Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bir qadının 3 sevgi macərası

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
25/6/2016 [10:10]
Baxılıb :
2026 dəfə
Kişi kolleksiyaçısı aktrisa Marlen Ditrixin məşhur məşuqları

Alman aktrisası Marlen Ditrixin adı çəkilən kimi hamı dərhal onu Hitlerin sevimli aktrisası kimi xatırlayır. Nədənsə heç kim onun antifaşist fəaliyyətini önə çəkmir. Daha sonra "Mavi mələk" filmindəki kabare müğənnisi Lolanı və onun azadlıqsevər obrazlar qalereyasını, alt paltarı reklamlarını bir daha gözləri qarşısından keçirirlər. Bu rollar sayəsində aktrisa görünməmiş populyarlıq və Hollivuda dəvət almaq hüququ qazanıb. Amma onun həyat yolu yaşadığı sevgi romanları ilə daha əlamətdardı, çünki hamısı yaşanıb, oynanılmayıb. Marlen Ditrixin həyatında 3 sevgi macərasının intim detallarını bilməklə onun tam xasiyyətnaməsini vermək olar.

Marlet Ditrix və Hemenqueyin "sinxronizə edilməmiş ehtirası"

Hemenquey deyirdi ki, onun gözəlliyi, məlahəti əldən getsəydi və bir tək səsi qalsaydı da o, sizin ürəyinizi param-parça edəcəkdi. Bu iki tarixi şəxsiyyət arasında olan münasibətə sadəcə qadın və kişi münasibəti, ya da dostluğu kimi təyinat vermək mümkün deyil. Onlar münasibətlərini "sinxronizə edilməmiş ehtiras" adlandırırdı. Çünki gah Hemenqueyin, gah da Marlenin həyatında kimsə peyda olur, birisinin sevgisi alovlananda o birisi soyuyurdu. Epistolyar sevgi (yəni yalnız məktublaşmaqla) 30 il sürdü, bəlkə də sırf platonik olduğundan. Amma onların məktublarında o qədər ehtiras vardı ki, münasibəti dostluq adlandırmaq mümkün deyil. 

Onlar Amerikanın "İl de Frans" adlı gəmisində 1934-cü ildə tanış olublar. Marlen belə xatırlayır: "Onu ilk baxışdan sevdim. Adamlar nə istəyir danışsın, amma duyğularım ali və təmiz idi. Ola bilər artıq belə sevgilərdən yer üzündə yoxdu. Bizim sevgimiz arzu və ümidsiz olaraq uzun illər sürdü. Ola bilər hər ikimizin yaşadığı ümidsizlik durumu bizi birləşdirirdi. Mən onu həyat yoldaşı Meri kimi bütün məşuqələrinə qısqanırdım, amma həmişə rəfiqəsi olaraq qalmışam. Nə qədər canım var onun məktublarını gizlədəcəm ki, onları satıb qazananlar olmasın". Onlar cəmi bəlkə də 10 dəfə görüşüblər. Onlar bir-birinə heyran idi və hər ikisinin həyatında olan macəralardan xəbərdar idilər. Hemenqueyin duyğularından bu məktub parçalardan təsəvvür yaratmaq olar: "Hərdən səni unuduram. Necə ki, ürəyimin döyüntüsünü hiss etmirəm", "Sizi qucaqlayanda nələr duyduğumu təsvir etməkdə acizəm, elə bil öz evimdəyəm", "O qədər gözəlsiz ki, bədənnüma portret fotoları çəkdirməlisiz", "Marlen, sizi o qədər ehtirasla sevirəm ki, bu mənim bütün həyatımın həmişəlik lənətinə çevriləcək". 

Onların romanı Hemenqueyin ölümünə, 1961-ci ilə qədər sürdü. Bu itkini dərin hüznlə yaşayan Marlen "O, mənim "hibroaltay qayam" idi" deməklə illər uzunu, öz ölümünə qədər bu ağrını içində gəzdirəcəkdi: "Onsuz çox darıxıram. Əgər ölümdən sonra həyat olsaydı bu uzun gecələrdə mənimlə danışardı. Onu həmişəlik itirdim və kədər heç nəyi geri qaytarmayacaq. Qəzəb isə yaralarımı sağaltmır. Ona görə qəzəblənirəm ki, məni heç vaxt tək qoymayacağını vəd versə də, sözündə durmadı. Axı kiməm mən? Onun qoyub getdiyi adamlar - həyat yoldaşı, uşaqları, dostları içində yerim varmı? Məni araba təkərinin 7-ci simi kimi heç nəzərə almırdı". 

