Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində yaxın zamanlarda dərman istehsalına başlanacağını bəyan edib

İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində yaxın zamanlarda dərman istehsalına başlanacağını bəyan edib
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
13/7/2016 [23:04]
Baxılıb :
474 dəfə
Ekspert hökumətin dərman istehsalı ilə bağlı planını beynəlxalq təcrübə ilə müqayisə edib
Rövşən Ağayev: «Dərman sənayesi üçün elmi mərkəzlərin qurulması üçün köklü baza olmalıdır»

"Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq",-deyə prezident vurğulayıb. 

İ.Əliyev əlavə edib ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlanacaq: "Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq".

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayev öz blokunda bu barədə yazdığı təhlildə bildirir ki, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdı: "Amma ortada çox mühüm bir sual var: dərman istehsalı üçün hansı şərtlər tələb olunur?

Birincisi, elmi potensialın mövcudluğudur. Dərman sənayesinin əsas fərqləndirici cəhəti sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir. Bu gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda 15 faiz payla məhz dərman sənayesi 1-ci yerdə dayanır - və hər il təxminən 150-160 milyard dollar xərclənir.  

Azərbaycan kimi elmi potensialı zəif, elmə sərmayə qoyulmadığı, iqtisadiyyatla elmi sferalar arasında bütün əlaqələrin itdiyi ölkədə dərman sənayesi indiki elmi potensial müqabilində imkansız görünür. İlk növbədə elmi potensial olmadan klinik araşdırmalar üçün fundamental baza qurula bilmir. Klinik araşdırma müəyyən bir sağlamlıq problemi haqqında əvvəldən təyin olunmuş, cavabı bilinməyən problemləri yeni müalicə üsulları ilə araşdırmaq üçün elmi cəhdlərdir. Bu işdə ölkənin tibb elmi və infrastrukturu iştikak etməlidir. Vətəndaşı elementar xəstəliklərin müayinəsi üçün qonşu dövlətlərə üz tutan ölkədə tibb elmi və infrastrukturu belə klinik araşdırmalara dəstək verə biləcəkmi?".

R.Ağayev yazır ki, ikinci mühüm faktor zəruri infrastrukturun olmasıdır: "Dərman sənayesi üçün elmi mərkəzlərin qurulması üçün köklü baza olmalıdır. Məsələn, Türkiyədə dərman sənayesi üçün elmi-tədqiqat mərkəzlərinə kadr yetişdirən infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi, 46 kimya, 28 kimya texnologiyası, 49 bioloji, 81 tibb, 34 genetik və molekulyar bölmə fəaliyyət göstərir.  Nəzərə alaq ki, Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədir.

Dərman sənayesinin infrastrukturuna elmi-tədqiqat mərkəzləri ilə yanaşı hazır məhsulun emalı üçün zəruri məmulatları istehsal edən müəssisələrin mövcudluğudur. Bu müəssisələr hansı kadr potensialı və xammalla qurulacaq?

Bundan əlavə Azərbaycan bazarı böyük bazar deyil. İllik dərman istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı ötmür. Bu dərman dövriyyəsinin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək texnologiya və elmi baza tələb edən dərmanlardır ki, bu dərmanları hətta Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Əgər söhbət ən yaxşı halda 200-250 milyon manatlıq dövriyyəsi olan bir sənayenin yaradılmasından gedirsə, bu istər ÜDM və məşğulluğa, istərsə də büdcəyə qatqısı baxımından yeni sənayenin potensialından böyük ola bilməz. Ona görə yerli dərman sənayesi məhdud daxili bazara deyil, yalnız ixraca dayalı qurulmalıdır. İxrac isə rəqabətbiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində mümkündür". 
Ekspertə görə, məsələlərə köklü yanaşma olmalıdır: "Məsələn, yaxşı işlənmiş bir sənaye strategiyası olmalıdır. Həmin sənəddə dünyada qəbul olunan hər bir texnoloji səviyyədə bizim imkanlarımız, fürsətlərimiz və zəif nöqtələrimiz dəqiq müəyyən edilməli, hər bir səviyyə üçün hədəflərimiz və resurslarımız müəyyən edilməlidir.

Hazırda dünyada sənaye məhsulları 4 qrupa bölünür: aşağı, orta aşağı, orta yüksək texnoloji və yüksək texnoloji qrupuna daxil olan məhsullar.

Yüksək texnoloji qrupa təməl əczaçılık məhsulları və əczaçılıqla əlaqəli məmulatların emalı, kompüter, elektronik və optik məhsullar, hava texnikası və kosmik vasitələrin istehsalı daxildir. Bu qrup məhsulların istehsalı ən yüksək səviyyədə və ən yeni nəsil texnologiyaların tətbiqi, elmi-tədqiqat işləmələri sayəsində mümkündür.

Orta yüksək texnoloji məhsul qrupuna kimyəvi məhsulların, silah və sursat, elektriklə çalışan avadanlıqlar, motorlu quru nəqliyyat vasitələri, tibbi və stomatologiya ilə əlaqədar vasitələr istehsalı daxildir.

Orta aşağı texnoloji məhsul qrupuna rəfinə edilmiş neft məhsulları istehsalı, rezin və plastik məhsulların istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, baza metallurgiya sənayesi məhsulları, maşın və avadanlıqlar istisna olmaqla metal məmulatların emalı, gəmilərin və üzən strukturların inşası, maşın və avadanlıqların quraşdırılması və təmiri.

Aşağı  texnoloji məhsul qrupuna qida məhsullarının, içkilərin, tütün məmulatlarının, toxuculuq məmulatlarının, geyim əşyalarının, dəri məmulatlarının, ağac məmulatlarının, kağız məmulatlarının və mebelin istehsalı  

Bu təsnifata əsasən, Azərbaycanda aşağı, müəyyən qədər isə orta aşağı texnoloji məhsul istehsal edə bilirik. İndilikdə bizim hədəfimiz orta yüksək texnoloji məhsulların istehsalı üçün potensial yaratmaq, bu mərhələdə isə yüksək texnoloji qrupa daxil olmaq üçün elmi potensial formalaşdırmaq olmalıdır. Göründüyü kimi, əczaçılıq məhsulları məhz yüksək texnoloji qrupa daxildir.   
Məlumat üçün deyim ki, Sinqapur 60-cı illərdə müstəqillik quran zaman yaratdığı keramika və gəmiqayırma sənayesi iflasa uğrayıb- elmi potensialın zəifliyi, rəqabətqabiliyyətli məhsul istehsalı yarada bilməməsi, daxili bazarın məhdudluğu səbəbindən. Lakin o dövr üçün bu ölkənin mövcud imkanlarına uyğun və Norveç sərmayəsinin dəstəyilə yaratdığı forel balıqlar üçün qarmaq istehsalı müəssisələri ölkə iqtisadiyyatına daha böyük fayda gətirib. 

Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib".

Vüsalə RÜSTƏMOVA   

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]