Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanda məhv olan holdinqlər

Azərbaycanda məhv olan holdinqlər
Bölmə :
Araşdırma
Yayım tarixi :
6/9/2016 [12:46]
Baxılıb :
1480 dəfə
Yaradıcısı məmurlar olan şirkətlər işdən çıxarılanlarla birgə “dəfn edilir”

Keçən ildən bəri Azərbaycanda iri holdinqlərə daxil olan xeyli sayda şirkət fəaliyyətini dayandırıb. Onların bağlanması mənsub olduqları holdinqlərin də iflasına səbəb olub. Araşdıranda məlum olur ki, bu holdinqlər əsasən yüksək çinli məmur ailələrinə məxsusdur. Daha doğrusu, məmurlara bağlı olmayan holdinq yoxdur. Və həmin iri şirkətlər daha çox ortaya o zaman çıxarılır ki, ya həmin məmurlar “vurulur”, ya da işdən atılır.

“Bizim Yol” qəzetinin ötən saylarında nəqliyyat naziri Ziya Məmmədovun ailə biznesinin nüvəsi olan “Garant Holding” və ona daxil olan iflasa uğramış, müflis elan edilmiş müəssisələrindən yazmışdıq. Bu araşdırmamızda başında “qara buludlar” dolaşan holdinqlərin məmur sahibləri artıq “vurulub” - onlar ya həbsdədirlər, ya da ev dustaqlığında. 

Mahmudovların "Caspian Crystal"ı “əl dəyişdirib”

Ötən ilin oktyabrında prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən və adı bir sıra ciddi qanunsuzluqlarda hallandırılan general-polkovnik Eldar Mahmudovun ailə biznesi açıqlandı. Belə ki, 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" şirkətlər qrupunun keçmiş nazirə bağlı olduğu iş dünyasına yaxşı məlum olsa da, ictimaiyyətin əsas hissəsi bundan xəbərsizdi. Bilənlər də milli təhlükəsizlik nazirinin varidatı barədə ucadan danışmağa cürət etmirdi. Amma indi Mahmudov haqqında danışmayan yoxdur. "Caspian Crystal" holdinqin idarə heyətinin sədri sabiq nazirin oğlu Anar Mahmudovdur. Araşdırmalara görə "Caspian Crystal" katerinq, qida, restoranlar və avtomobil satışı üzrə fəaliyyət göstərir.

"Caspian Crystal" şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butik olan "Wine City"nin yaradıcısıdır. Şirkət 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı "Riedel Crystal" şirkətinin Azərbaycanda rəsmi distribütorudur. Fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə "Caspian Crystal" pərakəndə və topdansatış üzrə "Gastronomy" mağazasını açıb. Fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal" - "Beluga", "Salvador Dali", "Lord", "VİP", "Velluto" və "Crystal Shikhovo" kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb. Şirkət müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Ölkədə "Range Rover", "Jaguar", "Maserati" avtomobillərinin və "Dicati" motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors" şirkəti "Caspian Crystal" holdinqə bağlıdır. Holdinqin baş ofisi paytaxtın Yusif Səfərov küçəsindəki "Caspian Crystal" plazada yerləşirdi. Adıçəkilən biznes-mərkəzi də holdinqə daxildi. Amma Mahmudovun işdən çıxarılması ilə onların çoxu ya iflic vəziyyətdədir, ya da “əl dəyişdirib”. Generalın oğlu isə xaricdədir, Azərbaycandan kənardakı ailə biznesini idarə edir. Mahmudovun bir sıra iş adamları və holdinqlərə də himayədarlıq etdiyi, bunların qarşılığında onların biznesində şərik olduğu bildirilir. Bunlardan “Altes Group Holding”-in adı çəkilir. Mahmudovun oğlunun bir ofisi də Altes Plazanın bir neçə mərtəbəsində yerləşirdi və şəxsi mülkiyyət idi. Amma nazirin neytarllaşdırılması ilə patronajlığında olan biznes adamları da prosesdən kənarda qalmadı. Hazırda “Altes Group” rəhbərliyi vergidən yayındığı əsaslandırması ilə ölkədən çıxışına qadağa qoyulub. Tikinti sektorunda tanınmış iş adamı İlham Qasımov da hazırda həbsdədir, onun da Mahmudov klanına daxil olduğu səbəbindən “içəri”də yatdığı bildirilir. Yeri gəlmişkən, Mahmudovların İ.Qasımovun Sahib İbrahimovla Bakı Əyləncə Mərkəzinin yanında tikdiyi “Sahil D” Kompleksində də dəbdəbəli ofis-əmlakı var.  