Aktrisanın bioqrafları deyir ki, bu macəranın gözəlliyi ondadır ki, arada intim, seks yox idi, yalnız sevgi və duyğular vardı.   

Marlen Ditrix və Remark: "Biz bir-birimizi qazanana qədər çox ağrı çəkdik"

Onların sevgi romanı qısa, amma parlaq, işıqlı idi. Əlbəttə, heç biri ilk sevgini, nə də ilk evliliyi yaşamırdı. Münasibətdən sonra da hər ikisinin həyatında çoxlu duyğusal əhvalatlar olacaqdı. Yazıçı Erik Remarkın həyatında maraqlı qadınların sayı çox olub, amma ən güclü duyğuları Marlenə qarşı hiss edib. Onlar 1930-cu ildə Berlində "Eden" adlı barda rastlaşıblar. Sevgi hələ 7 il sonra cücərəcək və yazıçının ölümünə, 1970-ci ilə qədər sürəcəkdi. Marlen ilk görüşü təsvir etməyi sevirdi. Həmin barda otururkən Marlenə nəfis cizgiləri olan maraqlı görkəmli kişi yaxınlaşdı və bəm səslə danışdı. Marlen qüsursuz davranışı olan yazıçı ilə dərhal maraqlandığını heç vaxt gizlətmirdi. Qara siyahıya düşdüyündən çoxdan filmə çəkilməyən aktrisa bu münasibət sayəsində depressiyadan çıxacağına ümid bəsləyirdi. 

Remark nəhayət ki, idealına tam cavab verən qadına rast gəlmişdi. Amma Marlen yazıçı ilə maraqlansa da, uzun müddət bir münasibətdə qərar tuta bilmirdi. Onların uzun sürən münasibəti əslində yazıçı üçün böyük imtahan və əzab idi. Onun sevimli "puma"sı nə gözəgəlimli kişiləri gözdən buraxır, nə də qadınla sevişməkdən yan keçirdi. Amma Remark Marlindən aldığı qısamüddətli xoşbəxtlik qığılcımlarından da imtina edə bilmirdi. Kənardan baxanda bu münasibət təbii və rahat görünürdü. Amma reallıqda roman inciklik, qarşılıqlı məzəmmət və ambisiyalarla dolu idi. Nəticədə "Zəfər tağı" romanı yarandı. Əsər Marlenə ithaf edilib və baş qəhrəman onun obrazının ədəbi təcəssümüdür. Xarici görkəmi ilə də aktrisanı xatırladan bu obraz vasitəsilə Remark qəlbində gəzdirdiyi və yaşadığı bütün duyğuları qələmə almağa çalışıb. 

Marlin ərdə olsa da, Remark dəfələrlə evlilik təklifi edərək münasibətləri stabilləşdirməyə çalışırdı. Üstəlik hamı danışırdı ki, aktrisa həm öz əri, həm də onun məşuqəsi ilə yatır. Aktrisa saysız münasibətləri nəticəsində qazandığı hamiləliyi pozanda da ilk əvvəl Remarka danışardı. Yazıçı sevgilisinin saysız xəyanətlərinə də dözməyə hazır idi, çünki gündəlik qısamüddətli görüşlərin naminə yaşayırdı. Onun üzünü görmək, səsini eşitməkçün. Ola bilər ruhi iztirablar yazıçıya da lazım idi. Psixoloqlar bunu qadınla münasibətdə meydana çıxan mazoxizm növü və depressiyaya meyl adlandırırdı. "Zəfər tağı" romanı nəşr edilən kimi Marlen Remarkın onun barəsində nə düşündüyünü nəhayət ki, öyrəndi. Marlen çox narazı qalmışdı, düşünürdü ki, daha maraqlı və daha yaxşıdır. 
1953-cü ildə Remark Polet Qodarla evlənir. Təəssüflər olsun, onun həyat yoldaşı Marlenin yazdığı bütün məktubları yazıçının ölümündən sonra yandırıb. Ona görə də biz bu sevginin miqyasından yalnız yazıçının məktublarından xəbər tuta bilərik. Amma bu əhvalat 20-ci əsrin ən maraqlı sevgi macərası, bu məktublarsa əsl sevgini simvolizə edən ən gözəl yazılardan biri sayılır. 20-ci əsrin ən böyük sevgi macəralarından biri, nəhəng illüziya, yalanlarla dolu, amma 2 sənətkarın daxili nuru ilə işıqlanmış sevgi macərasını, yalnız xəyallarında yaşayan ehtirası qələmə alarkən Remark həmişə olduğundan daha artıq yazıçı idi: 

