Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Zərərçəkənlərə 4-5 min manat arası kompensasiya verilir

Zərərçəkənlərə 4-5 min manat arası kompensasiya verilir
Bölmə :
KİVDF
Yayım tarixi :
16/3/2013 [12:25]
Baxılıb :
1114 dəfə
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı zəlzələnin nəticələrinin tam aradan qaldırılması üçün atılmalı olan addımları açıqlayıb

Məlumat verdiyimiz kimi, martın 14-də “Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər mövcud problemlər, qarşıda duran vəzifələr” mövzusunda araşdırma-hesabat təqdim olundu. Qeyd edək ki, bu, eyni istiqamət üzrə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan ikinci hesabatdır. Dünən keçirilən “dəyirmi masa”da bildirildi ki, bu hesabatda 2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları, şikayətlərin idarə olunması, regiondakı vəziyyət və s. məsələlər araşdırılıb. 

Hesabatın hazırlanmasında zəlzələ bölgəsində aparılmış monitorinqin nəticələrindən, təsirə məruz qalmış yerli sakinlərin və bölgədə inşaat işlərinin həyata keçirilməsinə cəlb edilmiş podratçı təşkilatların əməkdaşlarının tədqim etdiyi bilgilərdən və müsahibələrdən, Fövqəladə Hallar Nazirliyinin “Kür” Cəmiyyətinin İnformasiya sorğusuna verdiyi cavablardan, eləcə də sözügedən nazirliyin rəsmi internet resurslarında olan məlumatlardan, Nazirlər Kabinetinin müvafiq sərəncamından və s.  istifadə edilib.

Həllini tapmayan problemlər

Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində görülən işlərlə bağlı FHN-in saytında yeni bölüm yaradılıb. Görülən işlərlə bağlı bəzi məlumatlar həmin bölümə yerləşdirilib və hazırda bu proses davam edir.

Zəlzələ təsirlərindən yaranan problemlərin bəziləri hələ də həllini tapmayıb. Bölgənin sosial-iqtisadi çətinlikləri ilə yanaşı zəlzələnin yaratdığı problemlər də yerli sakinləri narahat etməyə bilməz. Fəlakətin təsirinə məruz qalaraq evləri dağılmış və ya yararsız hala düşmüş yüzlərlə insan hazırda kirayələrdə, qohumlarının yanında, bu olmadıqda isə taxtadan və ya daş-kəsəkdən qurduğu müvəqqəti sığınacaq kimi istifadə etdiyi “evlərdə” qalırlar. 

Zaqatalanın Mamrıx kənd sakini Musayev Aişa Hacı qızının evində çatlar yaranıb. Onun “Kür” Cəmiyyətinin Monitorinq Qrupuna bildirdiyinə görə, evinə ciddi ziyan dəyib.

Zaqatalanın Faldar kənd sakini Sultanov Bayraməli İsmayıl oğlunun da evində zəlzələnin təsirindən əmələ gəlmiş çatlar var. Onun evində xəstə anası var və imkansız durumda olduğuna görə evini təmir edə bilmədiyini bildirib. Eyni zamanda qeyd edib ki, komissiya gəlib onun evinə baxıb. 

Zaqatalanın Danaçı kənd sakini Nuhyev Bəşir Bilal oğlunun isə evi tikilərkən 2-ci mərtəbəyə beton tökülən zaman, evdə uçqun meydana çıxmışdı. Hazırda onun evi tikilməkdədir.

Zəlzələnin təsirinə məruz qalmış evlərin sahəsinə uyğun olaraq ev sahiblərinə kompensasiyalar verilir. Daha çox orta hesabla vətəndaşlara bərpa gücləndirmə üçün 4-5 min manat arası vəsait verilir.

