Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Allahla şeytanı barışdırmaq istəyən adam - 1-ci bölüm

Allahla şeytanı barışdırmaq istəyən adam - 1-ci bölüm
Bölmə :
Müsahibə
Yayım tarixi :
13/7/2012 [12:15]
Baxılıb :
1737 dəfə
Rüstəm Behrudi: “Çörəklə imtahana çəkilən məmləkətdə ziyalı olmur, heç kişi də olmur”
«Hacıbala Abutalıbovu Heydər Əliyevdən imtina etdirmək üçün avtomatdakı 72 patronu başının üstündən atıblar»

«Bizim Yol»un budəfəki qonağı, şair Rüstəm Behrudidir. Onunla,siyasətdən, fəlsəfədən, ədəbiyyatdan danışıdıq, amma bütün suallarımızın canı günümüzlə bağlı idi, Azərbaycan cəmiyyətini narahat edən problemlərə köklənmişdi. Şairin söhbətimizin əvvəlində oxuduğu «Cəhənnəmdən qalxan duman» fəlsəfi şeiri də bu günlə səsləşir. 

Cəhənnəmdən qalxan duman 

Tanrım Yaratdığın cəhənnəmdən qalxan duman səni görməyə qoymadı. Kimdir günahkar?


Allahım, kimdi günahkar
Bəndən günahdan doymadı?!
Cəhənnəmdən qalxan duman,
Səni görməyə qoymadı.

Tanrım, söndür cəhənnəmi,
Aydınlat hər şeyi, Tanrım!
Yerdəsən yeri, göydəsən,
Aydınlat göyü, Tanrım.

Barışdır mənnən şeytanı,
Bax, gör kim kimdən böyükdü.
Barışdır, qoy görüm, sevgin
Nifrətdən, kindən böyükdü.

Gecənin oğludu gündüz,
Qəhqəhə dərdin-ahın.
Səndən özgə kim soyar
Savabımdan günahı.

Tanrım, gözəldi çarmıxda
İsa tək bir an yaşamaq.
Bir axar su tək sənnən də
Heç nə ummadan yaşamaq.

Mələklər səni görəcək,
Bir gün içimi yaranda.
Məni araçı qıl Tanrım,
Şeytanla sənin aranda.

Barışdır yeri göy ilə,
Bir mənə, bir şeytana bax.
Barışdır hər şeyi, görüm-
Necədi düşmənsiz yaşamaq.

Heç nə sürməz sonsuzadək,
Barışdır xeyri şəri ilə.
Tanrım, özün də dön barış,
Yaratdığın bəşər ilə.

Allahım, kimdi günahkar,
Bəndən günahdan doymadı.
Cəhənnəmdən qalxan duman
Səni görməyə qoymadı.


- Rüstəm bəy, böyük ədəbiyyat tarix boyu əbədiliyi tərənnüm etməklə gerçəkliyə qarşı çıxıb. Siz bu fikirlə razılaşırsınızmı?

- Ədəbiyyat sözü əbədiyyət sözü ilə həmahəngdir. Ərəb dilində söz kökləri var, bir kök 10 sözü yaradır. Ədəbiyyat və əbədiyyət sözləri də eyni kökdən ibarətdir. Məsələn, hökm və hakim, eyni kökdəndirlər. Təbii ki, böyük ədəbiyyatdan danışanda Sizin fikrinizlə razıyam. Əslində ədəbiyyat olanı olmayana qurban verən bir şeydir. Yəni olan şeyi qurban verib olmayana can atır. Amma mənim üçün şeir insanın özünə bənzər adam axtarmağı və sonda da onu tapmamaqdır.

- Amma böyük fəlsəfədə adam gerçəkliklə barışan, insan isə gerçəkliyin, axının əksinə gedəndir. Bu barədə deyilənləri bölüşürsünüzmü?

- Böyük mənada elədir. Bayaqkı fikrimə qayıdıram, adam olanların, bu dünyanın şeyidir, insan isə tamamilə fərqlidir. Antik fəlsəfədən, Platon, Aristoteldən başlamış sonunculardan Şopenhauerə qədər, mən onu çox böyük filosof hesab edirəm, o cümlədən, Nitsşe, Spenser də daxil olmaqla onların hamısı fövqəlinsan axtarıblar. Şərq fəlsəfəsində, xüsusən hürufilik və sufilikdə bu kamil insan anlamını verirdi. Qərb fəlsəfəsində isə fövqəlinsan axtarışı gedirdi.

- Amma bu axtarış Napoleon və Hitleri yaratmadımı?

