Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bizim də ayrıca hamam-tualetli, mətbəxli evimiz olacaq”

“Bizim də ayrıca hamam-tualetli, mətbəxli evimiz olacaq”
Bölmə :
KİVDF
Yayım tarixi :
19/3/2013 [12:51]
Baxılıb :
1107 dəfə
BDU-nun yataqxanasına sığınan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi davam edir

Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanasına sığınan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi 4 gündür davam edir. Yataqxananı, köçürülməsi prosesini seyr edirik. Böyük yük maşınları köçkünlərin məskunlaşdığı tələbə yataqxanalarının həyətində dayanır və köç başlayır...

Əslində, bu yataqxanalar köçkünlər üçün heç vaxt normal yaşayış məskəni olmayıb. Bu yataqxanaya, bəlkə də daxilən həmişə nifrət ediblər. Kim bilir, bəlkə də o səbəbdən yataqxanaların dörd bir yanı həmişə natəmizlik, zirzibillə dolu olub. 

Köçürülən sakinlər arasında üzlərində sevinc olan yeganə təbəqə uşaqlardır. Gözünü yataqxanada açanlar üçün ev anlayışı yoxdur. Yataqxanada doğulub böyüyən uşaqlar xüsusi hamam-tualetli, mətbəxli, hamı üçün ayrı otaqları olan evi təsəvvür edə bilmirlər. Köç maşınlarına baxıb sevinirlər. Hamısı “evimizə gedirik” deyir. Yataqxanada doğulsalar da, əsl evlərinin Qarabağda olduğunu da yaxşı bilirlər.

Məcburi köçkünlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binalara köçürülür. Məlumat üçün bildirək ki, 1993-cü ildən başlayaraq Bakı Dövlət Universitetinin 7 yataqxanasında məcburi köçkün ailələri məskunlaşıb. “Tələbə şəhərciyi”ndəki iki ədəd 9 mərtəbəli bina əsaslı təmir edildikdən sonra Bakı Dövlət Universitetinin tələbə və aspirantlarına veriləcək. Digər 5 mərtəbəli binalar isə sökülərək, yenidən tikiləcək

Bu dəfə könüllü”¦

“Evimi-eşiyimi atdığımız, yurd-yuvamdan didərgin düşdüyüm, işğalçılardan qaçıb buralara gəldiyim o gün xatirəmdən silinmir. Həmin gün evdə çörək bişirirdim, xəmirim əlimdə, xörəyim də qazın üstündə qaynaya-qaynaya qaldı”. 

Bu sözləri “Bizim Yol” əməkdaşı ilə söhbətində, hazırda Bakı Dövlət Universitetinin “Tələbə şəhərciyi”ndə yaşayan, Ağdam rayonundan olan məcburi köçkün, 55 yaşlı Sona İbrahimova dedi. Həmsöhbətimiz 1993-cü ildə Ağdam rayonunun işğalı nəticəsində öz ata-baba torpağından çıxdıqdan sonra bu “Tələbə şəhərciyi”ndə məskunlaşıb. Bir neçə gündən sonra isə ailəsi ilə birlikdə, 20 ildir məskunlaşdığı ümumi yaşayış məntəqəsini tərk edəcək. Amma bu dəfə 20 il əvvəl olduğu kimi, məcburi deyil, könüllü surətdə.

Evindən dönmək ümidi ilə çıxdığını deyən Sona xanım buna görə açarı da götürdüyünü dedi: “Çıxanda yalnız evimin açarını götürdüm. Sonradan kəndimizə gedən qonşumuz mənə dedi ki, evimizin qapıları taybatay açıq olub və ermənilər orada qumar oynayırmışlar. Bundan sonra evimin açarının da artıq mənə lazım olmadığının fərqinə vardım və onu da digər dəyərli əşyalarım kimi Ağdamda qoydum”.

