Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Millimizin uşaqbazlıqda suçlanan baş məşqçisinin cinayət işi prokurorluqda! - ARAŞDIRMA

Millimizin uşaqbazlıqda suçlanan baş məşqçisinin cinayət işi prokurorluqda!  - ARAŞDIRMA
Bölmə :
Araşdırma
Yayım tarixi :
31/8/2016 [16:12]
Baxılıb :
1326 dəfə

Əslində, bu araşdırmanı başlatmağa sövq edən informasiyalar hələ Rio olimpiadasının başlanmasından təxminən 2 ay əvvəldən əlimizdə idi və onu ictimaiyyətə təqdim etmək üçün mütləq geniş araşdırma aparmalı idik. Digər tərəfdən, qarşıda ölkə idmanı üçün mühüm hadisə - Rio-2016 var idi və həmin ərəfənin həssaslığını, millinin düşərgəsində yaşana biləcək ajiotajı nəzərə alıb tələsməmək qərarına gəldik. Hadisələrin gedişatı da göstərdi ki, yanılmamışıq...

Dosye

Peter Zayzenbaher. 1960-cı il martın 25-də Vyanada doğulmuş avstriyalı cüdoçu. 1984 və 1988-ci illərdə keçirilmiş olimpiadaların qızıl mükafatçısı. 2010-2012-ci illərdə Gürcüstanın cüdo millisini çalışdırıb. Bu ölkəyə Avropa çempionatında 2 qızıl, 3 gümüş və 4 bürünc, dünya çempionatında 1 bürünc, London olimpiadasında isə 1 qızıl qazandırıb. 2012-ci ilin oktyabrında Azərbaycanın cüdo yığmasına baş məşqçi təyin olunub. Azərbaycan cüdo tarixinə ilk dünya çempionu verən mütəxəssis kimi düşüb. Onun ilyarımlıq fəaliyyəti dövründə Elxan Məmmədov (100 kq) 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatında çəkidə qızıl medala sahib olub. Həmin çempionatda Orxan Səfərov 60 kq çəkidə bürünc medala yiyələnib. Ötən il Azərbaycan Cüdo Federasiyasında rəhbər dəyişikliyi edildikdən ”“ Rövnəq Abdullayev prezident seçildikdən sonra atılmış ilk addım məhz Zayzenbaherin yığmanın sükanı arxasına gətirilməsi olub. Və avstriyalı çalışdırıcının rəhbərliyi altında komandamız Rioda keçirilən olimpiadada 2 gümüş medal qazanıb (Elmar Qasımov və Rüstəm Orucov).

Hər gözəlin eybi olar, amma...

Bütün bunlar ilk baxışda Peter Zayzenbaherin müsbət xarakteristikaya malik olması görüntüsü yaradır. Amma bu “gözəlimizin də bir eybi” var. Və bu eyibin üstü hələ iki il bundan əvvəl açılıb. Baxmayaraq ki, bu eyibdən dünya mətbuatı kimi Azərbaycan mətbuatı da xəbərdar idi, Cüdo Federasiyası yenidən onunla işbirliyinə “hə” dedi. Görünür, yeni rəhbərlik  Zayzenbaherin öz ölkəsində pedofillikdə ittiham olunduğunu, hətta buna görə istintaqa cəlb edildiyini bilmirdi, yaxud bilənlər də unutmuşdu. Axı bu hadisə 2014-cü ildə mətbuata çıxarılmışdı və onda Peter, özünün də ifadə etdiyi kimi, sadəcə öz biznesi ilə məşğul idi, Azərbaycandan 1 il əvvəl getmişdi. Çox maraqlıdır ki, bu fakt avstriyalı çalışdırıcı ötən il baş məşqçi təyin olunanda vaxtilə onun pedofillikdə suçlandığını dərc edən Azərbaycan mətbuatının da yadına düşmədi... 

Qısa xatırlatma

Peter Zayzenbaherlə bağlı açılmış cinayət işində qeyd olunur ki, o, 2000-ci illərin əvvəllərində Avstriyada Vyana şəhər Cüdo İttifaqında işləyərkən 4 qıza (onlardan biri yetkinlik yaşına çatmayan məktəbli olub) qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi 2013-cü ildə açılsa da, bununla bağlı xəbərləri ilk dəfə 2014-cü il iyun ayının 11-də Avstriya mətbuatı yayıb. Bundan sonra digər Avropa ölkələrinin KİV-i, o cümlədən Rusiya və Azərbaycan mətbuatı da bu məlumatı Avstriya mətbu orqanlarına istinadla işıqlandırıb. Qeyd olunan tarixdə avstriyalıların yaydığı məlumatlarda bildirilirdi ki, Zayzenbaher tərəfindən zorlandığını iddia edənlər məhkəməyə müraciət ediblər.

Federasiyanın susqunluğu... 