- Təbii ki, o tərbiyədən asılı olan məsələdir və cəmiyyət sualı nə cür qavrayırsa, elə də ortalığa çıxır. Bəli, deyirlər ki, Hitlerin nasional-sosializmi Nitsşenin fövqəlinsan nəzəriyyəsindən qaynaqlanıb. O mənada insanla adamın fərqini bu məsələdə axtarmaq lazımdır, adam məfhumu kiçik zamanı əhatə edir, insan ömrü yaratmaq isə əbədiyyətə hesablanıb. 

- Yenə qayıdıram ədəbiyyata, Siz də daxil olmaqla bu günkü ədəbiyyat gerçəkliyə qarşı çıxa bilirmi?

- Bütün zamanlarda ədəbiyyat gerçəkliyə qarşı çıxıb, ya açıq şəkildə, ya da gizlində. Təbii ki, indi bir az zaman fərqi var. Məşhur yəhudi şairlərindən biri deyirdi ki, bu dünyada sözə ən böyük qiyməti sovetlər birliyində verirlər. Səbəbini soruşanda cavab verir ki, çünki söz üstündə adamı asırlar. O, ötən əsrin 30-cu illərini nəzərdə tuturdu. Gör, söz nə qədər qiymətlidir ki, bizdə sözün üstündə adam asıblar.

- Bu gün də söz üstündə adamları öldürürlər də, məsələn, jurnalistləri...

- Əlbəttə, öldürürlər. Jurnalistlərə təzyiq edirlər, bir insan kimi əzirlər.

- Bəs şair və yazıçıları niyə əzmirlər, nəhayət öldürmürlər?

- Siz o cür deyirsiniz. Mən bir şair olaraq dəfələrlə həbsxanada yatmışam, kitabların yığışdırılıb, bu, təzyiq deyil? Şairin kitablarını qadağan etmək təzyiq sayılmır?

- Müstəqillikdən sonramı?

- Bəli, elə müstəqillikdən əvvəl də, sonra da. Bir şairin kitabını qadağan etmək onu öldürmək kimi bir şeydir. Təsir vasitələri başqa cür ola bilər, amma son mahiyyət eynidir. Yəni təsir vasitələri dəyişib, orta əsrlərin bir dövründə insanları asırdılar, sonra daha asan vasitələr tapdılar - yandırdılar, yaxud gilyotinə qoydular. Bu gün istənilən ziyalıya təsir vasitəsi tamam fərqlidir.

- Nədən ibarətdir bu fərq?

- Çörəklə imtahana çəkilən məmləkətdə ziyalı olmur, heç kişi də olmur. Söhbət cəmiyyətin şairindən, yazıçısından, mədəniyyət xadimindən gedir. Bir halda ki, həmin ziyalını çörəklə imtahana çəkirlər, orada kişilikdən və ziyalılıqdan danışmaq mümkün deyil.  

- O zaman çıxış yolunu göstərin?

- Deyəcəyəm, cəmiyyətdə iki cür sənət adamları var: bir alim var, psixatr olub, adı (bir qədər düşünür)...

- Freyd, ya Fromm?

- Hə, Freyd, Avstriya yəhudisi, təsəvvür edin ki, dünyada fikir adamlarının yüzdə əllisi yəhudidir. Məsələn, Amerikada yaşayan 200 milyonerin yarısı yenə yəhudidir. Kim nə deyir desin, yəhudilər Allahın seçilmiş millətidir. Qayıdaq söhbətin məğzinə, cəmiyyətdə iki cür sənət adamları var: birincilər təbiətən, anadangəlmə yaltaq və ikiüzlülərdir, bunları Allah belə də yaradıb. İkincilər isə insanın sosiloji varlığa çevriləndən sonra qazandıqlarıdır. Bunlar artıq bağışlanası deyil, çünki belələri sonradan nəyisə əldə etməkdən ötrü yaltaqlığı vasitəyə çeviriblər.

- Siz hər gün hansıları ilə daha çox rastlaşırsınız?

- Mən artıq adamlarla rastlaşa bilmirəm. Bu yaxınlarda şair Musa Yaqubun kitabının təqdimatında gözəl insanlarla rastlaşdım. Bir hadisəni danışacağam, Heydər Əliyevin dövründə onun şair və yazıçılarla görüşü keçirilirdi. O görüşdə bildirdim ki, Azərbaycanda nə qədər yaltaq, ikiüzlü şair-yazıçı var, onların əvəzindən təkbaşına xalqımızdan üzr istəyirəm. Yaltaqlıq qorxaqlıdan doğur və anadangəlmə deyil, sonradan qazanılan bir şeydir.

- O zaman Siz Russo nəzəriyyəsini qəbul edirsiniz də, o, deyirdi ki, insan təmiz lövhədir və dünyaya təmiz gəlir, nə qazanırsa, sonradan qazanır...

