Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qax-Zaqatala bölgəsində 9 ballıq zəlzələyə dözəcək evlər tikilir

Qax-Zaqatala bölgəsində 9 ballıq zəlzələyə dözəcək evlər tikilir
Bölmə :
KİVDF
Yayım tarixi :
15/3/2013 [12:50]
Baxılıb :
3262 dəfə
FHN ekspertləri zəlzələ ərazisində 33276 evə baxış keçiriblər, 2984 ev tikilib, 5077 ailəyə manat yardımın ödənilib
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı zəlzələ ilə bağlı görülən işlər mövcud problemlər, qarşıda duran vəzifələrə dair hesabat açıqladı

Dünən “Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər mövcud problemlər, qarşıda duran vəzifələr” mövzusunda araşdırma-hesabat təqdim olundu. Qeyd edək ki, bu, eyni istiqamət üzrə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan ikinci hesabatdır. Dünən keçirilən “dəyirmi masa”da bildirildi ki, bu hesabatda 2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları, şikayətlərin idarə olunması, regiondakı vəziyyət və s. məsələlər araşdırılıb. 

Hesabatın hazırlanmasında zəlzələ bölgəsində aparılmış monitorinqin nəticələrindən, təsirə məruz qalmış yerli sakinlərin və bölgədə inşaat işlərinin həyata keçirilməsinə cəlb edilmiş podratçı təşkilatların əməkdaşlarının tədqim etdiyi bilgilərdən və müsahibələrdən, Fövqəladə Hallar Nazirliyinin “Kür” Cəmiyyətinin İnformasiya sorğusuna verdiyi cavablardan, eləcə də sözügedən nazirliyin rəsmi internet resurslarında olan məlumatlardan, Nazirlər Kabinetinin müvafiq sərəncamından və s. istifadə edilib.

Ümumi məlumat

2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarında olduğu kimi, 7 may 2012-ci ildə Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ zamanı da yaşayış evlərinə, sosial obyektlərə, ictimai binalara və infrastruktura ciddi ziyan dəyib. Əsasən 4 rayonu - Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən zəlzələnin vurduğu ümumi ziyanın həcmi ötən müddət ərzində hökümət tərəfindən qiymətləndirilib.

Ötən müddət ərzində dövlət büdcəsindən zəlzələ ilə bağlı isə 320 milyon manat vəsait ayrılıb. Hökümətin rəsmi məlumatına görə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğuna görə uçurulub və yeni evlərin tikilməsinə qərar verilib. 2012-ci ilin oktyabr ayında episentri Balakən rayonuna yaxın olan ərazidə baş vermiş zəlzələ zamanı isə daha 1500-dən artıq evə ciddi ziyan dəyib. FHN-in məlumatına görə, qarşıdakı müddətdə ümumlikdə bölgədə 5000-dən artıq evin tikilməsinə ehtiyac var.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri bir neçə dəfə Qax-Zaqatala zəlzələ bölgəsinə səfər edərək monitorinq aparıblar, yerli sakinlərlə görüşlər, onların evlərinə isə baxış keçirilib, görülən işləri və mövcud problemləri araşdırıblar.

FHN-in məlumatına görə ötən ilin may ayında baş vermiş zəlzələ ilə bağlı indiyə qədər 2984 ev tikilib, evlərinin bərpa edilməsinə ehtiyacı olan 5077 ailəyə 16 923,0 min manat yardımın ödənilməsinə başlanılıb.

5059 qəzalı ev...

Fövqəladə Hallar Nazirliyinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının informasiya sorğusuna verdiyi cavabda qeyd olunur ki, Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində indiyə qədər FHN-in müvafiq komissiyaları tərəfindən 8 may 2012-ci il tarixindən 10 fevral 2013-cü il tarixinədək 33276 fərdi yaşayış evinə baxış keçirilib. O cümlədən keçirilmiş baxış aktlarına əsasən aşağıdakılar müəyyən olunub:

- Fərdi yaşayış evlərindən 33276-ına baxış aktı həyata keçirilib. Məlum olub ki, evlərdən 5059-u qəzalıdır, 5905-i bərpa olunmalıdır, 11027-si təmir edilməlidir, 11285 ev isə qənaətbəşdir.

- Kommunal çoxmənzilli yaşayış evlərindən 302-nə baxış aktı həyata keçirilib. O evlərdən 90-ı qəzalıdır, 50-si bərpa olunmalıdır. 85 evin təmirə ehtiyacı var. 77 ev qənaətbəxşdir.

- 516 ictimai-sosial obyektə baxış aktı tərtib olunub. Onlardan 127-nin qəzalı olduğu müəyyən olunub. 125 obyektin bərpaya ehtiyacı var. 183-ü təmir olunmalıdır. 81 obyektin qənaətbəşx olduğu müəyyənləşdirilib.

Hazırda Komissiya tərəfindən evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam etdirilir. Rayonlar üzrə: Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 - cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evlərinin tikintisinə başlanılıb.

340 min manat xərclənib

Nazirlik sökülüb, yenidən tikintisi nəzərdə tutulan fərdi yaşayış evlərinin sayını da müəyyənləşdirib. Zaqatalada tikintisi başa çatdırılmış evlərin sayı 2560 olub. Tikilməkdə olan evlərin sayı 443-dür (cəmi 3003 ev).
Balakəndə tikintisi başa çatdırılmış evlərin sayı 264, tikilməkdə olan evlərin sayı 55-dir (cəmi 327 ev). Qaxda tikintisi başa çatdırılmış evlərin sayı 160, tikilməkdə olan evlərin sayı 63-dür (cəmi 215 ev).

