Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Sosial xidmətlərlə bağlı ölkədə köklü dəyişiklər olacaq”

“Sosial xidmətlərlə bağlı ölkədə köklü dəyişiklər olacaq”
Bölmə :
KİVDF
Yayım tarixi :
8/3/2013 [13:17]
Baxılıb :
2057 dəfə
Qarabağ müharibəsi iştirakçısı olmuş xanımlarımız dövlətdən daha çox diqqət gözləyirlər

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günkü mövzumuzu, məhz Qarabağ müharibəsinin xanım iştirakçısına həsr etməyimiz də təsadüfi deyil. Dünya ölkələrinin ordularında müxtəlif dövrlərdə aparılan sorğular göstərir ki, qadınların hərbi xidmət keçmə şəraitləri həmin ölkənin mentaliteti, demoqrafik vəziyyəti, iqtisadi və hərbi imkanları ilə bilavasitə bağlıdır.
İsraildə qadınlar daha çox Quru Qoşunlarında xidmətə üstünlük verirlər. Fransa və İtaliyada isə qadınlar digər ölkələrdən fərqli olaraq, xidmət edəcəkləri hərbi birləşməni özləri seçir. Qeyd edək ki, hazırda Fransa Silahlı Qüvvələrində 30 min nəfərə yaxın qadın xidmət edir. Fransa Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Donanmasında xeyli sayda qadın yüksək hərbi vəzifələrdə (eskadrilya və gəmi komandiri və s.) xidmət edir. Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcılarından birinin komandiri, eləcə də bir neçə hərbi nəqliyyat təyyarəsinin komandiri qadındır.
Rusiya Silahlı Qüvvələrində hazırda 28 min qadın müqavilə əsasında əsgər və serjant vəzifələrində xidmət edir. ABŞ, İngiltərə, Almaniya, İtaliya və digər ordularda qadınlar üçün müəyyən məhdudiyyətlər tətbiq edilir. Onların sualtı donanma, tank, zirehli birləşmələr, desant qoşunlarında xidməti qanunvericiliklə qadağan olunur.

2500 nəfər qadın...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ilin sonlarında açıqlama vermişdi ki, əmək pensiyaçısı olan Qarabağ veteranlarına müavinəti Dövlət Sosial Müdafiə Fondu, əmək pensiyaçısı olmayanlara isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Nazirlik tərəfindən veteranlara verilən müavinət 33 manat təşkil edir. Açıqlamaya görə, burada veteranlar dedikdə təkcə Qarabağ müharibəsi veteranları nəzərdə tutulmur: “Çünki 50978 nəfər Qarabağ müharibəsi veteranıdırsa, 3915 nəfər isə başqa ölkələrin ərazilərində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər, eyni zamanda keçmiş SSRİ-nin silahlı qüvvələrinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir. Ümumilikdə Qarabağ müharibəsi veteranları ilə birlikdə cəmi 54893 nəfər veteranımız var. Bunlara isə aylıq 33 manat müavinət verilir”.

Dövlət Sosial Müdafiə Fondundan isə bildirilib ki, hazırda 12 minə yaxın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən şəxs (Qarabağ müharibəsi iştirakçısı) əmək pensiyası alır: “Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların, müharibə əlillərinin pensiya məbləği 165 - 462 manat aralığında dəyişir”.
Rəsmi məlumata görə, Azərbaycandan 2500 nəfər Qarabağ müharibəsinin iştirakçısı olan qadın var.

8 mart ərəfəsində şəhid düşmüş qadın döyüşçülər yad edildilər

Dünən bir qrup Qarabağ müharibəsi iştirakçısı olan qadın Azərbacyanın ərazi bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət edib. Bu barədə qəzetimizə məlumatı “Veteran Qadınlar" İctimai Birliyinin sədri Radə Abbas verdi.
Onun sözlərinə görə, Qarabağ müharibəsi veteranı olan qadınların hazırki durumu hər kəsin durumu kimidir: “İişsizlik, səhiyyə problemi yaşanır. Eləcə də, mənzil problemi var. Bayramda kimsə bu qadınları yad etmir. 8 mart Qadınlar günündə də veteran qadınları kimsə yad etmir. Biz şəhid qadınları ziyarət etdik, Şəhidlər Xiyabanın getdik, biz bunu hər il edirik”.

