Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanın "müharibə uşaqları" və onların qorxuları...

Azərbaycanın
Bölmə :
Reportaj
Yayım tarixi :
25/8/2016 [16:33]
Baxılıb :
908 dəfə

Axşam saat 10-da uşaqlar, yaşlılar, qocalar, hamilə qadınlar maşınlara əyləşdirilir və kəndlərdən çıxarılaraq qəbirstanlığının ətrafına, rayon mərkəzlərinə aparılırdı.
Kənd yolu və magistralların hər iki tərəfi içərisi insanlar və zəruri yüklərlə dolu maşınlarla əhatə olunmuşdu.
Kişilərdən bir qismi öz ailə üzvləri ilə birgə evdən çıxır və onlarla birlikdə maşında gecələyir, bəzi kişilər isə ailəsini çıxardıqdan sonra evinə qayıdır. Maşınların şüşələrindən həmin ailə başçısının axrasınca bir neçə narahat göz baxır.
Müharibə yalnız insanların ölümü, ev-eşiklərinin dağılması, sağlamlıqlarını itirmələri demək deyil. Müharibə psixoloji, sosioloji, ictimai problemdir. Bu insanlar hər günlərini sonuncu gün kimi yaşayırlar.
Axşam evdən çıxanlar səhər qayıdırlar. Qadınlar ev işlərini görür, kişilər təsərrüfatda işləyir. Axşam yenidən köç, narahatlıq başlanır.
Əslində, o insanlar 20 ildən artıqdır ki, gərgin durumda yaşayırlar, ildə bir dəfə - hərbi əməliyyatlar intensivləşəndə axşamlar evdən çıxıb maşında gecələyirlər ki, başlarına bomba düşməsin.
İnsanların bu an keçirdiyi psixoloji gərginlik və bu psixoloji problemlərlə 20 il ərzində böyüyənlər və onların uşaqları.. Uzun müddət ciddi hərbi əməliyyatlar olmasa da, bu gərginlik atmosferində doğulan və böyüyən uşaqlar var.

"Ata, ölürəm..."

Nicatın 11 yaşı var. Ağdamda məcburi köçkünlər üçün inşa olunmuş Bənövşələr qəsəbəsində yaşayır. Aprelin 4-də Ermənistan Silahlı Birləşmələrinin atdığı mərmi onların qəsəbəsinə düşür və həyətdə oynayan Nicat epilepsiya keçirir. Atası Elgiz Qurbanov bildirir ki, mərminin səsindən uşaq əsməyə başladı, rəngi qaçdı və dedi ki, "ata, qoyma ölürəm", sonra başlayıb qusmağa.
"Mən öncə elə bildim ki, yeməkdən zəhərlənib. Apardım xəstəxanaya, ordan bizi Bakıya Nevroloji dispanserə göndərdilər. Bakıda uşağımı xəstəxanaya yerləşdirmədilər, sadəcə bir neçə dərman yazıb geri göndərdilər."
Elgiz əlavə edir ki, oğlu 3 il öncə qıcolma keçirmişdi, amma müalicə aldıqdan sonra səhhəti qaydasına düşmüşdü. Aprel ayından sonra vəziyyəti pisləşib. İndi ara-sıra əsməcə tutur, ağzı əyilir, həyəcanlanır, kəkələyir.
"Hazırda bahalı dərmanlarla uşağımı müalicə etdirirəm," deyir Elgiz Qurbanov.

"Müharibə uşaqları" və onların müharibədən çəkdikləri

"Mənim 50 yaşım var. Pis-yaxşı müharibəyə dözürəm, öyrəşmişəm. Amma aprel ayında 7 yaşlı qızımın keçirdiyi hiss və həyəcanı anlada bilmərəm," deyir Ağdam rayonu Mahrızlı kənd sakini, aqronom Çingiz Vəliyev.
Vəliyev əlavə edir ki, son 20 ildə kəndlərində şəkər və nevroloji xəstələrin sayı artıb. Uşaqların da keçirdiyi sarsıntıların gələcəkdə ciddi fəsadlara səbəb olacağından narahatlığını ifadə edir.
"Adi bir tappıltı olan kimi qızım qaçır gəlir yanıma və deyir ki, ata, məni qucaqla. Titrəyir, gecələr yata bilmir. Aldığı müalicənin də effekti yoxdur."
"Uşaqlara söz demək olmur. Əsəbi və aqressiv olublar", Solmaz xanım deyir