Məsələnin ciddiliyini nəzərə alaraq Azərbaycan Cüdo Federasiyasına iyunun 6-da aşağıdakı məzmunda informasiya sorğusu göndərdik:

“Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Peter Zayzenbaherin öz ölkəsi Avstriyada 4 qıza (biri yetkinlik yaşına çatmayıb) qarşı cinsi zorakılıq tətbiq etməkdə şübhəli bilinərək 2014-cü ildə istintaqa cəlb olunması və bu faktla bağlı məhkəməyə prosesinin hələ də davam etdirilməsi ilə bağlı apardığım araşdırmanın tamamlandırılması üçün aşağıdakı suallarımı cavablandırmağınızı xahiş edirəm:

1. Peter Zayzenbaherlə müqavilə imzalanarkən onun barəsində cinayət işinin başladıldığını, iddiaların təsdiqlənəcəyi təqdirdə onu 10 il müddətinə azadlıqdan məhrum olunacağı barədə məlumatınız var idimi? Var idisə, bu məlumatı özündən, yoxsa üçüncü şəxslərdən almışdınız?
2. Peter Zayzenbaherin sırf istintaq prosesinin uzadılması üçün vətəni Avstriyaya getməkdən yayındığı və səfərlərinin çox qısamüddətli olduğu iddia edilir. Bu barədə məlumatınız varmı?
3. Rio Olimpiadasında əldə olunacaq nəticələrdən asılı olmayaraq, adı cinsi zorakılıqda hallandırılan və barəsində məhkəmə işi açılan şəxsin milli komandamızda qalması Azərbaycanın idman ölkəsi imicinə zərbə olmayacaqmı? 
4. Peter Zayzenbaherin bundan əvvəl çalışdığı Gürcüstan millisindən də qalmaqallı şəkildə uzaqlaşdırıldığı bildirilir Bu barədə məlumatlısınızmı?”

Aradan 3 aya yaxın vaxt keçib və federasiya bu müddətdə çox şeyi aydınlaşdıra, cavab verə bilərdi. Ancaq qurum hələ də susur. Olmaya “torbada pişik var”?

... Vyana prokurorluğunun korrektliyi

Bizim federasiyadan fərqli olaraq, Avstriya tərəfi məsələyə münasibəti Vyana prokurorluğunun mətbuat katibi Nina Bussek qismində cavablandırıb: “Bu, çox həssas məsələdir. Onunla (Peter Zayzenbaheri nəzərdə tutur ”“ red.) bağlı müəyyən şübhələrimiz var. Bu işlə əlaqədar olaraq bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək. Proses hələ davam edir və qanunvericiliyə əsasən, barəsində həbs-qətimkan tədbiri olmadığı üçün onun Avstriyadan kənara çıxmasına heç bir maneə yoxdur”. 

Yeri gəlmişkən, məsələyə həmin günlərdə münasibət bildirən Avstriya Cüdo Federasiyasının prezidenti Hans Paul Kuçera demişdi ki, bu xəbər federasiyada şok yaratdı: “Peter olimpiadada iki qızıl almış yeganə avstriyalıdır. O, indiyədək bütün ölkənin fəxri olub. Ümid edirəm, bu xəbərlər təsdiqini tapmayacaq. Biz həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etməyə hazırıq”. 

Zayzenbaherin vəkili Bernhard Lehofer 2014-cü il iyunun 11-də Avstriya mətbuatına açıqlamasında müvəkkilinin növbəti həftənin çərşənbə axşamı günü (17 iyun) ifadə verəcəyini, hamını həmin vaxtadək təmkinli olmağa səsləsə də, sonrakı tarixlərdə çıxan açıqlamalardan Zayzenbaherin istintaqa ifadə verib-vermədiyi bəlli olmur. Avstriya mətbuatında yer almış məlumatlardan onun 2015-ci ilin böyük hissəsini öz ölkəsindən kənarda keçirdiyi və bu səbəbdən prosesin ləngidiyi aydın idi. Nəhayət, ötən ayın sonlarında istintaqın yekunlaşdığı və cinayət işinin materiallarının Baş prokurorla yanaşı, Ədliyyə Nazirliyinə göndərildiyi bildirildi. Açıqlamada qeyd olundu ki, istintaqın gəldiyi qənaət haqqında heç bir informasiya verilə bilməz və məsələ hüquqi həllini tapana qədər məlumat ictimaiyyət üçün qapalı olacaq. Buna görə də, hələlik bizə gözləmək qalır ”“ federasiyamızın məsələyə reaksiyasını, Avstriya Baş prokurorunun və Ədliyyə Nazirliyinin çıxaracağı qərarı. Qeyd edək ki, iddialar təsdiqlənərsə, Zayzenbaher 10 il müddətinə azadlıqdan məhrum ediləcək.

Və sonda: Avropa idmanında adı bu cür qalmaqallarda hallanan şəxsləri, ən azı, araşdırmalar tamamlananadək işlərindən uzaqlaşdırırlar - sonradan baş verə biləcək biabırçılıqdan sığortalanmaq üçün. Biz bunu sonuncu dəfə adları seks qalmaqalında hallanan Valbuena və Benzemanın Fransa millisindən uzaqlaşdırılması nümunəsində gördük...(korner.az)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]