Ağdamdan gələndən sonra bir neçə ay Yeni Günəşli, Əhmədli qəsəbələrində və “NZS” deyilən ərazidə soyuq evlərdə kirayələrdə yaşadıqlarını deyən həmsöhbətimiz, həmin günlərin çox çətin olduğunu bildirdi: “Təsəvvür edin, hər şeyimizi Ağdamda qoyub gəlmişik və kirayədə qalırıq. Aylıq kirayə haqqını ödəmək çox çətin idi, köçkün olduğumuz ilk aylarımızı qonşuların verdiyi ərzaq hesabına keçinirdik”. 

“Kimin qismətinə hansı evin açarı düşürsə...”

Hazırda çıxmağa hazırlaşdıqları yataqxanaya köçürüldükləri günlərdən danışan Sona xanımın sözlərinə görə, burada da çətin günlər yaşayıblar: “Vəziyyətimiz çox pis idi. 2 otaqda 5 nəfər yaşayırdıq. Özümüzə aid mətbəximiz, hamam-tualetimiz yox idi. Hər gün başımıza kanalizasiya suları damırdı, hər dəfə təmir etsək də, xeyri olmurdu. İndi isə bizi Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilmiş mənzilə göndərəcəklər. Bu səbəbdən çox sevincliyik. Bizim üçün yeni imkan və şəraitin yaradılmasına görə əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”. 

Yataqxanadakı şəraitin dözülməz olduğunu deyən Sona İbrahimova püşkatma nəticəsində onlara mənzil verildiyini deyir: “Hamıya evin açarları təqdim edilir. Kimin qismətinə hansı evin açarı düşürsə, orada yaşayır. Şəhərcikdə bağçalar, məktəblər, xəstəxanalar tikilib, bizim üçün çox gözəl şərait qurulub. 20 il yataqxanada keçirdiyim acınacaqlı günlərdən sonra yenidən normal evdə yaşayacağımız üçün çox sevinirəm”. 

Məcburi köçkünün sözlərinə görə, Ağdamda - öz doğma evində şəraitləri çox yaxşı olduğundan, uzun müddət köçkün həyatına alışmaqda çətinlik çəkib: “Biz Ağdam da yaşayırdıq. Orada böyük həyətim, bağım var idi. Həm təsərrüfatla, həm də heyvandarlıqla məşğul olurduq. Biz orada heç vaxt bazara getmirdik, bütün ərzağımızı özümüz əkib-becərirdik. Bağımda 25 ədəd tut ağacı var idi. Ömrümün ən gözəl günlərini orada yaşamışam”. 

Müsahibimiz onu da əlavə etdi ki, bundan sonra nə qədər gözəl şəraitli evi olsa da, ölənə qədər doğma yurd-yuvasının həsrəti ilə yaşayacaq: “Hamını yeni evlərə köçürmələrinə baxmayaraq, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər. Biz tezliklə işğal altında olan torpaqlarımızın azad olunmasını arzulayırıq. Çünki işğal günündən etibarən didərgin düşdüyümüz torpağımıza, evimizə qayıtmaq ümidi ilə yaşayırıq”.

“Buradakı şəraitdən pis olmayacaq ki?”

Əşyalarını maşına yerləşdirərkən qonşuları ilə sağollaşan digər bir xanıma yaxınlaşırıq. Adını demək istəmir. Elə bizi görən kimi “Biz razıyıq, heç bir problemimiz yoxdur. Oradakı şərait buradakından pis olmayacaq ki?” deyir.

Onun sözlərinə görə, buradakıların çoxu heç Mehdiabaddakı binanı gedib görməyiblər. Qulaqdan-qulağa yayılan sözlərə inanırlar: “Binanı görəndən sonra şəraitdən danışmaq lazımdır. Müvəqqəti çətinlik çəkəcəyik amma, yəqin ki, məktəb də tikiləcək”.

“Ev düzəldi, qalır iş məsələsi...”

Hazırda onların yaşadıqları “Tələbə şəhərciyi”nə qəsəbə də demək olar. Burada məskunlaşan insanların əksəriyyəti işsiz olduğundan, özlərinə dükan açıblar. Kimi göy-göyərti, kimi pal-paltar, kimi ərzaq malları satır. Kimisi də bərbərxana, bir qismi də çayxana açıb üç-dörd gənci ətrafına toplayıb 5-6 manat günəmuzd qazanır. Köçürülmə ilə bağlı qərarın verilməsi isə, təbii ki, onlara sərf etmir. Deyirlər ki, onları evlə təmin etsələr belə, pul qazanmaq üçün dolanışıq yerləri olmayacaq. Gərəkən qədər pulları yoxdur ki, özlərinə dükan açsınlar.

