Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“MDB üzrə yalnız Azərbaycanda əlillərə pulsuz araba verilir”

“MDB üzrə yalnız Azərbaycanda əlillərə pulsuz araba verilir”
Bölmə :
KİVDF
Yayım tarixi :
13/3/2013 [13:30]
Baxılıb :
1975 dəfə
Məhluqə Rəhimova: “İnsanlarımız dövlət tərəfindən verilən güzəştlərin, imtiyazların pulsuz və keyfiyyətli olmasına inanmalıdırlar”

“Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın sözlərinə görə, hazırda dövlət və özəl sektorda işləyən əlil vətəndaşlar da var: “Yaxın keçmişdə Bakı Aviasiya Akademiyası əlil arabasında olan 5 nəfər üçün iş yerləri təklif etdi. Təklif bizə göndərilmişdi. Biz ali təhsilli insanların siyahısını onlara təqdim etdik. Bu akademiyanın addımı təqdirə layiqdir və başqa işəgötürənlər üçün örnək ola bilər. İş şəraiti əlillərə uyğunlaşdılırmalıdır. İş saatının, məzuniyyətin olması, iş yoldaşları ilə bərbaər əməkhaqqı alması hazırda işəgötürənləri qane etmir. Bu da bizim üçün çox ağır qaydadır”. 

Müsahibimizin sözlərinə görə, əlillərin işlə təmin olunmasına kvota qoyulub: “Belə ki, hər bir müəssisədə işləyən 25 nəfərdən birinin əlil olması mütləqdir. İstənilən iş yerində əlilliyi olan ən azından bir insan olmalıdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiə Fondu işəgötürənlərin əlillərə iş yeri ayırmadığına görə cərimə metodları müəyyənləşdirib. Təəssüf ki, bu gün cərimənin məbləği azdır - 30-40 manat. Yaxşı olardı ki, işəgötürənin gəliri nə qədər çoxdursa, onun qarşılığında cərimə ödəməlidir. Məsələn, Fransada, Almaniyada, İtaliyada cərimə metodları ağırdır, cərimələr yüksəkdir, ona görə də işəgötürənlər cərimə olunmamaq üçün əlilləri işə götürürlər”.

““Əməyə qabiliyyətsizdir” sözü qanunvericlikdən çıxarılsın”

M. Rəhimova bildirir ki, “əməyə qabiliyyətsizdir” sözü qanunvericlikdən çıxarılmalıdır: “Bu məsələ Sovet dövründən qalma mirasdır. Yeni qanunvericlikdə təklif eləmişik ki, “əməyə qabiliyyətsizdir” sözü götürülsün, əmək qabiliyyəti faizlə göstərilsin. Məsələn, “iş qüvvəsi 60 faizdir” yazılsın. İşə götürənlər “əməyə qabiliyyətsizdir” sözünü bəhanə edib işə götürmürlər, bu əlillər üçün manedir”.

O, ümid edir ki, əlillər haqqında yeni qənun qəbul edildikən sonra ikinci və üçüncü qrup əlillər işə götürüləcək: “Biz bir vətəndaş cəmiyyət olaraq bu məsələni qaldıracağıq. Məsələn biz komputer kursları təşkil edirik, dizayenrliyi öyrədirik. Əlil komputeri idarə edə bilməzmi, telefona cavab verə bilməzmi? Əlbəttə edə bilər”.

“Əlil Qadınlar” Cəmiyyətinin sədri bildirir ki, onlar əlillər üçün əmək birjaları təşkil etmək fikirindərirlər: “Bu birjada əlillərin iş xüsusiyyəti, ali təhsili, bacarığı, peşəsi ilə bağlı məlumat verəcəyik. Əlillərin işləmələrinə, iş tapmalarına problem olmayacağını düşünürük. İşəgötürənlər üçün də fiziki qüsurlu şəxslərin işə götürülməsi asanlaşmış mexanizm olacaq”.

“Əlilliyi olan şəxslərə pulsuz tibbi xidmət göstərilir”

M. Rəhimovanın sözlərinə görə, qanunvericilikdə səhiyyə sahəsində əlillərlə bağlı güzəştlər, imtiyazlar var: “Diabet, şəkər xəstələri üçün belə güzəştlər var. Dövlət səhiyyə ocaqlarında əlillər üçün xidmətlər pulsuzdur. İnsanlarda qəribə fikir var ki, “pul verməsəm, həkim mənə yaxşı baxmaz”. Olmuş bir məsələni xatırladım. Bizim Cəmiyyətə daxil olan şəxslərdən biri yaxın bir adamını Bərdə Diaqnostika Mərkəzinə aparıb. Orada yüksək səviyyədə xidmət göstərilib. Xüsusi xidmətçilər xəstəyə xidmət göstərirlər. Xəstənin yaxını həkimə pul təklif edib, ancaq pul qəbul edilməyib. İnsanların düşüncəsini dəyişmək gərəkdir, onlar dövlət tərəfindən verilən güzəştlərin, imtiyazların pulsuz olmasına və keyfiyyətli aparılmasına inanmalıdırlar. Dövlət həkimin maaşını verir”.

