Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Beş məktəbə, bir binaya, iki yola 31,3 milyon...

Beş məktəbə, bir binaya, iki yola 31,3 milyon...
Bölmə :
Araşdırma
Yayım tarixi :
2/9/2016 [14:52]
Baxılıb :
11944 dəfə
Dövlət qurumlarında yeni korrupsiya faktları açqılandı
Şəmkir rayon Təhsil Şöbəsində dövlətin 46 milyon manatına öz ciblərinin pulu kimi baxıblar

Hesablama Palatası daha üç rayonda yoxlamalar aparıb və həmişəki kimi audit zamanı ciddi maliyyə pozuntuları ortaya çıxıb.  

Bizimyol.info-nun verdiyi xəbərə görə audit Biləsuvar rayon İcra Hakimiyyəti (RİH) üzrə beş məktəb, bir inzibati bina və iki yolun tikintisi, həmçinin “Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi” layihəsi ilə bağlı 31 363 800 manat məbləğində vəsaiti əhatə edib. Məlum olub ki, RİH tərəfindən Prezidentin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb. 

Biləsuvar RİH-də görülməyən işlər, görülən işlərin qəbul aktına salınıb

Tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədi ilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb. Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin sınaqları barədə müvafiq aktlar tərtib edilməyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilatların məktəblərə təhvil verməsi tam təmin olunmayıb. Bu ilin yanvarın 1-nə olan tarixə başa çatdırılmamış kapital qoyuluşu üzrə 1 obyektin dəyəri, 10 obyekt üzrə isə kreditor borc məbləği mühasibat uçotu və maliyyə hesabatlarında əks etdirilməyib.

Şəmkir Təhsil Şöbəsində artıq məvacib yazılaraq pullar “silinib”

Şəmkir rayon Təhsil Şöbəsində həyata keçirilmiş auditin nəticələri deməyə əsas verir ki, burada da büdcə vəsaitlərinə öz cibləri kimi baxıblar. Audit 46 901 500 manat məbləğində pulu əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 91,8%-93,3% olub. Qısa müddətdə 47 milyon manat xərclənən təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,52%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan da cəmi 41,33%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin əksər fənlər üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib.

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində ortaya çıxıb ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə, artıq tarifləşdirilmiş dərs saatlarına görə və dərslərin normadan artıq tarifləndirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəzedici müəllimlərə düzgün olmayaraq sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənilib. Azkontingentli ibtidai siniflərdə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində  paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Tarifləşmə siyahılarına salınmış dərs saatlarının ünvanlı bölgüsünün müvafiq qaydada rəsmiləşdirilməməsi, həmçinin artıq ştat vahidlərinin saxlanması nəticəsində əlavə büdcə vəsaitinin ödənişinə yol verilib. Həmçinin artıq əmək haqqı və kompensasiya ödənilib, həmçinin  funksional fəaliyyətə aid edilməyən və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib.

Bir sıra hallarda  vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, icraçıya malların alınmasına görə qaimədə göstərilmiş yekun məbəğindən artıq vəsaitin ödənildiyi, həmçinin alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verildiyi aşkarlanıb.

Sumqayıtda əcnəbi vətəndaşa sosial yardım, ölüyə müavinət “verilib”

Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılmış auditin hansı məbləği əhatə etdiyi göstərilməyib. Məlum olub ki, ünvanlı sosial yardımın (ÜSY) təyinatı üzrə bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl edilməyib, ailənin əmək haqqı gəlirləri, sosial müavinətlər, əmək pensiyaları, torpaq payı, digər mənbələrdən gəlirlər haqqında, ailənin tərkibi, kredit öhdəliyi, aparılmış alqı-satqı, ailənin istifadəsində avtomobilin olması (bunda 100 iş üzrə) haqqında düzgün və ya tam məlumat verilməyib, ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi, məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, Azərbaycanda daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranıb.    

Sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericiliyin tələblərinə əməl edilməyib, əmək pensiyası hüququ olduğu halda əlilliyə görə, sağlamlıq imkanlarının məhdudluğuna görə, ailə başçısının itirilməsinə görə, kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənilib, vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməyib, səhv hesablamalara yol verilib, birdəfəlik müavinətlərin ödənilməsində nöqsanlar olub. Təqdim edilmiş məlumatlara əsasən auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlərin mövcud olduğu müəyyən edilib və həmin pullar audit dövründə dövlət büdcəsinə qaytarılıb.

Hesablama Palatasının Kollegiyası hər üç strukturda nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, nədənsə prokurorluq orqanlarına deyil, adıçəkilən qurumların tabe olduqları təşkilatlara göndərib. Yaxınlarda yenə bir neçə rayonun icra hakimiyyəti, təhsil şöbəsi və sosial müdafiə mərkəzinin audit nəticələrindən yazmışdıq, maliyyə pozuntuları eyni təşkilatların strukturuna daxil olan qurumlarda sanki bir-birinin kopiyasıdır. Bu da onu deməyə əsas verir ki, hər bir təşkilatda baş verən korrupsiya və yeyinti halları həmin qurumlarda “mərkəzləşdirilmiş” qaydada idarə olunur.   

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]