Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xəstəxanalarda Hepatit C məşəqqəti

Xəstəxanalarda Hepatit C məşəqqəti
Bölmə :
Araşdırma
Yayım tarixi :
10/8/2016 [18:47]
Baxılıb :
17108 dəfə
Həkimlər paisyentləri göndərdikləri çoxsaylı lüzumsuz müayinələrdən külli miqdarda pul qazanır
Səhiyyə Nazirliyi aparmadığı müayinələr, vermədiyi dərmanlar üçün pul “xərcləyir”

Həkimlərin reseptlərə yazdıqları dərmanlardan faiz götürdüklərini cəmiyyətdə bilməyən yoxdur. Amma bu vəziyyətə o qədər alışmışıq ki, artıq bizim üçün xəbər kimi əhəmiyyət daşımır. Bir neçə günlük stressli get-gəllərdən sonra anladım ki, həkimlər bizi göndərdikləri çoxsaylı lüzumsuz müayinələrdən də külli miqdarda pul qazanır və qazandırırlar. Mexanizmini açıqlayacam. B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və təşkili üzrə Komissiyanın rəhbəri, tibb üzrə elmlər doktoru, virusologiya və immunologiya üzrə professor Murad Məmmədovun qəbulundaydım. Hamıya eyni vaxtda görüş təyin eləmişdi. Dəhlizdə bir qadın əlindəki qovluğu vərəqləyəndə gözucu baxdım, 20-dən çox analiz nəticəsi vardı, bəlkə də 30-du, dəqiq saymadım. Amma o səhifələri çevirdikcə diqqətimi çəkmişdi. Dedim, yəqin uzun illərdir müalicə alır. Maraqlandım, “hələ təzə başlamışam”, cavabını verdi. Virusa youxduğunu əməliyyata girəndə öyrənib. Mən isə hələlik 7 testdən keçmişəm. Birincisi, qanda infeksiyaların təyini ekspress üsulladır (kart test). Virus şübhəsi də onda ortaya çıxmışdı. Başqa bir laboratoriyada ANTİ-HCV-nin müəyyənləşməsi üçün ayrıca test aparıldı. Amma indi məlum olur ki, daha yolun başındayam, hələlik fayllarda gəzdirdiyim laboratoriya analizlərini bir azdan qovluqlarda daşımalı olacam. Oradaca anladım ki, bu virusa qalib gələnə qədər (bunun öhdəsindən gələ biləcəmmi?) də yəqin bir kitablıq materialım yığılacaq. Ancaq mən o kitabı bəzi adı professor olanlar kimi ordan-burdan köçürməyib, acı təcrübəmə dayanaraq yazacam. Məşhurlaşmaq üçün deyil, başqalarına kömək olsun deyə...  

“Qaynar xətt”ə “zəng çatmadı”, qəbula “tapşirovka” ilə düşdüm

Əlimdə olan nəticələrlə komissiya sədri ilə görüşdüm. Əslində görüşməyim çox da asan başa gəlmədi. İnternetdə komissiyanın yerini axtardım, qoyulan mobil telefona zəng çatmadı. Prosesi heç kimin köməyi olmadan keçmək istəyirdim. Bilirəm ki, dövlət bu xəstəliyin havayı müalicəsi üçün pul ayırır. Buna qədər SN-nin daha bir komissiyasını da yazı üçün axtaranda əlim boşa çıxmışdı, məlum olmuşdu ki, adı var, fəaliyyəti yox, “qaynar xətt” dedikləri telefona cavab verən tapılmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovaya zəng elədim, bu barədə tədqiqat aparmaq istədiyimi söylədim. Liya xanım çox sevindi, dedi ki, məlumatlandırma üçün belə bir araşdırma yaxşı olar və komissiya üzvü Həqiqət Qədirova ilə danışıb telefonunu mənə göndərdi. Amma komissiyanın yerini tapmayanda və ictimailəşdirilən məlumatlarda bütün analizlərin toplanıb komissiyaya təqdim olunmasının vacibliyini oxuyanda başa düşmüşdüm ki, proses mənim üçün heç də ağrısız keçməyəcək. Odur ki, özümün bu problemlə qarşılaşdığımı mətbuat xidmətinin rəhbərinə söylədim. Sağolsun, mənə görə üzüldü, Həqiqət xanıma da bu barədə söylədi. Fikirləşdim ki, bundan sonrası çox da stressli olmayacaq, artıq tapşırılmışam. Həqiqət xanımla danışdım, xeyli təsəlli verdi, mənim haqqımda komissiya sədri Murad Məmmədova söylədi. Mən də doktora zəng edib onunla görüşmək üçün vaxt aldım. 

