Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bank rəhbərinin oğlu məhkəmədə ifadə verdi

Bank rəhbərinin oğlu məhkəmədə ifadə verdi
Bölmə :
Reportaj
Yayım tarixi :
2/9/2016 [14:32]
Baxılıb :
8489 dəfə
«Beynəlxalq Bank işi» üzrə prosesdə şahidlər dindirildi
Cahangir Hacıyevin sürücüsünün adına 60 milyon manat kredit götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bizimyol.info xəbər verir ki, prosesdə şahid ifadələri dinlənilib. İfadələrdən əvvəl vəkillər bildirib ki, ötən prosesdə bir sıra sənədlərin məhkəmə tərəfindən alınması ilə bağlı vəsatət qaldırsa da,baxılmamış saxlanılıb. “Həmin sənədlər olmadan şahidlər Emil Mustafayev, Aydın Mehdiyev və Akif Əliyevi dindirməyin mənası yoxdur. Biz məcbur olacağıq ki, həmin sənədləri aldıqdan sonra şahidləri bir də dindirək. Ona görə də həmin vəsatətlərin müzakirə olunmasını xahiş edirəm”.
Hakim isə bildirib ki, vəsatətlərin şahidlərin ifadəsindən sonra müzakirə edilməsinə qərar verilib.

Ödənilməyən 757 min 500 manatın üzərinə 666 min də faiz gəlib

Şahid Hüseynova Kamilə ifadəsində bildirib ki, təqsirləndirilənlərdən Azad Cavadovu tanıyır. «O, həyat yoldaşımın uşaqlıq dostudur. 2011-ci ildə yoldaşım dedi ki, get banka sənədlərə qol çək. Nəyə qol çəkdiyimi bilmirəm. Mən “Bandotdel”ə çağırılanda külli-miqdarda kredit götürdüyümü bildim“.
Prokuror bildirib ki, K.Hüseynovanın adına 757 min 500 manat kredit götürülüb. Heç bir məbləğ də ödənilməyib deyə üzərinə 666 min də faiz borcu gəlib. 

Rəfiqə Hüseynovanın həyat yoldaşı İbrahim Hüseynov da şahid qismində ifadə verib. O, bildirib ki, Ukraynada yaşayır. Bakıya məzuniyyətə gələndə dostu Azad Cavadov ondan kömək istəyib və bildirib ki, bankda sənədlərə qol çəkmək lazımdır. O da həyat yoldaşından banka gedərək qol çəkməsini istəyib. 

İfadə verənlərdən biri də Azad Cavadovun əmisi oğlu Tofiq Cavadov olub. O da oxşar ifadə verərək bildirib ki, A.Cavadovun xahişi ilə Suraxanı filialında sənədlərə qol çəkib. Prokuror bildirib ki, həmin kredit 750 min manat olub. Həmin kredit üzrə 680 min əsas, 289 min manat faiz borcu qalır.

Sürücünün adına 60 milyon kredit

Daha sonra prosesdə Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, deyib ki, 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işləyib: “Mənə Mərkəz filialının rəhbəri Anar Sultanov zəng etdi ki, sənədlərə gəl qol çək. Mən də Cahangir Hacıyevdən soruşdum. Cahangir müəllim dedi ki, layihələrlə bağlı kreditlərdir, get imzala, mən də onun dediyini etdim. Həmin kreditin məbləği 11 milyon 928 min dollar olub. Aydın Mehdiyevin adına olan plastik kartlar vasitəsilə ayrılmış kreditlərlə bağlı prokuror bildirib ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub. Şahid həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib: “Həmin vaxt təxminən 30 sənədə qol çəkmişəm. Amma nə qədər kreditlər olduğunu bilmirdim. İstintaq zamanı mənə təqdim olunan sənədlərdən yalnız birində imzam yox idi”.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, A.Mehdiyevin adına götürülən kreditlərin 80 faizi ödənilib. 
Cahangir Hacıyev bildirib ki, kreditlər sürücüsünə onun göstərişi ilə verilib. Və həmin vəsaitlər layihələrə xərclənib. C.Hacıyev əlavə edib ki, bütün ödəmələr və kreditlərin sərf olunması ilə bağlı bütün sənədlər var. “Biz həmin sənədləri əldə edə bilmirik. Bankın hazırkı rəhbərliyi o sənədləri vermir. İstintaq zamanı da almaq mümkün olmadı, ya almaq istəmədilər, ya da almağa gücləri çatmadı.

