Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Keçmişimizə balta vururuqsa, sabah da bizə balta vuracaqlar»

«Keçmişimizə balta vururuqsa, sabah da bizə balta vuracaqlar»
Bölmə :
Müsahibə
Yayım tarixi :
14/6/2016 [13:58]
Baxılıb :
7821 dəfə
Əməkdar rəssam Həmzə Abdullayev: ««İçərişəhər”i “Kitay” elədilər. “Sovetski”ni isə Dubay etmək istəyirlər»
«Yeni əsər işləməyə başlamışam. Adını da “Ağlayan bina” qoymuşam»

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişikliklə Yasamal rayonu, "Sovetski" adlandırılan məhəllədə 21 yaşayış evi və 2 abidəni "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarıb. Bu yaşayış və qeyri-yaşayış obyektləri 1885-1916-cı illərdə tikilib. 

"Bayır şəhər" adı altında da tanınmış "Sovetski" təkcə arxitektur binaları deyil, ziyalıları ilə də məşhur olub. Belə ki, bu ərazinin Cəlil Məmmədquluzadə, Süleyman Tağızadə, Abdulla Şaiq, Eldəniz Zeynalov, Həsənağa Salayev, Xan Şuşinski, Abdulla Şaiq, Xalid Səid Xocayev, Abbas Mirzə Şərifzadə və Osman Mirzəyev kimi tanınmış sakinləri olublar.  

"Sovetski"dəki qədim arxitektur binaların sökülməsinə bir qrup ziyalı da etirazlara başlayıb. Kampaniyanın məqsədi hökuməti sökülməsi nəzərdə tutulan binaların restavrasiya edilərək saxlanılmasını təşviq etməkdir. 


Onlardan biri də "Sovetski" sakini, əməkdar rəssam Həmzə Abdullayev "Bizim Yol"a açıqlama verib. Çingiz Mustafayev küçəsi 53 ünvanında yaşayan əməkdar rəssam məmurları cinayət törətməkdə ittiham etdi: "Mənim yaşadığım bina 1882-ci ilə aiddir. Cari ilin may ayında Nazirlər Kabineti bu binanı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarıb. Mədəniyyətə yad iki-üç məmurun tarixi abidələri bu siyahıdan çıxarmasına heç bir haqqı yoxdu. Məmurlar Bakının XIX əsr tarixini silirlər. Çünki sökülən abidələrin əksəriyyəti bu əsrə aiddir. "Sovetski"ni sökmək barbarlıqdır. Bu, nə yerli, nə də beynəlxalq qanunlara uyğun deyil. Hücumların qarşısı alınmalıdır. Ziyanın yarısından qayıtmaq da yaxşıdır. Bu cinayətdir. Bir neçə ildən sonra onlar məsuliyyətə cəlb olunacaqlar. Amma o zaman bu binalar olmayacaq".
Həmzə Abdullayev deyir ki, 70 ildir burda yaşayır: "Bura mənim baba mülkümdür. Məndən öncə burda atam və babam olub. Yəni üç nəsil burda yaşayıb. Memarlıq abidəsi olan  bina Filarmoniyadan və Təzə Pir məscidindən əvvəl tikilib. Binanın divarlarında çat yoxdur, qəzalı vəziyyətdə deyil. Binanın fasadları göz oxşayır. Hələ bir eyvanlarına baxın. Bunların hamısı memarlıq abidələridir. Avropalı memarlara sifariş əsasında bu binaları şərq üslubunda tikiblər. Heç yerdə belə binalar yoxdu. 

"Sovetski"də Napalyonun binası kimi tanınan yaşayış binası vardı. Dəfələrlə o bina kino çəkilmişdi. Möhtəşəm abidə idi. Bu binanın gözəlliyinə rəssam gözü ilə baxmaq lazım idi. İndi o bina yoxdur. Nə qədər vəhşi olasan ki, buldozeri dirəyib tarixi abidəni sökəsən. Bu vandalizmdir. Heç bir halda abidələri sökmək lazım deyil. Keçmişimizə balta vururuqsa, sabah da bizə balta vuracaqlar".
Əməkdar rəssam deyir ki, qədim arxitektur binaların Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri siyahısından çıxarılmasından və sökülməsinə başlanılmasından sonra öz emalatxanasına ayağını qoya bilmir: "Çəkə bilmirəm. Küsmüşəm. Stressə düşmüşəm... Amma çəkməsəm də olmazdı. Yeni əsər işləməyə başlamışam. Adını "Ağlayan bina" qoymuşam".    

