Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Elm neçəyədir?

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/7/2016 [00:19]
Baxılıb :
1829 dəfə

Bəşər tarixinə ötəri nəzər salsaq görərik ki, elm insan məşğuliyyəti içərisində ən bahalılardan biridir. Elmin avadanlığı, laboratoriyası, sınaq meydanı və ən vacibi cəmiyyətin qaymaqları sayıla biləcək alimləri, tədqiqatçıları olmalıdır. İşinin fanatı olan elm adamının yetişməsi üçün müvafiq şərait, sosial-iqtisadi, maddi durum və elmi yenilikləri qismən də olsa qəbul edə bilən cəmiyyət lazımdır. Ona görə də elmi nailiyyətlər dövlətlərin həqiqi mənada fəxr edə biləcəyi ölçü meyarıdır. Müasir zamanda elmi olan dövlətin həm potensialı, həm də başqa dövlətlər qarşısında hörməti olur.

Ya dərc ol, ya da öl!

2014-cü ildə doktor Yucen Qarfildin yaratdığı Science Citation İndex - SCİ (Sitat olunmuş ədəbiyyat siyahısı) nəşrinin 50 illiyi qeyd edildi. 1964-cü ildən bəri "Institute for Scientific İnformation" - İSİ (ABŞ-ın elmi informasiya institutu) mütəmadi olaraq dünyanın öndəgedən bütün nəşrlərinin biblioqrafik təsnifatını nəşr etdirir. Həmin bu biblioqrafik analiz əsasında yeni elmi istiqamət - elmmetriya (indi bu istiqaməti daha çox bibliometriya adlandırırlar) əmələ gəldi. Bu müxtəlif istiqamətləri öyrənən və toparlaya bilən elmi kommunikasiya şəbəkəsinin yaranma və təşəkkül tarixi diqqətəlayiqdir. Keçən əsrin 40-cı illərində elmi araşdırmaların miqdarı, multidissiplinar layihələrin  miqyası ilə bağlı dünya informasiya böhranı yaşayırdı. Məşhur Amerika alimi Vannevar Buş "Science - The Endless Frontier" ("Elmin hüdudları sonsuzluqdur") adlı kitabında insanın fiziki və zehni imkanlarını genişləndirmək üçün bütün alimlərin tapıntılarını ictimailəşdirmək təklifini vermişdi. Hələ o vaxt alimlər düşünürdü ki, dünya informasiya seli içində batır. 1953-cü ildə "Welsh" layihəsinin nəticələri əsasında maşınla indeksləşdirmə üzrə ilk simpozium keçirildi. Həmin simpoziumda professor L.Ridin (C.Qopkins adına Universitetin vitse-prezidenti) səsləndirdiyi fraza ("İnsan informasiya içində boğulur") ən çox yaddaqalan oldu. Elə həmin vaxtlar informasiyadan baş çıxarmaq üçün açar sözlərdən istifadə etməyə başladılar. Bu ideyaları əsas tutan Y. Qarfild bütün elm sahələrini əhatə edən "Genetic Citation İndex" resursunu yaratmazdan əvvəl istinad edilmiş ədəbiyyat siyahısı tərtib etməli idi. İlk əvvəl 613 aparıcı elmi jurnalın bazası işə qoşuldu. Hələ 1961-ci il üçün bu, 1,4 milyon məqalə demək idi. Elmin inkişaf  hüdudlarını təxmin etmək üçün deyək ki, bu gün bir tək "Thomson Reuters" resursunun  indeksasiya şəbəkəsinə dünyanın 12 min 800 aparıcı jurnalı qoşulub. 