Mahrızlı kənd sakini Sahib Məmmədov və onun həyat yoldaşı Solmaz Məmmədova da uşaqların daha çox əziyyət çəkdiyini deyir. Belə ki, kəndlərində psixi problemlərdən əziyyət çəkən 17-18 yaşlı qız aprel ayında baş vermiş atışma zamanı sarsıntı keçirib və ölüb.
Solmaz xanıma görə, bu şəraitdə yaşamaq övladlarının gələcəyi üçün böyük təhlükədir.
"Uşaqlara söz demək olmur. Əsəbi və aqressiv olublar. Çalışırıq ki, çox üzərlərinə getməyək. Gecə vaxtı atışma baş verir, uşaqlar yuxudan oyanıb o tərəfə, bu tərəfə qaçırlar."
"Bombanın səsi çox vahiməliydi. Bacımın qorxudan ayaqları tutulmuşdu, mən isə ağlayırdım. İndi də atsalar çox qorxaram" - 14 yaşlı Müşfiq

Kənd sakini 14 yaşlı Müşfiq aprelin 27-də atışma zamanı bombalardan birinin mindikləri avtomoblin yaxınlığına düşdüyünü xatırlayır. "Bombanın səsi çox vahiməliydi. Bacımın qorxudan ayaqları tutulmuşdu, mən isə ağlayırdım. İndi də atsalar çox qorxaram."
Aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginlik zamanı yaşlı nəsil arasında da xəstəlik tapanlar var. Kənd sakinləri ilə söhbət zamanı məlum oldu ki, 50 yaşlı bir qadın qorxudan xərçəng xəstəliyinə tutulub.
Tərtərin Qazyan kəndinin böyük sakinləri kimi, uşaqlar da müharibənin gərginliyini öz üzərlərində hiss edirlər. Adının çəkilməsini istəməyən kənd sakininin sözlərinə görə, aprel hadisələri oğluna pis təsir edib. "Oğlumun 15 yaşı var. Bir səs eşidən kimi tez sidiyə qaçır. Müalicənin də mənası yoxdur, çünki hər şey yenidən başlanır və vəziyyət əvvəlkinə geri dönür."
Kənd sakini 16 yaşlı Aqil isə daha çox yuxusuzluqdan, əsəb pozuntusu və iştahasızlıqdan əziyyət çəkdiyini deyir. Aqilin anası əlavə edir ki, hazırda oğlunu müalicə etdirir.
"Aprelin 25-dən 26-na keçən gecə anamı maşınımızla kənddən çıxarırdım. Mərmilərdən biri 100 metr bizdən aralıya düşdü. Maşını necə sürüb getdiyimi bilmirəm," Aqil xatırlayır.
Hərbi əməliyyatlar insan psixologiyasını müharibə başa çatdıqdan sonra da zədələməkdə davam edir. Müharibə bitsə də, gərginlik bitmir. Psixoloji problemlər illər ötdükcə daha da artır.
Bəzən insanın yanında hansısa qorxulu hadisə baş verir, o bunun fərqinə varmır, amma bir müddətdən sonra bu narahatlıq hissi onu izləyir.
Psixologiyada neqativ hadisələrin xatırlanmasına Posttravmatik Stress Pozuntusu deyilir. Bu həm də, hansısa zədələnmədən sonra həssaslığın və fobiyanın yaranmasını xatırladır.