“Kim mənimlə Qarabağa getmək istəyirsə...”

Qarabağ müharibə veteranı Tutu Cumayeva isə müharibə dövründə gənclərin vətənpərvərlik hisslərindən ağız dolusu danışdı. O, bugünkü gənclərdə bu hissin çox aşağı olduğunu deyir. Amma bunun da müəyyən səbəblərinin olduğu qənaətindədir: “Bu gün Qarabağda döyüşüb canını verən və ya əlil olanlara nə qədər ki, layiq olduqlarından az dəyər verilir, gənclərin də onlara oxşamaq istəyi bir o qədər az olacaq. Gənclərimizdə vətənpərvərlik duyğularının oyanması üçün Qarabağda döyüşmüş insanlar mütəmadi olaraq baxçalara, məktəblərə, ali təhsil müəssisələrinə dəvət olunmalıdır. Döyüşlərdə olan ruh yüksəkliyi,vətənpərvərlik hissini onlara başa salsaq və aşılasaq, vətənpərvər gənclərin sayı o vaxtlar meydana yığılanlardan dəfələrlə çox olar. Necə ki, Çingiz Mustafayev bir dəfə televiziyadan elan verdi ki, “Kim mənimlə Qarabağa getmək istəyirsə, sabah Şəhidlər Xiyabanına gəlsin”, onun sabahı günü həmin ərazidə iynə atsan yerə düşməzdi. Eləcə də bu cür təbliğatlar aparsaq, vətənpərvər gənclərin sayını artıra bilərik. O illərdə yüzlərlə qız saçını kəsdi, özlərini oğlan formasına salıb döyüşə getdi. Mənim döyüşdüyüm bölgələrin birində Kəmalə Qəhrəmanova adlı bir qız ilk dəfə Kamal adı ilə getmişdi. Bir qoca qadın, üç körpəni yanğından xilas etmişdi. Bütövlükdə Qarabağ müharibəsi zamanı 2533 azərbaycan qadını döyüş bölgələrində olub”.
Müsahibim danışdıqlarının əyani sübutu kimi Mübariz İbrahimovun qəhrəmanlığını göstərdi: “Onun ölümündən sonra insanlarda vətənpərvərlik eşqi yenidən oyandı. Onun ölüm günü yağışa, qara baxmayaraq, məzarı başındakı izdiham vətənpərvərliyin bir göstəricisi idi. Deməli vətənpərvərlik hələ ölməyib, sadəcə onu oyatmaq lazımdır. Məktəblərə gedəndə soruşur ki, “gördüyünüz işlər görə nələr edildi sizə?” Mən hər dəfə onlara deyirəm ki, biz nəyisə düşünərək getməmişdik ki, bu gün də nəsə gözləyək. Bu vaxta qədər bir dəfə də olsun mən kimdənsə kömək istəməmişəm. Sadəcə indi körpə qızım üçün istəyirəm”.

“Son vaxtlar diqqət artıb”

