Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kiçik biznesin sığorta dərdi

Kiçik biznesin sığorta dərdi
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
18/7/2016 [17:04]
Baxılıb :
401 dəfə

“Gəncədə bir təşkilat var, onlarla işlədim bir neçə il. Birinci dəfə 300, ikinci dəfə 500, üçüncü dəfə 700 dollar kredit verdilər, mən də torpağımı əkib becərirdim. Bir il payız əkinimi dolu vurdu, əlimə heç nə gəlmədi. 500 dollar kredit ödəməliydim, əvəzimə sığorta şirkəti ödədi”.
Bunu şəmkirli fermer Sahib Əliyev deyir. Onun xatırladığı söhbət Dünya Bankının xəttiylə təxminən 10-13 il əvvəl Azərbaycan kənd təsərrüfatında aparılan pilot layihə ilə bağlıdır. Müsahibimiz yadına salır ki, əkinini dolu vuranda  gözünün qabağına aldığı 500 dolları necə qaytaracağı gəlib: “Kəndliyəm, belə şeylərdən başım çıxmaz. O vaxt pulu alanda zərər çəksən. ödəniləcək demişdilər, harasa imza da atmışdım, nə qədərsə pul da ödəmişdim. Zəng vurdum bizim sahəyə baxan adama, dedim gecə dolu vurub, bütün şitillər məhv olub. İnanın, uşaq kimi ağlamağım gəlirdi, mənim üçün böyük pul idi. Geri qaytarmaq üçün heyvan satmalı idim”.

Sahib Əliyev danışır ki, işlədiyi təşkilatın nümayəndəsi ilə tanımadığı adamlar gəlib, baxdılar, yazdılar, pozdular, getdilər: “O pulu sığorta şirkəti qaytardı”. 

“Sığorta şirkəti ödənişdən imtina elədi”

Gəncə Biznes Qurumunun direktor müavini Arif Cahangirov deyir ki, 2000-ci illərin əvvəlində Dünya Bankının xəttiylə “Azərbaycanda кянд тясяррцфатынын инкишафы вя кредитляшмяси” layihəsində fermerlərə güzəştli və girovsuz kredit verilirdi, sadəcə, borclular aldığı krediti sığortalamaq üçün müəyyən məbləğdə sığorta haqqı ödəyirdilər: “Bu, fermerlərə xeyli kömək idi, aqrar sektorda risklər olur, hətta bir neçə sığorta hadisəsi də oldu. Ancaq bir mövsümdə böyük bir ərazini dolu vurdu, sığorta şirkəti sığorta pulu ödəməkdən imtina elədi. Bundan sonra fermerlər də aldıqları krediti sığorta eləmək istəmədilər. Bu sistem pozuldu”, - Arif Cahangirov deyir. 

“Qanunvericilik kreditlərin sığorta mexanizmini müəyyən etmir”

“Azərbaycanda hələlik qüvvədə olan qanunvericilik kreditlərin sığortalanması ilə bağlı hüquqi mexanizmləri müəyyən etmir”. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birlyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatında belə deyilir. 

Tədqiqat müəllifləri yazırlar ki, Azərbaycanda irili-xırdalı bütün kreditlər ya zəmanət, ya da girov əsasında verilir, kreditin başqa qoruyucu mexanizmi yoxdur. 
Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları deyil, borc vəsaitləridir. Məsələn, ABŞ-da bu qəbildən olan subyektlərin 77 faizi fəaliyyətləri dövründə ən azı bir dəfə də olsa, kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76 faizinin bir və ya bir neçə banka kredit borcu olur. Bununla yanaşı inkişaf etməkdə olan ölkələrdə həm bankların kiçik və orta biznesə   marağının azalmasının qarşısını almaq, həm də bu sektor sahibkarların risklərdən qorunması  üçün biznes kreditlərin təminat altına alınması mexanizmləri tətbiq olunur. 

Xaricdə kredit riskini qarşılayırlar
Sözügedən tədqiqatda bu mexanizmlərdən söz açılır. Bildirilir ki, ya kredit riskləri sığortalanır, ya da kreditlər üçün zəmanət verilir: “Kredit riskinin sığortalanması ixtisaslaşmış sığorta və ya kreditlər üzrə zəmanət şirkətləri tərəfindən banklara göstərilən spesifik maliyyə xidmətdir. Bu xidmətin təqdim edildiyi şəraitdə kredit borcunun qaytarılması ilə bağlı riskləri sığorta şirkəti öz üzərinə götürür, qaytarılmayan borca görə banka dəyən zərəri sığorta (ya zəmanət) şirkəti ödəyir.  Borcgötürənin məsuliyyətinin sığortası üçün əsas sığorta hadisələrinə borcgötürənin həyatını itirməsi, iş qabiliyyətini itirməsi kimi hadisələr daxildir. Kreditin qaytarılma riskinin sığortası ilə bağlı sığorta hadisələrinə fors-major hallarla (məsələn, təbii fəlakətlər, valyuta və ya əmtəə bazarında çaxnaşmalar və s.) bağlı biznes strukturunun borcu qaytara bilməməsinə səbəb olan hadisələr daxildir”, tədqiqatda vurğulanır. 

Sığorta bazarı xarici investorlara açılmalııdır

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bankların indiki halda bankların vəziyyətinin ağır vəziyyəti maliyyə bazarını lap ağırlaşdırıb.  Onun fikrincə, sığorta bazarında canlılıq yaratmaq üçün rəqabətli mühitə ehtiyac var. “Sığorta bazarı xarici investorlara açılmalıdır. Bu, həm bazarı dircəldər, boşluğu doldurar, həm də rəqabət mühiti yaradar”.

S. Mehdiyeva

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]