Cəmiyyət rəhbəri əlavə etdi ki, qanunla əlilliyi olan şəxsin ən yüksək səviyyədə mövcud olan səhiyyə xidmətlərindən istifadə hüququ təsbit edilir: “Bu cür şəxslərin heç bir əlavə xərc olmadan səhiyyə xidmətlərinə, o cümlədən, sağlamlıq ilə bağlı reabilitasiya xidmətlərinə çıxış imkanı təmin edilir (gender baxımından həssas olmaqla). Qanunvericilikdə tələb olunduğu təqdirdə tibbi və digər sığorta formalarına çıxış baxımından ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində hüquqi və digər tədbirlər görülür. Son illər ərzində dövlət rəhbərinin təşəbbüsü və bilavasitə dəstəyi ilə, bu məsələ səhiyyənin prioritet sahəsi olub. Bir daha qeyd edirəm ki, Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə və o cümlədən də əlilliyi olan şəxslərə pulsuz tibbi xidmət göstərilir. Əhaliyə göstərilən zəmanətli tibbi yardımın növləri, həcmi və stasionar müalicədə olan xəstələr üçün yüzdən artıq adda ən vacib dərman preparatları və eləcə də imtiyazlı qruplara daxil olan ambulator xəstələr üçün yüzdən artıq adda dərman preparatlarının siyahısı təsdiq olunub”.

Əlillərin mədəni həyatda iştirakı məqsədilə”¦

Həmsöhbətimizin sözlərinə görə, əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində dövlət siyasətinə uyğun olaraq əhalinin sağlamlığının mühafizəsi, xəstəliklərin profilaktikası, onların erkən aşkarlanması və əlilliyin baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınması ilə bağlı dövlət proqramları ilə həyata keçirilir: “Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edir.
Səhiyyə Nazirliyi tərəfindən əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək”.

O bildirir ki, əlilliyi olan şəxslərin digər insanlarla bərabər səviyyədə mədəni həyatda iştirak etmək hüquqlarının, eləcə də, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirilməsi və ondan istifadə edilməsi imkanlarının qəbul və təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər var: “Əlil uşaqlara xüsusi diqqət yetirməklə və ictimai satınalmalar və maliyyələşmə vasitəsilə əlilliyi olan şəxslərin mədəniyyət, istirahət, turizm və idman obyektlərinə çıxış imkanının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

M.Rəhimova əlilliyi olan şəxslərin idman tədbirlərində iştirakının dəstəklənməsi, o cümlədən, medal və mükafatların verilməsində əlilliyi olan şəxslərə diskriminasiya və fərqli yanaşmaların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri də xatırlatdı: “Əlilliyi olan uşaqların digər uşaqlarla bərabər səviyyədə oyun, istirahət, əyləncə və idman qurğularına, o cümlədən məktəb sistemi çərçivəsində yaradılan obyektlərə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin şahidi oluruq. İdman sahəsində fiziki qüsurlu olan şxəslərin uğurları hamımıza tanışdır”.

“Fiziki qüsurlu şəxslərin istirahət və əyləncəsi üçün paytaxt Bakıda istirahət mərkəzləri var. İstirahət mərkəzlərindən biri Nabranda yerləşən "Əlincə" istirahət mərkəzidir, hansı ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayanlar burada istirahət edə bilirlər. Əlillər 15 gündən bir pulsuz ezam olunurlar bu istirahət mərkəzinə. Burada xidmətlər yüksək səviyyədədir. Yeməyi, içməyi var. Yüksək təminatlı xidmət göstərilir. Qeyd edim ki, istirahətə göndərilənlər arasında Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir.
İki həftə davam edən istirahət günləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunur və bu proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir. Belə xidmət Şaqanda, Bilgəhdə də var, yüksək səviyyədə şərait mövcuddur. Əlbəttə ki, əlilliyi olan şəxslər üçün bu obyektlərin sayı azdır. Rayonlarda istirahət mərkəzləri olmalıdır”, -deyə müsahibimiz vurğuladı.

Yalnız Azərbaycanda...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında mənzil, rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən də mənzil inşa olunaraq əlil və şəhid ailələrinin istifadəsinə verilib. Öncə Qarabağ əlilləri üçün mənzil verilir. Onlara mənzil verildikdən sonra isə digər əlillər üçün də mənzil veriləcək.

Müsahibimiz deyir ki, Müstqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında, yalnız Azərbaycanda əlillər üçün nəqliyyat vasitəsi olaraq pulsuz əlil arabaları verilir: “Hazırda ancaq Qarabağ əlilləri üçün dövlət hesabına əlil arabası verilir. Biz təklif edirik ki, digər fiziki qüsurlu şəxsləri də dövlət araba ilə təmin etsin. Ümidvaram ki, belə də olacaq. Dövlətin iqtisadi inkişafı buna imkan verir”.

Məhluqə Rəhimova sonda sədri olduğu “Əlil Qadınlar” Cəmiyyətinin 15 minə yaxın üzvü olduğunu qeyd etdi. Onun sözlərinə görə, təkcə qadınlara deyil, uşaqlara və kişi əlillərə də dəstək olurlar. Habelə, yerli və beynəlxaq təşkilatlarla əlaqələr qurur, müxtəlif tədbirlər keçirirlər.

Ramid

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]