Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

61,3 milyon manatın aqibətini üç qurum belə “həll edib”

61,3 milyon manatın aqibətini üç qurum belə “həll edib”
Bölmə :
Araşdırma
Yayım tarixi :
30/8/2016 [11:33]
Baxılıb :
14559 dəfə
Təhsil, səhiyyə, sosial müdafiədə korrupsiya rəsmi etiraf olundu

Hesablama Palatası 3 döbvlət qurumunda xərclənən 61 286 800 manatın necə xərcləndiyini yoxlayıb. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilən auditin nəticələri ciddi maliyyə pozuntuları ortaya çıxarıb. Bizimyol.info saytı qeyd edir ki, auditin əhatə etdiyi illərdə xəstəxanada 14 150 000 manat xərclənib. Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin həkimlərlə təminatı 27 nəfər, çarpayılarla təminatı isə 39,6 ədəd olduğu halda bu göstəricilər Cəlilabad rayonu üzrə müvafiq olaraq 15 nəfər və 17 ədəd təşkil edib.  

Cəlilabad Xəstəxanasında xəstə sayı “şişirdilib” 

Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilib. Zərurət olmadan inventar alınması və əvvəlki illərdə alınmış inventarların uzun müddət istifadəsiz saxlanılması səbəbindən səmərəsiz xərcə yola verilib. Nazirlər Kabinetinin “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” müvafiq qərarının tələblərinə uyğun hesablamalar aparılmayaraq bir çarpayı gününə ərzaq xərci 1 manat dəyərində proqnozlaşdırılıb, lakin faktiki icra olunmuş bir çarpayı gününə sərf olunan ərzaq xərci 2013-2015-ci illərdə 2,4 manat, 2016-cı ilin I-ci rübündə 2,7 manat olub, nəticədə çarpayı günləri ərzaqla tam təmin edilməyib. Bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərclərinin göstəriciləri illər və tibb müəssisələri üzrə fərqli olub, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq xərcinə yol verilib. Ehtimal olunan qiymətin satın alınacaq mallara cəm şəkildə təyin edilməsi mal-materialların orta bazar qiymətlərindən baha alınmasına səbəb olub, bəzi hallarda nəzərdə tutulan vəsait ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilib. Təmir-tikinti işlərində beş obyekt üzrə işlərin tam yerinə yetirilmədiyi müəyyən edilib.

İmişli Təhsil Şöbəsi mövcud olmayan “işçilər”ə məvacib verib

İmişli rayon Təhsil Şöbəsində həyata keçirilmiş auditdə xeyli maliyyə pozuntuları ortaya çıxıb. Audit ümumilikdə 28 714 800 manatı əhatə edib. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,9%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan da 46,2%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin müxtəlif fənlər üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib. Müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləndirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi ortaya çıxıb. Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsi zamanı artıq və paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilib, gənc mütəxəssislərə artıq əmək haqqı və kompensasiya ödənilib. 

Bir sıra hallarda  vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması, həmçinin malların, iş və xidmətlərin alış qiymətinin orta bazar qiymətlərindən  əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub. Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb, istismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği  binaların balans dəyərinə əlavə olunmayıb, bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb. 

Yevlax ƏSMM-də bilərəkdən artıq ödəmələrə yol verilib 

Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit bütövlükdə 18 422 000 manatı əhatə edib. Ailə üzvünə görə ödənilən sosial müavinətin, əmək pensiyasının məbləğinin, əmək haqqının, digər gəlirlərin, ailənin mülkiyyətində olan torpaq sahəsindən, yardımçı təsərrüfatından əldə olunan gəlirlərin ailənin ümumi gəlirinə daxil edilməməsi, ailə tərkibində dəyişikliyin nəzərə alınmaması və düzgün olmayan məlumatın verilməsi, ilənin istifadəsində avtomobilin olmasının tam araşdırılmaması, ÜSY alan ailələrə birdəfəlik yardımın ödənilməsi şərtlərinə tam əməl olunmaması səbəbindən artıq ödəmə aşkar olunub. Təyin edilmiş yardımı 3 aydan artıq müddətdə almayan ailələrə təyin edilən vəsaitin dövlət büdcəsinə qaytarılması üçün tədbir görülməyib. Sosial müavinətlər və təqaüdlər üzrə işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə sosial müavinətin əmək pensiyası almaq hüququ olan şəxslərə təyin edilməsi, əlilliyə görə sosial müavinətin məbləğinin düzgün müəyyən olunmaması, müavinət məbləğinin təkrar ödənilməsi, sosial müavinətin təyin olunması müddətinin və ödənilən məbləğin düzgün müəyyən edilməməsi səbəbindən artıq ödəmələrə yol verilib.

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]