Truceks and Buses, İmprotex Real Estate, İmprotex İndustries, İmprotex Aqrotexservis, İmprotex Commercial Vehicle şirkətləri daxildir. 1996-cı ilin sentyabrında Bakıda “İmproşop” mağazalar şəbəkəsi açılıb. Azərbaycanda ilk özəl avia şirkət olan “İmair”in yaradılması da “İmprotex”in adıyla bağlıdır. 

Vaxtilə avtomobil bazarında yüksək reytinqə malik olan, “BMW”, “Rollce-Royce”, “MİNİ” avtomobillərinin ölkədə rəsmi dilleri kimi tanınan “İmprotex Motors” şirkəti 1998-ci ildə BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Nazir olduğu dövrlərdə şirkəti F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova və oğul Vüqar Ələkbərov idarə etsə də keçmiş nazirin dostu olduğu deyilən Həsən İsmayılovun adına rəsmiləşdirilib. Ələkbərov vəzifədə olduğu zaman səlahiyyətlərindən sui-istifadə edərək ailə biznesini genuşləndirib, yeni avtomobillərin alınması ilə bağlı hökumətin keçirdiyi tenderləri bir şəkildə götürərək Almaniyada istehsal edilən "BMW" markalı avtomobilləri ölkəyə gətirib. Holdinqə daxil olan digər şirkətlərdən fərqli “İmprotex Motors” bu gün güclə də olsa ayaq üstə dura bilirsə, bu, bahalı avtomobilləri sevən məmurların hesabınadır. Avropa oyunları zamanı da “İmprotex”-in vasitəsilə məmurlar üçün 200 ədəd son model xidməti avtomobillər gətirilib. Amma ortada bu barədə tender yoxdur. Şirkətin adı çox az tenderdə keçir, satdığı məhsullar ondan dəfələrlə artıqdır. Bu isə tender qanunvericiliyinin pozulması deməkdir. Ölkəyə bir neçə marka avtomobil gətirən “İmprotex”-in tərkibində MAN avtomobilləri də var. Məlumatlara görə MAN-da artıq satış yoxdur. Ümumiyyətlə, “İmprotex”-də “BMW”-dən başqa, avtomobil satışı ilə məşğul olan digər şirkətlər demək olar, işini dayandırıb.
Holdinqə məhsul idxalı dayanıb 

Keçmiş nazirin holdinqinə məxsus daha bir şirkət - “İmprotex Distribution Center” 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı ilə məşğuldur. Brook Bond çaylarının satışı üzrə fəaliyyətə başlayan şirkət əlaqələrini genişləndirib. Onun əməkdaşlıq etdiyi biznes qurumları içərisində Gillette Group kimi iri şirkətin adı daxil idi. Unilever, Vestel, Scarlet, Philips kimi şirkətlərlə əməkdaşlığı mövcud olub. Əsasən Kosmetika - “Rexona”, “Dove”, “Axe” dezodorantları; “Lux”, “Dove” maye və quru sabunları, saça baxım vasitələri - “Sunsilk”, “Dove”, “Timotei” şampun və kremləri, məişət kimyası - “Domestos”, “OMO”, ağız boşluğuna baxım vasitələri - “Pepsodent”, “Signal” diş məcunları və diş fırçalarının satışı ilə məşğul idi. Hazırda onların çoxunun ölkəyə idxalı dayandırılıb.

“İmprotexTrading” müasir qadın geyimləri, mətbəx ləvazimatları, nüfuzlu İtaliya brendlərinin satışı ilə məşğuldur. Şirkət 1994-cü ildə yaradılıb. İdxal olunan mallar Bakı şəhəri ərazisində şirkətin “İmproşop” mağazalar şəbəkəsində realizə edilir. Son vaxtlar şirkətlərin işinin zəifləməsi təkcə sabiq nazirin işdən çıxarılması ilə deyil, ölkədə olan iqtisadi vəziyyətlə də bağlıdır. Burada qiymətlər həddən artıq bahadır. 

“İmprotex Marine & Sporta Facilities” 2005-ci ilin avqust ayında yaradılıb. Şirkət dünya şöhrətli yapon ticarət markası "Yamaha"-nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir. O cümlədən müxtəlif yelkənli qayıqlar, asma mühərriklər, hidrosikletlər, motosikletlər, qar motosikletləri, generatorlar və digər malların satışı və texniki xidmətiylə də məşğuldurlar.

