Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

180 nəfər əlil peşə hazırlığı kurslarına cəlb olunub

180 nəfər əlil peşə hazırlığı kurslarına cəlb olunub
Bölmə :
KİVDF
Yayım tarixi :
19/3/2013 [12:43]
Baxılıb :
1028 dəfə
Gözdən əlillər üçün xüsusi kompüter kursları təşkil olunur

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:
Maddə 27. Əmək və məşğulluq 
Bu maddə əlilliyi olan şəxslərin, o cümlədən, əmək fəaliyyəti zamanı əlil olan şəxslərin açıq, inkluziv və hamı üçün çıxış imkanlarına malik əmək bazarında və iş mühitində iştirak etməklə işləmək və yaşayışını təmin etmək hüququnu təsbit edir. 
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər: 
”¢ Əmək fəaliyyətinin bütün mərhələlərində və məşğulluğun bütün formalarında diskriminasiya hallarının qarşısının alınması və əlilliyi olan şəxslərin digər insanlar ilə bərabər səviyyədə işləmək və xüsusilə də, eyni həcmdə işə görə eyni miqdarda əmək haqqı almaq hüququnu təsbit edən qanunverici tədbirlər   
”¢ Konvensiyanın 1-ci bəndinə (a-g bölmələri) uyğun olaraq əlilliyi olan şəxslər arasında tam və məhsuldar məşğulluğa nail olmaq üçün ünvanlı məşğulluq proqramları və siyasətlərinin təsiri  
”¢ Konvensiyanın 1-ci bəndinə (e bölmə) uyğun olaraq dövlət və özəl müəssisələrdə aparılan özəlləşmə, struktur dəyişikliyi və fəaliyyətin azaldılması tədbirləri nəticəsində işsiz qalan əlil şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərin təsiri 
”¢ Müvafiq çərçivənin təmin edilməsi üçün texniki və maliyyə yardımının mövcudluğu, o cümlədən, sahibkarlığın təşviq edilməsi üçün kooperativlərin yaradılmasının və yeni yaradılan müəssisələrin dəstəklənməsi 
”¢ Əlilliyi olan şəxslərin əmək bazarında məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən səmərəli və konstruktiv tədbirlər  
”¢ Əlilliyi olan şəxslərə qarşı iş yerində qısnama hallarının qarşısının alınması istiqamətində səmərəli və pozitiv tədbirlər 
”¢ Əlilliyi olan şəxslərin açıq məşğulluq və peşə təlimi, o cümlədən, özünüməşğulluğu təşviq edən xidmətlərə çıxış imkanı  
”¢ Əlilliyi olan kişi və qadınların məşğulluğu arasında mövcud olan əhəmiyyətli fərqlərə, eləcə də, əlilliyi olan qadınların yüksək vəzifələrə çəkilməsinin təşviq edilməsi üçün sözügedən fərqlərə dair siyasətlərin və qanunvericilik aktlarının olub-olmadığına dair məlumat 
”¢ Əlilliyi olan şəxslər arasında ən həssas qrupların (nümunələr gətirməklə) və onların əmək bazarına inteqrasiyası üçün mövcud olan siyasət və qanunvericilik aktlarının müəyyən edilməsi 
”¢ Əlilliyi olan şəxslərin həmkarlar ittifaqı ilə bağlı hüquqlarının təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər 
”¢ Əlillik ilə nəticələnən əmək qəzası keçirən və əvvəlki əmək funksiyalarını yerinə yetirə bilməyən şəxslərin iş yerində saxlanılması və təlim keçməsi istiqamətində həyata keçirilən tədbirlər 
”¢ Üzv ölkənin qeyri-leqal iqtisadiyyatında çalışan əlilliyi olan şəxslərə dair məlumatın təqdim edilməsi və onların qeyri-leqal iqtisadiyyatdan çıxarılması, eləcə də, əsas xidmətlərə və sosial müdafiə sisteminə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər 
”¢ Əlilliyi olan şəxslərin əsassız olaraq işdən azad edilməsi və 27-ci maddənin 2-ci bəndinə uyğun olaraq məcburi və zor gücü ilə əmək fəaliyyətinə cəlb edilməsi hallarının qarşısının alınması üçün qüvvədə olan qanunvericilik aktları 
”¢ 1-ci bölməyə (k) uyğun olaraq texniki-peşə təhsilinə malik əlilliyi olan şəxslərin əmək bazarına daxil və yenidən daxil olmaq imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər  
”¢ Əlilliyi olan tələbələrin ümumi əmək bazarına eyni səviyyədə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər  
”¢ Evdə iş, onlayn rejimdə iş, sub-podrat iş, yeni kommunikasiya texnologiyaları tərəfindən təklif edilən yeni iş növləri və s. bu kimi müxtəlif əmək fəaliyyəti formalarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər  

