Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlillər üçün 200 yeni avtomobil gətirilib

Əlillər üçün 200 yeni avtomobil gətirilib
Bölmə :
KİVDF
Yayım tarixi :
12/3/2013 [14:46]
Baxılıb :
2101 dəfə
“Əlil Qadınlar” Cəmiyyətinin sədri: “20 il öncəkinə nisbətən hazırda əlillərin sosial-iqtisadi durumu daha ürəkaçandır”

Bu dəfəki həmsöhbətimiz “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimovadır. Onunla Respublikada əlillərin durumu, məşğuliyyəti, tibbi güzəştlər, mənzil-məişət, istirahət hüquqlarının təmin olunma səviyyəsi və problemləri ətrafında söhbətləşdik.

M. Rəhimova 963-cü il oktyabrın 13-də indiki Ermənistan Respublikasının Krasnoselsk rayonunun Meşəkənd kəndində anadan olub. Azərbaycan Neft Akademiyasının iqtisadiyyat fakültəsində təhsil alıb.

Rəhbəri olduğu “Əlil Qadınlar” Cəmiyyəti 1997-ci ildən fəaliyyət göstərir. 1998-ci ilin dekabrında rəsmi qeydiyyatdan keçib. Cəmiyyətin əsas məqsədi əlil qadınların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi və onların məşğulluğunu təmin etməkdir. Cəmiyyət Qeyri-Hökumət Təşkilatları forumunun, Gənclər Təşkilatları Milli Şurasının üzvüdür. “LOTOS” əlil təşkilatları birliyinin təsisçilərindəndir. Əlil qadınların problemlərinin həlli məqsədilə hökumət strukturları ilə sıx əməkdaşlıq edir. Əlillərə aid yeni qanunların işlənməsində fəal iştirak edir.

Öncə qanunlar”¦

Məlumat verək ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslər kateqoriyası qanunvericilikdə anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxslər kimi nəzərdə tutulur. Qanuna müvafiq olaraq uşaqlara münasibətdə əlil ifadəsi sağlamlıq imkanları məhdud ifadəsi ilə əvəz edilib. Qanunvericilikdə əlil olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması əlilin özünəxidmət, hərəkət, səmtləmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində əks etdirir. Həmçinin qanunvericilikdə əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları nəzərdə tutulub.

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur. Onların hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Onu da qeyd edək ki, “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasının müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrupunun əsas vəzifəsi Konvensiyadan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Qrupun üzvlərinin təmsil etdikləri qurumların fəaliyyət planları və inkişaf strategiyalarında əlillərin hüquqlarının müdafiəsi üzrə müddəaların müvafiq şəkildə əks etdirilməsini və həyata keçirilməsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Hökuməti Konvensiyanın tətbiq edilməsi istiqamətində qanunvericilik bazasının və proqramların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının rəy və təkliflərini nəzərə alır. Bununla yanaşı, müvafiq dövlət qurumları Konvensiyanın icrası istiqamətində əlilliyi olan şəxslərin müxtəlif profilli təşkilatları ilə əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirir. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

Əlil qadınlara yanaşma

Beynəlxalq qanunvercilikdə də əlil qadınlarla bağlı müddəalar var. Əlilliyi olan qadın və qızların gender bərabərsizliyinin qanunvericilik və siyasət səviyyəsində, eləcə də, proqramların hazırlanması çərçivəsində qəbul edilib-edilmədiyi göstərilməlidir. Əlilliyi olan qızların və qadınların əlilliyi olan oğlan və kişilər ilə eyni səviyyədə bütün insan hüquqlarından və fundamental azadlıqlarından istifadə edib-etmədiyi bildirilməlidir. Əlilliyi olan qızların və qadınların əlilliyi olmayan digər qız və qadınlarls eyni səviyyədə bütün insan hüquqlarından və fundamental azadlıqlarından istifadə edib-etmədiyi qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Dövlət cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, insan və vətəndaş hüquqlarını və azadlıqlarını cinsi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Qeyd olunmalıdır ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində bərabərlik hüququnu təsbit edən konstitusion normalar daha da təkmilləşdirilib. Belə ki, əsas qanunun 25-ci maddəsinə (Bərabərlik hüququ) edilmiş əlavələrə əsasən, heç kəsə cinsindən və digər əsaslara görə güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud onların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən ən əsası bu sahədə fundamental sənədlərdən olan 10 oktyabr 2006-cı il tarixdə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsi olub. Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsidir.