Həmzə Abdullayev tarixi abidələrin saxlanılmasını arzulayır: "Burda nə olacağı bilinmir. Gah deyirlər park olacaq, gah deyirlər yol olacaq. Tutaq ki, park olacaq, təsəvvür edin, bu yaşıllıqların sırasında tarixi abidələr var. Nə gözəl... Xaricdə istənilən halda tarixi binanın fasadını saxlayırlar. İçini təmir edirlər, düzəldirlər. Restavrasiya edirlər".

Rəssam bildirir ki, ərazidə aparılan söküntü işlərindən sonra burda oğurluq hadisələri artıb: "Emalatxanam Əhmədli qəsəbəsində yerləşir. Mən evi qoyub gedə bilmirəm. Oğurluq hadisəsi olur. Evə damdan girirlər".

Həmzə Abdullayev sökülməsi nəzərdə tutulan Əlövsət Quliyev küçəsindən də bəhs etdi: "O küçədə olan binaların qapısı muzeyə qoyulacaq səviyyədə möhtəşəmdir. Binaya sarılan üzüm ağacı, bir qadının paltar asması, yaşlı kişinin əlində əsa ilə küçədə hərəkət etməsini görmək necə də gözəldir. Bir sözlə, əsər və film çəkiləsi küçədir. Amma o küçənin də söküləcəyi deyilir".
Əməkdar rəssam deyir ki, bir vaxtlar da "İçəri şəhər"i sökməyə cəhd ediblər: "70-ci illər idi. O zaman mən uşaq idim. Bakı meri  Nəcməddin Sadıqovun dövründə "İçərişəhər"i sökmək istəyirdilər. Plana görə, Şirvanşahlar sarayını, Qız qalasını və adını unutduğum bir tarixi abidəni saxlayırdılar, qalan nə varsa söküləcəkdi.  O zaman "İçərişəhər"də bir kino çəkdilər, ziyalılar danışdılar. Beləliklə, söküntü planı ləğv edildi. Amma son zamanlar "İçərişəhər"i "Kitay" elədilər. "Sovetski"ni isə Dubay etmək istəyirlər".

 Həmzə Abdullayev yaşadığın evin qonşuluğunda olan 1908-ci ilə aid Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin qəzalı vəziyyətə salınmasından da təəssüflə danışdı: "Bakıda iki cür məscidlər olub: "Böyük-ümumi məscidlər və məhəllə məscidləri. Yəni hər məhəllənin öz məscidi olub.  Bu məscidlərin minarəsi olmurdu. İbadət etməyə yeri, günbəzi, hovuzu, əncir ağacı və hasarı olurdu. Hacı Əbdülrəhimbəy Qulubəyov məscididir ki, bu tarixi abidəni də  Nazirlər Kabineti "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarıb. Artıq arxa tərəfdən başlayaraq söküntüsünə start verilib".

Əməkdar rəssam Həmzə Abdullayev hökumətin "Sovetski" sakinlərinə təklif etdiyi kompensasiyadan da narazıdır: "Bu ərazidə olan mənzillərin hər bir kvadratmetrinə 1500 manat təzminat ödəyirlər. Mən narazıyam".

P.S. Əməkdar rəssamın açıqlamasını yazarkən Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişikliklə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxardığı abidələrin adına baxdım. Bu zaman məlum oldu ki, hökumət Çingiz Mustafayev küçəsi 53 ünvanında yerləşən tarixi binanın 1892-ci ildə tikildiyini qeyd edib. Amma Həmzə Abdullayev yaşadığı binanın 1882-ci ildə tikildiyi bildirib. 

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]