Cahangir Hacıyevin 1-ci müavini: “Qanunsuzluqlarla bağlı DİN-ə müraciət etdim”

Daha sonra prosesdə hazırda Beynəlxalq Bankda idarə heyəti sədrinin müşaviri vəzifəsində çalışan Emil Mustafayev də ifadə verib. O, 1994-cü ildən bankda müxtəlif vəzifələrdə çalışıb. Son olaraq isə idarə heyəti sədrinin birinci müavini işləyib. İttihamda yer alan 157 kredit və VİP kreditlərlə bağlı bildirib ki, həmin vəsaitlər C.Hacıyevin göstərişi ilə verilib. O, bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bu barədə məlumatlardan Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra xəbər tutub. “Ayrılan kreditlərlə bağlı bizim yalnız hesabatlardan ümumi məlumatımız olurdu. Xəbərim olandan sonra isə məlumat vermişəm. Cahangir Hacıyevin özünü, ailə üzvlərinin və yaxınlarının adına VİP kreditlər ayrılıb. Bu isə qaydalara və qanunlara ziddir. Çünki qanunla bankın idarə heyətinə aid olan şəxslərə və ailə üzvlərinə kreditlər ayrılan zaman bu barədə bankın Müşahidə Şurasının yekdil qərarı olmalıdır. Əks halda bu cür kredit əməliyyatları qadağandır. Bütün bunlardan xəbərim olanda isə Daxili İşlər Nazirliyinə məlumat vermişəm. İttihamda olan digər kreditlərlə bağlı da onu deyə bilərəm ki, kredit ayrılan şəxslərin gəlirləri həmin məbləğləri götürməyə imkan vermirdi. Yəni elə məbləğlər idi ki, o kreditləri təminatsız vermək qanunsuzdur. Həmin kreditlərin məqsədi, təyinatı və xərclənməsi barədə bizə heç bir məlumat verilmirdi. Soruşanda deyirdilər ki, bu məbləğlər xarici ölkələrdə olan layihələrə xərclənir və ödəniləcək”.

O, prokurorun suallarına cavab olaraq bildirib ki, xarici ölkələrdə - BƏƏ, Albaniya və s. ölkələrdəki şirkətlərin Beynəlxalq Bankda kredit portfelləri olub və kreditlərin hamısının girov təminatları olub. 
Prokuror: Əgər həmin şirkətlərə kredit ayrılıbsa, niyə fiziki şəxslərin adına plastik kartlar açılaraq şirkətlərə həmin kartlardan vəsait köçürülüb? 

C.Hacıyev: Həmin şirkətlərə 200 milyon dollarlıq vəsait ayrılmışdı. Ancaq 2010-cu ildən bank qanunvericiliyinə edilən dəyişiklikdən sonra biz xarici ölkələr üçün kredit ayıra bilmirdik. Ona görə də səhmlərin və lazımi avadanlıqların nağd şəkildə alınması üçün kartlar vasitəsi ilə pul köçürülürdü. 

Prokuror: Bunu nə ilə sübut edə bilərsiniz? 

C.Hacıyev: Vergilər Nazirliyinin açdığı cinayət işində bütün bu məsələlər yoxlanılıb və sənədlər cinayət işində var. Ona görə həmin işlə bağlı xitam qərarını almağınızı istəyirik. 
Prokuror: Əgər həmin layihələr gəlirli idisə, niyə borclar bağlanmırdı? 

C.Hacıyev: Gəlirlərlə fiziki şəxslərin adına olan kreditlərin bir hissəsi ödənilirdi. Digərləri də bağlanacaqdı. Həmin şirkətlər bu gün də bankın əmlakı sayılır. 

Prokuror: Amma başqa kreditlərin hesabına bağlanırdı. 

C.Hacıyev: Əlbəttə ki, kredit hesabına bağlanırdı, sizin hesabınıza bağlanmayacaqdı ki... 
Daha sonra vəkillərin suallarını cavablandıran Emil Mustafayev DİN-ə məhz C.Hacıyev işdən çıxarılandan sonra müraciət etməsi ilə bağlı belə izah verib.”Əvvəldən də bu kreditlərin qanunsuz olması hamıya bəlli idi. Amma rəhbərlik deyirdi ki, layihələrə yönəldilir. Biz də məcbur qalıb icra edirdik”. 

Vəkil: “Rəhbərliyin göstərişi önəmli idi, yoxsa qanun?”. 

E.Mustafayev: “Qanun önəmli idi. Ancaq rəhbərliyin göstərişinə əməl etmək məcburiyyətində idim. 

Vəkil: Bu cür göstərişlərə əməl etmədiyinə görə təzyiqə məruz qalan olmuşdu?

E.Mustafayev: Bəli, filial müdirlərindən biri Cəlil Daşdəmirov işdən çıxarılıb. Bunu bankda hamı danışırdı. 

Vəkil C.Daşdəmirovun işdən çıxarılması ilə bağlı əmrin alınmasını məhkəmədən xahiş edib. 
Daha sonra vəkillərin suallarını cavablandıran şahid E.Mustafayev bir çox suala “bilmirəm, mən hüquqşünas deyiləm” cavablarını verib. Vəkil Aqil Layıcovun “hüquqşünas deyilsinizsə, verilən kreditlərin qanunsuz olduğunu haradan bilirdiniz” deməsi prokurorun və hakimin etirazına səbəb olub. Hakim vəkilin şahidə ünvanladığı bir neçə sualın çıxarıldığını bildirib. 