Elmin öz yolları, öz cəngəllikləri var

İntinad indeksləşməsinin əsas müddəaları müəyyənləşdirildi: elmi ədəbiyyat elmin mövcudluq formasıdır, elmi məqalə tədqiqatın yayılma və qiymətləndirilməsində qəbul edilmiş forma və alimlərin işə qəbul edilməsi, karyera artımında əsas həlledici faktordur. Məşhur Amerika deyimi də var: "Ya dərc ol, ya da öl!". Bu Şekspirsayağı ifadə o deməkdir ki, tədqiqatçıya müəyyən təzyiqlər edilir ki, öz araşdırmalarını dərc etməyə tələssin və adını hər dəfə təsdiqləməyə məcbur olsun. Bunun nəzəri əsası odur ki, istinadlar elmi konsepsiyanın simvollarıdır və tədqiqatçının işinə etibar və güvənlik verir. Sosioloqlar deyir ki, istinadlar özündən əvvəlki nəslin tədqiqatlarının əvəzini "ödəyən" özünəməxsus valyutadır. Alimlər təsirinə düşdükləri tədqiqatlara hörmət əlaməti olaraq müvafiq mənbələrə istinad verir. Bir sözlə, nəşr edilmək tədqiqatçının fəaliyyət cığırıdır. Alim nəşr edilib istinad olunmursa, demək o, yoxdur. 

1965-ci ildə D.Prays "Network of Scientifi c Papers" jurnalında çap edilmiş məqaləsində qeyd edirdi ki, məqalələr və onlara istinadlara əsasən elmin coğrafi sərhədlərini müəyyənləşdirmək mümkündür: "Burada elmin bölmələri milli sərhədləri olan xəritələrə bənzəyir. Bu xəritənin öz yolları, çölləri, keçilməz cəngəllikləri var". 

Dünya elmi nə yerdədir?

Bu gün elmi mühitin özünü öyrənən tədqiqat işləri və elmi istiqamətlər var. Bu "Elmi məqaləni necə yazmalı?", "Nüfuzlu jurnallarda necə dərc edilməli?"  tipli məqalələrdən tutmuş ciddi araşdırmalara, dissertasiya və monoqrafiyalara qədər böyük bir intellektual ərazini əhatə edir. Elmi mühiti öyrənən araşdırmaların indeks cədvəlləri və yayılma dairəsini təsvir edən əyani vəsaitlərdə alimlərin öz dünyası sosial şəbəkələr, hətta ümumdünya İnternet şəbəkəsindən  heç də geri qalmır. Bu təsvirlərdə hər istinad edilən alim bir nöqtə, indeksasiyaya qoşulmuş jurnal nöqtələri birləşdirən xətt, konfrans və simpoziumlar boşluqları dolduran və rəsmə beynəlxalq rəng qatan fon kimi görünür. Elmi ünsiyyət formaları planeti tor kimi əhatə edib.

Alimlərin öz feysbuku var

Elmi mühitin sərhədlərini təxmin edək. Alimlərin öz sosial şəbəkələri var. "Researchgate" adlanan ("Tədqiqat darvazaları", ya da "Tədqiqata giriş" kimi tərcümə edilə bilər) virtual məkanı alimlərin linkedini adlandırırlar. Burda alimlər necə deyərlər, istirahət edir, ünsiyyət qurur və əlbəttə, paylaşırlar. "Akademiya"nı isə alimlərin feysbuku kimi təqdim edə bilərik. Yəqin ki, buralarda bayağı videolar, əttökən kommentlər və axmaq smayliklər görünmür.  Bu sosial şəbəkələrdə Google scholar sırf elmi axtarış sistemində tapılan ödənişli məqalələrı müəllifindən xahiş etmək yolu ilə havayı əldə etmək mümkündür. 

"İSTOR" elmi məqalələrin tam mətnini təqdim edən, eləcə də ingilisdilli kitabların rəqəmsel məlumat bazasıdır.  İndividual və korporativ istifadə ödənişlidir. Qeydə alınmış bəzi ictimai kitabxanaların oxucuları havayı istifadə edə bilər. Sistem 1995-ci ildə yaransa da 1665-ci ildən bəri bütün məlumat bazaları üzrə axtarış etməyə imkan verir. Bazaya nüfuzlu redaksiya heyəti olan professional nəşriyyatlar daxildir. Ödənişli olmağından məyus olmaq lazım deyil. JSTOR "Kitab rəfi" xidmətini işə salıb. Burada ödənişli bir jurnal məqaləsi və ya bir kitabı 14 gün ərzində havayı oxumaq mümkündü. "Kitab rəfi"ndə bir günə 3 kitabdan artıq saxlamaq olmaz.

"EBSCO" informasiya xidməti 1944-cü ildə ABŞ-da yaradılıb. 40-dan artıq idarəsi olan bu elektron informasiya mənbəyinin illik gəliri 2 milyard dollar civarındadır. O, tədqiqatçılara ödənişli əsaslarla 375 məlumat bazası, 600 min elektron kitab, sonsuz sayda kataloqlar və arxivlər təqdim edir. 2010-cu ildən burada jurnal axtarışı da mümkündür. 

