Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Həmin şirkətlər Samir Şərifovdadır” - Cahangir Hacıyev

“Həmin şirkətlər Samir Şərifovdadır” - Cahangir Hacıyev
Bölmə :
Reportaj
Yayım tarixi :
5/9/2016 [14:27]
Baxılıb :
15276 dəfə
Cahangir Hacıyev Maliyyə Nazirliyinin 5 milyardlıq mənimsəmə ittihamına cavab verdi
Keçmiş bankir: «Şou göstərəndə heç olmasa yaxşı göstərin»

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının bu şəkildə aparılmasına etiraz edib. O, bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prizumpsiyası və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır, müdafiə tərfinin isə bununla bağlı vəsatətləri nəin ki, qəbul olunmur, heç müzakirə olunmur. İttihamdakı rəqəmlərdə ziddiyyətlər olduğunu deyən vəkil qeyd edib ki, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirlər. O, bir neçə gün əvvəl Maliyyə Nazirliyinin mətbuata açıqlamasınba toxunaraq bildirib ki, Cahangir Hacıyevin 5 milyard dolları mənimsəməsi, offşora ötürməsi ilə bağlı deyilənlər təqsirsizlik prizumpsiyasının pozulmasıdır və ictimai rəydə ona qarşı mənfi rəy yardır. 

Vəkil: “Əgər Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyiblər. Əgər yoxdursa, niyə belə açıqlama verilir? Buna görə də əvvəlki vəsatətlərin müzakirəyə çıxarılaraq müzakirə olunmasını xahiş edirik”. 

Vəkil məhkəmyə yeni vəsatətlər də təqdim edib. Birinci vəsatətdə Maliyyə Nazirliyinin mətbuat xidməti rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsini, mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyardlıq mənimsəmə açıqlamasına aydınlıq gətirməsini tələb edib. İkinci vəsatət Beynəlxalq Bankda Maliyyə Nazirliyi və Vergilər Naziriliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub. Digər vəsatətdə isə Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması tələb olunub. Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir: “Ötən həftə bankın idarə heyyətinin müşaviri də ifadəsində bildirdi ki, guya qanunsuz olan kreditlərlə bağlı DİN-ə məlumat verib. Maraqlıdır, niyə məhz DİN? Əgər bu bankın fəaliyyəti ilə bağlıdırsa, ya Maliyyə Nazirliyinə, ya da Baş Prokurorluğa məlumat verilməli idi. Elə bu qərəzə görə də layihələrlə bağlı sənədləri vermirlər”. 

Hakim Əhqan Hacıyev qeyd edib ki, əvvəl qaldırılan vəsatətlərlə bağlı məhkəmə atıq qərar qəbul edib ki, onlara şahidlərin ifadəsindən sonra baxılacaq. Hakim yeni vəsatətlər bağlı qeyd edib ki, sənədlərin tədqiqi edilməsi mərhələsində bu məsələ müzakirə ediləcək. 
Prokuror Fərid Nağıyev isə bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O, qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.  

Canahgir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib. Sabiq bankir qeyd edib ki, ittihamda yer alan 211 milyon məbləği iddia edilən elə 5 milyardla bağlıdır. “Mənə qarşı itttihamda yer alan və mənimsənildiyi iddia edilən 211 milyon layihələrə sərf edilib. Həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın. Həmin şirkətlər hazırda Samir Şərifov və digərlərinin benefisləridir. Ona görə də həmin sənədlərin yoxlanması ilə bağlı vəsatət verirəm. Indi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Araşdırın görək ki, bu 211 milyondur, yoxsa 211 manat. Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Şou göstərəndə heç olmasa yaxşı göstərin. Mənə də yüz sifariş olub. Onu elə etmişəm ki, nə şiş yanıb, nə də kabab. Yəni, heç vaxt şouya çevirməmişəm”- deyə C.Hacıyev əlavə edib. 
Prosesdə Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə verərək bildiriblər ki, onlar yanlız sənədləşdirmə işləri aparıblar. 