- Yox, mən insanın dünyaya təmiz gəlməsi haqqında nəzəriyyəni qəbul etmirəm. İnsan öz nəslindən olan genetik kodları ilə doğulduğundan onu nə islah, nə də tərbiyə etmək olar. Ümumiyyətlə, mən insanın həyatında tərbiyənin rolunu qiymətləndirmirəm. İnsanı tərbiyə etmək qeyri-mümkündür.

- Bəs valideyn tərbiyəsi olmurmu?

- O tərbiyə deyil, nümunə göstərmək bacarığıdır. Məsələn, qız uşağı anasına, oğlan uşağı da atasına baxıb tərbiyə olunur. Bu artıq şəxsi nümunə götürməkdir, mən tərbiyənin əvəzinə şəxsi nümunəni qəbul edirəm.

- Ancaq bayaq istinad etdiyiniz Freyd deyirdi ki, qız uşağı atasını anasına, oğlan uşağı da anasını atasına qısqanır...

- Qısqanmaq tamam başqa bir şeydir və Freyd insanın psixologiyasını formalaşmasının nə cür baş verdiyini göstərmək üçün bunları yazıb. Qayıdaq yaltaqlıq məsələsinə, bu, qorxaqlıqdan yaranır, insanın da başına nə iş gəlirsə, qorxaqlıqdan gəlir, qorxaq adamlar mütləq yaltaq olur. Yaltaqlar isə mütləq riyakar, əclaf olur, bunlar bir-birini təyin edən atributlardır. Yəni qorxaq yaltaq, yaltaq da əclaflıq edir.

- Heydər Əliyevin dövründəki bir görüş haqqında danışdınız, amma o zaman sözünüzü desəniz də, son illərdə kölgədəsiniz. Bu mənada Siz də çörəklə sınağa çəkilirsiniz?

- Yox, məni çörəklə sınağa çəkmək qeyri-mümkündür, çünki çox az şeylərə qane oluram. 

- Amma son illər ictimai baxımdan fəal deyilsiniz...

- Ola bilsin ki, bu bir qədər də yaşla bağlıdır. Mən bu il 55 illik yubileyimi qeyd edəcəyəm. Siz xatırlamazsınız, Bakıda ilk inqilabın rəhbəri mən olmuşam, bunlar AXC-nin tarixi ilə bağlı kitabda yazılıb, 1988-ci ilin fevralın 19-da 100 minlik tələbə ordusunu meydana mən aparmışam və tribunada da təkcə mən olmuşam.

- Amma 55 yaşda insan ömrünün ən məhsuldar dövrüdür...

- İndi ömrümün müdriklik dövrü olduğundan əbədiyyət məsələləri üzərində daha çox düşünürəm. Məni bu gün insanın ölümlə, əbədiyyətlə qarşılaşmağından doğan məsələlər maraqlandırır. 


- O zaman bu günkü Azərbaycan gerçəkliyindəki bədnamlıqlara göz yumaqmı?

- Yox, mən göz yummuram, bütün haqsızlıqlara, ədalətsizliklərə qarşı hər yerdə sözümü demişəm.

- Gəlin, konkretləşdirək, bir neçə ay əvvəl “Azadlıq” qəzetində yazmısınız ki, Bakının günü-gündən gözəlləşdiyini görməyənlər kordur. Bəs dostunuz Abutalıbovun icra başçısı olduğu Bakıda hər gün mənzilləri başına uçurulanların əzab-əziyyətləri görməmək nədir?

- Təbii ki, o da var və sualına aydınlıq gətirəcəyəm. Bəli, mən Hacıbala müəllimlə dostam, çünki o, çox böyük düşüncə, fikir adamıdır, kim nə deyir-desin, bu belədir. Tanıyanlar bilir, o, icra başçısı olmaqdan əvvəl çox ağıllı, düşüncəli, hətta mən deyərdim ki, filosof təbiətli adamdır və hər şeyə özünün müstəqil baxışı var. 

- Necə yəni filosof təbiətli, icra başçısının bir fikrini misal gətirəcəm, mayın 10-da mətbuata müsahibəsində bildirir: “elə yaşayaq ki, Heydər Əliyevimiz bizi o dünyada qəbul etsin”. Axı bu fikirdə filosofluq və ağıl iştirak etmir...

- Yox, mən Sizi qəbul etmirəm. Siz bilirsinizmi insanın azadlığı nə deməkdir? Bilmirsiniz yəqin...

- İnsan azadlığı hüdudsuz olsa da, həm də bir məsuliyyət deməkdir...

- Bəli, məsuliyyətdir həm də. Amma insan azadlığının sərhədi başqa bir insanın azadlığının sərhədində bitir.