Zəlzələ bölgəsində əsas problemlərdən biri də bölgədə çalışan işçilərin əməkhaqqısı ilə bağlı olub. Belə ki, inşaat işlərinə cəlb olunmuş ustalar və fəhlələr bildirirlər ki, bölgəyə cəlb edilmiş tikinti şirkətlərinin bir çoxu onları çox aşağı maaşla işlədərək, sonda əməkhaqlarını ya gecikdirirlər, ya da ümumiyyətlə vermirlər. Hətta buna görə bir neçə dəfə işlədikləri kəndlərdə (məsələn, Danaçı, Mamrıx, Çobankol və s.) fəhlələr etiraza qalxıblar, müxtəlif qurumlara, o cümlədən FHN və “Kür” Cəmiyyətinə rəsmi müraciətlər edərək kömək istəyiblər. Dövlət qurumlarının müdaxiləsindən sonra problemin xeyli hissəsi həllini tapıb. Ümumiyyətlə, fəhlələrin bu və digər problemləri, “Kür” Cəmiyyətinə və Fövqəladə Hallar Nazirliyinə etdikləri müraciətlərdən sonra həll olunub.

Minlərlə evə yenidən baxış keçirilib

Yuxarıda qeyd olunduğu kimi, FHN-in “Kür” Vətəndaş Cəmiyyətinin sorğusuna verdiyi cavabda qeyd olunur ki, 7 yanvar 2013-cü ilə qədər adıçəkilən nazirliyin xətti ilə zəlzələ bölgəsində 2984 ev, 24 orta məktəb tikilib istifadəyə verilib. Lakin yerli sakinlər, eləcə də bölgədə çalışan bir çox tikinti-inşaat şirkətlərinin nümayəndələri rəsmi nəticələrlə tam razı deyillər. Onlar statistik rəqəmlərin bütün reallığı tam əhatə etmədiyini iddia edirlər.

“Kür” Cəmiyyəti FHN-ə rəsmi informasiya sorğusu ilə müraciət edərək tikilib istifadəyə verildiyi bildirilən evlərin, orta məktəblərin rayonlar və kəndlər üzrə adlı siyahısını istəyib və nazirlik həmin siyahını təqdim edib. Cəmiyyət nümayəndələri həmin evlərə baxış keçiriblər. Aydın olub ki, növbəti zəlzələ təkanları zamanı yeni çatlar əmələ gəlmiş və köhnə çatların dərinləşib. Nəticədə həmin iradlar FHN-ə çatdırılıb, nazirlik rəhbərliyinin göstərişi ilə minlərlə evə yenidən baxış keçirilməsinə başlanılıb və bu zaman yüzlərlə evin qəzalı olduğuna dair rəy verilib.

Vətəndaş cəmiyyəti təmsilçiləri dövlət qurumu ilə belə əməkdaşlığı və Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində görülən işlərlə bağlı FHN-in saytında yeni bölümün yaradılmasını, bəzi məlumatların həmin bölümdə yerləşdirilməsini müsbət hal hesab edirlər. 

Görülməli olan işlər

“Kür” Vətəndaş Cəmiyyətindən bildirilir ki, 2012-ci ilin 7 mayında baş vermiş Qax-Zaqatala zəlzələsindən 10 aydan artıq vaxt keçir. Ötən müddət ərzində zəlzələ bölgəsində nəzərəçarpan işlər görülür. Bir sıra insanlar zəlzələ nəticəsində dağılmış evinin müqabilində yeni evlə təmin olunub. Yeni evlərin tikintisi prosesi davam etməkdədir. FHN-in məlumatına görə, 5077 ailəyə evinin bərpa gücləndirilməsi məqsədilə  16 923,0 min manat yardımın ödənilməsinə başlanılıb. 