Məcburi köçkünlər deyirlər ki, yataqxanada yerləri darısqal olsa da, işıq, su baxımından problem yoxdur. Onlar heç olmasa, şəhərə yaxın ərazilərdə məskunlaşdırılmalarını istəyiblər. Belə ki, yataqxanadan köçməklə işilərini də itirirlər, hazırda iş tapmağın müşkül məsələ olduğunu deyirlər. Məcburi köçkünlər hesab edirlər ki, onların mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məşğulluq məsələsi həll olunmalıdır. 

Bölgüdə problemlər

Yeni tikilən evlərə qeydiyyat izni sonuncu dəfə 2009-cu ildə alınıb. Ev bölgüsü də məhz həmin siyahı ilə bölünüb. Sakinlərin narazılığı təkcə onlara verilən yeni evlərdəki istilik və elektrik sisteminin fəaliyyəti ilə bağlı deyil. Həmin evlərin verilməsi zamanı bölgülərdə də ciddi problemlər var. 

Məsələn, 3 nəfər sakindən ibarət ailə üçün 4 otaqlı mənzil verilib. 7 nəfərlik ailəni isə iki otaqdan ibarət evə köçürəcəklər. Çünki 3 nəfərlik ailənin ev qeydiyyatında 9 nəfər sakin var. 9 nəfərdən ikisi isə dünyasını dəyişib. 7 nəfərlik ailənin qeydiyyatında isə yeni doğulmuşların və ailəyə gəlin gəlmiş iki üzvün qeydiyyatı aparılmayıb. Lazımi sənədlərin olmaması, bölgü zamanı ciddi araşdırmanın aparılmaması məcburi köçkünlərin ikinci köçü zamanı haqlı narazılıqlara yol açır.

“Öz yurdunuza dönün!”

Qeyd edək ki, qabaqlar verilən məlumata görə, Bakı Dövlət Univeürsitetinin yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfərin hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Lakin yataqxanada olarkən məlum oldu ki, Füzuli rayonu Horadiz qəsəbəsinin sakinlərinə Müşfiqabad  qəsəbəsində inşa edilən şəhərcikdə mənzillər verilmir. 

Qaçqınların və  Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin nümayəndələri Horadiz qəsəbəsindən olan qaçqınlara bildiriblər ki, “öz yurdunuza köçün”. Məcburi köçkünlər isə Horadiz qəsəbəsində yaşamağın qeyri-mümkün olduğunu söyləyirlər. Onların bildirdiyinə görə, ermənilər atəşkəs rejiminə əməl etmir və Horadiz qəsəbəsində yaşayış üçün minimum şərtlər mövcud deyil. Bundan başqa, müharibə dövründə dağılan evlər bərpa edilməyib.

100 illiyə hazırlıq

Onu da öyrəndik ki, bu il Bakı Dövlət Universitetinin yataqxanasında cəmi 15 tələbə yerlə təmin olunub. Universitetin rektoru Abel Məhərrəmovun bildirdiyinə görə isə, məcburi köçkünlərin köçürülməsi tamamilə başa çatdıqdan sonra yataqxana söküləcək. Yerində yeni yataqxana tikilib tələbələrin istifadəsinə veriləcək. Yataqxananın tikintisi Bakı Dövlət Universitetinin 100 illik yubileyinə qədər başa çatdırılacaq. 

Bina 1960-ci ildə tikilib. İstifadə müddəti keçdiyinə görə təmir və tikinti işləri heç bir effekt verməyib. Binanın sökülüb yenidən tikilməsi zərurət olub.

Qeyd edək ki,  universitetin yeni yataqxana kompleksinin tikintisi layihəsi var. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar sökülərək yeniləri ilə əvəzlənəcək. Kompleksin 2019-cu ildə hazır olacağı gözlənilir. 

RAMİD

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]