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu  məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də vətəndaşların əmək və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanunun 6.2.1-ci  maddəsinə uyğun olaraq, məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanların təmin edilməsidir.  

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların, məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirməsi məqsədilə “Məşğulluq haqqında” Qanununun 9-cu maddəsində dövlət tərəfindən əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar (o cümlədən, əlillərin əməyi üçün müəssisə və təşkilatlar) yaratmaq yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyaları (20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən qadınlara, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, əlillərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə) üçün əlavə təminatlar nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli  213 nömrəli qərarı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı” təsdiq edilmişdir. Qaydaların 1.2-ci bəndinə uyğun olaraq kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə aşağıdakı kimi müəyyən edilir:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı”nda (2007-2010-cu illər) sosial müdafiəyə xüsusi ehtiyacı olan insanların  məşğulluğunun inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər öz əksini tapmışdır. O cümlədən, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədi ilə müvafiq şəraitin yaradılması, əlillərin səmərəli məşğulluğunun təmin edilməsi üçün psixoloji və peşəyönümü testlərin hazırlanması, bu kateqoriyadan olan vətəndaşlar üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi və bu kvotaların yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq işlər aparılmışdır. Hal-hazırda Proqramın 2011-2015-ci illər üzrə Tədbirlər Planının layihəsi üzrə işlər davam etdirilir. Eyni zamanda işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq “İşsizlikdən icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin hazırlanması üzrə işlər aparılır.

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (Kiçik sahibkarlığa kömək proqramları) əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin, o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi kimi proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının 4.1.56.-4.1.58.-ci maddələrində Məşğulluq Xidməti orqanları nəzdində müasir tədris texnologiyalarının tətbiqi ilə Regional Peşə Tədrisi Mərkəzlərinin yaradılması və onların əlillər üçün müvafiq tədris vəsaitləri ilə təmin edilməsi, respublikanın böyük şəhərlərində əlillərin texniki vəsaitlərinin təmiri üçün xüsusi emalatxanaların yaradılması, həmçinin əlillər və görməyənlər üçün xüsusi informasiya texnologiyaları mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil, 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir. 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən  vətəndaşlar fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək hüququna malikdirlər. Qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsinə yol verilmir. Texniki və peşə bacarıqları olan əlillərin əmək bazarına inteqrasiyasının  asanlaşdırılması məqsədi ilə Məşğulluq Xidməti Orqanları tərəfindən onlar fiziki imkanlarına uyğun olmaqla müvafiq peşə hazırlığı kurslarına cəlb olunurlar. 2007, 2008, 2009 və 2010-cu ilin 9 ayı ərzində Məşğulluq Xidməti orqanlarına  müraciət edən əlillərdən 180 nəfəri peşə  hazırlığı kurslarına cəlb olunmuşlar (“kompüter dizayneri”, “kompüter istifadəçisi”, “alüminium və plastik materiallardan məmulatların yığıcı çilinğəri”, “tikişçi”, “cildçi” və s). Bununla yanaşı,  Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin müraciətinə əsasən cari ilin noyabr ayında 15 nəfər gözdən əlil şəxs xüsusi (Brayl) proqramı üzrə 2 aylıq “Kompüter istifadəçisi” peşə hazırlığı kursuna cəlb olunmuşdur.

(Ardı var)

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]