Şahid qismində ifadə verən İbrahim Ağayev bildirib ki, “İnter tekstil” şirkətində çalışıb və 500 manat maaş alıb. Onun sözlərinə görə, müdiri Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıdır. Şahid deyib ki, səbəb olaraq şirkətə dəzgah alınmalıdır. Prokuror isə bildirib ki, onun adında 15 milyon 776 min manatlıq kart açılıb. O, isə bildirib ki, bundan istintaq zamanı xəbər tutub. 

Şahid Ramin Məhərrəmov ifadəsində bildirib ki, təqsirləndirilən İbrahim Hüseynovu tanıyır və 2009-2010-cu ildə onun göstərişi ilə idarəyə çağırılıb, oradan da banka gedərək sənədlərə qol çəkilib. Məlum olub ki, onun adına 815 və 480 min olmaqla iki kredit ayrılıb. 

Sadıqlı Zəfər ifadəsində qeyd edib ki, bankın “Nərimanov” filialında xəzinədar olub, adlarına kredit ayrılmış şəxslər bankda sənədlərlə yaxınlaşıblar və pul alıblar. O, sənədlərə qol çəkən hər kəsin pulu özünün aldığını deyib.

Vəkil Azər Tağıyev isə bildirib ki, adlarına kredit olan şəxslər məhkəməyə şahid qismində ifadə verərək bildiriblər ki, bankda yalnız sənədlərə qol çəkblər və pul almayıblar, hətta ümumiyyətlə kassaya yaxınlaşmayıblar. Z.Sadıqlı isə bunun mümkün olmadığını bildirib. Vəkil ifadələri ziddiyyət təşkil edən şahidlərin üzləşdirilməsini məhkəmədən xahiş edib.

Şahid qismində ifadə verən Niyaz Məmmədov bildirib ki, Dünyamin Xəlilov onu MMC-lərdən birinə direktor təyin edib. “Onun həyat yoldaşı anamnın rəfiqəsidir. MMC-yə direktor təyin edərək ayda mənə 100 manat pul verirdi. Məndən başqa bir mühasib də vardı. Müəyyən sədələri imzalamışam və adıma kreditlər götürülüb”.

Hakim: Sənədlərə qol çəkəndə bilmədin nəyə qol çəkirsən?

N.Məmmədov: Xeyr.

Hakim: Niyə, bəs fikirləşmirdin ki, bunun məsuliyyəti ola bilər? Sənin neçə yaşın var.

N.Məmmədov: İndi 26 yaşım var, həmin vaxt isə 20 yaşım vardı.

Hakim: Nə olsun, Şah İsmayıl Xətai 15 yaşında taxta çıxmışdı...

Prokuror bildirib ki, onun adına hərəsi 1.5 milyon olan, ümumi məbləği 4.5 milyon manat olan 3 kredit var.

Şahid Həmidov Rasim də bildirib ki, “Qlobal Plazada”da Ruslan Əlixanov adlı şəxs ona şirkət direktoru olmağı təklif edib və o, razılaşıb. Buna görə ayda 100 manat pul alıb. Şahid Ruslan Əlixanovun Dünyamin Xəlilovun işçisi olduğunu və əsas rəhbərin Xəlilov olduğunu deyib. Sonra Ruslan ondan müəyyən sənədlərə qol çəkməsini istəyib. Həmidovun sözlərinə görə, imza atarkən sənədlərin kreditlə bağlı olduğunu bilməyib. 

Prokuror bildirib ki, onun adında 4 milyon və 1,3 milyon məbləğində 2 kredit var.
Daha sonra şahid qismində 2014-cü ildən Beynəlxalq Bankın daxili auditində çalışan Orxan Kərimov ifadə verib. O bildirib ki, o, istintaqa mütəxəssis qismində cəlb edilib. “Biz istintaqda sənədlərə əsasən kreditlərin verilmə qaydalarının qanunvericiliyə və qaydalara uyğun olub-olmamasını yoxlayaraq rəy vermişik. Bir çox əməliyyatlar qaydalara uyğun aparılmayıb”.