Ziya Məmmədovun oğlunun holdinqi kimi Mahmudovlar ailəsinin şirkətlərinin bir-bir bağlandığını eşitmirik, çünki onlar sadəcə sabiq nazirin nəzarətindən çıxarılıb sahibini dəyişdirir. Bir xeylisi də deyilənə görə qeyri-peşəkar marketinq üzündən iflic vəziyyətdədir.    

Keçmiş bankir biznes şəbəkəsini mətbuata özü açıqladı

E.Mahmudovun qudası Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyev də holdinqsiz olmayıb. Bir müddət əvvəl ABB və onun törəmə şirkətlərinin hazırda həbsdə olan əməkdaşlarının ailə üzvləri ölkə başçısı Ilham Əliyevə müraciət edib. Mətbuata ötürülən siyahıda yer alan müəssisələrin hazırda Maliyyə Nazirliyinin idarəetməsində olduğu və iflic vəziyyətinə salındığı bəyan edilib. Bu bəyanat həmin şirkətlərin C.Hacıyevə aidliyini də təsdiqləmiş olur.  

Pambıq istehsalı və yığımı üzrə ixtisaslaşmış “CTC Aqro” zavodu əsasən aran zonasında pambıq istehsalı və tədarükü ilə məşğul olur. Müəssisənin tərkibinda 4 zavod fəaliyyət göstərir. “İnter Tobacco” zavodu ölkədə tütün istehsalı, tədarükü və ixracatı üzrə ixsisaslaşmış yeganə zavoddur. Fəaliyyətini Şəki-Zaqatala iqtisadi zonasında qurmuş və həmin zonada bir neçə rayonda məntəqələri mövcuddur. Bakı Fındıq Emalı Zavodu (“Bakfem”) fındıq emalı sahəsində regionun ən böyük şirkətlərindən biridir. ABB-dən C.Hacıyevə məxsus şirkətə bu məbləğ köçürülüb. Məhkəmə araşdırmaları zamanı aydın olub ki, zavodun direktoru Azad Cavadov bankın Sabunçu filialından 7 il boyunca 20 milyon manata qədər vəsait götürüb. Məhkəmədə A.Cavadov deyib ki, zavoda ümumi 60 milyonluq kredit götürülüb və həmin məbləğ müəssisənin genişləndirilməsinə sərf edilib və bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib. İttiham aktına görə, həmin pullardan 6 milyonu mənimsənilib. Müəssisə özü isə sonradan “Aqrarkredit” QSC-nin nəzarətinə keçib. O da bildirilir ki, uzun illərdir götürülmüş kreditlər zavoda sərmayə yatırılmayıb. Misal üçün, 4 mln. 650 min manat “General Konstrakşn” MMC və başqa müəssisələrin daxil olduğu holdinqin xəzinəsinə ödənilib. 4,1 mln. manat "Bakı Fındıq Emalı” MMC-nin sponsorluq etdiyi “Simurq” futbol klubunun prezidenti Zaur Məmmədova verilib, 1,8 mln. manat “JAMAN and EFOR” şirkətinin direktoru Yaman Efora, 2,5 mln. manat müəssisənin işçilərinə qeyri-rəsmi əmək haqqı kimi, yarım mln. manat “Pelikan” şirkətinin müdiri Yaşar Əməkçiyə, 70 min manat Moskva şəhərində fəaliyyət göstərən satış üzrə MMC-nin nümayəndəsi Pərviz Rüstəmzadəyə verilib, qalan pullar fındıq tədarükü ilə bağlı olmayan digər sahələrə xərclənib. 