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda (MFP) digər hüquqlarla yanaşı, qadın hüquqlarının da müdafiəsi tədbirləri öz əksini tapıb. MFP-da zorakılıqla mübarizənin gücləndirilməsi, zorakılıq qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkili nəzərdə tutulub.

Azərbaycan Respublikasında gündəlik zorakılıqla mübarizəni beynəlxalq prinsiplər və milli qanunvericilik əsasında sistemli şəkildə təşkil etmək məqsədilə Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli Qərarı ilə “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” təsdiq edilib. Bu sahədə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 iyun 2010-cu il tarixdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Həmin Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, belə zorakılıqdan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ona səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Milli Məclisə yeni qanun layihəsi təqdim olunub

Söhbətimiz zamanı Məhluqə Rəhimova öncə qısa olaraq əlillərin sosial-iqtisadi durumunu qiymətləndirdi: “Yaşadığımız dövrü nəzərə alsaq, 20 il öncəkinə nisbətən əlillərin sosial-iqtisadi durumunu hazırda ürəkaçan hesab edirəm. Pensiyalar, təqaüdlər ardıcıl olaraq artırılır. Gözləyirik ki, martın axırlarına qədər pensiya artımları olacaq. “Əlillərin işlə dəstəklənməsi” layihəsini hazırlayıb Milli Məclisə vermişik. Hamı kimi əlillər də bərabərhüquqlu olacaq, hamı kimi işə qəbul olunacaqlar. Əlillərin işləməsi üçün iş yerlərində şərait yaradılmalıdır, hazırda bu şərait yoxdur, onların işə qəbulu üçün manelər var. Ümidvarıq ki, yaxın günlərdə qəbul ediləcəyi gözlənilən qanun ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verəcək”.

Müsahibimizin sözlərinə görə, “Əlillik haqqın” yeni qanun layihəsi Milli Məclisə təqdim olunub: “Burada bir çox sahələrə yeniliklər var. Məsələn, əlillərlə bağlı tikiləcək obyektlərlə bağlı bundan sonra əlil təşkilatlarının rəyi öyrəniləcək. Gözdən əlillər, zəif eşitmə qabiliyyəti olan insanlar barəsində yeni qanunvericilikdə arzuolunan maddələr öz əksini tapacaq. Yeni qanunla əlillərin cəmiyyətə inteqrasiyası təmin olunacaq”.

Nəqliyyat problem”¦



Məhluqə Rəhimovanın sözlərinə görə, hazırda qarşıda duran ən çətin məsələ nəqliyyat məsələsidir: “200 yeni avtomobil gəlib. Sürücülərlə maarifləndirmə işi aparılır. Əlillərin ictimai nəqliyyatda hərəkəti üçün imkanlar olacaq. Bundan öncə Əmək və Əhalini Sosial Müdafiə Nazirliyi ilə Nəqliyyat Nazirliyinin nümayəndəsi ilə görüşümüz olmuşdu. Burada hər iki qurumün nümayəndələri təkliflərlə çıxış etdilər.
İctimai nəqliyyatda əlillərin hərəkət etməsi üçün şərait yaradılıb.
Əlillərin hərəkəti üçün rahatlıq dərəcəsinin sıfıra bərabər olduğu qeyd edilib. Heydər Əliyev Sarayını çıxmaqla, qalan heç bir qapalı məkanda, avtobus, metro, taksi xidməti sahəsində əlillərin hərəkəti üçün rahatlıq yaradılmadığı xüsusi vurğulanıb. Ancaq bundan sonra bu problem olmayacaq”.

Həmsöhbətimiz bildirir ki, “Əlillər haqqında” qəbul ediləcək qanun layihəsində fiziki qüsurlu insanların işlə təmin olunmaları üçün ixtisaslaşmış istehsal sahələri yaradılması təklif olunub: “Onların əmək hüquqlarının qorunmasının gərəkliyi önə çəkilib. Cəmiyyətdə əsasən gənclərin əlil şəxslərə loyal münasibətinin müsbətə dəyişdirilməsinə ehtiyac olduğuna diqqət çəkilib”.

(Ardı var)

RAMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]