Vəkil Aqil Layıc bildirib ki, bu şəxsin şahid qismində dindirilməsi qanunvericiliyə ziddir. “Bu şəxs istintaq materialları ilə tanış olduğuna görə, prosessual qanunvericilik onun şahid kimi dindirilməməsini qadağan edir. Bu adam mütəxəssis kimi istintaqa cəlb edilib, hüquqşünas olmadığı halda kredit əməliyyatlarının qanuna uyğun olub-olmadığı barədə rəy verib. Həmçinin mütəxəssis işlə bağlı olmayan şəxslərdən cəlb edilməlidir. Bu şəxsin isə Beynəlxalq Bankdan maliyyə asılılığı var. Buna görə də onun şahid kimi dindirilməsinə etiraz edirik”. Digər vəkillər və təqsirləndirilənlər də etirazı dəstəkləyiblər. 

Hakim yerində müşavirə edərək bildirib ki, etiraz yazılı formada təqdim edilməlidir. “Yazılı təqdim edildikdən sonra müzakirə edərik. Hələlik dindirməyə davam edirik, əgər müzakirə zamanı etiraz qəbul edilərsə, o zaman onun ifadələrini protokoldan çıxararıq”.

Cahangir Hacıyev şahidə suallar verib. 
Günün ikinci yarısında davam etdirilən məhkəmə prosesində şahid qismində tanınan Tahir Məcidov ifadə verib.  O, bildirib ki, bankın “Sabunçu” filialında xəzinədar olaraq çalışıb. Məhkəmədə ifadəsi zamanı ona verilən kreditlərlə bağlı suallar verilib.

O bildirib ki, kreditlər ayrılarkən filialda pul olmayıb və filial müdiri sənədləşmədən sonra pullar baş idarədən götürüləcək.

Məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov da ifadə verib. O, təqsirləndirilən şəxslər Azad Cavadovun evində aparılan axtarışda iştirak edib. 
İ.Kazımov ifadəsində bildirib ki, qrup rəhbəri Elçin Tağıyevə məlumat daxil olmuşdu ki, Azad Cavadovun evində odlu silah var.

“Buzovnadakı evinə getdik və evin həyətindəki əlavə tikilidə axtarış apardıq. Yastığın altından tapança və 6 ədəd parton tapdıq. Azad Cavadov dedi ki, silah onun deyil və protokolu da imzalamadı”- deyə polis əməkdaşı ifadəsində bildirib.

Məhkəmədə hal şahidi, axtarışda iştirak etmiş Ulduz Məmmədov ifadə verib. O, təqsirləndirilənlərdən İbrahim Hüseynovu göstərərək Azad Cavadov olduğunu deyib. 
Hal şahidi Azad Cavadovu tanımamasını hadisənin üstündən uzun müddət keçməsi ilə əlaqələndirib. U.Məmmədov deyib ki, 2015-ci ilin may ayında idarənin yanında olub: “Məni çağırıb dedilər ki, bir nəfərin evinə axtarış aparılacaq. Onlarla getməyimi təklif etdilər. Oradan Buzovnaya getdik. Divarda xəncər var idi. Yataq otağından isə silah tapıldı”. 

Azad Cavadov isə xəncərin dostu Əkbərdən yadigar olduğunu deyib: “Xəncər ikinci mərtəbədə deyildi. Birinci mərtəbədə olub.  Yataqlar mənə məxsusdur, ancaq silah mənə məxsus deyil. Silahın tapıldığı yer yataq otağı yox, sauna idi”.

İclasda Kamil İbadov ifadə verib. O, hazırda bankın “Sabunçu” filialının müdiri işləyir. Onun sözlərinə görə,  kredit verilən şəxslər filialdan pul götürməyiblər, lakin sənədləri imzalayıblar.
Məhkəmə prosesi sentyabrın 7-də davam etdiriləcək.

Qey edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]