Qarabağ müharbəsinin iştirkaçılarından olan Nazilə Yumayeva ilə də həmsöhbət olduq. Bakının Yasamal rayonunda ata evində yaşayır. Bu xanım Qarabağ müharibəsi yenicə başlayan vaxtlarda 6-cı sinifdə oxuyan oğlunu internata verib, könüllü olaraq cəbhəyə yollanıb. Cəbhədə vuruşan qardaşlarla birgə çox ağır döyüşlərdə iştirak edib. Qayıdandan sonra isə övladını internatdan götürüb və indi onunla birgə yaşayır.
Nazilə xanımın yaşadığı mənzil hazırda bərbad vəziyyətdədir, tavanı deşilib, içəridən baxanda çöl görünür. Yağış, qar yağanda isə mənzil, demək olar ki, tamamilə suyun içərisində olur. Həyat yoldaşı dünyasını dəyişdiyi üçün o, mənzilini öz hesabına təmir etdirə bilmir. Bununla bağlı  dəfələrlə Mənzil İstismar Sahəsinə, Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət edib. Ancaq hər dəfə ona cavab veriblər ki, maliyyə vəsaiti yoxdur, ona görə kömək edə bilməzlər.
“Müharibə vaxtı Ağdam Hospitalında olmuşam. 20 yanvar hadisələrinin də iştirakçısıyam. Könüllü olaraq fevralın 17-dən Qarabağda gedib döyüşlərdə tibb bacısı olaraq iştirak eləmişəm”, -deyə qadın veteran sözlərinə əlavə etdi.
Müharibə veteranlarının cəbhədə xəsarət aldıqlarını, psixoloji sarsıntı keçirdiklərini bildirən həmsöhbətimiz onların çoxunun müalicə üçün pul tapmadığını söylədi: “Hansı xəstəxanaya, tibb müəssisəsinə gedirik, pul istəyirlər, verməyəndə də deyirlər ki, xoş gəldin”.
N.Yumayevanın sözlərinə görə, qanunda veteranlar üçün bir çox imtiyazlar nəzərdə tutulsa da, yerlərdə buna əməl olunmur: “Elə dövlət qurumları var ki, pul verməsən, adi bir arayışı da ala bilmirsən. Təəssüf ki, bu məsələdə veteranlara da güzəşt olunmur”.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun son vaxtlar müharibə veteranlarına diqqəti artırdığını deyən təşkilat rəhbəri bu sahədə ən laqeyd dövlət qurum kimi Bakı Şəhər İcra Hakimiyyətinin adını çəkdi: “Bu qurum  həmişə veteranların müraciətlərini qulaqardına vurur. Mənzil üçün dəfələrlə müraciət etmişik, müraciətimiz Yasamal rayon İcra Hakimiyyətinə gəlib, burdan bizə dedilər ki, nə torpaq var, nə də ev”.

“33 manat yetərli deyil”

Digər həmsöhbətimiz - Qarabağ müharibəsi iştirakçısı Əsədova Aidə Həmid qızı 1992-ci ildən Qarabağ döyüşlərində könüllü olaraq iştirak edib. Onun sözlərinə görə, müharibəyə könüllü olaraq getməsinə birinci səbəb Tərtər rayonunda doğulması olub.
O bildirir ki, veternlara hökumətin verdiyi 33 manat məvacib onun dolanışığına yetərli deyil: “Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli bildirmişdi ki, “Veteranlar haqqında” Qanuna əlavə və dəyişikliklər veteranlara sosial xidmətin göstərilməsi məsələsini ehtiva edir. Hadı Rəcəbli qeyd etdi ki, veteran məhfumu geniş olduğundan, bu dəyişiklik yalnız qayğıya ehtiyacı olan və sosial durumu ağır olan veteranlara şamil olunacaq. Qanuna belə bir əlavə ediblər: müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial xidmət müəssisələri, habelə sosial xidmətin göstərilməsini təşkil edirlər. Digər bir əlavə: veteranlara “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq sosial xidmət göstərilir. Məsələn, adam evində yuyuna bilmirsə, gəlib onu çimizdirirlər, onun üçün bazarlıq edirlər, paltarını yuyub, ütüləyirlər və s. Yəni bu insan özü özünü idarə edə bilmir və yaxında da ona kömək edəcək qohumu, tanışı yoxdursa, onun üçün sosial-məişət xidməti təşkil olunur”.
Müsahimiz deputatın başqa bir fikrini də xatırlatdı: “O dedi ki, əvvəllər veteranlar sosial xidmətə aid edilməmişdilər, amma indi sosial xidmətə veteranlar da cəlb olunurlar. Sosial durumu ağır olan ailələrdə, məsələn, ailədə iki və ya üç əlil uşaq varsa, eyni zamanda qadın da işləyə bilmirsə, ola bilsin ki, bu qrupa da hansısa müavinət verilməsi və s. həyata keçirilsin. Ümumiyyətlə, sosial xidmətlərlə bağlı bu il Azərbaycanda köklü dəyişiklər olacaq. Biz qanunun işləməsini istəyirik”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]