Lazımsız analizi öz klinikasına yönəltdi 

Qəbuluna getdiyimdə bundan sonra keçəcəyim bütün analizləri professor bir kağız parçasına yazdı, bunlar üçün də ödənişli olan (hansı ödənişli deyil ki?) Mərkəzi Klinik Xəstəxananı məsləhət gördü. Ikinci, üçüncü klinikanın da adını çəkdi, amma mən həkimlərin ilk sözünə güvənirəm. Yazdığı müayinələrdən HCV RNA (C hepatiti virusu təyini), Ümumi Bilirubin, GGT, AST, ALT analizləri aparıldı. Ciyərlər normada idi. Doktorun məsləhət gördüyü HCV RNA PCR (Viral Yük) testlərini isə Türkiyə laboratoriyalarına göndərməyi məsləhət bildilər. Qiyməti də 250 manatmış. Bu analizi də verdik və bir neçə günlük həyəcanlı gözləntidən sonra cavab gəldi - 175 611 nəticə ilə düşük pozitiv olaraq dəyərləndirilmişdi.  Laboratoriyada dedilər ki, Genotipin təyininə ehtiyac yoxdur, amma siz bir həkiminizlə də məsləhətləşin. Həkimim nəticələri həvəssiz vərəqləyib gözucu baxdı. Vəziyyətin o qədər də ümidsiz olmadığını desə də, kağız qələm götürüb Virusun genotipi və ciyərlərin Elastometriyasını test etdirməyimi tapşırdı. Dediyinə görə, müalicə yazıb-yazmayacağı bundan sonra bəlli olacaqmış. Virusun genotipi 2-ci, 3-cü deyil, 1-cidirsə hər birinin qiyməti min manat civarında olan dərmanları da özüm alacaqmışam. O zaman Səhiyyə Nazirliyindən bu virusun müayinə və müalicəsini üzərlərinə götürdüklərini niyə bas-bas bağırır və verməyəcəkləri dərmanlar, aparmayacaqları müayinələr üçün büdcədən milyonlar alırlar? Özü də bərk-bərk tapşırdı ki, axırıncı analizi işlədiyi özəl klinikada verim. Mənim şübhəli suallarıma cavab olaraq arxayınlaşdırdı ki, artıq test istəmir, ən vaciblərini tələb edir. 

Biz Türkiyə klinikalarından asılıyıq 

Məndən inciməsin, səmimiyyətinə inanmadım. Çünki, ilk gəlişimdə lazım olan bütün testləri qeyd etdiyini demişdi. Deməli, bu analiz artıqdandı. Həm də nəzərə alaq ki, durumum indiki halda o qədər də ümidsiz deyil. Amma həkim çox qısa müddətdə ciyərlərin serroza məruz qala biləcəyini də istisna etmədi. Şübhələrlə ordan çıxdım. Ən çox da ondan şübhələndim ki, vacib analizlər üçün daha yaxşı klinikalara getməyimi tövsiyyə etdiyi halda, ikinci dərəcəli bu analizə görə özünün işlədiyi özəl klinikanı israrla məsləhət görürdü. Lakin “dərəcəsi”nə baxmayaraq bu analizin qiyməti də ucuz deyil - 100 manat. Bizdə hətta “xodgedən” (elə reklamları da gedən) klinikaların özlərində də viral yük və ya virusun genotipinin yoxlanması üçün Türkiyə laboratoriyalarına üz tuturlar. Bunu həm telefonla, həm də yerində öyrəndim. Prosesdə onu da aşkarladım ki, klinikalarda özlərinin bu testləri aparmağa türklər demişkən, yetənəkləri və tibbi avadanlıqları olmadığı bir tərəfə, hələ öz “qiymətləri”ni də xərclərə daxil edirlər. Misal üçün, Türkiyə laboratoriyalarında bizlərə 150 manata edilən test, buraya gəlib çıxana qədər 250 manat olur. Hələ o klinikaların türklərə aid olub-olmadığı, ya da testlərin gerçəkdən orada aparılıb-aparılmadığı da bəlli deyil. Sonradan Hepatit C virusunun yoxlanması üçün hansı testlərin vacib olduğunu internet axtarış sistemində araşdırdım. 