“Kreditlər qanunsuz idi, göstərişi isə Cahangir Hacıyev verirdi”

Fasilədən sonra bankın “Suraxanı” filialının müdiri Bağırzadə Fuad ifadə verib. O, bildirib ki, 2011-ci ildə iki nəfərə kredit verilib, sənədlər baş idarəyə göndərilib. Prokuror krediti verərkən şəxslərin ödəmə qabiliyyəti, real vəziyyətləri yoxlanılıb-yoxlanılmaması ilə bağlı sual verib. Şahid bildirib ki, sənədlər toplanıb baş idarəyə göndərilir və qərarı onlar verirdi. 

“İnter Security” şirkətinin əməkdaşı Əjdər Babayev də prosesdə ifadə verib. Deyib ki, şirkətin rəhbərindən sənədlərə qol çəkməklə bağlı tapşırıq alıb və yerinə yetirib. Onun adına hazırda 400 min manat borc var.

Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev ifadəsində bildirib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bununla bağlı ona göstərişləri C.Hacıyev verib.
Prokurorun sualına cavab olaraq bildirib ki, ayrılan kreditlər qaydalara uyğun deyildi və kreditlərin hansı məqsədlərlə götürülməsindən xəbəri olmayıb. 

Kreditlərin ödənilməməsi ilə bağlı rəhbərliyə xəbər verdiyini deyən şahid əlavə edib ki, C.Hacıyev pulların ödəniləcəyi kimi cavab verib. O, ayrılan kreditlərin sənədlərini imzalayan şəxslər tərəfindən götürüb-götürməməsindən xəbərsiz olduğunu bildirib. 

Şahidlər rəhbərliyin göstərişinə əməl etdiklərini deyirlər 

Bankın “Nəqliyyat” filialının xəzinədarı Rəfiqə Cabbarova bildirib ki, kredit alan şəxslər şəxsən özləri gəlib sənədləri imzalayıblar, lakin onlara pul verilməyib. Pullar baş idarədən verilib və bu göstərişi də filial müdiri Kənan müəllimdən alıb. 

“Nəqliyyat” filialının baş mühasibi Afət Yusifova isə bildirib ki, kreditlərlə bağlı sənədləşdirmə işləri aparılıb, sənədlər üzərində pulların alındığı göstərilsə də, pulların verilib-verilməməsindən xəbəri olmayıb. Şahid Hüseynov Arif bildirib ki, müdir olmayan ayrılan kreditlərin bir neçəsini o imzalayıb. Pulların alınıb-alınmamasından isə xəbəri yoxdur.

2002-ci ildən bankın İdarə heyəti sədrinin köməkçisi olan Anar Bəkirov bildirib ki, kredit verilmiş şəxslər arasında iki nəfər Rusiya vətəndaşına qeyri-qanuni kredit ayrılması müəyyən olunub, həmin kreditlərin verilməsi ilə bağlı Cahangir Hacıyevin göstərişinə əsasən filiala tapşırıq verib.
Bankın “Səbail” filialının xəzinədarı Nailə Qacarzadə bildirib ki, kredit ayrılan şəxslərin filialdan pul alıb-almamalarını xatırlamır. “Həm filialdan, həm də baş ofisdən ala bilərdilər”.

“Nəqliyyat” filialının kredit şöbəsinin müdiri Kamran Rəhimli ifadəsində bildirib ki, kreditlərin sənədləşməsi onlar tərəfindən aparılıb və vəsaitlər müştərinin cari hesabına köçürülüb. Pulların alınıb-alınmaması və təyinatından xəbəri olmayıb. 

Bank prezidentinin oğlu ifadə verdi

Kredit şöbəsinin müdiri olmuş Fərid Əsədullayev (“Azərqazbank”ın prezidenti, sabiq deputat Çingiz Əsədullayevin oğludur- R.V.) bildirib ki, kreditlərlə bağlı sənədlər rəhbərliyin tapşırığı ilə toplanaraq Kredit Komitəsinə göndərilirdi. Kreditlərin ayrılması ilə bağlı qərar isə orada verilirdi.  

Hazırda kredit mütəxəssisi işləyən  Pərviz Həsənov bildirib ki, “Səbail” filialının kredit şöbəsinin müdiri olub. Filiala rəhbərliyin tapşırığı ilə kreditlər ayrılıb. 

Mərkəzi filialın xəzinədarı olan Rauf  Məmmədov da oxşar ifadə verərək sənədləşdirmə apardıqlarını, pulların baş idarədən verildiyini əlavə edib.

Məhkəmə prosesi sentyabrın 5-də davam edəcək. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]