Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Məcburi köçkünlər BDU-nun yataqxanalarından köçürülür

Məcburi köçkünlər BDU-nun yataqxanalarından köçürülür
Bölmə :
KİVDF
Yayım tarixi :
14/3/2013 [12:41]
Baxılıb :
1536 dəfə
Yataqxanalardan köçürülən ailələr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınan yeni şəhərcikdə yerləşdiriləcək
Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 20 ədəd beşmərtəbəli yaşayış binaları tikilib

Dünəndən başlayaraq Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni tikilmiş mənzillərə köçürülməsinə başlanılıb. Hadisə yerində olan əməkdaşımızın məlumatına görə, onlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binalara köçürülürlər. 

Tələbə şəhərciyinin məsul işçisi Pərviz Əsgərov bildirdi ki, köçürülmə 9 saylı yataqxanada aparılır: “Ərazidə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları da var. Hələ ki, 9 saylı yataqxanadakı məcburi köçkünlər Müşfiqabad qəsəbəsində məskunlaşdırılacaq”.

Məlumat üçün bildirək ki, 1993-cü ildən Bakı Dövlət Universitetinin 7 yataqxanasında məcburi köçkün ailələri məskunlaşıb. 9 saylı yataqxanadan sonra 8 saylı yataqxanadakı məcburi köçkünlərin də yeni mənzillərlə təmin olunacağı gözlənilir.

Pərviz Əkbərov qeyd edib ki, tələbə şəhərciyindəki iki ədəd 9 mərtəbəli bina əsaslı təmir edildikdən sonra Bakı Dövlət Universitetinin tələbə və aspirantlarına veriləcək. Digər 5 mərtəbəli binalar isə sökülərək, yenidən tikiləcək

Məcburi köçkünlər üçün 1440 mənzil tikilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov əməkdaşımıza bildirdi ki, köçürülmə prosesinə martın 12-dən start verilib: “Universitetinin tələbə şəhərciyindən köçürülənlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınan yeni şəhərcikdə yerləşdirilir. Burda məcburi köçkünlər üçün 1440 mənzil tikilib”.

Onun sözlərinə görə növbəti mərhələdə Binəqədi rayonundakı Təcili Tibbi Yardım stansiyasının yarımçıq binasında məskunlaşan ailələrin köçürülməsinə başlanacaq. Onlar da Müşfiqabaddakı şəhərcikdə yerləşdiriləcək: “Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanıb”.

“Yeni iş yerləri də açılsaydı”¦”

Məcburi köçkünlər arasında gəzən söz-söhbətinə görə, martın 25-dək köçürülmə başa çatacaq. Onlar hesab edirlər ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məşğulluq məsələsi həll olunmalıdır. “Bu, vacib məqamlardan biridir. Düşünürəm ki, məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə iş yerlərinin açılması onlar üçün ən böyük kömək ola bilər. Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün prezident tərəfindən ayrılan pul vəsaitinin məbləğinin bir neçə dəfə artırılması, əlbəttə ki, yurdlarından məhrum olmuş vətəndaşlarımıza göstərdiyi diqqətin, qayğının göstəricisidir və birmənalı təqdir edilməlidir”, -deyə məcburi köçkünlərdən olan Adil Əliyev bildirdi.

Onun sözlərinə görə, ilk növbədə, hazırda köçkünlərin ən ağrılı yerlərindən biri olan mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır: “Bununla bərabər, ən vacib problemlərdən biri də işsizlikdir və bu istiqamətdə də konkret işlərin görülməsinə ehtiyac var. Bu gün respublikanın müxtəlif bölgələrində köçkünlər üçün qəsəbələr salınır. Bunlar gözəldir, amma vətəndaşların əsas problemi işsizlikdir. Bu baxımdan oralarda hər hansı istehsal müəssisəsi, sex tikilsə, bəlkə də yüzlərlə ailənin işlə təmin olunmasına imkan yaranar”,

Köçürülmə nə vaxt başa çatacaq?

Qeyd edək ki, BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfərin hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1440 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürüləcək.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova indiki ərazidə yeni yataqxana kompleksinin tikiləcəyini söyləyib: “Həmin binaların yerində daha müasir, hündürmərtəbəli yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. BDU-nun tələbələri bu yataqxanalardan istifadə edə biləcək. Artıq burada inşası nəzərdə tutulan yeni yataqxana kompleksinin layihəsi tam hazırdır”.

Pərvanə İbrahimova məcburi köçkünlərin BDU-nun yataqxanalarından köçürülməsinin dəqiq nə zaman başa çatacağı barədə isə hələlik məlumatsız olduğunu qeyd etdi. Onu da diqqətə çatdıraq ki, BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonar, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin də köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək.

1, 2, 3 və 4 otaqlı mənzillər”¦

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin inşaat işləri üzrə baş texniki nəzarətçisi Teyyub Hüseynov bildirdi ki, artıq sözügedən qəsəbədə binalar tam hazır vəziyyətdədir. Onun sözlərinə görə, hazırda qəsəbədə abadlıq-quruculuq işləri başa çatıb. Tikintinin baş nəzarətçisi deyib ki, mənzillərin ümumi sahəsi 78 min 260 kvadratmetr təşkil edir: “Binalarda 1 otaqlı mənzillərin sahəsi 41,92 kvadratmetrdir. Belə ki, birotaqlı mənzillərdə ailənin qayğıları nəzərə alınaraq otaq bir qədər geniş, içərisində mətbəxi və digər lazımi şərait mövcuddur. 2 otaqlı mənzillərin sahəsi 61,74 kvadratmetr, 3 otaqlı mənzillərin sahəsi 85,84 kvadratmetr, 4 otaqlı mənzillərin sahəsi isə 99,73 kvadratmetrdir. Bütün mənzillərin hamam, sanitar qovşaq, açıq balkon və lazımi avadanlıqla təchiz olunmuş mətbəxi var”.

Müsahibimizin dediyinə görə, qəsəbədə mövcud binalar 211 ədəd 1 otaqlı, 659 ədəd 2 otaqlı, 428 ədəd 3 otaqlı, 141 ədəd isə 4 otaqlı mənzillərdən ibarətdir. Onun sözlərinə görə, binalar hazır olduğuna görə qısa zamanda bu qəsəbədə həmin binalarda 1440 ailə məskunlaşacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, köçürülmə xərcləri komitəyə dövlət tərəfindən ayrılan vəsait hesabına ödəniləcək. Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında dövlət büdcəsi hesabına məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli bunaların tikintisi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 22 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə 20 ədəd beşmərtəbəli yaşayış binaları tikilib.

Prezidentin Ehtiyat Fondundan 14 milyon manat ayrılıb

Onu da xatırladaq ki, 26 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını imzalayıb. Bu sənəddə deyilir:

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 (on dörd) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Tikinti işləri nə vaxt tamamlanacaq?

Qeyd edək ki, bu ilin əvvəlində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdi ki, 2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə və 4 min mənzilin tikintisi nəzərdə tutulub, ümumilikdə 20 min məcburi köçkün mənzillə təmin olunacaq.

O, vurğulamışdı ki, 2012-ci ildə Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9 beşmərtəbəli yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilib. Əli Həsənov 2013-cü ildə Saatlı, Oğuz və Beyləqan rayonlarında da axıska türkləri üçün 142 mənzilin tikiləcəyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri bu il üçün nəzərdə tutulan bütün tikinti işlərinin avqust-sentyabr aylarına kimi tamamlanacağını bildirib.


RAMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]