"Əzizim, Qərb pəncərəmin mələyi, işıqlı arzum! Sən xəstə qocayla rastlaşanda hürküb qaçsan, mən bir daha deyinməyəcəm, söz verirəm. Dəniz gözlüm, söz verirəm, adamın ayaqlarına ilişən ipək yorğana görə söyüşməyəcəm. Evdən çıxanda isti geyinirsənmi? İsti əlcəklərini çıxarma, arabir üfürüb üstündən nəfəsinlə bir az da qızdır. Biz səninlə şirniyyat dükanına hələ gedəcəyik və qaymaqlı kakao ilə iri nimçə alma piroqu alacam sənə. Qaymağı ürəyin istəyən qədər sifariş edərik".
"Bu şəhər qəsdimə durub elə bil. Məni ora-bura çırpır, hər küçə, hər ev səndən danışır. Mən heç yerə getmirdim, Parisin "Kolizey"i, "Maksim"i onlar özü otağıma gəlib elə hey soruşur, soruşur... Mən məhv oldum, heç vaxt belə olmamışdı. Məni yeraltı çay, evin damında səslənən skripka səsi, dekabrın gümüşü havası məhv elədi. Qara çörəkçün darıxmaqdan, meşə və çöllərin yayılan işartısından, müqayisəedilməz arzunun maviliyindən və səndən ötrü öldüm... Mənim ürəyimin ürəyi, heç vaxt belə olmamışdı. Bu qədər narahat xoşbəxtlik, qışqırışan isti, qızdırmalı gecələrin çığırışı... Mən bəyəm nə vaxtsa bu boyda zəriflik hiss etmişdimmi?"

"Tanrının mənə bəxş etdiyi sevgilim, bilirsən, gününü yataqda keçirirkən, bütün kitablar artıq oxunmuş olanda xatirələr hücum çəkir. Düşünürəm ki, bizi bir-birimizə çox gec bağışladılar. Biz biz bir-birimizi qazanana qədər çox ağrı çəkdik. Keçmişimiz həddindən artıqdı, gələcəyimiz heç yoxdu. Biz bunu heç istəmədik də. Ola bilər nə vaxtsa, həyat reallıq tərəfə damcı-damcı buxarlanarkən, gecələr unudulmuş yuxu dənizinə sürükləyərkən ikimiz də nəsə bir ümid düyünləmişdik səninlə".
"Yanında olmaq istəyirəm, mənə daha heç nə lazım deyil. Bircə bil ki, varam. Sən qorxudan qurtulmalısan. Bilməlisən ki, həmişə yanında olacam və həyatında bir daha tənhalıq olmayacaq. Düzdü, ürək-dirək verməkdə mahir deyiləm, sözlərlə bacarmıram. Amma mən daha artığına qadirəm, mən sevməyi bacarıram. Elə indi bu sözü yazan kimi az qaldım utandığımdan öləm, çünki çox yekəbaş fikir oldu. Bu belə olmamalıdı, amma mən hər şeyi olduğu kimi saxlamaq fikrindəyəm. Çünki ürəyimdə sənə çox minnətdaram. Sənin sayəndə bunu bacardım".

Bu duyğusal əhvalat hələ bitməmiş, yazıçının ölümü son nöqtəni qoymamış daha bir görüş də oldu. Marlenin 52 yaşı var. Həmin gün Remark son cümləni yazdı: "Gözəl əfsanə artıq yoxdu. Qocalıq hər şeyi bitirdi".

Marlen Ditrix və Jan Qaben - ehtirasdan etinasızlığa qədər 

Onları müharibə birləşdirdi. Amma təəssüf ki, dinclik illəri hər şeyi yerbəyer edib ayırdı. Dünya kinematoqrafının iki fontan vuran ulduzu brutal Qaben və epotajlı Ditrixin münasibəti sakit həyat tərzinə davam gətirməyib cəmi 4 il sürdü. Amma bu 4 il bir film kimi... sevgi, ehtiras, özünü qurban vermək, xəyanət, müharibə atışması, həsrət xırdalanaraq gəlib narazılıq və təkəbbür dolağında ilişib qaldı. Marlet Qabeninki olmadı heç vaxt. Amma Qaben Marlenin həyatında olmuş ideal kişi statusunu sonacan itirmədi.