"ProQuest" Amerikanın (Miçeqan ştatı) elmi resurslarındandır.  Öz abunəçilərinə son 500 il ərzində nəşr edilmiş ixtisaslaşmış 9 min elektron dərgidən elmi işlər və digital dissertasiya toplusu təklif edir. Amerikanın əksər universitetləri bu imkandan istifadə edir. Kompaniya işini qəzet materiallarını toplamaqdan və tələbələr üçün dissertasiya axtarışını asanlaşdırmaqdan başlamışdı. Elektron ticarətdə dəfələrlə baş vermiş müharibələrdən salamat çıxmış "ProQuest"in bir tək "Ex Linris" kitabxanaların proqram təminatı və xidmət resursunun qiyməti 500 milyon dollar dəyərindədir. 
"SCOPUS" SciVerse Scopus rəsmi adının yeni dəyişmiş variantıdır . "Scopus"  - elmi dərgilərdə nəşr edilmiş biblioqrafik və referat bazasıdır. 18 min texniki, 4 min humanitar nəşr içərisindən indeksləşir. Məlumat bazası elmi jurnal, konfrans materialı və dövrü kitab nəşrlərini izləyir. "Scopus"un sahibləri və işlədənləri "Elsevier" korporasiyasıdır. Məlumat bazası veb-interfeys vasitəsilə əldə edilə bilər . Axtarış aparatı veb səhifələrin patent məlumat basazı "Scirus"  axtarış bazasına yönəldilib. 

"Thomson Reuters" 12 milyardlıq dövriyyəsi və illik 2 milyard gəliri olan nəhəng mediakorporasiyadır. "Thomson Reuters Corporation" beynəlmiləl kütləvi informasiya vasitələri içərisində əsas holdinqlərdən biridir. 100-dən artıq ölkədə fəaliyyət göstərir, 60 mindən artıq əməkdaşı var. İntellektual mülkiyyət və elm sahəsində yığdıqları arxivlərin sadəcə sadalanması artıq bu resursun imkanlarını aşkar edir. "Web of Science Core Collection" platforması SCIE (Science Citation Index Expanded - Geniş elmi sitat indeksi) arxivi 1900-cu ildən, SSCI (Social Sciences Citation İndex - İctimai elmlərin sitat indeksi) arxivi 1900-cü ildən, AHCI  (Art and Humanities Citation İndex - İncəsənət və humanitar elmlərin sitat indekxi) arxivi 1975-ci ildən, CPCI (Conference Proceedings Citation Index - Konfrans İşinin sitat indeksi) arxivi 1990-cı ildən, BkCI (Book Citation İndex - Kitab sitat indeksi) arxivi 2005-ci ildən, IC/CCR (Index Chemicus (IC); Current Chemical Reactions (CCR) - Kimya indeksi, müasir kimyəvi reaksiyalar ) arxivi 1840-cı ildən toplanır. 

Dünya elmini tam əhatə etmək üçün sadalanan siyahıya sonsuz sayda elektron kitabxanalar, Rusiyanın bir qədər müstəqil olmağa çalışan elmi resurslarını, Amerika ilə rəqabətə girəcək qədər qüdrətli olan Çin elmi mühitini də əlavə etməliyik. Onların da miqyası və elmi dəyəri heç də aşağı deyil. 

Elm artıq biznes növüdür 

Dünya elmi böyük bir informasiya okeanına bənzəyir. Burda salamat qalmaqçün onun mövcudluğundan xəbərdar olmaq azdı. Qorxub geri çəkilmək, "ayağını islatmaqdan qorxmaq" alimlərin yolu deyil. Burda "üzməyin" yolunu da öyrənmək və bilməyənlərə öyrətmək lazımdı. Yenicə formalaşmış, hətta dil problemləri olmayan Azərbaycan alimi bu mühitə düşmək şansı qazansa da, bəzi özəllikləri nəzərə almalı olacaq. Əvvəla, elm artıq biznes növüdür. Burda təkcə özünə cəmiyyətdə yer almaq üçün deyil, həm də böyük pullar qazanmaq üçün çarpışırlar. Məqalədə adını sadaladığımız "nəhənglər" intellektual mülkiyyət və əqli istehsal malları satmaqla milyardlar qazanır. Siz heç vaxt elmi dəyəri çox yüksək olan məqaləni İnternetdə havayı əldə edə bilməzsiz. Ola bilər kimsə məqaləyə gözünün ucuyla baxmağa görə 5-10 dollar, kimsə 50-100 dollar istəyəcək. Fərq bircə bundadır. Bütün bu sistem monopolizə edilmiş, inhisarlaşmış, bir neçə adamın əlində toparlanmış və ona görə də son dərəcə nəzarətdə olan sistemdir. Sistemdən kənarda alim mövcud ola bilməz. 