Baxış aktlarına əsasən, müəyyən edilmiş 5059 qəzalı evdən 3545 evin tikintisinə başlanılıb və yerdə qalan 1514 qəzalı evdən 1509 evin tikintisinə artıq göstəriş verilib. 35 məktəbin (o cümlədən, Zaqatalada 20, Qaxda 10, Şəkidə 3, Balakəndə 2) tikintisinə başlanılıb. 10.02.2013-cü il tarixinə 5900 şagird yerlik 24 məktəb binası, 55 yerlik 1 uşaq baxçası tikilib istifadəyə verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2012-ci il tarixli 17/5732-12/25 nömrəli məktubuna əsasən, zəlzələ nəticəsində müxtəlif xarakterli zədələr almış və mütəxəsislər tərəfindən bərpası nəzərdə tutulmuş yaşayış evlərinin, ev sahiblərinin özləri tərəfindən həyata keçirilməsi məqsədilə onlara evlərinin ümumu sahələrinə uyğun olaraq aşağıda göstərilən miqdarda maddi vəsait ayrılması məqsədəuyğun hesab edilib:

- sahəsi 100 kv.m-ə qədər olan evlər üçün - 4000 manat;
- sahəsi 100-150 kv.m-ə qədər olan evlər üçün - 5000 manat;
- sahəsi 150-200 kv.m-ə qədər olan evlər üçün - 6000 manat;
- sahəsi 200 kv.m-dən artıq olan evlər üçün - 7000 manat

Bu məqsədlə 28.02.2013-cü il tarixinə zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 16 923,0 min manat yardım ödənilib. 2013-cü il yanvarın 1-dən zəlzələnin nəticələrinin ləğvi üzrə 340 229,7 min manat vəsait xərclənib.

9 ballıq zəlzələyə hesablanan evlər

FHN-in “Kür” Cəmiyyətinin sorğusuna verdiyi cavabda bildirilir ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün Nazirlər Kabinetinin 117s saylı sərəncamı ilə ehtiyat fondundan 20 milyon manat, sonradan 2012-ci il dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. FHN-dən onu da bildiriblər ki, Qax-Zaqatala bölgəsi seysmik zona olduğundan, hazırda bu ərazidə aparılan tikinti işləri ilə bağlı hazırlanan layihə smeta sənədləri 9 bal gücünə hesablanır.


2012-ci ilin 7 və 18 mayında Qax-Zaqatala bölgəsində zəlzələ baş verərkən Fövqəladə Hallar Nazirliyi və yerli rayon icra hakimiyyətləri səfərbər olunaraq zəlzəldən ziyan çəkənlərə maddi və mənəvi dəstək olmağa çalışıblar. Dərhal hadisənin episentrində - Zaqatala şəhərində Qərargah yaradılıb. Zəlzələ nəticəsində evləri uçan insanlar müvəqqəti çadırlara yerləşdirilib. Ümumlikdə ərazidə 10 minə yaxın çadır quraşdırılıb. Zərərçəkən insanlara ərzaq, paltar, tibbi və s. ilkin yardım göstərilib. Zəlzələ zamanı rəsmi qurumlar tərəfindən insan itkisi qeydə alınmayıb.

Nazirlik qeyd edib ki, zəlzələ bölgəsində tikilən evlər geniş, özülü, birləşdirici sütunları və arakəsmələri möhkəmdir. Hətta bir çox insanlara 2 mərtəbəli evlər tikilib. Qəzalı vəziyyətə düşdüyünə görə sökülüb yenidən tikilən evlərin sahəsi həmin yerdə olmuş əvvəlki evlərin sahəsindən az deyil, hətta bəzi yerlərdə artıqlıq təşkil edir. Təbii ki, bu hal bütün evlərə şamil olunmur.

Evlərinin bərpa-gücləndirilməsinə ehtiyacı olan ailələrə kompensasiyaların verilməsinə başlanılıb. Ödənişlər “Azərpoçt” MMC- nin yerli poçt şöbələri tərəfindən həyata keçirilir.

Vətəndaş cəmiyyətinin iradları nəzərə alınıb

Dünənki “dəyirmi masa”da bildirildi ki, FHN və yerli icra qurumları vətəndaş cəmiyyətinin bəzi qeydlərini nəzərə almağa başlayıblar.
Məsələn, fevral ayının 14-də Zaqatalanın Faldar kəndində olan “Kür” Cəmiyyəti Monitorinq Qrupu tərəfindən adıçəkilən kəndin yeni tikilib istifadəyə verilən orta məktəbində ciddi problemlərin olduğu, istilik sistemi işləmədiyindən məktəbdə dərslərin keçirilmədiyi qeydə alınmışdı. Problem ictimailəşəndən və aidiyyatı qurumlara təqdim edildikdən dərhal sonra FHN-in işçi heyəti məktəbdə tamamlama işlərini yerinə yetirib, istilik sistemi bərpa edilib, məktəbdə dərslər keçilməyə başlanılıb.

Eyni zamanda zəlzələ bölgəsində işləyərək əməkhaqlarını ala bilməyən bir neçə qrupun müraciəti “Kür” Cəmiyyəti tərəfindən FHN-ə göndərilib və bundan sonra müraciət müəlliflərinin problemi müsbət həll olunub.

(Ardı olacaq)

RAMİD

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]