- Bunu fransız maarifçiləri deyirdilər də....

- Yəni sənin azadlığın başqa bir insanın azadlığına mane olmamalıdır. Bir sözlə, azadlığın da bir sərhədi olmalıdır. Suala qayıdaq, istənilən adamın başqa bir adama sevgisini heç kim qadağan edə bilməz, həmin sevgi yaxşıdır, pisdir, bu artıq başqa söhbətin mövzusudur. Ona görə də o sevgiyə hörmətlə yanaşmalı və sənin azadlığın başqasının azadlığına mane olmamalıdır. Qaldı evlərin sökülməsinə, dünyanın hər yerində belə abadlıq işləri olur, kim nə deyir-desin, bu faktdır. Dünyanın hər yerində olmuşam, Amerika qitəsinin sonuncu nöqtəsi olan Kubada və Cənub-Şərqi Asiyanın son ucu olan Veytnamda. Bakı dünyanın 4-5 ölkəsindən biridir və bu cür tikililər hər yanda aparılır.

- Məsələn, İspaniyanın Barselona şəhəri, oranın mərkəzində tikinti işləri aparılmır, yəni orta əsr qədimliyi saxlanılır...

- Anladım, amma Bakıdakı tikinti “bumu” zamanın tələbiydi, o mənada ki, tək-tək adamların əlində böyük bir kapital toplandığından mütləq xərclənməliydi.

- Ancaq Bakının ruhu dağıdıldı, amfiteatrdan əsər-əlamət qalmadı...

- Siz İçərişəhəri görmüsünüz də, biz ona görə oranı sevirik ki, milli kaloritlik və qədimlik qalıb, kim nə deyir desin, Bakı 200 ildən sonra bizim üçün İçərişəhər olacaq. Bəli, mən də paytaxtın içində bu cür göydələnlərin tikilməsinin əleyhinəyəm. Əslində, Bakı Sumqayıt və Novxanı yolundakı boş sahələrə doğru genişlənməliydi. Mən Hacıbala Abutalıbovla bağlı bir məqama toxunmaq istəyirəm, bu yaxınlarda “Yeni Müsavat” qəzetində onun haqqında bir nəfər məqalə yazmışdı. Mən müəllifi yaxından tanımıram, bəlkə də Naxçıvanlıdır, amma jurnalist deyil, vaxtilə Hacıbala müəllimin işçilərindən biri olubdur. Bu adam ağlına gələni yazıb. Halbuki, Hacıbala Abutalıbov bütün həyatını məhrumiyyət içlində yaşayıb, bu adamın ana və ata babası Ordubadın bəyi olub-Behbud bəy, başqa bir babası-Hacıheydər isə çar zülmünə qarşı mübarizə aparıb. Bu insan o qədər mübaruz insan olub ki, ona Dum Hacıheydər deyiblər, yəni Rusiyanın qanunverici orqanı olan Duma sözündəndir. Demək istəyirəm ki, ömrü məhrumiyyətlərlə keçən insan zalım ola bilməz. İkinci, Hacıbala müəllimin Heydər Əliyevlə bağlı sitat gətirdiyiniz fikrə gəldikdə, baxın, mən də Elçibəyə qarşı həmin münasibəti bəsləyirəm. Siz məni günahlandıra bilərsiniz?

- Axı bu insanlar tamam fərqli dünyagörüşə malik olublar...

- Yox, hər kəsin fərqli yanaşması var. Yaxud başqa bir fakt, heç kim Abutalıbovun Heydər Əliyevin və indiki iqtidarın yolunda çəkdiyi məhrumiyyətləri bilmir. Ayaz Mütəllibovun hakimiyyəti dövründə Ağa Axundov adlı şəxsin dəstəsi Abutalıbovu tutub Heydər Əliyevin əleyhinə danışmağa məcbur ediblər. Hətta Heydər Əliyevdən imtina etdirməklə avtomatdakı 72 patronu onun başının üstündən atıblar. Bu o deməkdir ki, onu öldürə də bilərdilər, amma o, sözündən dönməyib. Bilirsiniz, mənim onu tərifləmək fikrim yoxdur, yəni başqa məna axtarmayın. Sadəcə, faktı deməklə onun Heydər Əliyevə sevgisini göstərmək istədim.

- Rüstəm müəllim, şairlər nədən yazırsa yazsın yaradıcılığının mərkəzində insan dayanır, sualım da odur ki, Bakıda insanlar evlərindən qanunsuz şəkildə məhrum olunmurlarmı?

Müsahibənin ardını oxumaq üçün keçid...

Natiq CAVADLI

Pərviz Həşimli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]