Bu mühitin varlığını bir qədər izləyəndə "Dünya 2 yerə bölünür: kitab oxuyanlar və oxumayanlar" deyiminin həqiqiliyinə inanmağa başlayırsan. Dalınca onu da deyirlər ki, "Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcək". Elmi mühit dünyanın həqiqi sərhədlərini silərək tamam yeni və fərqli sərhədlər yaradır. Təəssüflə deməliyik, burda Azərbaycan adlı məkan heç görünmür.

Nəlbəkidəki burulğan

Dünya elminin ümumi mənzərəsini təxmin etdikdən sonra "Biz dünya elminə Lütfi Zadə kimi alim vermişik" demək gülünc və absurd səslənir. Çünki Lütfi Zadəni bir alim kimi Azərbaycan yetişdirməyib. Azərbaycan indi hörmət sahibi olan alimlərinin böyük hissəsini də yetişdirmiş sayıla bilməz, çünki onların əksəriyyəti Rusiyada müdafiə edib, Rusiya elminin yetirmələridir, rus metodologiyasından bəhrələniblər. 

Elmi məqalələr axtarış sistemində bizim alimlərin adı arabir gözə görünür, amma mütəmadi istinad olunan müəlliflərimiz demək olar, yox dərəcəsindədir. Dünyada qurulmuş elmi dəyərlər sistemi bura ayrı-ayrı fərdlərin daxil olmasını nəzərdə tutmur. İndeksləşmə sisteminə bir universitet olaraq, elmi jurnal kimi, tədqiqat laboratoriyası kimi daxil olmaq mümkündü. Bir növ komanda oyunu kimidir, futbolda oyunu şəxsiyyətlər deyil, komanda şəklində udurlar. Bizim elmi mühitimiz intriqalar və münaqişələrlə dolu olsa da, ortaya dünya miqyaslı məhsul qoya bilmir. Ayrı-ayrı alimlərin fədakarlığı da korrupsiya bataqlığında ilişib qalmış elmimizi xilas etməyə qadir deyil. 
Azərbaycanda çoxlu sayda elmi jurnallar dərc edilir və onların əksəriyyəti Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilir. AAK vaxtaşırı sönük və get-gedə öləziməkdə olan elmimizi canlandırmaq xətrinə alimləri sərt qərarlarla "qamçılayır". Amma hələ ki, bu jurnallardan cəmi birisi, Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi nəşrlərindən "Azərbaycan Riyaziyyat jurnalı" "Thomson Reuters" şirkətinin "Emerging Sources Citation İndex" bazasına daxil ola bilib. Yerdə qalanı çalışır. Azərbaycan aliminin fəaliyyəti otağı kilidləyib velosipedi yenidən kəşf etməyə çox bənzəyir. 
Ardı var

Gələn sayımızda oxuyun:

Alimin evini yıxan plagiatla müasir mübarizə yolları.
Texniki cəhətdən savadsızlıq əsas problemlərdən biridir.
Dünyaya qoşula bilməmək ağırlığı.
Bizim elmi yeniliklərimiz dünyanın heç vecinə də deyil. 
Dilimizdə dərsliklərin, metodiki vəsaitlərin olmaması, dil problemləri həlledici rol oynayır.
Təhsil Nazirliyinin "Thomson Reuters"lə əməkdaşlıq haqqında müqaviləsi nələri vəd verir.
Təhsil Nazirliyi və ADA universitetinin "Tədqiqat metodları" adlı birgə layihəsi yeni düşüncə tərzinə malik mütəxəssislər yetişdirə biləcəkmi?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]