Onlar rastlaşanda aktrisa işvəli mələk obrazından çıxıb artıq həm kişi, həm də qadınları özünə çəkən maqnetik enerjisini dərk edən xanıma çevrilmişdi. Oynadığı rolların silinməz izləri taleyinə də təsir edirdi. Kino tarixində özü barədə bu qədər mif yaratmış ikinci aktrisa tapmaq çətin olar, çünki o, təkcə çəkiliş meydanında deyil, həyatda da rolunu oynayırdı. Oynasa da özüylə həmişə tam harmoniyada olurdu. 

Jan Qaben Hollivuda ayaq basan kimi Marlenin diqqətini çəkmişdi, amma Qaben bütün Fransanı dəli eləmiş xırıltılı səsi, özündən razı xasiyyəti və koloritli cizgiləri bəyənmədi. Öz vətənində sevilən aktyor Amerikada özünü lazımsız duyur, rahat hiss etmirdi. Marlen isə buqələmun kimi bütün vəziyyətlərə dərhal öyrəşə bilirdi. Əslində Marlen ailəsini saxlamaq üçün hər işə gedə bilən ətək geymiş kişi kimi idi. Çünki pula ehtiyacı vardı, qızını, ərini, üstəlik onun məşuqəsini də dolandırmalı idi. 1941-ci ildə "Paris həyatı" kafesində görüş hər ikisinin həyatını dəyişdi. Qaben nədənsə nə aktrisanın yanında oturmuş Hemenqueyə fikir verdi, nə də Remarkla bağlı gəzən söz-söhbətə əhəmiyyət qoydu. O, evləndiyi qadınlarda, məşuqələrində, striptizçi qadınlarda axtardığını deyəsən tapmışdı. Marlen də həmən gün dəftərçəsinə qeyd elədi: "Qaben bütün qadınların arzuladığı super, misilsiz kişidir". Amma Qabeni misilsiz adlandırmaq hər qadının, hətta sevən qadının işi deyil. O, əsl kişi idi və ekranda da səmimi olub özünü oynadığından həmişə alqışlanırdı. Kobud görkəminin arxasında nazik ürək, sevməyi bacaran qəlb dururdu. Görəsən həqiqətənmi 40 yaşın astanasında əsl sevgisinə rast gəlmişdi? Bu məsələdə Qaben tərəddüd etmirdi, Marlen həmişəlikdi və bütün variantları kölgədə qoyur. 

