Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Havadakı qəzetçilik qoxusu

Bölmə :
Köşə
Yazar :
Elçin Şıxlı
Təqdimat :
"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru
Yayım tarixi :
19/7/2016 [11:43]
Baxılıb :
1077 dəfə

Bu dəfə biosfer təfəkkürdən yazmayacam”¦ Hələlik”¦ Çünki son üç gün çox sevdiyim bir məmləkət - Türkiyə bir-birinə qarışıb. Adamın ürəyi ağrıyır”¦
Nə siyasi analiz verəcəm, nə də kimin haqlı, kimin haqsız olduğunu araşdıracam. Sadəcə, KİV-in nə demək olduğu barədə fikirlərimi bölüşəcəm.

****
Son 26 ildə bir jurnalist kimi görüşdüyüm adamların siyahısını tutmağa qalxsam, bir romanlıq yazı çıxar. Zatən, həmkarlarımın hərəsi belə bir kitab bağlaya bilər. Prezident, baş nazir, parlament sədri, nazirlər, partiya rəhbərləri, hətta "Hezbullah" rəhbəri Şeyx Nəsrullahla belə görüşlərdə iştirak eləmişəm. Azərbaycandakı İsrail səfiri "Hezbullah" lideri ilə görüşdüyümü eşidəndə diplomatiyanı bir kənara atıb:"Biz onun yerini bilmək üçün çox şeydən keçərdik", - demişdi”¦
ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Yaponiya, Çin”¦ və təbii ki, Türkiyənin qəzet redaksiyalarında və müxtəlif tele və radio kanallarında olmuş, onların necə işlədiyini görmüşəm. Hətta 1993-də "San Antonio Express"də Qarabağla bağlı bir yazım da çıxmışdı”¦ Yəni jurnalistikanın nə demək olduğundan xəbərdaram.

****
Təxminən on ilin söhbətidir. Türkiyəyə növbəti səfərlərimizdən birində jurnalist heyətimiz eyni gün, əvvəlcə, "Zaman"ın, sonra da "Hürriyyət"in redaksiyalarında oldu. "Zaman" redaksiyasının möhtəşəm, lakin cansız binasından sonra, "Hürriyyət"ə gələndə özümü evdəki kimi hiss etdim, çünki havadan qəzetçilik qoxusu gəlirdi. Həmin havadan doyunca udub, bizimkilərə dedim ki, "Zaman" təşkilatdı, "Hürriyyət"sə redaksiya”¦
Hərçənd, o zaman "Zaman"ın Türkiyə üzrə gündəlik tirajı 1 milyondan yuxarıydı. Amma bu 1 milyonun 96% abunə idi”¦ Lap sovet dövründə pionerlər "Pionerskaə pravda", komsomolçular "Komsomolğskaə pravda", partiya və hökumət üzvləri isə "Pravda"ya icbari-könüllü qaydada abunə olduqları kimi”¦

****
İndi, üç gündür ki, Türkiyə televiziya kanallarına baxıram. Ürəyim ağrıyır”¦ Hamı kimi baş verənlərə görə, bir də jurnalist kimi həmkarlarıma görə”¦ Bu üç gündə xəbərlərdə fikir müxtəlifliyi, rəngarəngliyi nədir, heç çalar da görmədim”¦

****
Təxminən, 2000-ci illərin ortalarında Avstriyanın ən iri üç ümummilli qəzetindən biri olan "Die Presse"də idik. Söhbətimizin şirin yerində ev sahiblərindən biri dedi ki, bəs qəzetimizin səhmlərinin 50%-dən çoxu alman nəhəngi "Süddeutsche Zeitung"a məxsusdur. Bunu eşidib soruşdum ki, yəni nəzarət paketi digər ölkənin nümayəndəsinin əlindədir? "Elədir" cavabını alanda, mən postsovet jurnalistikasının tipik nümayəndəsi kimi:"Bəs siz Avstriyanın milli təhlükəsizliyi barədə heçmi düşünmürsünüz?" sualını verib özümdən razı halda həmvətənlərimi süzdüm. Yazıq avstriyalı nə demək istədiyimi yalnız üçüncü dəfədən anladı və heyrətlə üzümə baxıb dedi ki, onlar üçün ən önəmlisi jurnalistika prinsipləridir. Onlarsa, Almaniyada da, Avstriyada da eynidir. Ümumiyyətlə, söz və mətbuat azadlığı olan hər yerdə eynidir”¦
Özümü o yerə qoymamağa çalışsam da, əməllicə pərt olmuşdum.

****
Zənnimcə, hərbi çevrilişin qarşısını bir çox şeylərlə yanaşı, həm də Türkiyə televiziyası aldı, çünki ölkə rəhbərliyi KİV-dən çox məharətlə istifadə etdi. Onun nə gücə malik olduğunu bildiyi və bu gücü özünə tabe etdiyi üçün”¦

****
Türk həmkarlarımın peşəkarlığını şübhə altına almaqdan çox uzağam. "Texniki" cəhətdən qüsur demək olar ki, yoxdur”¦ Sadəcə, havadakı "qəzetçilik qoxusunu" hələki duya bilmirəm”¦
Qorxduğum da elə budur - havadakı "qəzetçilik qoxusuna" tamarzı qalmaq”¦

****
Televizoru söndürdüm”¦(Ayna.az)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]