Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsil kreditləri təhsilə nə verəcək?

Bölmə :
Köşə
Yazar :
Zaur Əhmədov
Təqdimat :
maliyyəçi, ekspert
Yayım tarixi :
9/6/2016 [17:22]
Baxılıb :
1104 dəfə

Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsinin birlikdə Maarifçi Tələbə Kredit Fondunu (MTKF) təsis etməsi təhsilin maliyyələşdirilməsi sahəsindəki problemlərin aktuallığından irəli gəlir. Təhsilə qoyulan investisiyalar insan kapitalına qoyulan investisiya hesab edilsə də uzun illərdir ki, ölkədə bu sahədəki vəziyyət yaxşılığa doğru dəyişə bilməyib. "Təhsil kreditləri haqqında" qanunun yubanmasına baxmayaraq ödənişli təhsil formalaşandan indiyədək təhsil haqlarında hər il artım baş verib. Nəticədə isə bir çox aztəminatlı ailələrdən olan istedadlı gənclər ən yaxşı halda arzusuna, qabiliyyətinə deyil, ailəsinin ödəniş qabiliyyətinə uyğun təhsil almaq məcburiyyətində qalıb. Hamımızın sabahına qoyula biləcək investisiyanın uzun illərdir ki, nə mənbəyini tapa, nə də tapdığımızı təyinatı üzrə xərcləyə bilmişik. Tələbələrin özlərinin etibarlı ödəyici kimi banklardan kredit ala bilməməsi valideynlərin bu məqsədlə kredit alaraq borclanması ilə nəticələnir ki, bu kreditlərin də faizləri ən gəlirli kommersiya layihələrinə verilən 26-29 faizlə təqdim olunur.  Halbuki,  Latviyada, Litvada, Estoniyada, Qazaxıstanda, Rusiyada təhsilin xüsusi qaydada 5-7 faizlə kreditləşmə nümunələri artıq 10 ildən çoxdur ki, həyata keçirilir.  Təhsilə qoyulan vəsaitlərin ən azı 5-10 il müddətində özünü geri ödəməyə  başlaması isə həmin müddət ərzində ailələrin iqtisadi durumunda ciddi problemlər yaratmaqdadır. Bu ən yaxşı halda valideynlər üçün borclanma, pis halda isə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil almaqdan imtina edənlərin sayının il ildən artması ilə nəticələnir. Validenlər həm aybaay övladının aylıq xərclərini, (nəqliyyat, ləvazimat, bəzilərində yataqxana və yaxud kirayə mənzil və s.) həm də banklara olan kredit borclarını ödəmək üçün ailə büdcəsindən kənar 450-550 manat pula sahib olmalıdırlar. Ki, bu da ən azı həmin tələbələrin 50 faizinin valideynləri üçün o qədər də asan deyil.  Tələbələrin valideynlərə kömək məqsədilə tədrisdən ayrılaraq daha tez ailənin problemlərinin həllində iştirak etmək arzusu isə təhsilə marağı və sərf oluna bilən vaxtı azaldır ki, bu da təhsilin keyfiyyətində öz izlərini saxlayır. 

Problemlər təkcə sadalananlarla bitmir.  Təhsil haqlarının yığıla bilməməsi təhsil müəssisələri üçün də ciddi bir problemdir. Əvvəlcədən planlaşdırılmış yerlərin hər hansı səbəbdən boş qalması xərc çəkilərək yaradılmış təhsil infrastrukturunun tam xidmət gücü ilə istifadə olunmaması, kadr potensialının daha çox tələbəyə təhsil verə biləcəyi halda az tələbəyə dərs tədris edərək eyni əmək haqqını alması bir tələbəyə çəkilən xərcləri artırmaqla təhsil prosesinin iqtisadi səmərəsini azaldır. Təhsil müəssisələrinin büdcəsindəki kəsir isə yeni yaradıla biləcək iş yerlərinin açılması bir yana, əvvəl nəzərdə tutulmuş ştatların bağlanmasına gətirib çıxarır. Bundan başqa formalaşmış təhsil haqlarının yüksək olması bir çox tələbələrin məhz ucuz olduğu üçün xaricdə (əsasən MDB məkanında)  təhsil alması ilə nəticələnir ki, bu da təkcə təhsil sistemi üçün yox, ümumilikdə iqtisadiyyatımız üçün də valyutanın kənara axını baxımından arzuolunan göstərici deyil. 

Ali təhsil almaq istəyənlərin 70 faizinin ödənişli əsaslarla təhsildən bəhrələnməli olduğunu nəzərə alanda sözügedən Fondun yaradılmasının nə qədər zəruri olduğunu əsaslandırmağa ehtiyac qalmır.  Fondun əsas missiyasına baxanda onun fəaliyyətə başlamasını həm də sosial uğur hesab edə bilərik. Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, kreditlərin təqdim olunacağı tələbələr də müəyyən kriteriyalara cavab verməli olacaqlar. Fondun fəaliyyətində rəhbər tutduğu tələbənin ilk tədris ilindəki müvəffəqiyyət balının nəzərə alınması və davamlı şəkildə hər il bu kriteriyaya nəzarət olunması kreditlərdən yararlanmaq istəyənlərin məsuliyyətini və təhsildə rəqabəti daha da artıracaq. 
Kreditlərin faizlərinə gəldikdə onu demək olar ki, 6-8 %lik kreditlər o qədər də yüksək faiz hesab edilə bilməz. Əgər təhsil müddətində ali təhsil müəssisəsinə Fonddan 2, 3 və 4-cü kurslar üçün hər il 2000 manat vəsait maksimum 8%-lə keçirilibsə, 4-cü ilin sonunda tələbənin əsas borcu 6000 manat faiz borcu isə birinci il üçün 160 manat, ikinci il üçün 320 manat, üçüncü il üçün isə 480 manat hesablanacaq ki, bu da ümumilikdə 960 manata bərabər olacaq. Növbəti bir il güzəşt ili olduğu üçün borclar qaytarılmayacaq amma həmin ilə də əlavə 480 manat hesablanacaq. Təxminən 5 il ərzində həmin vəsaitin geri ödənilməsi planlaşdırılarsa artıq yeni karyera qurmuş gənc həmin vəsaiti ayda maksimum 145-150 manatla geri qaytara bilər. İllik 4-5 faiz inflyasiyanın borc vəsaitlərinin də real effektivliyinə təsirini nəzərə alsaq həmin vəsaitlər borc sahiblərinin büdcəsində əlavə 2-3 % həddində hiss olunacaq. 

Kreditlər üçün nəzərdə tutulmuş maksimum  20 min manat məbləğ ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin illik təhsil haqlarına tamamilə uyğundur. Müddəti isə əslində tamamilə güzəştli hesab oluna bilər. Tələbələrin 10 il ərzində həmin vəsaiti geri qaytara bilməsi iqtisadi cəhətdən tamamilə mümkündür. Bu müddət qabaqcıl ölkələrin praktikasına  yaxındır.  Məsələn, 7 ildən on ilə qədər Almaniyada, 15-20 ilə qədər Norveç və s. mövcuddur. Rusiyada adları Müdafiə Nazirliyinin xüsusi siyahısında olan ixtisaslar üzrə (əsasən fizika, riyaziyyat, kompüter texnologiyası) müddətsiz və faizsiz, ABŞ-da bəzi ixtisaslar üzrə müddətsiz və faizsiz bəzi ixtisaslar üzrə 30-40 ilə qədər 5 faizlə, İsveçdə müddətsiz olan təhsil kreditləri mövcuddur.  

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]