Oğul Ələkbərovun güdazına gedən ailənin səsi çıxmır

Bunlar nazirin leqal biznesidir. Keçmiş nazirin evləri, mülkləri də xeylidir. Qaradağ rayonudakı imarətindən dənizə birbaşa çıxış vardı. F.Ələkbərov oranı da zəbt etmişdi. Son gördüyümüzdə dənizi bağlayıb, suyundan özünə hovuz düzəltmişdi. F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edib. Onun nazir postundan uzaqlaşdırılmasına oğlu Vüqar Ələkbərovun İsmayıllı rayonunda yerləşən “Çıraq” otelindəki qarşıdurmanın səbəb olduğu deyilirdi. Otel “Vafi” MMC-yə məxsus idi, MMC isə V.Ələkbərova. Rayonun icra başçısı F.Ələkbərovun qardaşı Ismayıllının icra başçısı Nizami Ələkbərov da vəzifəsindən azad edildi. “Beynəlxalq Bank işi” ilə bağlı V.Ələkbərov keçən il DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Nazir olduğu vaxt F.Ələkbərovun biznesi çiçəkləndiyi kimi, vəzifədən gedəndən sonra holdinqi qürub çağını yaşayır. Vəzifə kreslosunu təhvil verdikdən sonra Ələkbərovlardan biznes strukturlarını da verməyin tələb olunduğu barədə məlumatlar yayılmışdı. Paytaxtdan əlavə Ismayıllıdakı biznesləri də çörək zavodu da daxil olmaqla əllərindən alındı. Orada sabiq icra başçısına məxsus “Avira” zavodu da fəaliyyət göstərirdi. Hazırda F.Ələkbərovun səsi-sorağı gəlmir. 

Abbas Abbasovun “Manqo”-su Rusiyada genişlənir

1992-2006-cı illərdə baş nazirin I müavini olmuş Abbas Abbasov Azərbaycanda holdinq qursa da, biznesini daha çox xaricə, xüsusilə də Rusiya və Türkiyəyə daşıyıb. Uzun illərin siyasi xidməti nəticəsində A.Abbasov böyük iqtisadi imperiya yarada bilib. Bu iqtisadi imperiya milyardlarla ölçülür. Siyasi proseslər Abbasovun Azərbaycandakı biznesinə zərbə vursa da, onun Rusiya və Türkiyədəki biznesi çiçəklənməkdədir. Bunu onun “Milyarderlər İttifaqı”nın sədri seçilməyi də sübut edir. Onu çox vaxt “rus siyasətinin Azərbaycandakı desantı” da adlandırırlar. 

Rusiyanın nüfuzlu “Kommersant” qəzetinin yazdığına görə, Azərbaycanın keçmiş baş nazir müavini A.Abbasov Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıb. Qəzet yazırdı ki, torpaq sahəsini “Manqo” Şirkətlər qrupu əldə edib, qrupun sahibi kimi də A.Abbasov göstərilib. Onun vilayətdə investisiya proqramı da vardı, çoxlu meyvə-tərəvəz anbarları tikməyi planlaşdırırdılar. Abbasov vilayətin bir neçə rayonunda da iri torpaq sahələri almaq niyyətini ifadə edibmiş. 

“Moskvalı milyarder”-in Azərbaycandakı şirkətləri əlindən alındı 

Şərti adı “Milyarderlər ittifaqı” olan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradılmasında iştirak etməklə Rusiyadakı əlaqələrinə güvənməyi əks-effekt verdi. A.Abbasovun biznesi əlindən alındı və özünə də ölkəyə gəlmək yasaqlandı. Onun Azərbaycandakı biznesini onun oğlu, Milli Məclisin keçmi deputatı Aydın Abbasov idarə edirdi. Bildrildiyinə görə Gürcüstanda istehsal edilən məşhur “Borjomi” mineral suyunun idxalçısı və eyniadlı şirkətin rəsmi distribütoru olan “Anteks” şirkəti də deputatın himayəsi altında fəaliyyət göstərirdi. “Milyarderlər ittifaqı”nın yaradılmasından az sonra Abbasovlar şirkətdən məhrum edilib. Abbasovların himayəsində olan başqa biznes strukturları da ailənin əlindən çıxarılıb. Bizimyol.info saytının verdiyi xəbərdə deyilirdi ki, A.Abbasovun Hindistandan Gəncədəki Alüminium Zavodu üçün gətirdiyi boksitin (alüminium istehsalı üçün zəruri olan xammal) satışı da əlindən alınıb. Bu, çox gəlirli biznes sayılırdı və uzun müddət Abbasovların monopoliyasında olub. Abbasovlara məxsus dəyəri 1,5 milyon manat məbləğində qiymətləndirilən mülk Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə yerlə-yeksan edilmişdi. Həmin mülk əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin balansında olan “Mədəniyyət klubu” idi. Rusiyanın siyasi elitası ilə isti münasibətlər quran A.Abbasov şimal qonşularımızda söz sahibi kimi tanınırdı. Azərbaycan hökumətindən xəbərsiz yaradılan RATİ elan edildikdən sonra A.Abbasov təşkilatın təmsilçisi kimi ölkə rəhbəri ilə görüşmək üçün Bakıya gəlmişdi. Ancaq onunla görüşməkdən imtina edildi. Yenidən Bakıya gələcəyi təqdirdə keçmiş nazir müavininin həbs ediləcəyi barədə məlumatlar da dolaşırdı. Abbasov Rusiyada bir sıra titullar daşımaqla bərabər AzerRos" Ağsaqqallar Şurasının sədri, “AST” Şirkətlər Qrupunun vitse-prezidenti və MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri də seçilib. 

Vəzifədən gedəndən sonra Abbasovun bütün yaxınları işdən çıxarılıb. Qardaşı, Gəncənin keçmiş polis rəisi Nadir Abbasovun keçən il “Beynəlxalq Bank işi”nə görə saxlanılıb, sonradan azad edilib.  Onun keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün 10 milyon dollar məbləğində kredit götürdüyü bildirilirdi. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]