"Müharibə uşaqları" arasında ən çox yayılmış xəstəliklər

Reyhan Eyvazova, Ağdam Şəhər Uşaq Poliklinikasının müdiri narahatlıq üçün ciddi əsas olduğu qənaətindədir. Belə ki, qorxudan sonra uşaqlar arasında nevroloji, qıcolmaya meyllilik, şəkər, göz hətta onkoloji xəstəliklər geniş yayılıb.
"Sonuncu xəstəlikdən Çəmənli kəndindən 3 yaşlı bir uşaq rəhmətə getdi."
Eyvazovanın sözlərinə görə, elə xəstəliklər var ki, onlar ana bətnində formalaşır. "Aprel ayında xeyli hamilə qadın vardı. Atışmalar zamanı onların keçirdiyi həyəcanı təsəvvür etmək çətin deyil. Keçirdikləri gərginlikdən əlavə, onların mütəmadi yaşayış yerlərini dəyişməsi də uşaq üçün təhlükəlidir."
Reyhan həkim uşaqların arasında qorxudan sonra şəkərin sayının artdığına diqqət çəkir. Belə ki, hazırda poliklinikalarında bu xəstəlikdən əziyyət çəkən 5-8 yaşlarında 13 uşaq qeydiyyatdadır.
Tərtər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatoru Rima Axundovanın sözlərinə görə, rayonda psixi və şəkər xəstələrinin sayında artım var ki, bunların da arasında gənclər üstünlük təşkil edir.
"Apreldən sonra şəkərdən əziyyət çəkənlərin sayı 205 nəfər artıb. Psixi xəstələrin dəqiq sayını bilmək üçün bir müddət gözləmək lazımdır. Bu tip xəstəliyin simptomları sonradan üzə çıxır."

Həkim çatışmazlığı və sığınacaq problemi

Ağdam Şəhər Uşaq Poliklinikasının müdiri Reyhan Eyvazova həkim çatışmazlığından əziyyət çəkir.
"Bizim poliklinikada 35 ştat həkim yeri var. Amma biz 5-6 həkimlə işləyirik. Ümumi rayon üzrə isə 150 həkimə ehtiyac var. Ümumi rayon üzrə cəmi 3 psixiator var. Ən dəhşətli vəziyyət isə pediatrlarla bağlıdır. Ağdamda qeydiyyatda olan 20 000 uşaq var. Rayonda isə cəmi 21 uşaq həkimi var. Psixoloq isə ümumiyyətlə yoxdur".
"Mərmilərdən biri 100 metr bizdən aralıya düşdü. Maşını necə sürüb getdiyimi bilmirəm," Aqil xatırlayır

Ağdam və Tərtərin münaqişə zonasına yaxın kəndlərdə apardığımız araşdırma zamanı məlum oldu ki, hərbi əməliyyatlar baş verdiyi zaman əhalinin gizlənməsi üçün sığınacaqlar yoxdur.
Əhali çıxış yolunu rayon mərkəzinə, ən yaxşı halda isə paytaxta və digər şəhərlərə getməkdə görür.
Aprel ayından sonra hələ də kəndlərdəki evlərinə qayıtmayan ailələr var.

Çıxış yolu

Ailə psixoterapevti Təhminə Çələbi uşaqların inkişafını onların yaşadıqları mühitlə əlaqələndirir. Belə ki, uşağın 7 yaşına kimi qarşılaşdığı hər şey onun gələcək həyatına təsirini göstərir, o deyir.
"Müharibədə insan itkisi və yaxud partladılmış bomba uşaq üçün zaman keçdikcə adiləşir. Bunun da ən qorxulu məqamı budur ki, həmin uşaq gələcəkdə hansısa çətin durumdan qurtulmaq üçün emosional metodlara əl ata bilər."
Təhminə Çələbi bu qrup uşaqların valideylərinin tez bir zamanda psixoterapevt və psixoloqa müraciətinin zəruri olduğunu vurğulayır.
"Bu uşaqlar böyüyəcəklər, ailə həyatı quracaqlar, öz övladları olacaq və bu şəxsin aldığı travma onun ailə üzvlərinə də sirayət edə bilər. Göründüyü kimi, bir nəfərin problemi artıq cəmiyyətin probleminə çevrilir. Bəzən valideynlər övladlarının bu kimi problemlərini gizlədirlər. Bununla da uşaqlarının vəziyyətini daha da gərginləşdirirlər. Vaxtında müalicə etmək lazımdır."

Seymur Kazımov
Ağdam və Tərtərdən BBC Azərbaycanca üçün

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]