Sabiq bankirin də şirkətləri əlindən alındı

İnter Glass Zavodu Azərbaycanda şüşə istehsalı sahəsində ixtisaslaşmış yeganə və böyük şirkətdir. Zavodun fəaliyyətini Gürcüstanda genişləndirmək məqsədilə ərazi belə satın aldıqlarını iddia edirlər. Lakin həbslər Gürcüstanda törəmə müəssisənin açılmasına mane olub. Oğuz Qlukoza Zavodu da dediklərinə görə regionda yeganə ixtisaslaşmış müəssisədir. Burada məhsul istehsalı üçün xaricdən mütəxəsisslər və avadanlıqlar gətirilib. BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub. Bu müəssisənin də əsl sahibi C.Hacıyevdir. Keçən il müəssisə fəaliyyətini dayandırıb. Bunu isə şirkətdən Müdafiə Nazirliyinin artıq onlara sifariş verməməsi ilə əlaqələndiriblər. Şəki Aqro Zavodu regional damazlıq sahəsində fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti isə südcülük-maldarlıqdır.

General-Construction şirkəti Hacıyevin biznesinə daxil olan tikinti-quraşdırma şirkətidir. Şəki Olimpiya Kompleksi də keçmiş bankirin şəbəkəsində olub. Alınan kreditlərin müəyyən hissəsi Fuceyra Əmirliyində yerləşən İntertekstil və İnterstil zavodlarına yönəlib. Bəyanatda belə şərh edilib ki, hazırda zavodlar yeni rəhbərliyin naşı davranışına görə iş potensialını və işgüzar əlaqələrini itirməkdədir. Bu da müəssisənin rentabellyinin, həmçinin dəyərinin azalmasına səbəb olur. Həmin müəssisələr Maliyyə Nazirliyinin nəzarəti altında dəyər-dəyməzə satılmaq üçün bazara təklif edilib. Zavodların 50 faiz səhmdarı olan Hüseyn Marayev səhmdarlar arasına təsüdüfən düşmüş insandır. Zavod satıldıqda isə əsassız olaraq H.Marayev əldə olunan vəsaitə 50 faiz həcmində yiyələnəcək. AzMeCo Metanol Zavodu regionda öz fəaliyyət istiqamətinə görə ən böyük zavod olmaqla bərabər, minlərlə şəxsin iş yeri olub. Onun da direktoru Nizami Piriyev dövlətin bankından külli miqdarda kredit götürüb mənimsəməkdə günahlandırılıb.  

ABB-nin sabiq prezidentinin 2002-ci ildə təsis etdiyi "Yeni Həyat” şirkətlər qrupu Xətai rayonu ərazisində “Park Azure” adlı böyük yaşayış kompleksi tikirdi. Hətta orda sakinlərlə məhkəməyə qədər gedib çıxdılar. Hacıyevə məxsus “İnter Sekurity” şirkəti onun nəzarətində olan digər biznes strukturlarının təhlükəsizliyini təmin etməklə məşğul olub. ABB ilə bağlı kredit qalmaqalı gündəmə gələndən sonra bəlli olub ki, “İnter Sekurity”də çalışan bir sıra əməkdaşın da adına külli miqdarda kredit götürülüb. Şirkətə rəhbərliyi İbrahim Hüseynov etsə də, onun həlledici fiqur olmadığı, şirkəti faktiki vaxtilə MTN-də işləmiş Qubad Hüseynovun idarə etdiyi bildirilir. Q.Hüseynov azadlıqdadır. 

Hazırda şirkətin fəaliyyəti dayanıb. 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]