Bununla belə, “Kür” Vətəndaş Cəmiyyəti hesab edir ki, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, mövcud problemlər, insanları narahat edən məsələlər, zəlzələnin təsirinə məruz qalmış insanların mülkiyyət hüquqlarının qorunması, şikayətlərin idarə olunması, araşdırılması və nəticələri barədə tədbirlər görülməsi, habelə işləri ümumiləşdirərək vəziyyətin yaxşılaşdırılması üçün aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsinə ehtiyac var:

1. 2012- cu il yazında baş vermiş Qax-Zaqatala zəlzələsinin dövlət və özəl mülkiyyətə, evlərə, təsərrüfatlara vurduğu ziyan obyektiv qiymətləndirilməli və onun həcmi açıqlanmalıdır ki, görülən işlər və ayrılan vəsait bu qiymətləndirməyə uyğun həyata keçirilsin;

2. Zəlzələnin təsirinə məruz qalmış bütün evlərə və təsərrüfatlara obyektiv baxış keçirilməsi prosesi davam etdirilməli, dəyən ziyana adekvat addımlar atılmalıdır. Tikilməsi nəzərdə tutulan evlərin, məktəblərin, sosial-iaşə obyektlərinin tikintisi sürətləndirilməlidir;

3. Komissiyanın rəyindən narazı qalaraq aidiyyatı qurumlara müraciət etmiş sakinlərin evlərinə, təsərrüfatlarına vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yenidən obyektiv baxış keçirilməlidir;

4. Dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməsinə nəzarət gücləndirilməli, görülən işlər barədə ictimayyətin düzgün və operativ məlumatlandırılmasına diqqət artırılmalıdır;

5. Zəlzələyə ayrılan pulların təyinatdan kənar xərclənməsi, korrupsiyaya uğraması, tikintiyə alınan materialların və evlərin tikintisinin qeyri-real, şişirdilmiş bazar qiymətləri ilə sənədləşdirilməsi və s. hallar Maliyyə Nazirliyi, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və s. qurumlar tərəfindən ciddi şəkildə araşdırılsın. Bu məsələdə qanunsuzluğa yol verilmiş şəxslər barədə ciddi ölçü götürülsün və məsuliyyətə cəlb olunsunlar;

6. İnşaat-tikinti işlərinə cəlb olunmuş şirkətlərin fəaliyyətində şəffaflığın, qanunçululuğun artırılması, işə götürülmüş işçilərin sosial hüquqlarının qorunması, normal əməkhaqqı ilə təmin olunması, onlarla əmək müqavilələrinin bağlanması, tikinti sahələrində təhlükəsizlik qaydalarına əməl edilməsi və s. ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilsin.

Qeyd edək ki, “Kür” Vətəndaş Cəmiyyəti  zəlzələ bölgəsində görülən işlər, mövcud problemlər, şikayətlərin idarə olunması, ayrılan vəsaitlərin xərclənməsi və s. istiqamətdə araşdırmalarını davam etdirir.

Xatırlatma

Məlum olduğu kimi, 2012-ci ilin mayında Azərbaycanın şimal-qərbində güclü zəlzələ baş verib. Mayın 7-də yerli vaxtla saat 09:40 radələrindən başlayaraq Zaqatalada 4 yeraltı təkan olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olub. İkinci və üçüncü təkanlar saat 10:38-də və 10:40-da, 4,5 və 4,3 bal gücündə qeydə alınıb. Dördüncü təkan isə saat 19:15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə baş verib.

Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunub, müəyyən dağıntılar baş verib. Zəlzələ nəticəsində insanlar arasında tələfat olmayıb. Lakin tikililərə ziyan dəyib, fərdi evlərın uçması və inzibati binalarda çatların əmələ gəlməsi kimi problemlər yaşanıb. Onu da bildirək ki, zəlzələ şimal-qərb regionunda mayın 7-dən sonra da dəfələrlə baş verib. 

Hökümətin rəsmi məlumatına görə, zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğuna görə uçurulub və yeni evlərin tikilməsinə qərar verilib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri bir neçə dəfə Qax-Zaqatala zəlzələ bölgəsinə səfər edərək monitorinq aparıb, görülən işləri və mövcud problemləri araşdırıblar. 

Ramid

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]