Bu xəstəlik üçün onlarda 5, bizdə 9 test tələb olunur 

Türk həkimlər deyirlər ki, ən populyar istifadə edilən beş testin hər birinin məqsədi bir-birindən fərqlidir: Anti-HCV testləri HCV-yə məruz qalındığını göstərən virusa qarşı anticisimlərin varlığını təyin edir. Bu testlər hələ də aktiv bir viral infeksiyanızın olub olmadığını söyləyə bilməz, yalnız keçmişdə virusa məruz qaldığınızı göstərir. Ümumiyyətlə test "pozitiv" və ya "neqativ" olaraq məruzə edilir. Testiniz "yüngül müsbət"dirsə, bu vəziyyət HCV virusuna məruz qaldığınız mənasına gəlməyə bilər. Yüngül müsbət testlərin hesabatı verilmədən əvvəl bir sonrakı test ilə doğrulanması lazımdır.

HCV RIBA anticisimlərin varlığını təsdiqləmək məqsədilə istifadə edilən başqa bir testdir. Bir çox hallarda anti-HCV testinin HCV-yə məruz qalınması səbəbiylə olduğunu ifadə edə bilər (pozitiv RIBA) ya da səhv bir siqnalı ehtiva edər (neqativ RIBA). Bir neçə faktda nəticələr bu suala cavab verə bilməzlər (bəlirsiz RIBA). Anti-HCV testində olduğu kimi, RIBA testi də hələ hazırda yoluxmuş olduğunuzu təyin edə bilməz, yalnız virusa məruz qaldığınızı göstərər.

HCV-RNT test qanınızda virus olub olmadığını müəyyən edir ki, bu aktiv HCV infeksiyanızın mövcudluğunu göstərir. Keçmişdə keyfiyyət HCV adlandırılan bir test edilirdi. Keyfiyyət HCV RNT testində nəticələr, HCV viral RNT varlığında "pozitiv" və ya "təsbit edildi" olaraq verilirdi. Əks halda nəticələr "neqativ" və ya "təsbit edilmədi" olaraq məruzə edilirdi. Test eyni zamanda müalicədən sonra qandan virusun təmizlənib-təmizlənmədiyini görmək üçün də istifadə edilir.
Hepatitə görə həm xəstədən pul alır, həm də dövlətdən

Viral Yükləmə və ya Kəmiyyət HCV testləri qanınızda viral RNT zərrəciklərinin sayını ölçür. Viral yük testləri sıxlıqla müalicədən əvvəl və sonra (adətən 3 ay) virus miqdarını müqayisə etməklə müalicəyə verilən cavabı təyin etmədə yardımçı olmaq məqsədiylə müalicədən əvvəl və müalicə zamanı istifadə edilir. Müalicəyə başladıqdan dərhal sonra (4-12 həftə kimi erkən sürədə) müvəffəqiyyətli müalicə viral yükdə 99% ya da daha çox (2 log) bir azalmaya səbəb olur və adətən viral yükün ölçülməməsi ilə nəticələnir. Bəzi yeni viral yük testləri, çox aşağı viral RNT miqdarlarını təyin edə bilir və laboratoriyalarda viral yük testinin bu versiyalarından biri istifadə edilirsə, keyfiyyət HCV RNT testləri artıq edilmir.

Ən son olaraq Viral genotipləmə mövcud virusun tipini, ya da genotipini təyin etmək məqsədiylə istifadə edilir. Başlıca 6 tip HCV var: ən məşhuru - genotip 1 müalicəyə genotip 2 ya da 3-dən daha az cavab verir və ümumiyyətlə daha uzun müddətli müalicə tələb edir (48 həftə, genotip 2 və ya 3 üçün 24 həftəyə qarşı). Genotipləmə müalicənin nə qədər davam etməsi lazım olduğuna və müvəffəqiyyət ehtimalı haqqında bir fikir əldə etmək məqsədi ilə müalicə başlamadan əvvəl istənilir. Mən virusun genotipinin təyini istisna olmaqla bunların hamısından artıqlaması ilə keçmişəm, buna baxmayaraq əlavə testlər tələb edirlər. Nazirliyin ödənişsiz təmin etməli olduğu müayinə və dərmanlara pasiyent özü cibindən pul xərcləyirsə, onda büdcədən bu iş üçün ayrılan milyonların da səhiyyədəkilərin cibinə axmağına münbit şərait var... 

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]