Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Buz parçası kimi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
29/6/2016 [23:12]
Baxılıb :
1178 dəfə

İnsan mürəkkəb orqanizm olub ətraf mühitlə münasibət qurmağı, ailədə, cəmiyyətdə yaşamağı, kollektiv şüurdan bəhrələnməyi artıq çoxdan öyrənib. Yəni öz-özündən doğan və yaşamını sadəcə sağ qalmağa yönəldən birhüceyrəlilərdən çox aralanmışıq. Amma onu da bilirik ki, cəmiyyətdə baş verən yaxşı işlər kimi pis əməllər də qrup şəklində, bir-birinə dayaq və dəstək olmaqla baş verir.
Suyu dondurmaqla təmizləmək texnikasının incəliklərini bilənlər təbiətdə qruplaşmaları öz gözləri ilə gördüyündən maraqlı müşahidələr aparır. Suyu ağır metallar, zərərli birləşmələrdən ayırmaq üçün onu dondururlar. Don vurmağa başlayan anda suyun proqressiv hissəsi (kənardan bu xüsusi növ şüurluluq nümunəsi kimi görünür) qabın kənarlarından başlayaraq sanki "əl-ələ tutur" və çirkinliyi özündən ortaya doğru itələyir. Ona görə də suyun bütün zəhərli hissəsi ortaya yığılır. Donmaq suyun bir keyfiyyətidir, şaxta olan kimi donmalıdır. Amma ortaya yığılmış zəhərli hissə uzun müddət donmur və insan bu suyu tullamaqla təmiz, bulaq suyu keyfiyyətində su əldə edir. Əgər suyu dondurduqda zamanı ötürsən, suyun çirkablı hissəsi də bir qədər sonra axır ki, donur. Amma suyun donunu açmağa qoyanda ilk əvvəl onun "şüurlu" hissəsi ayılır. Zəhərli hissə bir parşa buz şəklində ortalıqda üzür. Gec donan və gec əriyən zəhərli su Yaradanın əmrini eşitməyən, əzəli keyfiyyətlərini unutmuş qruplaşma kimi görünür. Cəmiyyətdə də qruplaşmaların rolu çox böyükdür. Sadəcə hansı qrupda olduğundan əminliyin olmalıdır. Yoxsa zəhərli buz parçası kimi səni də tullayacaqlar.

Cəmiyyəti individumlar idarə edir. Biz görmürük, amma ola bilər, donan suyun içində də hamını təmizliyə çağıran "lider" hüceyrələr varmış və yerdə qalana davranış nümunəsi göstərib ardınca apara bilib. Ona görə də şəxsiyyətin ekologiyası, insanı təmizliyə, paklığa aparan yollar həm də cəmiyyətin xilas yollarıdır. Onsuz da "liderlər" dinc oturmayacaq. Kimin dalınca düşməli, kimə etibar eləməlisən? Bəlkə hamı birlikdə qayadan yuvarlanırıq, amma xəbərimiz yox?

Müasir dövrün psixoloqları insanı öz dünyasında nə tək yaşamağa qoyur, nə də ona kütləvi addımlar atmağını dəstəkləyir. Həqiqət hardasa ortalıqda, bəlkə də qızıl mərkəz nöqtəsindədir. Ən əvvəl öz pozisiyanın düzgün olduğunu sübut eləməkdən imtina etmək lazımdı. O qədər böyük sevgilər məhv olub insanın bu balaca tərsliyindən. Başqasının mövqeyini qəbul etmək bəziləri üçün keçilməz səddə çevrilir. Heç dəyməz! Axı hər şeyi kantrol etmək mümkün deyil. Axı niyə onlar elə olduğu kimi olmasın?! Bəyəm situasiyanı, hadisələri, insanları idarə edəcək qədər qüdrətlisənmi? Nəyəsə sahibsən, sahib deyilsən, nəyisə duyursan, ya da duymursan buna görə kimsə cavab verməlidi?! Ətrafındakı insanlar yeridiyin küçənin səkiləri kimidir. Ayağını ona çırpmasan səni yaralamaz. Sənin məhz belə olduğuna görə kimsə məsuliyyət daşımaz. 

Sakitlik və rahatlıq arayırsansa ən əvvəl özünü qınamağı yığışdır. Gözəl ömrünü neqativ emosiyaların əlinə necə verə bilərsən? Ağlın boş-boş çərənləyən qoca qarı kimidir, baş-beynini aparacaq. Axı sən hamının düşündüyündən daha yaxşı, daha müsbət, daha lazımlısan. Deyinməyi və şikayət eləməyi də yığışdır artıq. Tənqiddən də qurtul getsin. Hamı eyni ola bilməz, yoxsa maraqsız olardı. Başqasına özünü bəyəndirmək istəyi çoxlu enerji sərfiyyatı tələb edir. Yəni həqiqətənmi emosional maskanı çıxarsan hamı heyrətlənib dəhşətə gələcək? Dəyişikliklərə qarşı həssas olmaq yaxşıdı, amma bunu faciəyə çevirməyin heş yeri yoxdu. Bir dəqiqəlik dəyişiklik olmayan bir həyat təsəvvür elə, 2 dəqiqə sonra darıxmağa başlayacaqsan. Bu anda keçmişə boylanıb daha uğurlu günləri aramaq istəyi keçəcək ürəyindən. Keçmiş heç vaxt olacaqlardan maraqlı olmayacaq. O, bitib. Onu təxəyyülündə ideallaşdırırsansa, elə bil çürüməkdə olan meyitin qulağına sırqa salıb bəzəmək istəyirsən. Üzünə ənlik kirşan vurub sığallayırsan. Amma sənin əlində gələcəkdən savayı heç nəyin yoxdu.

Bəlkə də ən əvvəl qorxulardan qurtulmalıyıq. Qorxu illüziyadı, öz əlinlə quraşdırdığın reallaşmamış gələcək. Bu sümüyün içinə qapanmış beyinin mənasız fobiyaları, hakimiyyət itirmək qorxusudur. Beyin sizə diqtə edir ki, guya hər şeyi o, idarə edir. Daxili durumun dəyişən kimi reallıq da dəyişir. Durmadan özünü təmizə çıxarmağın özünü təqaüdə göndərmək lazımdı. Başqalarının gözləntilərinə cavab verən ömür yaşamaq çox böyük israfçılıqdı. Onlar öz bəyəndiyi hərəkəti edir, öz ailəsi, dostları, cəmiyyəti, hakimiyyəti üçün çalışır. Hamının səsini eşitməyə çalışsan əsas daxili səsi eşitməyəcəksən. Bilməyəcəksən ki, kimin dalınca getməlisən, kimin əlindən yapışmalısan. 

İnsan tək ola bilməz. Bir ömür sürüb sonunda "Səhv etdim! Təəssüf..." fikirləşmək dünyanın özü boyda faciədir. Bayaq dediyimiz çirkab suyunun taleyi kimi. Əlbəttə, o da yox olmayacaq, buxarlanıb ilkin hala qayıdacaq. Amma heç olmasa bir insanı susuzluqdan qurtara bilərdi...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]