Aktyorların Kaliforniyada kirələdiyi evdə Ditrix Jan üçün Fransanın bir parçasını yaratmışdı. Amerika yeməkləri bezdirəndə Marlen önlüyünü salıb əsl fransız yeməklərini bişirməyə başladı. Onlar evdə yalnız fransızca danışırdılar, çünki Marlen dili kifayət qədər öyrənmişdi. Onların zövqü də çox fərqli idi. Ditrix teatra gedir, opera dinləyir və Hemenqueyin əlyazmalarını dəyərləndirirdi. Jan üçün bütün bunlar vaxtı boşuna keçirmək demək idi. Problemlər bir qədər gec, Qabenin sevdiyi qadının yanında tutduğu hüquqsuz vəziyyətindən bezəndə başladı. Aktrisa bir yerdə yaşamasalar da, ərindən boşanmaq fikrində deyildi və bəzi sapmaları da arabir özünə icazə verirdi. Jan qısqanclıqdan ölürdü. Üstəlik Fransa alman əsarətində olduğu vaxt sevgilisi ilə birgə Amerikada yaşaması lap təbdən çıxarır və ruhi tarazlığını pozurdu. Vətən heç vaxt xəyanət etməz, əlbəttə. Ona görə Qaben karyerasını və sevgilisini qoyub vuruşmağa gedir. O, Şarl de Qolun ordu sıralarında Şimali Afrikada hərbi döyüşlərdə iştirak edir. Marlen isə boş evdə oturub gözləyə bilməzdi. Ürəyinin altında gəzdirdiyi uşağın ürək döyüntüsü də rahat buraxmırdı. Marlen Janın uşağını abort edib müharibə zonasında əsgərlərin əhvalını qaldırmaq üçün konsert turnesinə yollanır. Alman olması buna qəti maneə deyildi, çünki Hitlerə də, ideyalarına da nifrət edirdi. Qaben sevgilisini burda görməyi heç gözləmirdi. Onların görüşə cəmi bir neçə dəqiqəsi vardı. Bu, onların sonuncu duyğusal görüşü oldu. Müharibə bu əhvalatın gedişatına öz əlavələrini etdi. Aktrisa yeni döyüşkən qadın rolunu çox bəyəndi. O, əsgərlərlə yürüşə çıxır, yalın yerdə yatır, hətta barmaqlarını da don vurur. Hitler isə onun kəlləsinə görə böyük məbləğ vəd vermişdi. Hər iki aktyor üçün müharibə orden və mükafatlarla, rütbə almaqla bitir. Onlar neçə kilometrlərlə bir-birindən aralıda qəhrəmanlıq edərək sevməkdə davam edirdi. Müharibədən sonra ilk görüş soyuq keçdi. Ehtiraslar yatıb, sadəcə bir bağlılıq qalmışdı. Müharibədən yorulmuş Qaben sakit ailə həyatı arzulayırdı. O, Parisdə ev alır və Marlen ora köçür. Marlen isə pulsuz yaşamağı bacarmırdı və bəlkə də yeganə dostu olan əri Rudidən boşanmağı düşünmürdü. Onların birgə oynadığı son filmlərdə ölən sevginin işartılarını izləmək mümkündü. Marlen Amerikaya qayıtmaq fikrindədi. Jan belə şərt qoyur: indi o, çıxıb getsə hər şey bitdi demək. Hollivuda qayıdan Marlen qısqanc və vəfalı Janın onu tək buraxacağına inanmırdı. 1946-cı ildə Marlen Qabendən sonuncu məktubu aldı: "Sən mənim yeganə, həqiqi sevgim olmusan. Bədbəxtlikdən mən səni itirdiyimi hiss edirəm, bizə bir yerdə çox yaxşı olsa da. Mən səni böyük təəssüf, ağrı və sonsuz hüznlə xatırlayacam". 

Yalnız 2 il sonra Qaben evləndi və arzuladığı ailə rahatlığını tapdı. Amma Marlen rahat olmurdu, hətta Qaben evlənəndən sonra da. Soraqlaşır, maraqlanır, görüşməyə cəhd edirdi. Son görüş aktrisa üçün çox ağrılı oldu. Jan Qaben həyat yoldaşı ilə Parisdə restoranda oturub. Marlen Ditrixin içəri girməyindən onun heç tükü də tərpənmir, özünü görməməzliyə vurur. Bu hərəkətdən təsirlənmiş və özünü təhqir edilmiş duyan Marlen durub restoranı tərk edəndə bilərəkdən Janın arxasından keçir. Jan heç dönüb baxmır da...

***

Marlen Ditrix Hemenqueyin ilk oxucusu olardı. Hemenquey bu fikri daim təsdiqləyərdi: "Mən onun fikrini professorların fikrindən uca tuturam. Çünki düşünürəm ki, Marlen sevgi barədə bəlkə də hamıdan çox bilir". Hər 3 məşhur məşuqunu o dünyaya yola salandan sonra (Hemenquey 1961, Remark 1970, Jan Qaben 1976) Marlen Ditrix çox tezliklə filmlərdə çəkilməkdən imtina edib Parisdəki mənzilinə qapandı. Publikaya çıxmadı, çünki yaddaşlarda əvvəlki kimi gözəl və cazibədar qalmaq istəyirdi. Tamaşaçı 13 il sevimli aktrisasısın heç üzünü görə bilmədi. Alkoqola aludə olmuş aktrisanın qulaq yoldaşı məşuqlarının divarda asılmış portretləri idi. Başının üstündə həmişə Qabenin portreti olardı. Remarkın bəzi məktublarında göz yaşları elə iz qoymuşdu ki, mətni oxumaq çətin olurdu. Aktrisanın son filmi özü haqqında çəkilmiş sənədli film oldu. O, 1992-ci ildə özünün şərəfinə düzənlənmiş Kann festivalındaca vəfat etdi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]