Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Üç minə yaxın əlilə birdəfəlik maddi yardım göstərilib

Üç minə yaxın əlilə birdəfəlik maddi yardım göstərilib
Bölmə :
KİVDF
Yayım tarixi :
20/3/2013 [13:00]
Baxılıb :
2182 dəfə
Böyük Vətən, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl əlilləri 857 ədəd minik avtomobili ilə təmin edilib

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:

Maddə 28. Kafi həyat səviyyəsi və sosial müdafiə 

Bu maddə əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsinə və sosial müdafiəyə olan hüququnu təsbit edir. 
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər: 
”¢ Əlilliyi olan şəxslərin təmiz suya, müvafiq qidaya, geyim və mənzil şəraitinə çıxış imkanının təmin edilməsi  istiqamətində həyata keçirilən tədbirlər və bu barədə müvafiq nümunələr     
”¢ Əlilliyi olan şəxslərin münasib qiymətli xidmətlərə, obyektlərə və digər müvafiq yardım sisteminə çıxış imkanının təmin edilməsi  istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əlillik ilə bağlı əlavə maliyyə xərclərini əhatə edən proqramların mövcudluğu 
”¢ Əlilliyi olan şəxslərin, xüsusilə qadınların, qızların və yaşlıların sosial müdafiə və yoxsulluğun azaldılması proqramlarına çıxış imkanının təmin edilməsi  istiqamətində həyata keçirilən tədbirlər 
”¢ Əlilliyi olan şəxslər üçün ictimai mənzil, təqaüdlər və digər proqramlar istiqamətində  həyata keçirilən tədbirlər 
”¢ Yoxsulluq ilə əlillik arasında əlaqənin müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlər 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramı”nda əlillərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni yaşayış yerləri ilə təmin edilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün müvafiq mexanizmin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların sosial-müdafiəsi tədbirlərinin həyata keçirilməsi müəyyən olunmuşdur. 
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində təsbit edilmiş sosial yardımın əsas prinsiplərindən biri bərabərlik prinsipidir, başqa sözlə sosial yardım bütün aztəminatlı ailələrə təyin edilir. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində heç bir milli və etnik  mənsubiyyətindən, irqindən, dini etiqadından, sağlamlıq imkanlarının məhdud olub olmamasından asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşları, respublikada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə hər il əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramları təsdiq olunur. Proqramın başlıca məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların  tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir. Bu Proqram “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunundan, “Əlillərin hüquqları haqqında” Konvensiyadan və Azərbaycan Hökumətinin bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələri əhatə edir. Proqrama əsasən əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, onların sanatoriya-kurort müalicələrinin təşkili, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanılması xərcləri hər il dövlət büdcəsindən ayrılan vəsait daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı; 
- əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, onların asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakı üçün şərait yaradılması; 
- əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardım göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi.
“Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qanunun müvafiq müddəları ilə I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilməsindən asılı olmayaraq sığorta stajına daxil edilmişdir.

Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi) həcmində müəyyənləşdirilmişdir. Həmçinin Qanunda əlilliyi olan şəxslərə münasibətdə əmək pensiyasının baza hissəsinə bir sıra əlavələr nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyətli olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyanın baza hissəsinin 5 faizi məbləğində, I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində (I qrup Böyük Vətən müharibəsi əlillərinə 140 faizi məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində (II qrup Böyük Vətən müharibəsi əlillərinə 110 faizi məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III qrup Böyük Vətən müharibəsi əlillərinə 90 faizi məbləğində) əlavələr hesablanır.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətlər təyin edilir. Sosial-məişət problemlərinin həllinə köməklik məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən 2008-ci ildə 1071 nəfər, 2009-cu ildə 1037 nəfər, 2010-cu ilin cari dövründə isə 552 nəfər əlilə birdəfəlik maddi yardım göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən respublika üzrə 01 oktyabr 2010-cu il tarixə ünvanlı sosial yardım alan 127634 ailənin 442-si müharibə əlilinin, 15048-i digər səbəblərdən əlil olanların ailələridir. Yardım alan ailələrin 577445 üzvündən 24807 nəfərini əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 1997-ci ildən etibarən Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında 2418 mənzil, rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən isə 1052 mənzil inşa olunaraq əlil və şəhid ailələrinin istifadəsinə verilmişdir, beləliklə respublika üzrə cəmi 3470 nəfər bu kateqoriyadan olan şəxslər mənzillə təmin olunmuşdur.75 çox mərtəbəli yaşayış binası, 287 fərdi yaşayış evi inşa olunaraq bu kateqoriyadan olan şəxslərin istifadəsinə verilmişdir. 2000-ci ildən bu günədək 287 nəfər Qarabağ müharibəsi əlillinə fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər)” icrası ilə əlaqədar, 2009-2010-cu illərdə Böyük Vətən, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl əlilləri reabilitasiya vasitəsi kimi 857 ədəd minik avtomobili ilə təmin edilmişdir. 

Maddə 29. Siyasi və ictimai həyatda iştirak 

Bu maddə əlilliyi olan şəxslərin siyasi hüquqlarını təsbit edir. 
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər: 
”¢ Əlilliyi olan şəxslərin, xüsusilə də, əqli və intellektual cəhətdən  qüsurları olan şəxslərin siyasi hüquqlarını təsbit edən qanunvericilik və digər tədbirlər və lazım olduğu təqdirdə, mövcud məhdudiyyətlər və onların aradan qaldırılması üçün görülən işlər  
”¢ Əlilliyi olan bütün şəxslərin müstəqil surətdə və ya öz seçimləri əsasında kənar şəxslərin yardımı ilə səsvermə hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər 
”¢ Səsvermə proseduralarına, obyektlərinə və materiallarına tam çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan şəxslərin siyasi və ictimai həyatda öz hüquqlarından tam şəkildə istifadə etdiyini qiymətləndirən göstəricilər 
”¢ Yerli, regional və ölkə səviyyəsində əlilliyi olan şəxslərin hüquq və maraqlarını təmsil edən təşkilatların yaradılması və fəaliyyətinin dəstəklənməsi

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Seçki Məcəlləsinə əsasən seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlil və ya digər fiziki qüsuru olan seçicilərin seçki prosesində iştirakı üçün bütün imkanları yaratmalıdırlar. 

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 50-ci maddəsinə əsasən öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar və onları təmsil edən şəxslər qanunvericilikdə müəyyən edilən qaydada ictimai təşkilatlar, o cümlədən, müxtəlif fondlar yaratmaq hüququna malikdirlər. 


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]